√ Dissertasiyanın həcmi 70-75 səhifə olmalıdır.
√ Fəsillərin başlanğıcı rum rəqəmi ilə, başlıq böyük
hərflərlə yazılır. Yarım fəsillərin başlanğıcı ərəb rəqəmləri
ilə, başlıq və bəndlər kiçik hərflərlə yazılır.
√ Bəndin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəs-
lin və ya yarımfəslin və bəndin nömrəsindən ibarətdir.
Məsələn: 1. 1. 1. (I fəslin I yarımfəsli və I bəndi) (“Əlavə-
lər”də bu barədə nümunələr verilmişdir).
√ Əgər disseratasiyada
spesifik terminologiya,
həmçinin geniş yayılmamış ixtisarlar, yeni simvollar, işa-
rələr və s. istifadə edilmişsə, onların siyahısı “İxtisar siya-
hısı” başlığı altında dissertasiyanın əvvəlində verilməlidir.
Siyahı sütün şəklində yazılır, sütunun sol tərəfində (əlifba
sırası ilə) ixtisarlar, sağ tərəfində isə onun dəqiq açılışı
verilir. Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar,
simvollar, işarələr üç dəfədən az təkrar edilirsə, onda
siyahı tərtib edilmir.
√ Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, bö-
yük hərflərlə, yarımfəsillərin başlıqları isə abzasdan baş-
layaraq sətri hərflərlə yazılmalıdır. (Birinci baş hərf istisna
olmaqla). Başlıqların yazılışında sözlər sətirdən sətrə
keçirilməməli, başlığın sonunda nöqtə qoyulmamalıdır.
Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoy-
maqla bir-birindən ayırmaq lazımdır.