Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix23.02.2017
ölçüsü4,43 Kb.
#9541
növüYazı
1   2   3   4   5   6

Müsahibə metodu- Araşdırılan  məsələ ilə bağlı
müəyyən  faktlar,  hadisələr  haqqında  hər  hansı  insan  qru-
punun  ictimai  rəyini  öyrənmək,  məlumat  almaq  məqsədi
ilə aparılır.
Müsahibə- bu  sadəcə bildiyimiz,  həmişə etdiyimiz
söhbət  deyildir. Müsahibə metodu – pedaqoji  psixoloji
tədqiqatlarda əvvəlcədən  hazırlanmış  plan əsasında  keçi-
rilən məqsədli söhbətdir. Tədqiqat metodu kimi müsahibə
informasiya əldə etmək  və ya  müşahidə zamanı  aydın
olmayan məsələləri aydınlaşdırmaq,

bəzən  də
eksperimentin  nəticələrini  yoxlamaq  və
dəqiqləşdirmək məqsədilə aparılır. Bu metodun köməyi ilə
hər  hansı  pedaqoji  fakt  və
hadisəyə
müəllimlərin
şagirdlərin  və
valideynlərin  münasibəti  aşkarlanır,
müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət etmək
vasitəsilə
öyrənilir, 
şagirdlərin 
fərdi 
psixoloji
xüsusiyyətləri aydınlaşdırılır.
Müsahibə metodu  ilə aparılan  sorğuya  aşağıdakı  tə-
ləblər verilir:
1. Verilən suallar əvvəlcədən planlaşdırılmalı və təd-
qiqatın  məqsəd  və vəzifələrinə uyğun  olmalıdır. Özünə
sual verməli: “Sən nəyi aydınlaşdırmaq istəyirsən?”
2. Öncədən  kiminlə müsahibə aparılacaq şəxs dəqiq
müəyyənləşdirilməlidir.
3. Tərtib  edilmiş  suallar  aydın,  konkret  və sadə ol-
malıdır. Mürəkkəb,  “ikimərtəbəli”  və ya  yanıltmaq  üçün,
qəsdən səhv suallalr verilməməlidir.
4. Soruşulanların cavabları dəqiq yazılmalı, qeydə və
ya lentə, videoya alınmalıdır.
5. Soruşulanların  xüsusiyyətləri,  səviyyələri  nəzərə
alınmalıdır.
6. Sorğunun  nəicələri  ümumiləşdirilməli  və təhlil
edilməlidir.
Psixoloji-pedaqoji  tədqiqatlarda müsahibənin  üç  nö-
vündən daha geniş istifadə olunur: 1) “Eksperimentə giriş”
müsahibəsi - əməkdaşlığa sövq etmək məqsədilə

22
aparılır; 2) “Eksperiment müsahibəsi” – işçi fərziyyələrini
yoxlamaq məqsədilə aparılır; 3) İntervü aparmaq.
Eksperiment metodu - Bu  hər  hansı  bir  pedaqoji
məsələni  xüsusi  təşkil  olunmuş şəraitdə öyrənməkdir.
Təlim-tərbiyəyə aid olan bu və ya digər hadisəni, pedaqoji
posesi  daha  dərin  tədqiq  edib,  öyrənmək  üçün  pedaqoji
eksperimentdən  istifadə olunur. Təlim  prosesini  tədqiq
edən  tədqiqatçı  eksperiment  aparmaq  üçün  uşaqların
tərkibi, inkişaf səviyyəsi, müəllimin iş üslubu və s. cəhət-
lər  bir-birinə yaxın  olan  iki  sinif  götürülür. Onların  biri
kontrol  sinif,  digəri  eksperiment  sinif adlanır  ki,  ekspe-
riment  bu  sinifdə qoyulur. Eyni  tədbir  kontrol  sinifdə hə-
mişəki  qaydada  aparılır,  eksperimental  sinifdə isə dəyiş-
dirilmiş  şəkildə,  daha  doğrusu  tədqiqatçının əvvəlcədən
qurduğu  fərziyyəyə uyğun  olaraq  həyata  keçirilir. Öyrə-
nilən pedaqoji proses hər iki sinif üzrə müşahidə edilir və
müvafiq qeydlər edilir, nəticələr çıxarılır. Əldə edilən nə-
ticə müqayisə metodu vasitəsilə yoxlanılır və lazım bilin-
dikdə başqa siniflərdə də sınaqdan keçirilir.
Tədqiqat işində eksperiment mühüm əhəmiyyət kəsb
edir. Belə ki,  bu  metoddan  istifadə edərkən  tədqiqatçı  ilk
növbədə öyrənmək  istədiyi  məsələyə daha  tez  nail
olmaqdan  ötrü  tələb  edilən  vəziyyəti  özü  yaradır;  sonra
hansı  şəraitdə daha  yaxşı  nəticə almağı  bilmək  məqsədilə
prosesin  gedişini  istədiyi  vaxt  dəyişdirir;  daha  sonra əldə
etdiyi  məlumatın  dəqiqlik  dərəcəsini  müəyyənləşdirmək
üçün  təcrübəni  dəfələrlə təkrar  edir;  nəhayət  öyrəndiyi
pedaqoji prosesi daha düzgün və ətraflı

qeyd etməkdən ötrü lazımi texniki vasitələri də hazırlayır.
Bütün bunlar isə hər hansı bir pedaoji prosesi dərindən və
düzgün tədqiq etməyə imkan verir.
Pedaqoq, psixoloq alimlər eksperimentin iki növünü
ayırmışlar:  1)Təbii  eksperiment  ;  2)  Laborotor  eksperi-
ment.
Təbii  eksperiment elə aparılır  ki,  sınaq  olunanda
şübhə yaranmır  və yaxud  da pedaqoji  proses  təbii  halda
keçir. Təbii  eksperimentdə davranışın,  pedaqoji  prosesin
təbiiliyi təmin olunur. Sınaq olunan hiss edilmədən ünsiy-
yət və münasibətə və ya pedaqoji prosesə cəlb olunur.
Laborotor eksperimenti xüsusi təşkil olunmuş, süni
şəraitdə aparatların köməyi ilə keçirilr. Laborotor eksperi-
menti  zamanı  sınaq  olunan  onun  üzərində təcrübə aparıl-
dığını bilir və ondan dəqiq, inanılmış nəticələr almaq mə-
qsədilə istifadə edilir.
Sənədlərin öyrənilməsi –Tədqiqatçı mövzu ilə bağlı
olaraq məktəbin və ya digər tərbiyə-tədris müəssisələrinin
müvafiq pedaqoji sənədlərini öyrənir. Məktəb sənədlərinə
- sinif  jurnalları,  şagird  gündəlikləri,  dərs,  dərnək
cədvəlləri, müəllimlərin dərs icmalları, pedaqoji şuranın iş
planı  və
protokolları,  metodik  şuranın  iş  planları,
məktəbin,  valideyn  komitəsinin,  uşaq  və gənclər  təş-
kilatlarının iş planları, tədbirlər kitabları və s. daxil ola bi-
lər.
Uşaqların  yaradıcılıq  fəaliyyəti  məhsullarının  öy-
rənilməsi də tədqiqatçıya dəyərli faktlar və məlumatlar

24
verə bilər. Bura  şagirdlər  tərəfindən  çəkilmiş  şəkillər,  ya-
zılmış  şeir  və hekayələr,  hazırlanmış  bədii  tikişlər,  cihaz-
lar, modellər, maketlər və s. başqa nümunələr daxildir.
Tədqiqatın  metodikası – (yun. methodike,  metho-
dos – tədqiqat  yolu)– 1) Bu  və ya  digər  işin,  tədqiqatın
məqsədəmüvafiq,  səmərəli  surətdə aparılma qaydalarının
məcmusu kimi başa düşülür.
Tədqiqat  prosesində magistrant  məktəbin  və ya  baş-
qa bir təhsil müəssisəsinin metodik işi ilə tanış olur. Meto-
dik işin aşağıdakı məqsədləri olur:
1. Daha  səmərəli  təlim-tərbiyə metod  və tərzlərinin
mənimsənilməsi.
2. Müəllim və ya  tərbiyəçinin təlim-tərbiyə işinin
təşkili  və aparılmasına  hazırlıq  səviyyəsinin  yüksəldilmə-
si.
3. Pedaqoji kollektiv üzvlərinin öz aralarında təcrübə
mübadiləsi aparması.
4. Aktual pedaqoji təcrübənin aşkarlanması, ümumi-
ləşdirilməsi və təbliği.
5. Təlim-tərbiyə prosesinin  keyfiyyətinin  yüksəldil-
məsi.
6. Pedaqoji  təhlil,  nəzəri  və eksperimental  tədqiqat
bacarıqlarının inkişaf etdirilməsi.
7. Pedaqoji  yeniliklərin  gündəlik  fəaliyyətdə nəzərə
alınması.
Tədqiqatın  metodologiyası- (yun. methodike,  met-
hodos - tədqiqat yolu, logos – söz, təlim) – Tədqiqatın,

fəaliyyətin strukturu,  məntiqi təşkili, prinsipləri, forma və
yolları, vasitələri,  üsulları haqqında  təlimdir ki,  ona əsas-
lanılır.
Hər hansı bir elmin, o cümlədən pedaqogika elminin
də əsas tədqiqat  metodlarının  məcmusu  hesab  olunur.
Metodologiya  elmi-tədqiqat  qaydalarının  geniş  komp-
leksini özündə birləşdirir. Metodologiya texniki, pedaqoji,
siyasi,  idarəetmə və ümumiyyətlə insan  fəaliyyətinin
bütün növlərinin təşkilində və tənzimlənməsində öz əksini
tapır. Metodologiya  ümumi  xarakter  daşıyır,  müxtəlif
nəzəri və praktik fəaliyyətə tətbiq edilərkən konkretləşir.
Tədqiqatın  məqsədi -yaradıcı  fəaliyyətin,  onun
nəticələrinin şüurda,  təfəkkürdə aydın  surətdə təsvir  edil-
məsidir. Aparılan  tədqiqatda əldə edilməsinə nail  olmağa
çalışılan niyyətdir, məramdır, arzudur.
Tədqiqatın məqsədi öncədən ümumiləşmiş halda təd-
qiqatçının  xəyalında, əqlində öz əksini  tapır,  sonra  buna
uyğun olaraq tədqiqatın bütün digər komponentləri seçilir.
Pedaqoji  tədqiqatın  məqsədi – pedaqoji  proses  və
hadisələrin 
səbəb-nəticə
əlaqələrinin, 
qanunauy-
ğunluqların  aşkarlanması  və bu əsasda nəzəriyyə və
metodikaların işlənməsidir.
Tədqiqatın obyekti – Seçilmiş mövzunu öyrənmək,
tədqiq etmək üçün yer, məkan, predmet, hadisə və ya pro-
sesdir.

26
İnduksiya- Xüsusi faktlardan, nümunələrdən ümumi
nəticələrə,  teoremlərə,  qaydalara,  təriflərə doğru get-
məkdir.
Deduksiya – Ümumi  anlayışlardan, tərif və teorem-
lərdən xüsusiyə, konkretə, nümunələrə getməkdir.
Elmi fakt – Faktlar elmi bilklərin əsasını təşkil edir.
Binanı  tikmək  üçün  inşaat  materialları  nə qədər  vacibdir-
sə, tədqiqat işi üçün də faktlar bir o qədər vacibdir. Nəticə
əldə etmək, nəyisə əsaslandırmaq üçün fakt lazımdır.
İcmal- Hər  hansı  bir  mövzu  ilə əlaqədar  olaraq  ilk
mənbələr əsasında elmi məlumatları sistemləşdirən, özün-
də cəmləşdirən elmi sənəddir.
Prinsip – Latın sözü olub, “Əsas”, “Başlanğıc” de-
məkdir. Hər hansı bir mövzunu, elm sahəsini, nəzəriyyəni,
təlimi öyrənmək üçün əsas istinadgahdır, tələbdir.
İxtisaslaşdırılmış Müdafiə Şurası – tədqiqatçının
müəyyənləşdirdiyi  və müvafiq  elmi  şuranın  təsdiq  etdiyi
mövzu əsasında başa  çatdırılmış və müzakirə edilərək
bəyənilmiş  dissertasiyasının  müdafiəsi  üçün  ixtisasa  uy-
ğun  yaradılan və mütəxəssislərin cəlb  edildiyi elmi  məc-
lisdir. İxtisaslaşdırılmış Müdafiə Şurasının təşkil olunduğu
ali  məktəbin  rəhbərliyi  həmin şuranın normal  fəaliyyəti
üçün lazım olan  şəraiti  yaradır. Magistr  dissertasiyasının
müdafiəsi  üçün  də
mütəxəssislərdən  ibarət
ixtisas-
laşdırılmış  müdafiə şurası  yaradılır  və rektor  tərəfindən
rəsmiləşdirilir.

Maket – (fr. maquette,  ital. macchictta – eskiz) –
Müxtəlif  elm  sahələrində işlənən  anlayışdır. Pedaqoji  el-
mində müəyyən obyekti kiçik ölçülərdə nümayiş etdirmə-
yə imkan  verən  modeldir,  ilkin  nümunədir. Təlim  pro-
sesində əyani  vəsait  kimi  istifadə olunur. Pedaqoji  təd-
qiqatda  hər  hansı  bir  ideyanın,  layihənin əvvəlcədən  ma-
ketini  hazırlamaqdır. Tədqiqatın  nəticələri  və ya  disser-
tasiyanın  mətni  çap  edilərkən  onun əvvəlcə maketi  hazır-
lanır. Şəkillər,  cədvəllər,  diaqramlar  illüstrasiyalar əvvəl-
cədən ardıcıllıqla düzülür - yəni əsərin əvvəlcədən maketi
hazırlanır.
Modelləşdirmə - (lat. modulus – ölçü,  nümunə) –
İdrak  obyektlərinin  onların  modellləri  üzərində tədqiq
edilməsi  metodur. Real  surətdə mövcud  olan  obyekt  və
hadisələrin  modellərinin  hazırlanması  və quraşdırılması;
öyrənilən  obyekt  və hadisələrin  xarakteristikalarının  yax-
şılaşdırılması;  müvafiq  modellərin  hazırlanmasının  rasio-
nal  qaydalarının  tapılması;  səmərəli  idarə olunması  təbiə-
tin  və sosial  gerçəkliyin  müəyyən  fraqmentlərinin  ana-
logiyalar  (modellər) əsasında  təhlili tədqiqat  işində mo-
delləşdirmə metodunun qarşısında duran vəzifələrdir.
Pedaqogika  elmində- model  metodu  qədim  tarixə
malik  olsa  da,  müasir  dövrdə daha  geniş  tətbiq  olunmaq-
dadır. Tədqiqat  prosesində mürəkkəb  və çətin  obyektləri,
mürəkkəb  prosesləri  məhz  model əsasında  öyrənmək
mümkündür.

28
Təcrübənin,  sınağın  obyekt  üzərində deyil,  onun
müəyyən surətdə tərtib olunmuş əvəzedicisi üzərində apa-
rılması modelləşdirmədir.
Modelləşdirmə irimiqyaslı  tədqiqatların  təşkili  pro-
sesində reallaşdırılır. Modelləşdirmə metodundan  tədris
planının,  təlim  və ya  istehsalat əməyinin,  tərbiyə proqra-
mının təşkiilində istifadə olunur.
Pedaqoji proses  mürəkkəb obyektdir və onun mode-
lini  yaratmaq tədqiqatçının ən  mühüm  problemlərindən
biridir. Müasir  dövrdə yaradılan  pedaqoji  modellərin
əksəriyyəti didaktik hadisələrə aiddir
Didaktikada  model  metodu  aşağıdakı  məsələlərin
uğurlu həlli üçün şərait yaradır:
1. Tədris  materialının  strukturunun  optimallaşdırıl-
ması.
2. Tədris prosesinin planlaşdırılması.
3. Təlim-idrak fəaliyyətinin idarə olunması.
4. Təlim-tərbiyə fəaliyyətinin vəhdətinin təmin olun-
ması.
5. Təlim prosesinin diaqnozlaşdırılması, proqnozlaş-
dırması və layihələşdirməsi.
Monoqrafiya- (yun. monos-tək və grapho- yazı) Bu
və ya digər  problem  və ya  mövzu  üzrə aparılmış  tədqi-
qatın  yekynlarını  özündə əks  etdirən  geniş  elmi əsərdir.
Elmi  konfransın  materiallarını  və ya müəssisənin  elmi-
tədqiqat işlərini özündə cəmləşdirən böyük elmi topludur.
Monoqrafiya adını almış belə əsərlərdən tədqiqatçı dəyərli
mənbə kimi istifadə edə bilər.

Bununla 
bərabər 
tədqiqatçı-
magistr 
özünün
dissertasiyasını 
da 
İxtisaslaşdırılmış 
Elmi 
Şuranın
məsləhəti ilə monoqrafiya şəklində çap edə bilər.
Mövzu – (ər. rus. tеma, yun thema – tədqiqat, müha-
kimə,  izahat  predmeti) – Mövzu - tədqiqat  probleminin
qısa, konkret, lakonik ifadəsidir.
Menecer – (ing. maneger,  manege – idarə etmək)
menecment  sahəsinin  magistri  hesab  olunan – Magistr-
menecer,  İnzibati  işlər  üzrə magistr  anlayışları  da  vardır.
Pedaqoji  menecer – təhsil  prosesinin  idarə olunmasını  tə-
min  edən  və onun  effektivliyini  artırmağa  yönəldən  ma-
gistr, rəhbər başa düşülür.
Təlim- Müəllimin rəhbərliyi altında bilik, bacarıq və
vərdişlər  qazanmağa  yönəldilmiş  pedaqoji  prosesdir.
Təlim iki tərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər
arasında qarşılıqlı fəaliyyətdir. Öyrədən şəхs təlim zamanı
üç istiqamətdə fəaliyyət göstərir:
1. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini
təşkil еdir;
2. Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхs-
lərdə şüurun, psiхikanın inkişafına diqqət yеtirir;
3. Zəruri оlan mənəvi,  psixoloji kеyfiyyətlərin aşı-
lanması qayğısına qalır.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də
inkişafetdirici vəzifələri kompleks həyata keçirir.

30
Diferensial 
təlim-
Təhsilalanın 
şəxsiyyətinə
yönəlmiş 
təlimdir.
Diferensial 
təlim

təlimi
fərdiləşdirməyə imkan verir.
Təlimdə diferensiasiya  bir  neçə istiqamətdə aparıla
bilər:
1. Təhsilalanların  qabiliyyətlərinə görə (ümumi  qa-
biliyyətlər xüsusi qabiliyyətlər və s. ).
2. Təhsilalanların maraqlarına görə.
3. Təhsilalanların ixtisasına görə.
Diferensial  təlim  müxtəlif  səviyyəli  təlim – təhsil-
tərbiyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təh-
silalanın  tədris  materialını  öz  qabiliyyətinə və öz  imkan-
larına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin
Bu  halda  baza  bilikləri  müxtəlif  səviyyələrdə mə-
nimsənilmiş  olur. Təhsilalanın  təlim-idrak  fəaliyyəti  qiy-
mətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.
Tərbiyə – «Tərbiyə» ərəb sözüdür. Bu  sözün  kö-
kündə «Rəbb” kəlməsi vardır. Mənası “Doğru  yol göstər-
mək”, “İslah  etmək”,  “Yetişdirmık”,  “Ərsəyə çatdırmaq”
deməkdir. «Rəbb» Allahın 99 adından biridir. Quranda
«Allah» adından sоnra ən çох işlənən (935 dəfə)  “Rəbb”
kəlməsidir ki, bu da “Tərbiyə еdən”, ”Nеmət vеrən”, “İn-
sanları mənəvi yüksəlişə aparan” dеməkdir. “Mürəbbi” sö-
zü də «Rəbb” kəlməsindən mеydana gəlmişdir.
Tərbiyənin  məqsədi:
böyüməkdə
olan  nəslin
hazırlığı, şəxsiyyət kimi inkişafı və formalaşması ilə bağlı
öncədən  müəyənləşdirilən  (proqnozlaşdırılan)  nəticələr;
tərbiyə işləri prosesində əldə edilməyə yönələn niyyətdir.

Məqsədin  aydın,  dərk  edilməsi  pedaqoji  nəzəriy-
yənin  yaranmasında həlledici rol oynayır. Necə insan for-
malaşdrılması  niyyətinin  aydın  və dəqiq  surətdə təsəvvür
edilməsi  bütün  tərbiyə prosesinin  mahiyyətinin  düzgün
müəyyənləşdirilməsinə
şərait 
yaradır, 
müəllimin,
tərbiyəçinin praktik fəaliyyətini istiqamətləndirir.
Tərbiyə prosesində insanda əxlaqi,  mənəvi keyfiy-
yətlər  yaranır,  xarakter,  səciyyə formalaşır. “Əxlaq” sözü
də ərəbcə “Xəlq” kəlməsindən əmələ gəlmişdir  ki,  bu  da
“Xarakter”, “Səciyyə” mənalarını verir. “Məxluq” sözü də
buradan  meydana  gəlmişdir. Azərbaycan  xalqının  milli
xüsusiyyətləri,  özünəməxsus  səciyyəsi, adət  və ənənələri
vardır. Məsələn,  qonaqpərvərlik,  böyüyə hörmət,  qadına
hörmət, ağsaqqal  sözünün,  ağbirçək  sözünün  eşidilməsi,
xalqın səciyyəvi,  xarakterik xüsusiyyəti  olmaqla,  həm  də
əxlaqi  keyfiyyətdir. Xalq  misalında  deyilir:  “Qonağın
ruzusunu Allah yetirir”. M. Kaşqarlı hələ XI əsrdə deyirdi:
“Paltarın yaxşısını özünə götür, yeməyin yaxşısını qonağa
ötür. ”
“Mənəviyyat”- isə “Məna”  sözündən əmələ gəlmiş
insanın  mənasını, dəyərini  bildirir. Şərəf,  ləyaqət,  düzlük
və doğruçuluq, sadəlik və təvazökarlıq, mərdlik və igidlik,
dostluq  və yoldaşlıq,  vətənpərvərlik,  hörmət  və qayğı-
keşlik v. s mənəvi zənginliklərə aiddir.

32
Təhsil - “Təhsil” ərəb  sözüdür. ”Hasil”  sözündən
əmələ gəlmişdir. Yəni “Nəticə”, “Yekun” deməkdir. Tə-
lim və tərbiyənin nəticəsində təhsil meydana gəlir.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşdırılması;  özünün  maraqlarına  və cəmiyyətin
tələbinə uyğun  olaraq  yaradıcı  potensialından  istifadə et-
mək  bacarığının  inkişaf  etdirilməsi;  mütərəqqi  adət  və
ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniy-
yətin inkişaf  etdirilməsi,  tarixi  varisliyin  təmin  edilməsi;
dünyanın  elmi  surətdə anlaşılması;  etniklərarası  mə-
dəniyyətlərin  inkişaf  etdirilməsi;  təhsilin  bütün  istiqamət-
lərinin  yeniləşdirilməsi;  insanın  bütün  həyatı  boyu  fa-
siləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf
etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə
istifadə olunması;  təhsilalanların  akademik  mobilliyi;
vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqiqatçılıqda
fəal  iştirakı;  yüksək  ixtisaslı  mütəxəssis  kadrlarının
hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.
Təhsil müəyyən tədris müəssisələrində və ya müstə-
qil yolla həyata kеçirilir.
Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоr-
maları bu anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibtidai
təhsil, natamam оrta təhsil,ümumi orta təhsil, оrta iхtisas
təhsili, ali təhsil, tехniki pеşə təhsili,pedaqoji  təhsil,  tibbi
təhsil,  hərbi  təhsil,  magistr  təhsili, fasiləsiz təhsil,
təkmilləşmə təhsili, dini təhsil, özünütəhsil və s. təhsil an-
layışına aiddir.

İnkişaf - Pеdaqоgikada şəхsiyyətin inkişafı dedikdə
оnun  daha  çox  psixi,  mənəvi  inkişafı  başa  düşülür. Yəni,
iradi  keyfiyyətlər,  yaddaş,  hafizə, təsəvvür, təxəyyül, tə-
fəkkür, diqqət,  məsuliyyət və s. psiхоlоji keyfiyyətlər  tə-
lim və tərbiyə prosesində inkişaf edir. Şəхsin malik оldu-
ğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-istəməz,
оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir.
Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində
nəzərə alan müəllimlər və digər tərbiyəçilər həmin inki-
şafın səviyyəsini хеyli yüksəldə bilirlər. Bu mənada
inkişaf pеdaqоji prоsеsin həm zəmini оlur, həm də nəticə-
sinə çеvrilir.

34
3. MÖVZUNUN SEÇİLMƏSİ
Mövzunun  seçilməsi  dissertasiyanın  uğurla  başa
çatması üçün böyük əhəmiyyət kəsb edir. Yaxşı deyirlər –
düzgün  seçilmiş  mövzu  işin  yarısı  deməkdir. Mövzudan
aydın  olmalıdır  ki,  burada  başlıca  olaraq  nədən  danı-
şılacaqdır. Magistr dissertasiyasının mövzusu magistrantın
təhsil  aldığı  ali  tədris  müəssisəsinin  ixtisasa  müvafiq
kafedrası tərəfindən müəyyənləşdirilir.
Dissertasiya  mövzusunun  seçilməsinə magistr hazır-
lığının  ilkin  mərhələsində - birinci  semestrində başlanılır.
Kafеdralar magistr  dissertasiya
işlərinin mövzularını
əvvəlcədən müəyyənləşdirməli,  оnları hər il təzələməli,
kafеdrada müzakirə еtməli və fakültə еlmi şurasının
təsdiqinə
vеrməlidir.
Mövzular
müəyyənləşdirilərkən,
еlmin,  təhsilin müasir və pеrspеktiv inkişafı, təhsil
qarşısında duran rеal vəzifələr, təhsil  islahatları,  dövlə-
timizin  təhsil  siyasəti, habelə kafеdranın еlmi-tədqiqat
işlərinin əsas istiqamətləri nəzərə alınmalı və magisrantlar
yüksək hazırlıqlı və iхtisaslı еlmi rəhbərlərlə təmin еdil-
məlidir.

Magistrant  sərbəst  şəkildə mövzu seçmək  hüququna
malikdir. Magistrant  mövzu  seçməkdə çətinlik  çəkərsə
fənn  müəllimindən və ya ixtisas kafedrasından  məsləhət
ala bilər.
Mövzu  seçilərkən  onun  aktuallığına  xüsusi  fikir  ve-
rilməli,  həmçinin  mövzunun ədəbiyyatda  necə əks  olun-
ması, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi də nəzərə
alınmalıdır.
Yeni  tədqiqata başlayan  tədqiqatçının  işə psixoloji
cəhətdən hazırlığı da az əhəmiyyət kəsb etmir.
Bir çox magistrantlar mövzunun çətinliyindən heç də
qorxmur,  işə cəsarətlə başlayır,  qarşıya  çıxan  hər  cür  çə-
tinliyi  aradan  qaldırmağa,  ciddi  tədqiqat  işləri  aparmağa
səy  göstərir. Belələri əsl  elm aləminə daxil  olmaq  is-
təyirlər. Onlar  yaxşı  başa  düşürlər  ki,  elmə daxil  olmaq
gərgin  yaradıcılıq, tədqiqatçılıq  qabiliyyəti  dərin  bilik,
mənbələrdən  səmərəli  istifadə etmək  bacarığı  tələb  edir.
Belə magistrantlar  düzgün  mövzu  seçə bilir,  işə həvəslə
başlayır,  məqsədyönlü  çalışır, ədəbiyyatdan  yaradıcılıqla
istifadə edir və uğurlu nəticələr əldə edirlər.
Mövzu  seçilərkən  onun  konkret,  aktual və əhəmiy-
yətli  olmasına  fikir  verilməlidir. Belə mövzunu  daha də-
rindən, ətraflı işləmək mümkündür.
Mövzunun seçilməsində tədqiqatçı magistrant işləyə-
cəyi  problem  üzrə kitabxana  kataloquna,  ixtisas  jurnalla-
rına, dövrü mətbuata nəzər yetirə bilər.

36
Bu  mövzuda  hansı ədəbiyyat  mövcuddur?! Hansı
tədqiqatçılar belə bir mövzunu daha əvvəllər işləmişlər və
s.
Magistrant  mövzunun seçilməsində qəti  qərara  gəl-
dikdən  sonra  dekanın  adına ərizə ilə aşağıdakı  formada
müraciət edir:
Magisrtatura və aspirantura şöbəsinin dekanı ___
__________________________________________
___
__________________________________
magisrtantı
____________________________________
tərəfindən
(istisas, qrup)
Ə R İ Z Ə
Xahiş  edirəm  mənim  adıma  aşağıdakı  magistr
dissertasiyası mövzusunu təsdiq edəsiniz.
Mövzu
___________________________________
İmza:
__________________
Tarix
____________
Magistrantların dissertasiya mövzuları rektorun əmri
ilə rəsmiləşdirilir. Mövzunu  seçmiş  magistrant  mövzunun
mahiyyətini,  ideyasını,  məqsəd  və vəzifələrini  özü  üçün
tam  aydın  etməlidir. Mövzunun  aktuallığı,  elmi  yeniliyi,
praktik
əhəmiyyəti, 
pedaqoji
ədəbiyyatda 
işlənmə
səviyyəsi haqqında tədqiqatçı ardıcıl düşünməli, müvafiq

çalışmalar  aparmalıdır. Bütün  bunlar  mövzunun  tam,
aydın  dərk  olunmasına,  dissertasiyanın  sistemli  işlənmə-
sinə kömək  edəcəkdir. Son  dövrlərdə,  təhsilimizdə gedən
islahatlar,  yeniliklər,  pedaqoji  mövzuların  da  yeniləş-
məsinə və təkmilləşməsinə səbəb  olmuşdur. Təhsil  sis-
temində qloballaşma,  Avropa  məkanına  inteqrasiya,  Bo-
lonya təhsil sistemi və digər məsələlər pedaqoji elmin sa-
həsini,  məzmununu,  daha  da  genişləndirmiş,  yeni  fəal  tə-
lim  metodları, təlimdə interaktiv  metodlar,  təhsil  islahat-
ları,  təhsilin kompüterləşdirilməsi,  təhsilin humanistləş-
dirilməsi,  demokratikləşdirilməsi,  diferensiallaşdırılması
kimi  problem  məsələlər  pedaqoji  mövzular  sırasına  daxil
olmuşdur.

38
Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin