Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə5/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49
Qısa ömürüm

16.10.2016

DƏRGAHA TƏRƏF
Ayıl ey bəndə, qədəm qoy pak olan rahə tərəf,

Uyaraq şeytana yol başlama günaha tərəf.


Aciz insan, bu böyük günahı şeytan yaradıb,

Elə insanvar ki, şeytana üsyan yaradıb.

Yaradarkən Yaradan bizləri yoxdan yaradıb,

Necə ki, şəms, şəfəq, bəxşiş edir maha tərəf.*


Kimi Allah qulu, şeytan ona bir etməz əsər,

Onu şeytan əməli qorxudamaz zərrə qədər.

Ona imanı verər səcdəyə kim gəlsə əgər,

Sübhdən usanmadan xəlq elə şaha tərəf.


Gəlsə haqq, batil bəşər əhlinə bil şah olmaz,

Və bu haqq, rahi kimi pak və təmiz rah olmaz.

İmanın yoxsa, ömrü süzməyə iştah olmaz,

Tək iman ilə gələr könlümüz “iştaha” tərəf.


Var adam şeytana əymiş boyun əqlin unudur,

Guya əladı işi hər qəmi-dərdin unudur,

Kiminin düz gedirsə işləri Rəbbin unudur,

Sonradan müflis olur, əl açır Allaha tərəf.


Ey gəda oğlu gəda, söylə, de, kimdir şahın ?

Səni Xaliq yaradıb təkcə odur Allahın !

Nə gözəl paydıXuda, görməyim ol dərgahı

Bu səbəb can atır Əkrəm gedə dərgaha tərəf.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin