Qeyd: * Misranın mənası – Necəki, ayda işıq yoxdu,
yəni işığı günəşdən alır, eləcə də,
Allah bizi yoxdan yaradıb,
biz özümüz yaranmamışıq.
21.10.2016
ÜRƏYİNDƏ
Vardır nə qədər hiylə o, şeytan ürəyində,
Yox şeytana məskən təmiz insan ürəyində.
Allah bizə yar oldu tapıb yer bu ürəydə,
Xoş ol kəsə, yer tapdısa canan ürəyində.
Kim Kərbübəlafaciəsin duydu, eşitdi,
İllərdir ki, qalmışdır onun qan ürəyində.
Əlbəttə tapar, məncə şəfaət nurun hər vaxt,
Ol kəs ki, edər şeytana üsyan ürəyində.
Allaha edərsənsə ibadət sənə yer var,
Saxla, təki olsun sənin iman ürəyində.
İnsan deyərəm mən sənə haqq yolunda canver,
Gəl saxlama öz haqqını pünhan ürəyində.
Əkrəm, ürəyindən nə keçir varaqlara həkk et,
Çox şey var hələ məncə qəzəlxan, ürəyində.
Dostları ilə paylaş: |