Yazılmışdır: 1918 İlk nəşri: 1924 İlk səhnə quruluşu: 1920 ƏŞxas



Yüklə 72,2 Kb.
səhifə2/4
tarix06.09.2017
ölçüsü72,2 Kb.
#29043
növüYazı
1   2   3   4

Bir ərəbdir, adı da İbn Yəmin. 

İblis 


(qızğın) 

Sayğısızlıq yetişir, haydı, gedin! 

Vasif 

(silah çəkərək) 



Şımarıq abdala baq, dur! Nə dedin? 

Küçük zabit 

(mane olur) 

Vasif! Allahı sevərsən də bıraq! 

(geri çəkilməkdə olan İblisə) 

Dur, təlaş etmə, əzizim... 

Vasif 

Alçaq! 
Nerdə Rəna, onu göstər! 



İblis 
(istehzalı təbəssümlə) 

Nə demək! 


Varıyor İbn Yəminə o mələk. 

Vasif 


Onu qandırmış o xain, lakin 
Bən sağ olduqca, bu iş namümkün! 

Küçük zabit 

(mülayim) 

Arqadaş, gərçi o sərsəm məğrur, 

(Vasifi göstərir) 

Qızın ən sevgili məşuqu budur. 

İblis 

Ah, ayaq səsləri var, tez çəkilin, 


Çəkilin, sonra, bir az sonra gəlin. 

Vasif 


(arqadaşına, xüsusi) 

Gedəlim, ən eyi yol: hər ikimiz, 


Azacıq sonra misafir gəliriz. 
Şu hərif çünki yaqın dostumdur, 
Bəlkə bir rənglə iş həll olunur. 

Küçük zabit 

(çıqarkən İblisə) 

Şimdi var bir sana ümid ancaq, 


Çarə bul, yoqsa o qız məhv olacaq. 

İblis 


(məğrur qəhqəhə ilə, yalnız) 

Bəndən imdad umuyor cümlə cihan, 


Biri zalım, biri məzlum insan. 

Rəna 


(sol qapıdan daxil olur) 

Bu ziyafət nə demək, söylə niçin, 


Sana hiç açmadımı İbn Yəmin? 

İblis 


(yarımqəhqəhə ilə) 

Bilmiyormuş kibi davranmaq nə!? 


Bu ziyafətdir əlamət dügünə. 
Səni təzvic ediyor İbn Yəmin, 
Şimdi əmr etdi nikah qıymaq için. 

Rəna 
(həyəcanlı və şaşqın) 

Sus, aman sus! Nə rəzalət! 

(etimadsız) 

Əcaba! 
Yoq, çəkilməz bu xəyanət əsla 
Bəni bilməm ki, nə sanmış şu hərif, 
Ah, pək doğru diyormuş Arif. 

(son dərəcə təhdidkar) 

Hiç məraq etmə, duyar, şimdi duyar, 
Şimdi anlar ki, əvət, bəndə nə var. 

Gəldiyi qapıdan çıqar. Bu sırada Arif fəsli olaraq, yüzünü gözəlcə təraş etdirmiş olduğu halda, sağ qapıdan girər. Rənanın qapıyı qapayıb getdiyini görüncə, büsbütün şaşırır. 

İblis 

Bana baq, hey səni sərsəm budala! 


Bu cəsarət sana nerdən, əcaba? 

Arif 


(Rəna çıqdığı qapıya işarətlə) 

Ondan, ah, iştə o dilbər qızdan, 


Şimdi burdan süzülən yıldızdan. 

İblis 


Söylə, dərdin nədir, aydın söylə! 

Arif 


Mərhəmət qıl da, aman, lütf eylə, 
Söylə Rənayə ki, Arif gəlmiş. 

İblis 


Anladım dərdini, lakin bu zor iş... 
Ona nail olur ancaq onlar 
Ki, avuclar dolusu altını var. 

Arif 


Bəndə yoq altın, əzizim, zira 
Uymamış sərvətə könlüm əsla. 

İblis 
(yarımqəhqəhə ilə) 

Altının yoqsa, silahın var ya, 
Bəni öldür, də qavuş sonra ona. 

Arif 


Yoq, silahım da yoq, insaf eylə, 
Sanma vəhşi bəni sən bir öylə. 

İblis 


(mənalı bir qəhqəhə ilə) 

Pək gözəl, anladım, ancaq Rəna 


Qismət olmaz bu təbiətlə sana. 
Üzülüb durma, çəkil get, zira 
Qüvvətə, altına tabe dünya. 

(Arifdə məyusca bir dalğınlıq. İblis mülayim qəhqəhə ilə) 

Nəyə daldın, niçin oldun məyus? 

Arif 


Çünki yoq bir şeyim, əfsus, əfsus! 

İblis 


Bir şeyin yoqsa da, könlün var ya, 
Bana ver könlünü... 

Arif 


Əsla, əsla!.. 
Bunu hiç umma, saqın Arifdən, 
Vermişim könlümü yalnız ona bən. 

İblis 
(ətrafa) 

İştə Şərqin mütərəddid çocuğu! 
Şaşqın, abdal, əsəbi yavrucuğu! 

Arif 


(masa üzərindəki şərab qədəhini yaqalar) 

Ah, aman! Bir içim olsun, bana su! 

İblis 

(sürahiyi alıb qədəhi raqı ilə doldurur) 



Al, iç! 

Arif 


(yarıya qədər içər. Yüz-gözünü bürüşdürür) 

Eyvah, nə dəhşət, yahu! 


Su deyil, səmli bir atəşdir bu. 

İblis 


(başqa bir şüşədən böyük bir qədəh dolusu ərğəvani şərab verir) 

Bu fəqət tatlıdır, al iç! 

Arif 
Nədir o? 

İblis 


İç də baq, sonra duyarsın nə imiş, 
Ən gözəl töhfə, keşiş göndərmiş... 

Arif 

(bir qədər içər, qədəhi məmnun və nəşəli bir baqışla süzərək) 

Ah əvət, sanki şəfəq dalğalı nur... 

(içib bitirdikdən sonra, niyaz ilə) 
Şimdi Rənayı çağırsan nə olur? 

İblis 


Onu sən pəkmi sevərsin? 

Arif 


(cibindən bir çığara çıqarır) 

Sorma. 
Sızlayan könlümə atəş vurma! 

(İblis cığarayı atəşlər) 

Ta çocuqkən seviyordum onu bən. 

İblis 

(qapıya işarətlə) 



Gəliyor iştə o gülqönçə dəhən. 

Arif 


Ah aman, halı nasıl hüznavər, 
Gözlərindən saçılır şimşəklər. 

Rəna 


(əlində bir qaç parça kağız daxil olur, heyrətlə) 

Arif, Arif! Nə için gəldin sən? 


Arif 

Sorma bəndən, onu sor qəlbindən. 

İblis 

Şu kağızlar nə içindir, yavrum? 


Rəna 


Onu bunlar edəcəkdir məhkum. 

Arif 


Əcaba, kimdir o xain, miskin? 

Rəna 


Səncə pək bəlli hərif: İbn Yəmin. 

Arif 


(kağızları göz ucilə süzərək) 

Şu xəyanətləri sən əvvəldən 


Biliyorkən susuyordun, bu nədən? 

Rəna 


Bəni qandırdı da sandım o dəni, 
Bulur əlbət babamın qatilini, 
Sonra baqdım ki, o bir başqa səfil!.. 

Arif 


(ətrafa) 

Bəlkə həp kəndisi cani, qatil... 

(Rənayə) 

Bana ver onları, Rəna! Bana ver. 

(kağızları almaq istər) 

Rəna 


(İblisi göstərir) 

Hələ səbr et, baqalım bir bu nə der. 

İblis 

Ver, əvət, ver, o nə lazımsa yapar. 


Arif 

Bana ver, şimdi o azğın canavar, 


Bulur əlbəttə cəza, qurtulmaz. 

(Kağızları alır, sürətli adımlarla gəldiyi qapıdan çıqar.) 

Rəna 

(müztərib) 



Ah, lakin o hərif pək qurnaz... 

İblis 


Hiç təlaş etmə, quzum, dinlə bəni, 
İki bildik soriyorlardı səni... 

Rəna 


(sözünü kəsərək) 

Kimdi onlar? 

İblis 

Biri olduqca yigit, 


Vasif ismində gözəl bir zabit. 

Rəna 


(şad və məmnun) 

Ah, gerçəkmi bu söz? 

İblis 

Pək gerçək, 


Bana söz verdi, əmin ol, gələcək. 

İbn Yəmin 

(daxil olur, İblisə) 

Əcaba, sevgili Rəna nə diyor? 

İblis 

Bəyim, izhari-məsərrət ediyor. 



İbn Yəmin 

(İblisin omuzunu oqşayaraq) 

Xeyli məmnunim, əzizim, səndən. 

Rəna 


(kinayəli və acı təbəssümlə) 

Xəstəyə baqmaq için gəlmiş ikən, 


Bir ziyafətdə bulunmaq nə tuhaf! 

İbn Yəmin 

Yoqmudur səndə, gülüm, hiç insaf!? 
Yaralı əskərə baqmaqsa məram, 
Əskərim bən də, böyük həm də yaram, 
Yar da aç, qəlbimə baq, sonra inan, 
Çünki hala aqıyor, kəsmədi qan. 

Rəna 


(məhzun) 

Ah, təmin ediyordun da bəni; 


Bulacaqdın babamın qatilini. 

İblis 


O da mümkün, o da mümkün, Rəna! 
Bir düşün, bən nə dedim şimdi sana? 
Həp sevin, gül, mələyim, çünki bu gün 
Ələ düşməz... nə səadətli dügün!.. 

(mənalı qəhqəhə) 

Çavuş 

(daxil olur) 


Gəliyor iştə misafirlərimiz. 

İbn Yəmin 

(Rənayə) 

Get, gülüm, sonra məhəbbət edəriz. 

(Misafirləri qarşılamaq için qarşıki qapıdan çıqar.) 

İblis 

(Rənayə) 



Hiç məraq etmə, əmin ol, o bənim 
Ən itaətli qulumdur daim. 
Durma get, bəklə də fürsət dəmini, 
Bəlkə röyadə görür bir də səni. 
İstehzalı qəhqəhə... Rəna sağ qapıdan çıqar. İbn Yəmin ilə bərabər Vasif, arqadaşı və iki-üç zabit daxil olurlar. 

İbn Yəmin 

(öndə olaraq, tatlı qəhqəhələrlə) 

Hay, hay, buyurun, nə xoş təsadüf! 

(Vasiflə küçük zabiti misafirlərinə göstərir) 

Bir arqadaşımdır iştə Vasif, 


Aylarca əgərçi ayrı düşdük, 
Qismət bu, yenə bu gün görüşdük. 

Vasif 
(İbn Yəminə) 

Xoşbaxt olaraq ziyarətindən 
Könlüm nə qədər sevindi, bilsən! 

İbn Yəmin 

(misafirlərə) 

Bən hərb ediyorkən ordumuzda 


Gördümsə, beş-on sevimli sima, 
Vasif, şu könüllü, şanlı zabit 
Bir yıldıza bənziyordu sabit. 

Birinci zabit 

Dünyayı saran şu qanlı qavğa 
Bir xeyli yigitlər etdi peyda; 
Yoq şübhə, bu dürlü nevcavanlar 
Olduqca dəyərli qəhrəmanlar. 

İbn Yəmin 

Qavğada qolay müvəffəq olmaq, 
Tale və cəsarət olsun ancaq. 

Otururlar. 

Birinci zabit 

(yarımsərxoş, İbn Yəminə) 

Yahu, bu nasıl dügün, ziyafət!? 
Məscidmi bu, ya ki, bəzmi-işrət? 

İkinci zabit 

Gerçək, bu nə? Oynayıb çalan yoq, 
Bir nəşələnib də zevq alan yoq. 

İbn Yəmin 

Dur, həp olur, onsuz olmaz əlbət, 
Ismarlamışam, gəlir bu saət. 

Çavuş 


(gəlir, əskərcə təmənna edər) 

Rəqqasələr əmrə müntəzirdir. 

İbn Yəmin 

Gəlsinlər, əvət, həmən xəbər ver. 


Çavuş çıqar. 

Birinci zabit 

Gəlsinlər, əvət, dəyişsin əhval, 
Gülsün azacıq pəriyyi-amal. 

İkinc zabit 

Tam beş sənədir ki, rahib olduq. 
Ciddiyyət içində həp boğulduq. 

Rəqqasələr daxil olur. 

İbn Yəmin 

(çalğıçılara) 


Çal, haydı çal, etmə fevti-fürsət! 
Çal, durma, sənindir iştə nevbət. 

Birinci zabit 

Çal, sızlayıb inləsin o tellər, 
Çırpınsın onunla həp könüllər. 

İkinci zabit 

Çal, məclisə zevqü nəşə gəlsin. 
Çal, ta ölülər də rəqsə gəlsin. 

Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və 


rəqs edərlər. 

Şərqi 


Hər şey sənindir, ey qafil insan! 
Gülgün şəfəqlər, rəngin çiçəklər. 
Hər şey sənindir, ey cahil insan! 
Parlaq günəşlər, dilbər mələklər. 

Yalnız sənin, yalnız sənin hər dürlü nemət; 


Gənclik, gözəllik, eşqü ülfət, hər səadət. 
Sür daima zevqü səfa, fevt etmə fürsət, 
Bir gün gəlir, əsla səmər verməz nədamət. 

Beş günlük ömrün röyayə bənzər, 


Dal eyşi-nuşə, hiç gəlmə huşə. 
Daim gül, əylən, olma mükəddər , 
İç badə, həp gəl cuşü xüruşə. 

Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım, 


Bir gün gəlir, əldən çıqar zevqi-xərabat. 
Al nəşə hər şeydən, əvət, qəflət nə lazım, 
Bir gün gəlir, əldən düşər peymanə heyhat!.. 

Rəqs bitmək üzrə ikən Ariflə bərabər əli silahlı iki kanun nəfəri daxil olur. 

Birinci kanun 

(kəskin və amiranə bir tevr ilə rəqqasələrə) 

Sakit, dağılın!.. 

Musiqi susar, rəqqasələr ikişər-üçər salonu tərk edərlər. 

İbn Yəmin 

(heyrətlə, kanunlara) 

Nədir bu rəftar? 

Arif 


(İbn Yəmini göstərir) 

Tam kəndisi, iştə! Ah, qəddar! 

İbn Yəmin 

Lakin çəkilirmi bu həqarət? 

(Silah çəkmək istər.) 

Birinci kanun 

Həp nafilə bunca qeyzü hiddət, 
Əlan səni istiyor hökumət, 
Gəl!.. 

Arif 


Bəllidir etdiyin xəyanət. 

İbn Yəmini alıb götürürlər, Ariflə misafirlər də bərabər çıqar. 

Vasif 

(ən arqada qalır, küçük zabitə) 



Baq, şimdi də fevt edilsə fürsət
Daim qalırım visalə həsrət. 

Sol qapıdan girmək istərlər. Rəna qarşılarına çıqar. Vasif pərəstişkar 


bir tevr ilə. 
Rəna, Rəna! Sevimli afət! 
Gəl, durma aman, edilsə qəflət 
Mütləq səni məhv edər şu xain, 
Olmaz daha qurtuluş səninçin. 

Rəna 


(sevinc ilə) 

Vasif! Gedəlim... 

(mütərəddid) 

Fəqət bu müşkil, 


Heyhat, bulunmadıqca qatil... 

Vasif 
(sözünü kəsərək) 

Sən gəl, bulunur o bir gün əlbət. 

İblis 


(gəlir) 

Rəna, daha durma, iştə fürsət! 

Rəna 

Lakin babam!.. 



Vasif 

Ah, gəl, aman, gəl! 


Çıqarlar. 


İblis 


Get, get, daha durma, artar əngəl. 

Arif 


(daxil olur, son dərəcə məmnun) 

Xain yaqalandı ən nihayət. 

İblis 

(yarımqəhqəhə ilə) 



Eşq olsun, əvət, böyük məharət! 

Arif 


Rəna hanı? Söylə gəlsin! 

İblis 


Əfsus, 
Bir zabitə uydu getdi... 

Arif 


(çılğın) 

Ah, sus! 

İblis 

(əlilə onun omuzunu oqşar) 


Yahu! Bana baq, şaşırma əsla, 
Rəna, o mələk əlində hala... 

Arif 


(böyük bir təlaş ilə) 

Bir söylə, nə səmtə getdi onlar? 

İblis 

(qapıdan onlar getdiyi tərəfi göstərir) 



Baq, qarşıda iştə xurmalıq var... 

Arif 


(sözünü kəsərək) 

Bildim, yetişir, o bəlli bir yol. 

(Dərhal dışarı fırlar.) 

İblis 
Get, durma! 

(istehzalı qəhqəhə) 

Fəqət, yazıq! Əmin ol, 


Bəklər səni bir yığın cinayət, 
İzlər səni bir yığın fəlakət. 

(Qəhqəhə...) 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

Səhnə ilk pərdədə olduğu kibi, ixtiyar şeyxin çardağını-qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş... 
Son bahar, öglə, sisli hava... 

Xavər 


(yaralı zabitin alnındakı və qolundakı sarğıyı açar) 

Çoq şükür, iştə həp sağaldı yaran, 


Baq, nasıl mərhəmətlidir yaradan. 

Yaralı zabit 

Ah, sağaldıqca artıyor kədərim, 
Bəni məhv eyliyor düşüncələrim. 
Yadə gəldikcə ailəm, yurdum, 
Sarsılır istirahətim, uyqum. 
Hələ sən, ah, sən! Sənin kədərin 
Bəndə bir iz bıraqdı xeyli dərin; 
Çünki yalnız bənimlə uğraşaraq, 
Aqibət düşdün Arifindən uzaq. 

Xavər 


Hiç məraq istəməz, xayır, haşa 
Bana sən mane olmadın əsla. 
Şu qəza doğdu bir təsadüfdən, 
Bəni tale ayırdı Arifdən. 

Bu sırada iki türk zabiti gəlir. 

İxtiyar 

Mərhəba! 

Birinci zabit 

Mərhəba, əfəndi baba! 

İkinci zabit 

Qülbənizdə su varmıdır, əcaba? 

İxtiyar 

Vardır, əlbəttə, həm də xeyli sərin, 


Buyurun, bir qədər də rahət edin. 

İçəri girərlər. İxtiyar su döküb verir. Xavərlə yaralı zabit bir guşəyə 


sıqılıb durur. 

Birinci zabit 

Pək sıcaq, qalmamış təvan artıq, 
Ayrılıb ordudan fəna susadıq. 

Alnının tərini silib, sudan içər. İxtiyar ikinci zabit için də döküb vermək istər. 

İkinci zabit 

Dur, babam, dur, aman, rica edərim. 

(kəndisi döküb içər) 

Birinci zabit 

(yaralı zabiti süzərək) 

Bana baq, İxtiyar, şu zabit kim? 

İxtiyar 

Bir əsir, iştə ordudan aralı. 

Xavər 

Kimsəsiz bir zavallıdır, yaralı. 



İkinci zabit 

Bir lehistanlıdır bu, ya bir rus. 

Birinci zabit 

Kim bilir, bəlkə, bəlkə bir casus. 

Yaralı zabit 

Əfv edərsin, xayır, nə bir rusum


Nə lehim bən, nə kirli casusum. 
Bir müsəlman, qazanlı bir türküm. 
Bəncə bir ya həyat, yaxud ölüm. 

Birinci zabit 

Başqa millətdən olmuş olsaydın, 
Yenə mümkündü əfvin... Ah,azğın! 
Türk olub, türkə atəş etmək için 
Yalınız bir cəzaya layiqsin. 
O da edam... 

Xavər 


(təlaş və həyəcan ilə) 

Aman, əfəndim, inan, 


O deyil öylə suçlu bir insan. 

İxtiyar 


Xayır, evladım, olmayın əsəbi, 
Başqa, pək başqadır onun qəlbi. 

Yaralı zabit 

(acı qəhqəhələrlə) 

Nə tuhaf! Ta küçük yaşımdan bən 


Millətimçin zəfərlər özlərkən, 
İştə tale! Bənim asılmam için 
Şimdi siz hökm edərsiniz, lakin, 
Sizə bən vermək istəməm zəhmət... 

(Dərhal cibindən bir tabanca çıqarır və kəndi qafasını nişan alır.) 


Xavər 


Ah, aman!.. 

İkinci zabit 

(onun biləyini yaqalar) 

Dur, təlaşə yoq hacət. 

İxtiyar 

Ah, çılğın, bütün cihan çılğın! 


Bu günün arqasında yoqmu yarın? 

Bu sırada bir qara ərəb zabiti gəlir, məmnun və laübali qəhqəhələrlə 


gülməyə başlar. 

Birinci zabit 

Nə imiş arqadaş, nə var, nə xəbər? 
Varmıdır yoqsa başqa fəthü zəfər? 

Ərəb zabiti 

(daha çılğınca qəhqəhələrlə) 

Bitdi artıq bütün səfərbərlik, 


Bitdi həp qəhrəmanlıq, əskərlik. 
İştə rahət zamanı gəldi bizə, 
Dönüyor ordu kəndi ölkəmizə. 

Birinci zabit 

Niçin, anlat, niçin bu? 

(ətrafa) 

Ah,canavar! 

Ərəb zabiti 

Açı vermiş hüdudu bulqarlar, 
Kevkəbi-tale eyləmiş də üful, 
İngilislərlə dolmuş İstanbul. 

(Hər kəsdə təəssür və heyrət.) 

Yaralı zabit 

Sus yetər, ah, xain alçaq, sus! 

Ərəb zabiti 

(itsehzalı və məmnun qəhqəhə ilə) 

Sanki mən susdum, öylədir əfsus. 

Birinci zabit 

Bu hərif iştə daima bayquş. 

İkinci zabit 

Zənn edərsəm, o həm də pək sərxoş... 

Yaralı zabit 

(sinirli və qızğın) 

Ah, ərəb, cismi, ruhu, qəlbi ərəb, 


Həm də məmnun... nədir bu halə səbəb? 

(acı qəhqəhədən sonra) 

Ya! O sərxoşmu? Yoq, inanma, xayır. 
İştə! 

Dərhal qəlbgahindən nişan alır, tabanca açılır. 

Ərəb zabiti 

Ah! 

(Deyə sol əli ilə yarasını tutar, sağ əlilə cibindən 
tabancayı çıqarıb qarşı qoymaq istərsə də, müvəffəq 
olamaz. Silahı hiddətlə bir tərəfə atar və iztirablar içində tərki-həyat edər.) 

Yaralı zabit 

İştə, baq, nasıl ayılır! 

Bu sırada dışarıdan İblisin məmnun və sürəkli qəhqəhələri eşidilir. 

İxtiyar 

Sən nə yapdın, nədir bu hal, oğlum! 

Yaralı zabit 

Sadə, bir bayquş ağzı susdurdum. 

(zabitlərə) 

Bir qüsur iştə, bulsanız haqsız, 


Bəni edama şimdi haqlısınız. 

(Əlindəki silahı təqdim edər.) 

Birinci zabit 

(silahı rədd ilə) 

Bu xəbərdən sevinci çoqdu onun, 
Ona layiqdi müjdə bir qurşun. 

İkinci zabit 

(istehzalı təbəssümlə) 

Pək yorulmuşdu hərbdən, əlbət, 


Etmək istərdi bir qədər rahət. 

Yaralı zabit 

Daha durmaq xəta, həmən gedəlim, 
Bu xəbər düz də olsa fərz edəlim, 
Bir mücahid dönərmi əzmindən? 
Ah, bən, şimdi ölmək istərkən 
Yaşamaq istərim də bir müddət... 

Birinci zabit 

Biz yaşarsaq, əvət yaşar millət. 

Bu halda dışarıdan aşağıdakı marş eşidilir. 

Marş 

Türk oğlu sözündən dönməz, 


Məhv olur da, sürüklənməz. 
Həp yüksəlmək dilər, enməz, 
Çarpışır, yaşar. 

Yurdumuzun arslanları, 


İzlər durur düşmanları, 
Fırtınalı dənizvarı 
Həp coşub daşar. 

Əngin fəza çardağımız, 


Al şəfəqlər bayrağımız, 
Qorqu bilməz oymağımız, 
Haq için qoşar. 

İkinci zabit 

(marşı dinlədikdən sonra hər ikisinin qolundan tutar) 

Gedəlim, yoq gecikmənin səməri. 

Yaralı zabit 

Gedəlim, haqqa doğru, arş iləri! 


Gedərlər. 

İxtiyar 

(yoldan keçən bir nəfərə cənazəyi göstərir) 

Oğlum, bana yardım eylə bir an. 

Xavər 


(mərhəmətli və mütəəssif) 

Bir hiçlə zavallı oldu qurban. 

İxtiyar 

Yoq kimsədə mərhəmətlə vicdan, 


İnsanlığı həp unutdu insan. 

(Cənazəyi qaldırıb götürürlər) 

Xavər 

(yalnız) 



İblisə uyub da əhli-aləm, 
Həp yer yüzü qanlı, cümlə sərsəm... 

İblis 


(bir guşədə ağ saqal abid qiyafətində görünür, 
yarımqəhqəhə ilə) 

İnsandakı nəfsi-şumə daim 


İblis olur, ancaq olsa hakim. 

Bu sırada Vasiflə Rəna təlaş içində gəlirlər. 

Rəna 

Allah için eyləyin inayət, 


İzlər bizi bir yığın fəlakət. 

Vasif 


(etinasız) 

Yoq qorquya ehtiyac... 

Rəna 

Aman dur! 


Tərk et də inadı, olma məğrur. 
Baq, arqadaşın çocuqluğundan 
Bir qurşuna oldu şimdi qurban. 

Vasif 


Hər dürlü qəzayə razıyım bən, 
Qorqmam fəqət öylə bir dənidən. 

Xavər 


Kimdir, əcaba, o xain, alçaq? 

Rəna 


Xavər, onu sorma, yer ver ancaq. 

Xavər 


Aldınsa da Arifi əlimdən, 
Hər yardıma iştə hazırım bən. 

(Qülbəyə daxil olurlar. Xavər onları daha içəri 


keçirmək istər.) 

İblis 


(bıraqmaz) 

Dur, getmə, saqın, o dürlü yerlər 


Həp şübhəyi cəlbü dəvət eylər. 

(qülbədəki həsiri bir tərəfə çəkər, ufaq bir qapıyı 


qaldırıb da Rənayə) 

Gir, haydı qızım, şu yerdə saqlan! 

(Rəna aşağı enər. İblis qapağı endirib təkrar üzərini həsirlə örtər, Vasifin qolundan dutub ormanı göstərər.) 

İştə, sana da geniş bir orman! 

Bir tərəfə çəkilirlər. Qayıb olduqları kibi Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaqlaşdığı sırada birdən-birə küskün və şaşqın bir tevr ilə ürküb, geri çəkilir. 

Arif 


Xavər, bana baq, zavallı Xavər! 
Bir söylə, nədir bu hali-müztər? 
Ağuşuma qoşmaq istiyorkən 
Ürkdün nə için şu sərsəridən? 

Xavər 


Qoşdum sana sevdiyimdən, amma 
Baqdım ki, sevilmiyənlər əsla, 
Layiq deyil olmağa həmağuş, 
Ürkdüm də, çəkildim iştə mədhuş. 

Arif 


Artıq yetişir bu sərzənişlər, 
Əfv eylə, qüsurə baqma, Xavər! 

Xavər 


Xavər sana etsə də pərəstiş, 
Heyhat, dönərmi bir də keçmiş?! 
Oldun sənələrcə həp ənisim, 
Bəsləndi səninlə fikrü hissim. 
Kölgən kibi həp peşincə qoşdum, 
Eşqinlə qanatlanıb da uçdum. 
Lakin bəni bir nigahə satdın, 
Birdən-birə həp unutdun, atdın. 
Arif! Niyə susdun, ah, böylə, 
Bir söylə, düşünmə, söylə, söylə! 

Arif 


Susmaq, o da başqa dürlü fəryad, 
Həp bənliyim oldu sanki bərbad. 

Xavər 


Bən hiç, o zavallı İxtiyarı 
Bir ləhzə düşünmədin də barı. 

Arif 


Dur, qəlbimi bir də yaqma artıq, 
Arif fəqət intiharə layiq... 
Bəndən babana səlam edərsin, 
“Gəlmişdi də, şimdi getdi,” dersin. 

(gedəcək olur) 

Xavər 

Lakin yenə hanki bir diyarə? 



Arif 

Bir hiçliyə, doğru bir məzarə. 

Xavər 

(bir az yaqlaşır) 



Hiçliksə məramın, iştə, Xavər! 
Qülbəm dəxi bir məzarə bənzər. 
Yoq, getmə, babam gəlir bu saət, 
Dur bir verəyim xəbər... 

(gedər) 

Arif 

Nə hacət! 


Bən yerlərə keçmək istiyorkən, 
Bilməm ki, nə bəkliyor o bəndən. 

(cibindən yarıdolu bir raqı şişəsi çıqarır) 

Of! Qəmlərimə təsəlli ol sən, 
Hər dərdi unutmaq istərim bən. 

Son damlasına qədər içib, şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən tabancayı yerdən alır, qurşunlarına diqqət edər. Bu halları kənardan seyr edən İblis isə məmnun və istehzalı qəhqəhələrlə gülər. Arif dalğın və sinirli bir tevrlə kəndi alnını nişan edər, yaqlaşmaqda olan İblisi görüncə, şaşırıb durur. 

İblis 

Yahu! Bana baq, nədir bu halət? 


Parlar kibi gözlərində dəhşət. 
Dur, səndə var iştə saqlı bir hal, 
Həm zənn edərim məraqlı bir hal. 
Aşiqmisin, oğlum, aç da söylə, 
Əlbət bulunur da bir vəsilə. 

(kəndinə işarətlə) 

Bir çarə arar şu piri-hikmət, 
Var bəndə, əvət, böyük kəramət. 

Arif 


Hiç sorma, başımda macəra çoq, 
Dərdim, kədərim böyük, duyan yoq. 
Bir afətə, bir nigarə uydum, 
Bir qəmzəli işvəkarə uydum, 
Əfsus, o bənimlə könlü birkən 

Yüklə 72,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin