19.05.2016
GƏLDİ
Duydum ki, dönüb nazlı nigar dübarə gəldi,
Heyrətdəyəm, ol yar nə gözəl qərara gəldi.
Gördükcə üzün məst olub, aləm bihuş olub,
Dünyaya gözəl huriya, mahi-parə gəldi.
Sözsüz əyilib hüzurunda baş əyərəm mən,
Gördükcə o dəm yanına zülfü-qara gəldi.
İçdikcə şərab baş götürüb yanına gəlləm,
Sən lağ eləyib söyləmə ki, avara gəldi.
Əkrəm necə bəs olmasın eşqində şadiman
Heç sağalmayan yarama etdi çarə, gəldi.
07.10.2016
BAXIR
Qara gözlər dikilib yollara həsrətlə baxır,
Bir ümid var, gələcəksən, necə diqqətlə baxır.
O, çıxıb getdi fikir vermədi heç bir sözümə,
Bu səbəbdən də özüm düşmən olmuşam özümə.
Vaxt ikən “sevməyirəm” söyləyən insan, üzümə
Görəsən hansı cürət, hansı cəsarətlə baxır?
Mənim olmayıb tənim qəlb evimin şahı olan,
Mənə nöş oldu qənim qəlb evimin şahı olan?
Ötən anlarda mənim qəlb evimin şahı olan,
İndi nolub, nə səbəbdən mənə heyrətlə baxır ?
Bu gözümdən süzülən yaşlarım dönübdü selə,
O vəfasız kimini görmədim dünyada hələ.
Ala gözlərlə mənim gözlərimə baxdı elə
Nə biləydim, bu baxışla hansı niyyətlə baxır?
Sənədir tək gözəlim qəlbimin ehtiyacı,
Əbədiyyən başımın bil bunu, sənsən tacı.
Sənə qəsdən baxıram rastlaşanda qıyğacı,
Amma zənn etmə bu gözlər sənə nifrətlə baxır.
Oldum ayrılığa səbəbkar bu kin-küdürət ilə,
Baxacaqsan o ötən günlərə çox həsrət ilə,
Düzdür baxsan da gülüm, sən mənə çox nifrət ilə
Amma Əkrəm sənə eşq ilə, məhəbbətlə baxır.
Dostları ilə paylaş: |