Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə49/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49
Qısa ömürüm

MƏLƏKLƏR XƏCİL OLDU
Yalvarmaz idim sevgili yarım, sənə, əfsus,

Hər bir şeyə bais yenə ey gül, bu dil oldu.


Gözlərdən axan yaşımı dərya qədər etdim,

Göz yaşım axıb çeşmə nədir, daşdı sel oldu.


Sal yadına o anları bir-birini sevirdik,

Həm bizləri seyr eyləyən insan pəxil oldu.


Öz aşiqinə sən necə qıydın ki, üzülsün,

Yollarına ey gül, düşən aşiq səfil oldu.


Divanə deyirlər mənə məhşur dəli oldum,

Əkrəm də daha aləmə rüsvay, rəzil oldu.


Ey yar, səni xəlq eylədi Tanrım elə göyçək,

Gördükdə üzün huri, mələklər xəcil oldu.




VƏFASIZ
Aşiqi qəmdədir, xəbər ver vəfasız qadına,

De ki: ey Şirin, sən gəl rəhm eylə Fərhadına.


Olmuş da dərdin bir an sən o dərdi, böldün mənlə,

Məgər mən deyildimmi çatan sənin imdadına ?


Getmiş yar bir özgəyə, ta evlidir övladı var,

Baxır indi dərd çəkir bədbəxt öz övladına.


Məst edib eşqin ta canım çıxınca hiss eylədin,

Ömrümü puç etmişəm ey yar, sənin badına.


Ta qələm qalmış naşar vəsf edə bilməz səni,

Xatırlaram, amma sən salmadın bir an yadına.


Ta qələm aldım ələ ol yarı huşyar etdim,

Kim şübhə eylər sənin Əkrəm, bu istedadına.
Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin