- Quzum, bir qadın üçün məziyyət onun elmli olmasında-
dır. Elmli qadın gözəl və qoxulu bir çiçəyə bənzər. Mən istə-
rəm həyat sizin üçün bir gülüstan və siz isə bu gülüstanın bir
çiçəyi olasınız.
Onu da deyim ki, Cavid əfəndi xatirə üçün yazdığı şeirlərin,
qiymərli sözlərin altında imza atmazdı, özünəməxsus şərti işarə
qoyardı.
Xatirəsi ürəklərdən silinməz ölməz insan! Sənin sakit və təm-
kinli danışığın hələ də mənim qulaqlarımdan getməyib. Ürəklərdə
sənin silinməz xatirələrin yaşayır. Surəti xəyalımdan getməz əziz
müəllimim, ölməz insan, sənə rəhmət!
18/VII-1980
Úàâèäè õàòûðëàðêÿí
571
Əli Səbri
Úàâèä ìÿíèì èëê ìöÿëëèìèì îëìóøäó
zərbaycanın böyük romantik şairi Hüseyn Cavidin dərs
dediyi ilk şagirdlərdən biri mən olmuşam. 1899-cu ildə
Naxçıvanda M.T.Sidqinin məktəbində oxumuşam. Ta 1906-cı ilə
qədər Cavid həm məktəbdə, həm də evdə mənə fars dilindən dərs
keçirdi.
Sonralar Qori Müəllimlər Seminariyasına daxil oldum. Firu-
dun
*
bəy seminariyada şəriət dərsi keçirdi. Amma o bizə şəriətdən
yox, Azərbaycan ədəbiyyatından danışırdı. Seminariyanın rəhbər-
ləri də bunu bilirdi, amma Firudin bəylə işləri yox idi, çünki
Firudin bəy son dərəcə ağıllı, ciddi və ziyalı adam kimi ad çıxar-
mışdı. Tələbələrin hər biri onu özünün ikinci atası hesab edirdi.
Nə dərdimiz olsaydı, yanına gedərdik. Yadımdadır: seminariyaya
qəbul olunanda Firudin bəy əvvəlki təhsilimlə maraqlanıb özü
mənə sual verdi:
- Ana dilini oxumusanmı?
Mən cavabımda:
- Qabaqca atam məni fars dilini öyrənmək üçün Mirzə
Məmmədtağı Sidqinin (şair, pedaqoq Sidqinin) yanına qoymuşdu,
sonra Hüseyn Rəsizadənin
**
(Hüseyn Cavidin) yanında müsəlman
dilini öyrənmişəm.
Mən “müsəlman dilini” deyəndə Firudin bəy güldü:
- Sən mirzə imişsən ki? – deyə əlavə etdi.
Yeri gəlmişkən deyim ki, Firudin bəylə Cavid möhkəm dost
idilər. Yadımdadır, Cavid mənə bir açıq məktub yazmışdı.
“...Firudin bəyə de ki, mən Tiflisə gəlmişəm, işsizəm!”
Məktubu aparıb Firudin bəyin stolunun üstünə qoydum. O,
məktunu götürüb mənə heç nə demədi. Mən də cəsarətlənib fik-
*
Firidun bəy Köçərli. – İ.O.
**
Əslində Rasizadə. – R.M.
A
Úàâèäè õàòûðëàðêÿí
572
rini soruşmadım, çünki Firudin bəy ağır adam idi, çox danışmağı
sevməzdi.
Şənbə günü qatara minib Tiflisə getdi. Üç gündən sonra
qayıtdı. Məlum oldu ki, Cavid Firudin bəyin köməyi ilə işə
düzəlib, müəllimdir.
...Cavid sözün lap yüksək mənasında mənim üçün ideal şəx-
siyyət idi. Həm insan kimi, həm də yaradıcı kimi... Cavidin hər
pyesi və bu pyesin hər tamaşası hadisəyə çevrilirdi. Tez-tez
evlərinə gedərdim. Onun mənim suallarıma cavab verərkən: “Bə
nədi ki?” deməyi (özü də bunu xalis Naxçıvan şivəsində deyərdi),
sonra da sualı izah etməsi o qədər maraqlı, o qədər təsirli idi ki...
Cavid hərdən konyak içməyi sevirdi, amma bu sevgini ehtirasa
çevirmirdi. Deyəsən, sizə bu qəribə gəlir, axı, öyrənmişik böyük
ədiblərə yalnız fövqəladə xasiyyətlər bəxş eləməyi... Cəfər
Cabbarlı isə hamıya yovuşan, daha doğrusu, hamının Cəfəri olan
bir şəxs idi. Onun üçün dinclik məfhumu yox idi. Özü deyərdi ki,
mənim istirahətim yazmağım, işləməyim, teatrdakı fəaliyyətimdir.
Cəfərlə az-çox əlaqəsi olan, dostluq edən bütün sənət xadimləri
onun bir cəhətini həmişə xatırlayırlar: o, yumoru sevirdi. Bu ona
fitrətən bəxş olunmuşdu...
1982
Úàâèäè õàòûðëàðêÿí
573
Q E Y D L Ə R
I.MƏQALƏLƏR
Hüseyn Cavidin yazdığı “Peyğdmbər” haqqında mülahizələrim
Hənəfi Zeynallı (1896-1938). Ədəbiyyatşünas-tənqidçi, 20-ci illər-
də ədəbi prosesdə qızğın fəaliyyət göstərmişdir. İndi də öz əhəmiyyətini
itirməyən ədəbi-tənqidi məqalələr müəllifi.
1923-cü ildə yazılmış məqalənin bir hissəsi ilk dəfə 1926-cı ildə
“Ədəbi parçalar” məcmuəsində, o biri hissələri isə “Maarif və mədəniy-
yət” jurnalında (1926, №9, 10-11) çap olunmuşdur.
Məqalə göstərilən mənbələrdən götürülüb nəşr edilir.
1. Homerus-Homer. Cahanşümul yunan şairi, “İliada” və “Odissey”
əsərlərinin müəllifi.
2. Ədəbiyyatların və dillərin qarşılıqlı münasibətlərini, təsirlərini
bu şəkildə izah etmək, əlbəttə, yanlışdır.
3. Müəllifin bu fikrilə də razılaşmaq olmaz. Bu yanlışlığı o zaman
ədəbiyyat aləmində hökm sürən vulqar sosiologiyanın mənfi təsiri ilə
izah etmək olar.
4. Hüsni-mütləq - mütləq gözəllik. Panteistlər “Hüsni-mütləq”
dedikdə yaradanı nəzərdə tuturlar.
5. Təbəri - Əbu-Cəfər Məhəmməd ibn-Cərir. 224 hicri (838)
Təbəristanın Amol şəhərində doğulmuş, 310 hicridə (922) Bağdadda
vəfat etmişdir. Ən məşhur əsəri “Tarixi-Təbəri”dir.
6. “Həddəsni” - bizə nağıl elə!
7. Kurtizanka - yüngül əxlaqlı, macəraçı qadın.
8. Guruhi-layəfləhün - islah olunmayan adamlar.
9. Alimlər cildinə girmiş möhtəkir mollalar.
10. Həra dağı – Məkkənin yaxınlığındakı bir dağın adı.
11. Dünya axirətin tarlasıdır.
Cavidin “İblis” nam hailəsi haqqında duyğularım
Abdulla Şaiq (1881-1959). Görkəmli müəllim, maarif xadimi, şair,
nasir, dramaturq, dərsliklər və uşaq əsərləri müəllifi.
Məqalə ilk dəfə “Maarif və mədəniyyət” jurnalında (1925, №2) çap
olunmuşdur. Oradan götürülüb nəşr edilmişdir.
Úàâèäè õàòûðëàðêÿí
574
“Şeyx Sənan” haqqında mülahizələrim
Məqalə ilk dəfə “Maarif və mədəniyyət” jurnalında (1926, №12,
1927, №1-2, 3, 4-5) çap olunmuşdur. Bu nəşr oradan götürülmüşdür.
Hüseyn Cavidin faciələri
Əli Sultanlı (1906-1960). Ədəbiyyatşünas-tənqidçi professor, dün-
ya ədəbiyyatı tarixi mütəxəssisi. Uzun illər ali məktəblərdə mühazirə
oxumuş, indiki BDU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasının
müdiri olmuşdur. Bir sıra monoqrafiyalar və dərsliklər müəllifi.
Məqalə müəllifin 1971-ci ildə nəşr olunmuş “Məqalələr” kita-
bından götürülüb verilir.
Hüseyn Cavidin sənəti haqqında qeydəğr
Məmmədcəfər Cəfərov. Ədəbiyyatşünas-tənqidçi, akademik.
İlk dəfə “Azərbaycan” jurnalında (1960, №12) buraxılmışdır.
Oradan götürülüb nəşr edilir.
Cavid teatrı
Cəfər Cəfərov (1914-1973). Ədəbiyyatşünas, teatrşünas, tənqidçi.
Bir sıra iri həcmli monoqrafiyalar və çoxlu ədəbi-nəzəri məqalələr
müəllifi.
Hüseyn Cavid
Məsud Əlioğlu (1928-1973). Ədəbiyyatşünas, tənqidçi, müasir
ədəbiyyatın ayrı-ayrı problemlərinə dair qiymətli kitablar və məqalələr
müəllifi.
Məqalə H.Cavidin 1968-1971-ci illərdə çıxan üç cildliyinin birinci
çildində müqəddimə kimi verilmişdir. Oradan götürülüb nəşr edilir.
“Peyğəmbər” pyesi haqqında
Baloğlan Şəfiyev. Gənc tədqiqatçı. İlk dəfə nəşr olunur.
Úàâèäè õàòûðëàðêÿí
575
II. XATİRƏLƏR
Dərin düşüncəli insan
Camo Cəbrayılbəyli (1887-1965). Pedaqoji elmlər namizədi, SSR
əməkdar müəllim, ibtidai və orta məktəblər üçün təbiyyata dair
dərsliklər müəllifi.
İlk dəfə “Azərbaycan müəllimi” qəzetində (13 yanvar 1963) nəşr
edilmişdir.
Dostluğumuz
Rza Təhmasib (1894-1980). Respublikanın xalq artisti, professor,
H.Cavidin uşaqlıq və gənclik dostu.
İlk dəfə “Ədəbiyyat və incəsənət” qəzetində (2 mart 1963) nəşr
edilmişdir.
Hüseyn Cavidlə görüşlərim
Vahram Alazan (1903-1966). Xatirə ədibin (1967-ci ilda Yere-
vanda erməni dilində nəşr edilən “Xatirələrim” kitabından (səh. 367-
371) götürülmüşdür. Xatirəni Azərbaycan türkcəsinə filologiya elmlər
doktoru Mirəli Seyidov tərcümə edilmişdir.
İlk dəfə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində (5 mart 1970)
nəşr edilmişdir. Bu kitaba salınmaq üçün tərcümə yenidən işlənilmişdir.
Qüdrətli yazıçı
Məmməd Rahim (1907-1977). Xalq şairi.
Xatirə müəllifin “Xalqın istəyincə” kitabından (Azərnəşr, 1971)
götürülmüşdür.
Hüseyn Cavid
Xatirə A.Şaiqin “Xatirələrim” kitabından (“Gənclik”, 1973)
götürülmüşdür.
Unudulmaz müəllimim
Əli Zeynalov. Respublikanın xalq artisti.
Xatirə müəllifin “İki ömrüm olsaydı...” kitabından (“Gənclik”,
1973) götürülmüşdür.
Úàâèäè õàòûðëàðêÿí
576
Böyük şair və dramaturq
Mirmehdi Seyidzadə (1907-1976). Şair, dramaturq, məşhur uşaq
yazıçısı.
İlk dəfə “Azərbaycan” jurnalında (1973, №7) nəşr edilmişdir. Bu
nəşr müəllifin “Unudulmaz xatirələr” kitabından (“Gənclik”, 1975)
götürülmüşdür.
Cavidi xatırlarkən...
Mişkinaz Cavid (1902-1976). Hüseyn Cavidin arvadı.
Bu xatirələrin bəzi parçaları “Azərbaycan” jurnalında (1962, №12,
1973, №11), “Azərbaycan müəllimi” qəzetində (3 mart 1963) nəşr
edilmişdir. Bu nəşr müəllifin “Cavidi xatırlarkən...” kitabından (“İşıq”,
1976) götürülmüşdür.
Hüseyn Cavid
Əziz Şərif (1895-1988). Görkəmli ədəbiyyatşünas, tənqidçi,
tərcüməçi. H.Cavidin uşaqlıq və gənclik dostu, ilk tənqidçisi. Moskva
Dövlət Universitetinin professoru olmuşdur.
Xatirənin qısa variantı “Azərbaycan” jurnalında (1973, №9) çap
olunmuşdur. Bu nəşr müəllifin “Keçmiş günlərdən” kitabından
(Azərnəşr, 1974) götürülmüş, bəzi ixtisarlar edilmişdir.
Atam haqqında xatirələrim
Turan Cavid (1923-2004). Hüseyn Cavidin qızı, teatrşünas.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru,
Cavidin Bakıdakı ev muzeyinin direktoru işləmişdir.
Xatirə ilk dəfə “Şərq qapısı” qəzetində (16 fevral 1963), işlənilmiş
variantı “Bakı” qəzetində (28 fevral 1963) nəşr edilmişdir. Bu nəşr kitab
üçün müəllif tərəfindən yenidən işlənmişdir.
Cavidi yad edərkən
Mirzə İbrahimov. Xalq yazıçısı, akademik. Xatirə birinci dəfə
“Ədəbiyyat və incəsənət” qəzetində (16 aprel 1982) nəşr olunmuşdur.
Unudulmaz görüşlər
Xamid Yarməhəmmətov. Tatar yazıçısı.
Xatirə 1973-cü ildə Kazan şəhərində yazılmışdır. İlk dəfə çap
olunur. Rus dilindən Azərbaycan türkcəsinə İsgəndər Orucəliyev
tərcümə etmişdir.
Úàâèäè õàòûðëàðêÿí
577
Minlərlə könüldə təəssüfü qaldı
Rəsul Rza (1910-1981). Respublikanın xalq şairi.
Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.
İlk dəfə nəşr edilir.
Sənət və ədəbiyyat vurğunu
Adil İsgəndərov (1910-1978). SSRİ xalq artisti, görkəmli
rejissor, teatr xadimi.
Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.
İlk dəfə nəşr edilir.
Cavidlə tanışlığım
Qulam Məmmədli. Respublikanın əməkdar mədəniyyət işçisi,
ədəbiyyatşünas, mətnşünas, teatr xadimi.
Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.
İlk dəfə nəşr olunur.
Böyük əsərlər kiçik masa arxasında yaranardı
Adilə Qasımova. Görkəmli Maarif xadimi Pənah Qasımovun qızı.
Kimya elmləri namizədi.
Xatirə 1980-ci ildə bu kitab üçün yazılmışdır.
İlk dəfə çap olunur.
Cavid geçəsi
Kövkəb Səfərəliyeva. Musiqişünas-professor.
İlk dəfə nəşr olunur
.
Böyük diləklər, böyük ümidlər şairi
Mehdi Məmmədov (1918-1985). SSRİ xalq artisti, professor,
görkəmli teatrşünas, aktyor və rejissor.
Xatirə 1982-ci ildə bu kitab üçün yazılmışdır.
İlk dəfə nəşr olunur.
Cavid haqqında xatirələrimdən bir yarpaq
Dilşad Mehdiyeva. Həkim, fərdi təqaüdçü.
İlk dəfə nəşr edilir.
Cavid sənətinin təəssüratı unudulmazdı.
Şəmsi Bədəlbəyli (1911-1986). Xalq artisti. Görkəmli rejissor, teatr
və kino aktyoru. Respublika Teatr Cəmiyyətinin rəyasət heyətinin sədri
işləmişdir.
Úàâèäè õàòûðëàðêÿí
578
Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə.
Bacıxanım Axundzadə. Müəllim.
Xatirə bu kitab üçün 18 iyul 1980-ci ildə yazılmışdır.
Cavid mənim ilk müəllim olmuşdu
Əli Səbri (1892-1983) Qasımov. Yazıçı, publisist, tərcüməçi. 1934-
cü ildə SSRİ yazıçılarının birinci qurultayının iştirakçısı, ədəbiyyat
fondunun sədri olmuşdur. Xatirə “Azərbaycan” jurnalından (№1 1982)
götürülmüşdür.
Úàâèäè õàòûðëàðêÿí
579
L Ü Ğ Ə T
A.
Alayişi-cahan
Ari
Asyayi-suğra
Axürül-əmr
— dünyanın pozğunluğu
— məhrum, uzaq
— Kiçik Asiya
— işin sonunda
B.
Bahari-nəşəza
Bədəviyyət
Bədihidir
Bədri-səhab
Bidayətdən
Beyət
Beyti-xuda
Beytülmal
Bədihəpərdazlıq
Bəlağət
Bəlirsiz
Bəni-üməyyə
Bəni-haşim
Bəsirətsizlik
Bəşirətin inqazi
Bikr
Biətçilər
Biləks
Bilümum
Bilxassə
Binaən
— nəşə doğuran yaz
— ibtidailik, köçəri həyatı keçirmə
— aydındır
— buludların bütöv ayı
— əvvəldən
— dalınca getmə
— allahın evi
— xəzinə, vergilərin saxlanıldığı ev
— bədahətən söz söyləmə
— fikri tam ifadə etmə
— bəlli olmayan
— Üməyyə övladı
— Haşım övladı
— korluq, görməməzlik
— müjdənin puç olması
— bakir, əl dəyilməmiş
— ardınca gedənlər
— tərsinə
— ümumiyyətlə
— xüsusilə
— əsasən
V.
Vəxim
Vəhdəti-vücud
— qorxulu
— panteizm, varlığın birliyi
Úàâèäè õàòûðëàðêÿí
580
Vüqu
Vüqufi-nəşə
— baş vermə
— nəşənin saxlanılması
Q.
Qayət
Qarrələr
Qaim
Qeydi-əsarət
Qəvaid
Qəvi
Qəzara
Qələndəri
Qəsvət
Qüyudat
— çox, son dərəcə
— qitələr
— düz, məhkəm
— əsarət bağlılığı
— qaydalar
— güclü
— təsadüfən
— qələndər kimi
— qəm, kədər
— qeydlər, maniələr
D.
Deqadan
“Dər bəyani-hüsni-
həqiqi və eşqi-təhqiqi”
Dəst-pərvərdəsi
Dəfaət
Didari-ilahi
Dimağının
— dekadent
— həqiqi gözəllik və doğru
sevginin izahı
— yetirməsi
— neçə dəfə
— ilahi görüş
— beyninin, şüurunun
E.
Eyi
Etilalar
— yaxşı
— yüksəkliklər
Ə.
Ədd
Əddünya məzrəətül-
axirə
Əlhan
“Əmri-beməruf”
— say
—dünya axirətin tarlasıdır
— nəğmələr
— yaxşılığa doğru yönəltmə
Úàâèäè õàòûðëàðêÿí
581
Əndər
Əğniyalər
Ərş pürəxtərlə
Əsabını
Əsəfa
Əfal
Əfrad
Əhsani-təqvim
Əşxas
— iç, daxil
— varlılar
— ulduzla dolu göylə
— əsəblərini, sinirlərini
— hayıf
— işlər
— fərdlər, adamlar
— yaranmışların ən gözəli
— adamlar, şəxslər
Z.
Zatən
Zəbun
Zəkat
Zəf
Zəfi-mütləq
“Zikri-həzrəti-Şeyx
Sənan”
“Zikri-həzrəti-şeyx
Əbülhəsən Xərqani”
Zira ki
Zill hiçi
Zişt bin
Zünnar
— əslində
— aciz
— şəriətə görə sərvətdən verilən vergi
(onda bir)
— gücsüzlük, acizlik
— tam gücsüzlük
— Həzrəti Şeyx Sənanın haqqında
söz.
— Şeyx Əbülhəsən Xərqani haqqında
söz
— ona görə ki
— heçlik kölgəsi
— pislikləri görən, ümidsiz
— keşişin belinə bağladığı qurşaq.
İ.
İbraz
İbtilayə uğradı
İqdamat
İğva
İzanlara
İzzətü-iqbal
İndifa
— aşkara çıxarma
— mübtəla oldu
— çalışma
— aldatma
— təsdiq olunmuşlara
— hörmət və şərəf
— dəf etmə, özündən uzaqlaşdırma
Úàâèäè õàòûðëàðêÿí
582
İnqiraz
İstinsax
İttihad
İntixab
İnhitat
İstilzam
İştiyaqilə
İştimalımı
— məğlubiyyət
— köçürmə, kitab və ya yazının
üzündən yazma
— birlik
— seçmə
— geriləmə, süqut
— lazım olma
— şövq ilə
— şamil olmağımı
Y.
Yar-ənsarilə
Yekdigərindən
Yədi-təsərrüfanə
— dost-aşnaları ilə
— bir-birindən
— yiyələnmə əli, zəbt edən əl
K.
Kahin
Kəbeyi-məqsudə
Kəlami-sirr
Kəsbi-iştihar
Kəndində
Kəsbi-irfan
Kəsvəsi
Kibr
Kibri-külahının
“Kiseyi-həmyanın”
Kötü
Kötülük
— ibadətgah xidmətçisi, ruhani xadim
— məqsəd kəbəsinə
— sirr sözləri
— şöhrət qazanma
— özündə
— mərifət kəsb etmə
— paltarı
— özünü öymə
— özünü öymə papağının
— qurşağa bağlanan pul kisəsi
— eybli, pis
— pislik
G.
Görkülü
Güruhi-layəfləhuni
Güstax
— görkəmli
— nicat tapmayanlar dəstəsi
— həyasız, üzə qabaran
Úàâèäè õàòûðëàðêÿí
583
L.
Laihalə-illəllah
Layələm
Layəmut
Layənşüur
Ləfz
— Allahdan başqa Allah yoxdur
— anlamaz, biliksiz
— ölməz
— şüursuz
— söz
M.
Maəda
Mafövqünə
Merac
Məbudlar
Məqsuduna
Mədd-cəzr
Mədid-əlbəsər
Mələkut
Mənafiq
Mən
Məzaqinə
Məkərəyə
Məruf
Məta misalı
Mətəvəccöh
Məəttəssüf
Məxmur
Məhtab
Məhcuri-bəzmi-yar
“Məcalüsül-üşşaq”
Məczub
— ondan başqa
— üstünə
— Məhəmməd peyğəmbərin göyə
qalxması, hərfi mənası
yüksəlməkdir
— sevilənlər, allahlar
— istəyinə
— qabarma-enmə
— uzaqgörən
— mələklərə məxsus
— düşmən, nifaq salan
— qarşısını alma
— zövqünə, meylinə
— yarmarkaya
— tanınmış
— töhfə kimi
— gözdən yayındırmama,
qayğısını çəkmə
— təəssüflə
— xumar olma
— ay işığı
— yarın məclisindən uzaqda çalma
— Şeyx Fəridəddin Əttarın mənzum
əsərinin adıdır
— cəzb olunmuş, çəkilmiş
Úàâèäè õàòûðëàðêÿí
584
Miad
Məşhuduş
Məşuş
Müariz
Müaşiqlər
Dostları ilə paylaş: |