Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə41/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   49
Qısa ömürüm

NEYNİRƏM
Verirsə zülm mənə bu cür cananı neynirəm ,

Sevdiyin dandı, o əğyari-nadanı neynirəm ?


Nəbada əhd eləyib hər vəfasızı yar sanasan,

İki günlükdüsə gər, əhdi-peymanı neynirəm ?


Gör necə divanəyəm, Məcnun yanımda kimdir ki,

Qeys tək qazandığım indi ad-sanı neynirəm ?


Dağlı tək kim olacaq bu dünyada dərdli biri,

Bu dərdə yoxsa şəfa, bəs mən loğmanı neynirəm ?



YANDIM
Gəldin yenə röyama, o röyalara düşdüm,

Göz-qaşa vuruldum, yenə sevdaləra düşdüm,

Məcnun kimi o çöllərə, səhralara düşdüm,

Divanəyəm ey gül, belə bir ad da qazandım,

Verdikcə mənə cövri-cəfa, böyləcə yandım.
Vurdu məni göydən yerə etdi məni peşman,

Etdim yenə də mən ona bu canımı qurban,

Zənn etməzdim aldadır o yar məni hər an,

Söylərdi səni çox sevirəm, mən də inandım,

Verdi mənə çox cövri-cəfa, böyləcə yandım.
Sanmaz idim bu sevgidən tez soyuyacaqsan,

Bir an gələcəkdir yaşamaqdan doyacaqsan,

Mən bilməz idim sən məni ağlar qoyacaqsan,

Xoşbəxt edəcəksən, məni ey gül, elə sandım,

Verdin mənə sən cövri-cəfa, böyləcə yandım.
Verdim sənə bu ömrümü qurban, elə yandım,

Verdikcə mənə zülm hər zaman, elə yandım,

Neyçün axı atdın məni canan, elə yandım,

Tabi-təvanım tükəndikcə, gör nə usandım.



EY DOST
Büdrür ayağım, yoxdu daha taqətim, ey dost,

Gözlər dikilib yollara, var həsrətim, ey dost.


Hər kəs dava-qırğın eləyir, pula can atır,

Bilməm nə görüb pul-parada millətim, ey dost ?


Nadan paradan ötrü çıxır Allaha qarşı,

Yaranandan çatmırdı buna cürətim, ey dost.


Mən ölsəm əgər dostunu yad eyləməsən də,

Ruhum şad olar yaşasa bu sənətim, ey dost.


Dağlı, nə qədər sağdı bu can, qiymətin olmaz,

Söylə, əgər ölsəm ola qiymətim, ey dost.



EDİRSƏN
Atdın məni yar, özgəyə cananlıq edirsən,

Bir gün görəcəksən necə peşmanlıq edirsən.


Mən qəlbimi verdim sənə qurban, daha bəsdir,

Neyçün bu yazıq qəlbimi qurbanlıq edirsən ?


Azlığmı edirdi sənə qəlbim, mənə söylə,

Neyçün axı pul, imkana heyranlıq edirsən ?


Atdın məni getdin bu məhəbbət yarı qaldı,

Söylə niyə pak sevgiyə düşmanlıq edirsən ?


Dağlı, özünü yorma qədir- qiymətin olmaz,

Bica yerə bu yerdə qəzəlxanlıq edirsən.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin