Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə9/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   49
Qısa ömürüm

29.11.2016

HİCRANDA OLAR
Sənin aşiqlərin hey həsrəti-hicranda olar,

Sanki cism adlı qəfəs, ruhda bu zindanda olar.


Sən Rəhimsən, sənə əlbət yaraşar rəhm eləmək,

Amma gəl məkri-riya lənəti-şeytanda olar.


Sənin ol rəhmətini görsə o cahil, qafil

Bu inamla yaşayıb şeytana üsyanda olar.


O, namaz nökəriyləpadişahın söhbətidir,

Söhbətə gəlmək üçün sübhü-o başdanda olar.


O, adam layiq ola yar, sənin ol rəhmətinə,

Sənə zikr eyləmək hər insanda qanda olar.


Səni vəsf eyləmək əlbəttə çətindir, ey yar,

Sənin ol gözəlliyin sirr kimi pünhanda olar.


Bu qəzəlim, sənə kim baxsa əgər yan gözlə,

Bil ey Əkrəm, o bizim dinimizdən yanda olar.



MƏNİM
Zahirən baxma ürək bənzəsə şeydayə mənim,

Hələ düşmüş ürəyim ol qara sevdayə mənim.


Mənə Allah verən can tək onun aşiqiyəm,

Qəlbimdə eşq yaranıb Haqqı-Təalayə mənim.


Mənə yükdür cismim, tərk eləyə bilməm onu,

Döndəribdir cismin ruhumuröyayə mənim.


Madam ki, dünya mənə dərd ilə möhnət verəcək,

Daha yox ehtiyacım qəm dolu dünyayə mənim.


Elə bir yar sevirəm ol mənə möhnət verməz,

Cananım bənzəməyir Şirinə, Leylaya mənim.


Adəmi mən yaratmışam və mən alacam canın,

Qəlbimə sanki nurun səpdi həmin ayə mənim.


Əkrəmə “nə istəyirsən” deyə, gəl vermə sual,

İstəyir bax ki, düzülmüş sözə, misrayə mənim.




BİLMƏZ
Bir müəmma dünyadır, sirrin fəqət heç kim bilməz,

Ya filosof, ya münəccim, ya da bir alim bilməz.


Ta gəlsin bir nəfər dünya qanunun hey axtarsın,

Kim kimə olmuş tabe, kim kimdir hakim bilməz.


Ol ki qafildir yatıb, qəlbində şeytan fırlanır,

Şeytana o bixəbər qəlbin eylər təslim, bilməz.


Nə qədər dincdir qulağın yorma şair, heçnədən,

Nə qədər eyləsəndə insanlara him-cim, bilməz.


Əkrəm, müəmmadır hər bir sözün, gəl sirrini,

Kim ki, eyləmir bu söz sənətinə tənzim, bilməz.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin