YARIM MƏNƏ GƏLMƏZ
Yarım mənə gəlməz, bu ona ağır yük olmuş,
Bilməz nə çəkir aşiqi, neyçün gözü dolmuş.
Çox kəs dedi ki, yar axı sənsiz qala bilmir
Tənha qalaraq, ağlayaraq saçları yolmuş.
Mən zənn eləyirdim bu yol asan olacaqdır,
Mən bilməz idim sevgi yolu əzablı yolmuş.
Bülbül necə gülsüz qala bilməz axı, bağdı,
Əkrəm də çiçəkdir və həmin bağçada solmuş.
ÜZDÜ MƏNİ
Deməmiş bircə nəfər haqq sözünü,
Bu səbəb bunca yalan üzdü məni.
Dilədim, görüm həqiqət üzünü,
Nə edim, fikri-güman üzdü məni.
Yaranıb Allahına qul bu bəşər,
Şeytana uydu cahan, üzdü məni.
Sanki qəflətdə idim, bu bəşər
Uyuyur xeyli zaman, üzdü məni.
Gəl onun batini şeytandır, amma
Zahiri dini-iman, üzdü məni.
Ey Əkrəm, haqq sözə düşmən çoxdur,
Haqq deyib dalda qalan üzdü məni,
Bu ağır oldu yaman, üzdü məni.
Dostları ilə paylaş: |