tasiyası üzərində işin plan-qrafiki”ndə öz əksini tapır
(Bax: Əlavə 6).
Tədqiqatın uğurla tamamlanması üçün yenə də elmi
rəhbərin köməyi ilə magistrantın “Fərdi planı” hazırla-
nır( Bax: Əlavə 4). “Fərdi plan”da mövzu, ixtisas, istiqa-
mət, magistr peşə-ixtisas təhsilinin məzmunu, magistran-
tın attestasiyası yekunları göstərilir.
Elmi rəhbərlə birlikdə tədqiqatın qarşısında duran
əsas məqsəd və vəzifələr işin metodologiyası, işin yerinə
yetirilmə metodları, pedaqoji təcrübələr, pedaqoji eks-
perirmentlər aparmaq üçün məktəblər, məktəbəqədər tər-
biyə müəssisələri, tədris, tərbiyə mərkəzləri müəyyənləş-
dirilir.
Magistrant plana müvafiq, sistemli, ardıcıl və mən-
tiqə uyğun olaraq tədqiqat işini tamamlamağa doğru işlə-
yir. Bu prosesdə elmi rəhbər kənardan müşahidəçi rolunda
deyil, tədqiqatçı ilə müntəzəm ünsiyyət və münasibətdə
olaraq əvvəlcədən müəyyənləşdirilmiş məsləhət qrafikinə
uyğun ona ardıcıl məsləhət və tövsiyələr verir, yeni
ədəbiyyat, material, internet səhifələri göstərir, istiqamət-
lər verir.
Elmi rəhbər dissertasiya işini hissə-hissə, fəsil-fəsil
və bütöv oxuyaraq lazım gələn düzəlişləri edir, metodik
64
göstərişlərini verir. Magistrantı elmi işə həvəsləndirir, el-
mi konfranslarda çıxış etməyə hazırlayır, axtarıcılığa, təd-
qiqatçılığa yönəldir. İşlə bağlı elmi rəhbər tədqiqatçını
məqalə yazmağa sövq edir, onu ruhlandırır və təbii ki,
belə olan halda məqalə də yazıla bilir.
Başa çatmış dissertasiya işi haqqında elmi rəhbər öz
rəyini yazır və dissertasiyanın müdafiəyə təqdim edilməsi-
nə razılıq verir.
Elmi rəhbər rəyində tamamlanmış dissertasiyanın
yığcam xarakteristikasını verir, tədqiqatın aktuallığını, el-
mi-nəzəri səviyyəsini, praktik əhəmiyyətini göstərir. Dis-
sertasiyanın orijinallığını, tamlığını, elmiliyini, həmçinin
müəllifin qoyulan məsələlərin həllinə yanaşma tərzini və
vəziyyətini göstərir. Rəhbər rəyində habelə magistrantın
tədqiqatçılıq bacarığını, müstəqilliyini, ədəbiyyatlardan,
ilk mənbələrdən istifadə etmək qabiliyyətini, müdafiəyə
hazır olma vəziyyətini, dissertasiyasının magistr disser-
tasiyası tələblərinə uyğunluğunu, magistr elmi dərəcəsinə
layiqliyini qeyd edir.
Tamamlanmış dissertasiya işinə kafedra müdirinin
təqdimatı ilə digər elmi dərəcəli, ixtisaslı pedaqoq əlavə
rəy yazır. Bu rəydə dissertasiyadakı fəsillər, yarımfəsillər
ətraflı təhlil edilir. Mövzunun aktuallığı, elmi yeniliyi,
praktik əhəmiyyəti, müəllifin gəldiyi nəticələrin əsaslandı-
rılması, onların əhəmiyyətliliyi, dissertasiyanın lazımi tə-
ləblərə uyğunluğu göstərilməklə həmçinin irad və təkliflər
də göstərilir. Elmi rəhbərin və əlavə rəyçinin rəyi ixtisas
kafedrasında müzakirəyə- ilkin müdafiəyə ən azı 5 gün
qalmış magistranta çatdırılır.
65
Bundan sonra magistrantın dissertasiyası ixtisas
kafedrasında
müzakirə
olunur
və
kafedranın
protokolundan çıxarışla magistrant İxtisaslaşdırılmış Elmi
Şura qarşısında açıq müdafiəyə buraxıla bilir.
|