10. MAGİSTR DİSSERTASİYASININ TƏRTİBİ Üz vərəqi - dissertasiyanın 1-ci səhifəsidir. Bura
nömrə qoyulmur. (Üz vərəqinin tərtibi Əlavə 1-də veril-
mişdir).
Mündəricatda dissertasiyanın bütün bölmələri ardı-
cıllıqla göstərilir. Mündəricatda bütün fəsillərin, yarımfə-
sillərin və bəndlərin başlanğıc nömrəsi göstərilir. Giriş – təxminən 4-5 səhifəyə qədər ola bilər.
”Giriş”də tədqiqatın məqsəd və vəzifələri, aktuallığı, elmi
yeniliyi, praktik əhəmiyyəti, metod və metodologiyası,
ədəbiyatda qoyuluşu və s. göstərilir.
Əsas hissə - fəsillər, yarımfəsillər və bəndlərdir.
Adətən iki və ya üç fəsildən və hər fəsil ən azı 2 yarım-
fəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər ara-
sında həcmcə mütənasiblik də gözlənilsin.
Nəticə - 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konk-
ret olaraq göstərilir. Təkliflər də verilə bilər.