ÖLÜRƏM MƏN
Getdin bürüdü yar, məni dərd-qəm, ölürəm mən,
Oldun daha bir özgəyə həmdən, ölürəm mən.
Öz istədiyi dostuna getdi, onu seçdi
Gördükcə onu yar ilə hər dəm, ölürəm mən.
Pul bitdi, mənim dost-tanışım hamısı getdi,
Qəm olubdur mənə bahəm, ölürəm mən.
Röyada olursan mənə mehman yenə pünhan,
Gördükcə səni həm dirilib, həm ölürəm mən.
Dərd-qəm məni tərk eyləməz, atmaz,
Sanki yaranıb qəmdolu aləm, ölürəm mən.
İşgəncə veribdir həsrəti-hicranın, ey gül,
Xoşdur bu əzabdan o cəhənnəm, ölürəm mən.
Peşman olacaqsan bunu bil mən ölən anda,
Həsrətimdən deyəcəksən: Əkrəm, ölürəm mən.
ZAUR AŞİQ
Getdin aramızdan niyə xəlvət , Zaur Aşiq ?
Batdı qəmə, qəm-qüssəyə millət, Zaur Aşiq.
Bildinmi sənə nöş hamı rəhmət diləyir, bəs ?
Çünki, hörmətə bağlıdır hörmət, Zaur Aşiq.
Sağlığda sənə vermədilər qiyməti, şair,
Öldükdə verildi sənə qiymət, Zaur Aşiq .
Çox cəhd elədin, sənətimiz itib-batmasın,
Bil ki boşa getmədi bu zəhmət, Zaur Aşiq.
Məst eyləmisən hamını sən duzlu sözünlə,
Allah eləsin qəbrini cənnət, Zaur Aşiq.
Çox meyxanələr, musiqilər ustadı oldun,
Bəxş etdi sənə ad-sanı sənət, Zaur Aşiq.
Əkrəm səni yad eylədi Zaur, qələmiylə
Allah sənə min yol edə rəhmət, Zaur Aşiq.
PƏLTƏK
Ö-ö-ö özgəyə oldun ca-ca canan, ey gözəl,
Bi-bi birgün olarsan vi-vi-vi viran, ey gözəl.
A-a-a aşiqin ey gül, so-so-so son nəfəsdə,
Sə-sə-sə səndədir ancaq də-də-də dərman, ey gözəl.
Nə-nə-nə nə istədin sən e-e-e etdin o anda
Hə-hə-hə hətta verdim can qu-qu-qu qurban, ey gözəl.
Gü-gü-gü günah səndə yox ə-ə-ə əsla sevgilim,
Qə-qə-qə qəbahətlidir dö-dö-dö dövran, ey gözəl.
Ə-ə-ə Əkrəmi ey gül, ya-ya-ya yadına salma,
Çı-çı çıxart sən onu ya-ya-ya yadından, ey gözəl.
BİZİ
Düşüb ol eşq odu bu cana dəyişdirdi bizi,
Eylədi aşiqi məsdanə, dəyişdirdi bizi.
Eşqə düşməmişdən öncə, əzəl avarə idik,
İnanıb əhdilə peymanə, dəyişdirdi bizi.
Əkdi kuyində yerin, kimsə vəfasız toxumu,
Qarışıb cismidə al qanə, dəyişdirdi bizi.
Nə qədər pul-para yox idi sadə insan idik,
Adı “Altın saray” - o xanə dəyişdirdi bizi.
Ağladıb incə könül, qəlbi yaxardı, qəzəlim,
Aşiqin ünvanı meyxanə dəyişdirdi bizi.
Kim ki, bihudə gəzir dəhrini dərk etmək inan,
O inam səcdədə sübhanə dəyişdirdi bizi
Bircə nazik bədənim Rahibi tərk eyləmədi,
Ümidi qırdı o biganə, dəyişdirdi bizi.
ƏLİNDƏDİR
Söylə, Əli qurandı və quran Əlidəndir,
Quran çağırışdır, amma iman Əlidəndir.
Bil ki ey oğul, Məhəmmədin sünnətidir bu,
Bir övlad əgər olsa müsəlman Əlidəndir.
Vicdanı olan kəs dana bilməz onu əsla,
Hər kimdə ki var qeyrəti-vicdan, Əlidəndir.
Getdikdə rukuya önərir etdi fəqirə,
Quranda namaz üstdəki ehsan Əlidəndir.
Çox öyünməsin Məhəmmədə beyət edənlər,
Peyğəmbərə ilk əhd və peyman Əlidəndir.
Siz bilirsizmi neyçün Hüseyn aşiqiyik biz ?
Çünki damarlarda axan qan Əlidəndir.
Bir gün gələcək o, Əlinin zülfüqarıyla,
Hər kəs görəcək sahibi-dövran Əlidəndir.
Mirmöhsüm ağa, ya “BibiHeybət”, ya “Rəhimə”
Bu izlər ilə Azərbaycan Əlidəndir.
Hər kəs ənam aldı o gözəllər gözəlindən,
Bu məndəki təb də şahı-mərdan Əlidəndir.
Can üstə olan qeyri-təbib istəmərəm mən,
Ya Rəbb, biləsən dərdimə dərman Əlidəndir.
Hər kəs gələcək məhşərə öz sevdiyi ilə
Akşin də edə eşqini elan, Əlidəndir.
Dostları ilə paylaş: |