03.10.2016
MEYXANA
Dünya məni hey dərd-qəmə qərq etsə dayanmaz.
Bəxtin üzünü hər dəfə gizlətsə dayanmaz.
Göz açdığı andan məni pis günlərə qoydu,
Çün taleyim qəmdir: nə sevincdir, nə də toydu.
Dünya gecə-gündüz məni ağlatdı və doydu,
Yarımsa məni ağladıb incitsə dayanmaz.
Hər an yasadı,ömürdedi bitmədi dünya,
Məndən savayı heç kəsi incitmədi dünya,
Neyçün yaşamaq eşqimi öyrətmədi dünya ?!
Gəl, bəlkə ölüm eşqini öyrətsə, dayanmaz.
Yad eylə məni bəlkədə aşiqin dardadır,
Bir gün görəcəksən cismim son məzardadır,
Yarım mən üçün ağlamasın: “Əkrəm hardadı ?”
Son mənzilə çünki tabutum getsə dayanmaz.
Dostları ilə paylaş: |