Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə4/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49
Qısa ömürüm

2015-ci il.

NECESEN ?
Ey mənim dərdlərimin məlhəmi canan, necəsən ?

Yox ikən sən, bu könül oldu pərişan necəsən ?

Bu gəlişlə elədin dərdimə dərman necəsən ?

Xoş gəlib, səfa gətirdin sənə qurban, necəsən ?


O zaman olmayasan yox bizə məskən, ey gül,

Seyr edən tərif edər şəninə əhsən, ey gül,

Neçə müddətdir xəbər yox idi səndən, ey gül,

Nə xəbər, qəlbimə hakim olan insan, necəsən ?


Üzünə səcdə edən ibadətdə tək yerdir,

Qədəmin dəydiyi yer əladı və yek yerdir,

Keç otur başda, yerin dünyada yüksək yerdir,

Sən olubsan bu ürək təxtiməsultan, necəsən ?


Gəlişindən mənə yoxdur ki, özgə əla xəbər,

Gözəlim,baş götürüb getməyə üz tutsan əgər

Bunu bil Əkrəm Aqilin keçəcək ömrü hədər

Məni sənsiz görərək sorma qəzəlxan, necəsən ?!




EDƏSƏN
Ey gül, niyə bu sevgimizi daş-qaşa satdın ?

Əllərini açıb Allaha imdad edəsən sən.


Mən atmadım ey gül,gümanım sən məni atdın,

Ey yar, mənim tək hər gecə fəryad edəsən sən.


Bu dünyada ancaq mənim arzum budur, ey yar,

Tənha qalaraq, ağlayaraq dad edəsən sən.


Mən qədrini bildim onu ki, bilmədi əğyar

Söylə nə vardır ki, onu şad edəsən sən ?


Səndən ötəri qəlbimi bərbad elədim mən,

Bax ağlayıb öz qəlbini bərbad edəsən sən.


Tək -tənha olarkən səni çox yad elədim mən

Əkrəm haçan ölsə qəbrini yad edəsən sən.

2015-ci il


GÖZƏLİM
Oluruq hüsnünə şeyda bu nə sirdir, gözəlim ?

Bu nə hikmət, bu nə məna, bu nə sirdir, gözəlim ?


Bütün aləm üzünə səcdeyi-təzim eləyir,

Sənə baş əydi bu dünya, bu nə sirdir, gözəlim ?


Bəşər əhli sənin əllərini öpmək istər,

Qədəmindən sənin hətta, bu nə sirdir, gözəlim ?


Gərçi sən əmr edəsən bircə an imkan olsa,

Dönəcəkdir suya səhra, bu nə sirdir, gözəlim ?


Sənə Əkrəm desə qüdrətli kifayət eləməz,

Hələ bir desəm də əlabu nə sirdir, gözəlim ?




Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin