İstifadə edilmiş ədəbiyyat- real və tədqiqata uyğun
olmalıdır. Əlavə mütaliə edilmiş ədəbiyyat, yaxud internet
saytı da ədəbiyyat siyahısına daxil olur. Hər halda
ədəbiyyatda da zənginlik görünməlidir. Xüsusilə son
dövrlərin ədəbiyyatına üstünlük verilməlidir.
“Əlavələr”də mövzu ilə bağlı müəyyən cədvəllər,
müəyyən sənədin üzü, təlimat və s. verilə bilər.
68
11. DİSSERTASİYANIN TƏRTİBINƏ VERİLƏN ƏSAS TƏLƏBLƏR √ Dissertasiyanın mətni A-4 formatlı (210 x 297
mm.) ağ kağızın bir üzündə Times Nev Roman, Times
Roman AzLat , Alk-Az-Tmsl şriftlərindən biri ilə 14 ölçü-
də, sətirlər arası məsafə 1. 5 interval olmaqla kompüterdə
yazılır və cildlənilir.
√ Dissertasiyanın mətni kağızda boş sahələrin göstə-
rilən ölçüləri gözlənilməklə çap edilir. Kağızın sol tərəfin-
dən 30 mm., sağ tərəfindən 10 mm, yuxarı və aşağıdan 20
mm. Sətirdəki işarələrin sayı 60-65-dən az olmamalıdır.
Səhifədə sətirlərin sayı 29-31 olmalıdır.
√ Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və
işarələr aydın və eyni qaralıqda olmalıdır.
√ Kompüterdə yazıldıqdan sonra dissertasiyanın
mətninə əlavəyə ehtiyac olarsa 2-3 söz və ya şərti işarə
qara qələmlə səliqə ilə əlavə edilə bilər. Çapdan sonra
69
kompüter səhvləri hər səhifədə düzəlişlərin sayı ikidən
çox olmamalıdır.