Yazılmışdır: 1917 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1922 ƏŞxas



Yüklə 0,59 Mb.
səhifə1/3
tarix21.03.2017
ölçüsü0,59 Mb.
#12152
növüYazı
  1   2   3
UÇURUM 

Faciə - 4 pərdə 


Yazılmışdır: 1917 
İlk nəşri: 1926 
İlk səhnə quruluşu: 1922 

ƏŞXAS 


Cəlal — həssas, uzun saçlı bir rəssam. 
Gövərçin — Cəlalın hərəmi. 
Uluğ bəy — Gövərçinin babası. 
Yıldırım — Gövərçinin qardaşı, uzun saçlı, orta boylu, gözəl bir tələbə. 
Aydəmir — Uluğ bəyin köy işlərinə baxan qara saqqallı bir şəxs, əski qiyafətdə. 
Əkrəm — pərişan saçlı mütəfəkkir bir gənc (Cəlal ilə Yıldırımdan bir neçə yaş böyük). 
Anjel — gənc, fövqəladə gözəl və işvəkar bir fransız qızı. 
Edmon — orta yaşlı, soluq çöhrəli bir fransız. 
Xidmətçi, dayə və xidmətçi qız. 

BİRİNCİ PƏRDƏ 

İstanbulda Cəlala məxsus elektriklə tənvir edilmiş böyük bir kitabxana... Divarlar bir çox dəyərli lövhələr, tarixi rəsmlərlə süslənmiş, masa üzərində bir taqım məcmuələr, kitablar, heykəlciklər və bir qafa tası görünür. Ətrafda rəngarəng gül dəmətləri gözə çarpar. Kitabxananın dənizə baxar iki-üç pəncərəsi, iki qapısı vardır. Qapılardan biri sofaya, digəri salona açılır. 
Pərdə açıldıqda Gövərçin - saçları gəlişi gözəl üzünə dağılmış olduğu halda - dənizi tamaşaya dalar, sonra həzin və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər. 

Gövərçin 

Eşq atəşi can yaxıyor, 
Ürəkdən qanlar axıyor, 
Tale mənə yan baxıyor, 
Həm gülümsər, həm ağlaram. 

Könül həp sızlar, həp inlər, 


Xəzan fəryadını dinlər, 
Anıldıqca keçən günlər, 
Həm gülümsər, həm ağlaram. 

Hər səfada cəfa buldum, 


Açmadan saraldım, soldum, 
Sərbəst ikən əsir oldum, 
Həm gülümsər, həm ağlaram. 

Cəlal 


(gələrək) 

Gövərçin, Gövərçin, gözəl Gövərçin! 


Bu küskün baxışlar neçin? Ah, neçin? 
Söylə, nədən solmuş pənbə yanaqlar? 
Neçin, neçin gülməz o gül dodaqlar? 

Gövərçin 

Cəlal! Heç sorma, uf, məhv oldum artıq, 
Xayır, xayır, çəkilməz bu ayrılıq. 

Cəlal 


Lakin düşün, cismən ayrılsam da mən, 
Könül bir an ayrı yaşarmı səndən? 
Daim səninlədir fikrim, xəyalım, 
Səninlədir həp ümidim, iqbalım. 

Bütün mənliyimin fövqündə yalnız 


Parlar, durur al qanadlı bir yıldız; 
İştə o yıldız, sevgilim, həp sənin, 
Sənin eşqindir, nazənin Gövərçin! 

Gövərçin 

Hənuz ilk öpüşlərin sıcaqlığı 
Dodaqlarımdan getmədən, bu qayğı, 
Bu ayrılıq qayğısı çox amansız... 
Xayır, həp xəyaldır o eşq, o yıldız. 

Cəlal 


(masa üzərində açılmış ufaq bir çantaya bir neçə 
kitab qoyaraq) 

Gövərçin, Gövərçin, inan nə etsəm, 


Nerdə bulunsam mən, nə yolda getsəm, 
Əsla tapındığım mələkdən dönməm, 
Səndən başqa bir kimsəni düşünməm. 

Bu sırada Yıldırım daxil olur. 

Yıldırım 

Gövərçin, bu nə hal? 

Gövərçin 

Sorma, qardaşım! 

Yıldırım 

Nə olmuş? 

Gövərçin 

Ah, bilməm, həp şaşırmışam. 

Yıldırım 

O qumral saçlar, o çatılmış qaşlar, 


O dalğın gözlər, o üzgün baxışlar, 
Sənə çox başqa bir lətafət vermiş, 
İnan, kim görərsə, eylər pərəstiş. 
Cəlal kimi rəssam olsaydım həmən, 
Bu lövhəni təsvir edərdim də mən. 
Hər kəs baxıb-baxıb heyran qalardı, 
Məhzun gözəllikdən bir zövq alardı. 

Gövərçin 

Əvət, bu bir nəvazişdir bəsbəlli, 
Xayır, qardaşım, istəməm təsəlli. 

Yıldırım 

Gövərçin, Gövərçin, yetər çocuqluq. 

(Bir cığara yaxıb voltə vurur.) 

Cəlal 

Gəl, baxalım, haydı, artıq vaqıt yox... 



(Bir əlində çanta, bir əlində Gövərçinin əli olaraq 
salona keçər.) 

Aydəmir 


(sevinclə daxil olur) 

Yıldırım bəy, müjdə! 

Yıldırım 

Nə olmuş, yahu? 

Aydəmir 

Gəldi Əkrəm bəy. 

Yıldırım 

Hanki Əkrəmdir o? 


Aydəmir 


Köy qonşumuz, sənin ən yaxın dostun. 

Yıldırım 

Nə xoş xəbər, həmən söylə, buyursun. 

(Aydəmir çıxar) 

Şübhəsiz, şaşırar Əkrəm bəy, bizi 
Cəlalın evində görərsə imdi. 

Əkrəm 


(Ləzgi qiyafətində digər qapıdan daxil olur.) 

Yıldırım! 

(Öpüşürlər.) 

Yıldırım 

Əkrəm! Ah, sevimli Əkrəm! 
Sənmisən, röyamı gördüyüm, bilməm? 
Nə oldun yahu, bu nasıl qiyafət? 
Çox uzun sürdü yapdığın səyahət. 

Əkrəm 


Əvət, bir qaç dağlar, dənizlər aşdım, 
Bütün Turan ellərini dolaşdım, 
Dağıstanda keçdi son səyahətim, 
Onunçün dəyişmiş həp qiyafətim. 
Yıldırım 

Çox tühaf, sən İstambula varırkən, 


Biz çıxmaq üzrəyiz bu şux ölkədən, 
Bizimlə arxadaş olsaydın əgər, 
Fransada əylənərdik bir qədər. 

Əkrəm 


Fəqət əyləncədən məramınız nə? 

Yıldırım 

Mən Firəngistanın şux həyatinə 
Yaxından aşina olmaq istərəm, 

Bir qədər Parisdə qalmaq istərəm. 


Cəlal isə çox maraqlı bir rəssam
Əski, yeni lövhələri biltamam 
Görüb bilmək, bir şey sezmək istəyir, 
Sonra İtalyanı gəzmək istəyir. 

Əkrəm 


Əvət, bu çox gözəl düşüncə, lakin 
Səyahətdən zövq alan bir türk için 
Krım yalıları, İdil boyları, 
Qafqaz dağları, şanlı türk soyları, 
Birər sərgidir — seyrinə doyulmaz, 
Gənc bir rəssam üçün dəyərsiz olmaz, 
Həm nə həqiqi lövhələr, bilsəniz! 
Hər zövqü, hər qəlbi oxşar şübhəsiz. 

Bu sırada Cəlal qapı arasında görülür, dinlər, heç biri duymaz. 

Yıldırım 

Cəlal həqiqətən ziyadə, məncə, 


Xəyal düşgünüdür, onun zənnincə, 
Xəyaldan doğarmış bütün böyüklük, 
Həqiqi lövhələr onca çox sönük... 

(Divardakı rəsmləri göstərir.) 

İştə bunlar onun son əsərləri, 
Həpsində çırpınır xəyal şəhpəri. 

(bir rəsmə işarətlə) 

İştə onu parladan bir şah əsər - 
Röya görürkən bir mələk gülümsər. 

Əkrəm 


(baxar) 

Əvət, gerçəkdən dəyərli sənətkar, 


Səbirsiz olmasa, çox çapuq parlar. 

Yıldırım 

Ondan əmin ol, gözəllik pərisi 
Daima Cəlalın nədimi-hissi... 
Bir ay əvvəl burda bulunmalıydın, 
Onun bir tablosiçin erkək, qadın, 
Bütün İstanbul alqışlarla doldu, 
Ondakı qüdrətə hər kəs vuruldu. 

(ətrafdakı gül dəmətlərini göstərir) 

Bax, bu güllər həp əsəri-pərəstiş, 
Hər birini bir gözəl qız göndərmiş. 

Əkrəm 


Mən öylə bir rəssam olsaydım əgər, 
Hicaz ölkəsinə eylərdim səfər. 
Uğraşıb durardım bir xeyli müddət, 
Bir çox düşüncədən sonra, nəhayət 
Təsvir eylər idim gənclik çağında 
Böyük Məhəmmədi Hərra dağında, 
Bir halda ki, göydən enən bir mələk 
Qarşısında gülümsər nur sərpərək: 
Təbliği-vəhy edər... Fəqət daima, 
Daima dalğın o sarsılmaz dəha... 

Yıldırım 

Hərra - mələk həp birər əfsanə... Biz 
İmdi artıq həqiqət dövründəyiz. 

Cəlal 


(gələrək) 

Ah, sevgili Əkrəm, vəfalı Əkrəm!.. 

(Əkrəmlə qucaqlaşıb öpüşdükdən sonra) 

Əhd eylədim artıq, sözümdən dönməm. 


İnan ki, illərcə bir aşiq kimi 
Uğraşır, izlərəm bu incə fikri. 

Əkrəm 


Əgər müvəffəq olarsan, bu lövhən 
Parlar bir günəş kimi çox sürmədən, 
Sən də günəşdən nur alan ay kibi 
Parlar da, təsxir edərsən hər qəlbi. 

Yıldırım 

(pəncərələrin birini açaraq) 

Seyr edin, ah, seyr edin, sanki ayda 


Xəstə bir qadın çöhrəsi hüveyda... 

Cəlal 


Məncə o, solmuş, ixtiyar bir səbi... 
Yürür uyquda seyr edənlər kibi. 

Əkrəm 


Xayır, o bir möcüznüma lövhə ki, 
Əks etdirir bizə həp tarixləri. 
Mə onu seyrə daldığım zamanlar, 
Birər-birər həp əski qəhrəmanlar, 
Həp əski vəqələr dönər qarşımda, 
Həp əski tufanlar qopar başımda. 
Ah, o məhzun çöhrə nələr görməmiş! 
Nə əsrarlı saətlər keçirməmiş! 
O şahiddir bütün səadətlərə, 
O vaqifdir bütün fəlakətlərə. 
O görmüş hər zülmü, hər cinayəti, 
O duymuş hər eşqi, hər məhəbbəti. 
O məhrəmdir hər sirrə, hər duyğuya, 
O munisdir hər sevdalı uyquya. 

Cəlal 


Kaş ki mən də öylə sərbəst olaydım! 
Bəxtiyar sanardım özümü daim. 
Hər yerdə solğun nurumu sərpərdim, 
Lətif, mərmər sinələri öpərdim, 
Həp oxşardım pənbə, gül yanaqları, 
Məhəbbətlə titrəyən dodaqları. 

Bu sırada salonda müztərib və yaralı bir ahənglə piano çalınmağa başlar, həmən ortalığı sükut qaplar. 

Yıldırım 

(Cəlala) 

İştə bir könül ki, həp inildəyir, 
Sənə “vəfasız, mərhəmətsiz” deyir. 

Əkrəm 


Afərin!.. Bu həssas barmaqlar kimin? 

Cəlal 


Seyr et də gör! 

(Qapıyı açar.) 

Əkrəm 

Gövərçin, ah, Gövərçin! 



(deyə şaşqın addımlarla salona keçər. Yıldırımla Cəlal da onu izlər.) 

Uluğ bəy 

(Aydəmirlə bərabər sofa qapısından daxil olaraq) 

Ah, bu uzunsaçlı xırçın çocuqlar, 


Hər biri gündə bir xəyal sayıqlar. 

Aydəmir 


Zənnimcə, Yıldırım bir qədər haqlı, 
O gənc bir tələbə, həm də maraqlı... 
Lakin bu hal Cəlal üçün çox gücdür. 
Çünki Gövərçini həp düşündürür. 

Gövərçin saçları bir hörgü ilə hörülmüş oldüğü halda daxil olur. 

Uluğ bəy 

Yavrum, quzum! Nə var, nə olmuş yenə? 


Söylə, bu küskün çöhrəyə səbəb nə? 

Gövərçin 

Səbəb kəndim, kəndi talesizliyim... 

Aydəmir 


Ayrılığa çox dayanmazdır, bəyim! 

Uluğ bəy 

Yavrum, sənin kimi xudkam olanlar, 
Həp qısqanc, inadlı, xırçın qadınlar, 
Bulunmuş olurlar işin sonunda 
Dəhşətli bir fəlakət qarşısında. 
Sən Cəlalı ancaq ona verdiyin 
Hürriyyətlə zəncirləyə bilirsin, 
Saqın! Mane olma; bu hal bir qüsur... 

Gövərçin 

Qüsur, fəqət tərki-məhal bir qüsur. 

(Babasına sarılır.) 

Aydəmir 

(Uluğ bəyi göstərir) 

Düşün, gülünc deyilmi ya bu hallar? 
Sənin Uluğ bəy kimi bir baban var. 
Qəlbin fəza qədər geniş olmalı, 
Heç bir zaman sıxmamalı Cəlalı. 

Uluğ bəy 

Əvət, çox doğru söyləyir Aydəmir, 
Darlıqdan insana kiçiklik gəlir. 

Yıldırım 

(gələrək) 

Əfəndim! Əkrəm bəy sizi bəkləyir. 

Uluğ bəy 

Gəl baxalım, səyyah nələr söyləyir. 

(Gövərçinlə bərabər salona keçər.) 

Aydəmir 


Ah, zavallı Əkrəm!.. 

Yıldırım 

(heyrətlə) 

Nə var, nə olmuş? 

Aydəmir 

O, vaxtilə Gövərçinə vurulmuş, 


Həm də bir çox ümidlər bəsləmişdi, 
Yazıq!.. Bir düşün, o nə halda imdi!? 

Yıldırım 

Fəqət bu vəqəyi sən nerdən bildin? 

Aydəmir 


Üç il əvvəl köydə ikən Gövərçin 
Bilirsən ya, dərs oxurdu Əkrəmdən! 
İştə bu sirri o zaman duydum mən. 

Yıldırım 

Burax canım, o həp kitab düşgünü, 
Həp xəyal içində keçəcək günü. 
O İsa ruhlu dərbədər qələndər; 
Böylə təsadüflərdən etməz kədər. 

Xidmətçi əlində iki yol çantası olaraq salon tərəfindən gəlib keçər. 

Cəlal 

(Gövərçinlə bərabər gəlir, Yıldırıma) 



Tam vaxtıdır, haydı, əfəndim, buyur. 
İmdi arxadaşlar bizi bəkliyor. 

Yıldırım 

Əvət, yolçu yolda gərək, getməli, 
Gözəl İstambula vida etməli. 

(Aydəmirlə bərabər salona keçir.) 

Gövərçin 

(Cəlala) 

Ah, gediyorsan, öyləmi? 

Cəlal 


Gövərçin! 
Bu üzgün baxışlar neçin, ah, neçin? 

Gövərçin 

Beş günlük vüsal, əcəba, çoxmu ya?! 
Səndə heç insaf, mərhəmət yoxmu ya?! 

Dinlə bir bu çarpan öksüz qəlbimi 


Çırpınır, bax, yaralı bir quş kimi. 

Cəlal 


Haqlısan, mələyim, haqlısan, əvət, 
Lakin ayırmayır bizi bu firqət. 
İnan, bir çox dağlar, dənizlər aşsam, 
Yer üzünü başdan-başa dolaşsam, 
Ancaq səni arar, səni özlərəm, 
Ancaq səni görər, səni izlərəm. 

Uluğ bəy, Əkrəm və Yıldırım gəlir. Gövərçin salona keçər. 

Əkrəm 

Sağlıq olsa, iki ay sonra mən də 


Bulunaram Parisdə, ya Berlində. 

Yıldırım 

İştə bu niyyət gerçəkdən çox gözəl
Mümkün olsa, gecikmə, çox çapuq gəl! 

Uluğ bəy 

(əlini Yıldırımın omuzuna qoyaraq) 

Oğlum, Yıldırım! Məktub yaz daima. 


Gövərçini, həmşirəni unutma; 
Bilirsən, Gövərçin səni çox sevər, 
Hər həftə gözləriz yeni bir xəbər. 

Yıldırım 

Məni sayğısız bilməyin, bəy baba! 
Xayır, həmşirəmi unutmam əsla! 

(Yıldırımla Cəlal Uluğ bəyin əlini öpərlər və Əkrəmlə 


əl verib öpüşürlər.) 

Uluğ bəy 

Haydı, yavrum, gedin, uğurlar olsun! 
Gedin, böyük tanrı sizə yar olsun! 
Fəqət bilməli ki, bir çox igidlər, 
Bu yaldızlı yolda olmuşlar hədər. 
Əvət, bilməli ki, firəng elləri, 
Həm bəslər, həm soldurar əməlləri; 
Avropada işıq da var, zülmət də, 
Orda səfahət də var, fəzilət də. 
O bir əngin dəniz ki, çox qorxuncdur. 
İnsan gah inci bulur, gah boğulur. 
Ayıq davranmalı, mətin olmalı, 
Həp nura qoşmalı, haqqı bulmalı. 

Bu sırada Gövərçin qucağında mini-mini yavrusu daxil olur. 

Uluğ bəy 

(Mənəkşənin yanaqlarını oxşar və Cəlala) 

İştə mələkciyəz!.. Son sözüm sana, 
Saqın, gözəl Mənəkşəyi unutma! 

Cəlal 


(Mənəkşəni alıb öpər.) 

Mənəkşəm, ah, nazlı dilbər Mənəkşəm, 


İstəməm səndən ayrılmaq, istəməm. 

(Çıxırlar. Əkrəm də onları izləmək istər.) 

Uluğ bəy 

Nasıl?! Getməkmi istəyirsən, Əkrəm? 

Əkrəm 

Əvət, artıq zəhmət vermək istəməm. 



Uluğ bəy 

Xayır, mümkün deyil, səni buraxmam, 


Gövərçinə müsafiriz bu axşam. 

Əkrəm 


Heç rahatsız olmayın... 

Uluğ bəy 

Məni dinlə, 
Mən də köyə dönməliyəm səninlə. 
İstambuldan yoruldum, bıqdım artıq! 
Gözəl şəhər, fəqət yazıq, çox yazıq! 

Bir taqım duyğusuz, sönük qüvvətlər, 


Bu ölkəni bir heçliyə sürüklər. 
Uzaq qaldıqca Bosfor mühitinə, 
İnsan az-çox təsəlli bulur yenə. 
Yaxlaşınca könül həmən diksinir, 
Həp nəzər dəyişir də ruh incinir. 

(Qafasını mənidar bir tövr ilə sallar.) 

Görməkdən daha dadlıdır eşitmək. 

Sofa qapısından çıxar, bu sırada Gövərçin Mənəkşəni bağrına basdığı halda geri dönər, məyus addımlarla salona keçər. 

Əkrəm 

(Onu diqqətlə süzərək, yalnız) 



Gövərçin! Ah, gözəl, füsunkar mələk!.. 

(Əli alnında, sarsılmış və düşüncəli bir halda 


sandaliyəyə oturur.) 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

Beş ay sonra. Parisdə son dərəcə süslü, çiçəkli bir salon... Salonun sağ tərəfində iki qapı: onlardan biri Anjelin tualet odasına, digəri Cəlalın iş odasına, soldakı üçüncü qapı isə sofaya açılır. Qarşıdakı böyük pəncərədən günəşin batmaqda olduğu görülür. Pəncərə önündə Cəlal - ağ və uzun iş kömləyində - əlində tutmuş olduğu böyük bir rəsmə diqqətlə baxıb düşünür. Divara asılı iki böyük rəsm də nəzərləri oxşar. 

Anjel 

(Aşağıdakı şərqiyi büllurin bir səslə tərənnüm edərək salona keçər.) 



Mən öncə bir mələkdim, 
Yüksəklərdə uçardım. 
Parlaq bir yıldız kimi 
Ətrafa nur saçardım. 
Mən şux bir kələbəkdim, 
Daldan dala qoşardım. 
Açmamış bir çiçəkdim, 
Güllüklərdə yaşardım. 
Hər kəsi mələk sandım, 
Hər sevgiyə inandım, 
Xəlqə əyləncə oldum, 
Ah, bilmədim, aldandım. 

Cəlal iş odasına keçmək istər. 

Cəlal, söylə, nə olmuş? 
Səndə bir başqa hal var. 
Yenə dalğın gözlərin 
Bilməm, nələr sayıqlar!.. 

Cəlal 


Anjel, sevimli Anjel! 
Sənsiz ruhumu qaplar 
Yığın-yığın qayğılar, 
Həp zəhərli xəyallar. 
Lakin duyduğum kimi 
O incə dilbər səsi, 
Qalxar məhzun könlümün 
Tar-dumanlı pərdəsi. 
Əvət, səni gördükdə 
Sönər həp düşüncələr, 
Artıq, öksüz ruhumu 
Gəmirməz işgəncələr. 
Ah, bu süzgün baxışlar, 
Bilsən, nasıl füsunkar! 
Gah ruhumu güldürür, 
Gah da qəlbimi yaxar. 

(Anjeli öpər.) 

Anjel 
Of, bu çılğın öpüşlər 
Həyatımı yaldızlar. 
Sərsəm könül fərəhdən 
Həm rəqs edər, həm sızlar. 

Cəlal 


Sən gözəllər içində 
Bir afətsən, mələksən. 
Ömrümün baharında 
Gülümsər bir çiçəksən. 

Anjeli qolları arasına alır, iki dodaq məczub bir halda yekdigərinə yaxlaşır, bu sırada Gövərçinin dağınıq saçlı, məhzun baxışlı “xəyalı” pəncərə önündə görünür. Cəlal “ah” deyə Anjeli buraxı verir. Şaşqın və sərsəm baxışlarla baxmaqda davam edir, xəyal artıq görünməz olur. 

Anjel 

(Elektrik lampacıqlarını yaxaraq.) 



Aman, yenə gözlərin 
Başqa bir şey söyləyir. 
Sanki bir dəhşət səni 
Hər an təhdid eyləyir. 

Cəlal 

Xayır, xayır, sevgilim, 
Bu hal çox sürməz, keçər. 
Bu bir sinir halıdır, 
Maraq etmə, tez keçər. 

Anjel 


Fəqət səbəbsiz deyil, 
Bu sirri anlat mənə. 

Cəlal 


Sorma, xayır, heç sorma, 
Bu sirr açılmaz sənə. 

Xidmətçi sofa qapısından girir. Cəlala bir kart-vizit verir. 

Anjel 

Kimdir gələn? 



Cəlal 

Əkrəm bəy! 

Anjel 

Ah, bu hərif can sıxar. 


Onun sərt baxışları 
Sanki beynimi yaxar. 

Cəlal 


Haydı get, söylə, gəlsin. 

Xidmətçi qız çıxır. 

Anjel 

Fəqət onun hər sözü 


Kəskin bir qılınc kimi 
Ayırmaq istər bizi. 

Öz odasına keçir, Cəlal iş kömləyini çıxarıb bir tərəfə atı verir. Əkrəm 


avropalı qiyafətində daxil olur. 

Cəlal 


Gəl baxalım, nerdəsən? 
Görünməz oldun artıq. 
Heç görülmüşmü böylə 
Arxadaşlıq, yoldaşlıq?! 

Əkrəm 


Kimsədə bir qüsür yox 
Yalnız qəbahət səndə; 
Əyləniyorsun qorxunc 
Uçurumlar önündə. 
Halbuki, çox uzaqda 
Yurdun, yuvan, eşin var. 
Gövərçin yavrusilə 
Yola göz dikmiş, ağlar. 
Sən yabançı ellərdə 
Bir kokotu tutmuşsan. 
Uyub bir rəqqasəyə 
Hər şeyi unutmuşsan. 

Cəlal 


Həp doğru, lakin Anjel 
Çox nazlı bir mələkdir. 
Gözəllik sərgisində 
O bir lətif çiçəkdir. 

Əkrəm 


Əvət, mələkdir, fəqət 
Şeytan ruhlu bir mələk! 
Lətif çiçəkdir, fəqət 
Çox zəhərli bir çiçək! 
Bir sən deyil, hər kəslə 
O istər həmdəm olmaq. 
Lakin yaqışmaz sənə 
Hər kölgəyə vurulmaq. 
Beş aydır Parisdəsən, 
Söylə, nə yapdın, söylə? 

İnan ki, məhv olarsan 


Bu sayğısız gedişlə. 

Cəlal 


(divardakı rəsmləri göstərir) 

Seyr eylə iştə!.. Burda 


Ən şöhrətli rəssamlar, 

(əlini köksünə vurur) 

Cəlaldakı sənəti 
Həp alqışlar, salamlar. 

Əkrəm 


Bu əfsunçu qadından 
Uzaqlaşmasan əgər, 
Öyündüyün istedad, 
Sənət, dəha həp sönər. 

Cəlal 


Ah, bu sözlər nə lazım! 
Mümkün deyil... qəhr olsam, 
Məhv olsam belə, heyhat! 
Mən Anjeldən ayrılmam! 

Əkrəm 


(Hiddətlə yerindən qalxar) 

Əfv edərsən, o halda 


Bir daha zəhmət verməm, 
Allaha ismarladıq... 

(Gedəcək olur.) 

Cəlal 

Əkrəm! Bir düşün, Əkrəm!.. 



Əkrəm 

Xayır, artıq düşünmək, 


Söz güləşdirmək yetər... 

Cəlal 


Əkrəm, məzuram, Əkrəm!.. 

Əkrəm 


Üzrün suçundan betər! 

(Çıxar.) 


Cəlal da onu izlər. Anjel sürəkli və istehzalı qəhqəhələrlə odasından 


çıxar; xidmətçi qızın gətirdiyi karta baxar. 

Anjel 


Müsyo Edmon! Durma, get, 
Söylə gəlsin... 

(qız çıxar, Anjel qəhqəhəylə) 

Bilməm ki, 
Əkrəm nə sanmış məni? 
Halbuki, Anjeldəki 
Gözəlliyə bir yığın 
Cəlallar qurban olmuş. 
Gənc qraflar, prinslər 
Əlimdən güc qurtulmuş... 

(Edmon girər) 

Edmon, ah, müsyo Edmon! 
Artıq unutdun məni... 

Edmon 


Dün nə için gəlmədin? 
Bir çox bəklədim səni. 
Bəklədim qızıl işıq 
Sərpən kiçik odamda. 
Bir oda ki, həp saçar 
Ehtiras, eşq, sevda... 
Uf, bu gözlər, bu gözlər 
Yaxar çılğın ruhumu. 
Allah eşqinə, səndə 
İnsaf, mərhəmət yoxmu?! 

(Bir daha öpmək istər.) 

Anjel 

(Məğrur və işvəli bir baxışla geri çəkilir.) 



Artıq öpüş əl verir... 

Edmon 


(onun biləyini yaxalar) 

Ya?.. Soyudunmu məndən?! 

Anjel 

(əlini çəkərək) 



Burax bu məcnunluğu, 
Allahını sevərsən. 

Edmon 


Əvət, imdi anladım, 
İmdi anladım, əvət, 
Sönük bir xülya imiş 
Əski eşq, əski ülfət. 

(Anjel şiddətli qəhqəhələrlə gülər. Edmon sinirli.) 

Bu dadlı qəhqəhənlə 
Var-yoxumu tükətdin. 

(Anjelin barmağındakı üzükləri, boynundakı inciləri 


göstərir, çılğınca) 

Bu almaslar, incilər. 


Söylə, kimin, ah, kimin? 

Anjel 


(təkrar gülərək) 

Maraq etmə, səninki 


Çoxdan satıldı, getdi. 

Bax, bu incilər yoxmu? 


Cəlal hədiyyə etdi. 

(üzükləri göstərir) 

Almas deyil bunlar da, 
Pırlantadır, əzizim! 
Bunu Moskovdan gələn 
Bir qraf etmiş təqdim. 
Bu da gənc bir iranlı 
Şahzadədən yadigar... 
Bax, nə sevimli şeylər, 
Yıldız kimi parıldar. 

Edmon 


Ya, sənin hər gecəndən 
Böylə bir yıldız doğar. 
Öylə bir mətasan ki, 
Hər yerdən müştərin var. 
Anjel, əmin ol, bu hal 
Böylə getməzdən bir gün, 
Özünü bir cinayət 
Qarşısında görürsün. 

Anjel 


(yapma səmimiyyətlə) 

Edmon! Çocuqmu oldun? 


Nə saçmalar söylərsən? 
Haydı, imdi get, yarın 
Axşam məni bəklərsən. 
Həp başdan keçənləri 
Gələr, söylərəm sənə; 
Haqlı bulursan bəlkə, 
Bəlkə acırsan mənə. 

Edmon 


(onun əlini öpərək) 

Çox gözəl, öylə olsun, 


Gedər, bəklərəm, amma 
Mümkünsə erkəncə gəl, 
Saqın, saqın, unutma! 

Edmon çıxır, bu sırada Cəlal gəlir. 


Cəlal 


Anjel! Bu kimdir yenə? 
Söylə, kimdir bu müsyo? 

Anjel 


(məğrur və müstəhzi) 

Mənim əski bildiyim, 


Əski sevgilimdir o. 

Cəlal 


Düşün, bu hallarınla 

Məni məhv eyləyirsən. 

Anjel 

Çünki vurğunam ona... 



Cəlal 

Anjel! Nə söyləyirsən? 

Anjel 

(laübali və işvəli qəhqəhələrdən sonra, ciddi) 



Bilsən, hərif gəlmiş də 
Nə həzyanlar söyləyir? 
Əski eşqi anıb da 
Məni təhdid eyləyir. 

Cəlal 


Cavab vermədinmi ya? 

Anjel 


Sözlərini dinlədim, 
Yarın bəklərsən deyə - 
Başımdan dəf eylədim, 

Cəlal 


Yalan satmaq nə lazım, 
Bir kərə kəs ülfəti! 

Anjel 


Ah, o kinli bir hərif, 
Var cinayət niyyəti. 

Cəlal 


Heç bir təlaş istəməz, 
Nə olsa, rədd etməli... 

Anjel 


Ən eyisi, köçməli, 
Fransadan getməli. 

Cəlal 


Lakin qürbət ellərdə 
Canın sıxılmazmı ya? 

Anjel 


Hər yerdə bir deyilmi 
İnsan, günəş, göy, hava? 

Cəlal 


Bütün bildiklərindən, 
Yaxınlarından uzaq, 
Gün keçirmək qolaymı? 

Anjel 


... Allah eşqinə, burax! 
Mənə cahanda yalnız 
Sənsən yeganə həmdəm. 
Səndən, sənin eşqindən 
Başqa bir şey istəməm. 

Bu sırada xidmətçi qız bir kart-vizit gətirir. 

Cəlal 

(kartı alıb baxar, Anjelə) 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin