14.10.2016
ZƏNN EYLƏMƏ
Vardı bir ürək onu yarə apardı,
Yol gözləməyimdən saçımın rəngi ağardı.
Yarım elə pis vaxtda qərar verdi və getdi
Dərk eyləmədim mən: nə xəbərdi, nə qərardı?
Dərdi çəkərək qəlb olub viranə, qayıt, gəl,
Var ehtiyacı sən kimi dərmanə, qayıt, gəl,
Təəssüf ki, mənim dilimdə cürət və cəsarət
Yoxdurki, deyim sevgili cananə qayıt, gəl.
Mən gəl desəmdə gəlməz o, çün özgəyə vardı.
Mən salmamışam özgəyə birdən meyil əsla,
Ya özgənin eşqində deyildim veyil əsla,
Yalnız səni sevdim və sənin vurğunun oldum.
Bil özgə bir afət mənə lazım deyil əsla,
Yalnız sənin ismin mənim dilimdə şüardı.
Dərdim elə dərddir onu afət çəkə bilməz,
Mən çəkdiyim həsrət kimi həsrət çəkə bilməz.
Çəksəmdə gülüm, sevgimizə xətt belə erkən
Əkrəmsə bacarmaz, bu eşqə xətt çəkə bilməz,
Zənn eyləmə, eşqim belə tez bitdi qutardı.
Dostları ilə paylaş: |