Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil


sistemində magistr hazırlığı (magistratura) haqqında



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix23.02.2017
ölçüsü4,43 Kb.
#9541
növüYazı
1   2   3   4   5   6

sistemində
magistr hazırlığı (magistratura) haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1. 1. Çoxpilləli  ali  təhsil  sistemində  magistratura  ali  təhsilin  ikinci
pilləsi  olub,  müəyyən  ixtisas  üzrə  sərbəst  yaradıcılıq  fəaliyyəti  göstərə
biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür.
1. 2. Magistratura  təhsil  proqramı,  mütəxəssisin  gələcək  fəaliyyə-
tində elmi-tədqiqat və layihə-sınaq səciyyəli işləri yerinə yetirəcəyini nəzərə
almaqla,  bakalavr  ixtisas  təhsili  proqramının  sonrakı  inkişafı  və
differensasiyası  yolu  ilə  qüvvədə  olan  “Ali  təhsil  istiqamətləri  və
ixtisaslarının siyahısı”na uyğun olaraq tərtib edilir.
2. Magistr hazırlığına başlanılması
2. 1. Magistr hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir
tədris  və  elmi-tədqiqat  laboratoriyaları,  tədris  və  fənn  kabinələri,  zəngin
elmi  kitabxanası,  tədris-təcrübə  və  istehsalat  sahələri,  elmi-tədqiqat
institutları  olan  ali  təhsil  müəssisələrində  ali  təhsilin  Azərbaycan
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  olunmuş  təhsil
istiqaməti və ixtisasları üzrə açılır.
2. 2. Tabeliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq  ali
təhsil 
müəssisələrində 
magistraturaların 
açılmasına 
razılıq 
Təhsil
Nazirliyinin  təqdimatı  ilə  Nazirlər  Kabineti  tərəfindən,  müəyyən  istiqamət
və ixtisaslar üzrə magistr hazırlığına icazə isə təhsil müəssisəsinin təqdimatı
əsasında Təhsil Nazirliyi tərəfindən verilir.
3. Ali təhsil müəssisəsində magistr hazırlığını təmin edən şərtlər
3. 1. Magistratura  təhsil  pilləsində  kadr  hazırlanmasına  iddiaçı  olan
təhsil  müəssisəsində  istiqamət  üzrə  tədris  prosesini  təmin  edən  elmi-
pedaqoji  kadrların  ümumi  sayının ən  azı  50  faizi,  ixtisas  üzrə  isə  ən  azı  5
nəfəri elmi dərəcəli olmalıdır.

96
3. 2. İki  və  üç  pilləli  ali  təhsil  müəssisəsində  magistr
hazırlığını  həyata  keçirmək  hüququ  aşağıdakılar  təmin  olunduqda
verilir:
magistr hazırlığı aparılacaq ixtisas və ya istiqamətlərdə birinci
təhsil pilləsi (bakalavr) proqramları üzrə buraxılış kursunun olması;
bu əsasnamədə  magistr  hazırlığına  qoyulan  ümumi  tələblərin
ödənilməsi;
müvafiq magistr proqramları üzrə işçi tədris planlarının olma-
sı;
hər bir magistr tədris proqramı üzrə tədris olunan fənlərin işçi
proqramlarının olması;
müasir tələblərə cavab verən maddi-texniki bazanın (tədris və
tədqiqat  laboratoriyaları,  avadanlıqlar,  informasiya  təminatı  və  s. )
olması.
3. 3. Ali təhsil müəssisəsində magistr hazırlığının məzmununu
təmin edən şərtlər:
magistr  təhsili  proqramlarına  daxil  edilmiş  fənlərin işçi  proq-
ramlarında  nəzərdə  tutulan  tədris- informasiya  vasitələrinin  lazımi
miqdarda olması;
ali təhsil müəssisəsində müasir milli və beynəlxalq informasi-
ya şəbəkələrinin və məlumat bankları ilə əlaqə terminallarının möv-
cudluğu və bunlar üçün zəruri miqdarda işçi yerlərinin olması təmin
edilməlidir.
3. 4. Magistraturanın təhsil istiqamətindəki elmi tədqiqatlar və
magistr proqramlarının mövzuları üzrə son beş ildəki göstəricilər:
magistratura  istiqaməti  üzrə  aparılan  elmi-tədqiqat  işlərinin
ümumi  həcminin  yarısından  çoxu  fundamental  və  axtarış  xarakterli
tədqiqatlar olmalıdır;
magistraturada təhsil alanların (magistrantların) elmi rəhbərləri
ixtisaslar  üzrə  elmi  tədqiqatlar  aparmalı,  onların  bu  sahədəki  elmi
nəticələri respublikada və ya xaricdə nəşr olunan jurnallarda, milli və
ya  beynəlxalq  konfransların,  simpoziumların,  qurultayların,  kon-
qreslərin materiallarında dərc edilməlidir.

3. 5.
Magistrantların elmi rəhbərlərinin tədris prosesində işti-
rakı üçün:
müvafiq magistr təhsil proqramı üzrə dərsliklərin (dərs vəsait-
lərinin) və ya elmi əsərlərin (araşdırmaların) müəllifi olması;
həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas
kursunu aparması zəruridir.
4. Magistraturaya  qəbul,  magistr  hazırlığının  maliyyələşdiril-
məsi
4. 1. Ali  təhsilin  əsas  peşə  təhsili  proqramlarından  biri  üzrə
təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu
olan şəxslər magistraturada təhsil almaq hüququna malikdirlər.
Magistraturaya  daxil  olmaq  istədiyi  ixtisas üzrə bakalavr  dip-
lomu  olmayan  ali  təhsilli şəxslər  həmin  ixtisasa  uyğun  bakalavr
hazırlığına  qoyulan  tələblər  həcmində  yaranmış  akademik  fərqləri
verməlidirlər.
4. 2. Azərbaycan  Respublikasının  magistr  hazırlığı  aparılan
bütün  ali  təhsil  müəssisələrinin  magistratura  pilləsinə  tələbə  qəbulu
mərkəzləşdirilmiş  qaydada  Azərbaycan  Respublikasının  Tələbə  Qə-
bulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.
4. 3. Müəyyən  təhsil  istiqaməti  və  ixtisasları  üzrə  magistratu-
raya dövlət hesabına illik qəbulun səviyyəsi, həmin istiqamət və ixti-
sas üzrə bakalavr buraxılışının 20 faizinə qədər müəyyənləşdirilir.
4. 4. Magistraturaya  daxil  olmaq  istəyən şəxslər  Azərbaycan
Respublikası  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasının  müəyyən
etdiyi qaydada sənədlər təqdim edirlər.
Magistraturaya  qəbul  olmuş  tələbənin  elmi  rəhbəri  ali  təhsil
müəssisəsinin rektorunun əmri ilə təsdiq edilir.
4. 5. Dövlət ali təhsil müəssisələrində magistr hazırlığı ödəniş-
siz  və  ya  əvvəlcədən  müvafiq  qaydada  müəyyənləşdirilmiş  ödənişli
əsaslarla həyata keçirilə bilər. Dövlət və qeyri-dövlət ali təhsil müəs-
sisələrində magistr hazırlığının maliyyələşdirilməsi “Ali təhsil müəs-
sisələri haqqında Əsasnamə”yə uyğun həyata keçirilir.

98
5. Magistr proqramına qoyulan ümumi tələblər
5. 1. Magistr təhsil proqramı uyğun istiqamətlər üzrə bakalavr
proqramından və təxminən onunla bərabər nisbətdə müəyyənləşdiril-
miş  sırf  tədris  və  elmi-tədqiqat  tərkib  hissələrini  özündə  birləşdirən
ikinci  pillə  proqramından  ibarətdir. Bu  proqramın tədris  hissəsinə
peşə təhsilinin dərinləşməsinə yönəlmiş fənlər və bölmələr, eləcə də
xarici  dil  və  ixtisas  fənləri  daxil  edilməlidir. Magistrantların  elmi-
tədqiqat işinin məzmunu fərdi planla müəyyən edilir.
5. 2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla və ayrılma-
maqla həyata  keçirilir. Magistr təhsilinin  normativ  müddəti  müvafiq
dövlət  standartları  ilə  müəyyənləşdirilir  və  ixtisasdan  asılı  olaraq  1.
5-2 il müəyyənləşdirilir.
5. 3. Magistraturada  tələbənin  təhsilinə  elmi  rəhbərlik  həmin
ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan
və bu Əsasnamənin 3. 4. və 3. 5. bəndləri tələblərinə cavab verən el-
mi  rəhbər  tərəfindən  tələbənin  fəndi  planına  müvafiq  olaraq  həyata
keçirilir. Magistr  proqramı  müxtəlif  istiqamətlərin (ixtisasların)  qo-
vuşmasında yerinə yetirildiyi hallarda elmi rəhbərlə yanaşı elmi məs-
ləhətçi də təyin oluna bilər.
Magistr təhsil proqramının həm elmi, həm də tədris hissələrinə
ümumi rəhbərlik professor-müəllim heyətinin elmi adı və ya dərəcəsi
olan  nümayəndələri  tərəfindən  həyata  keçirilir. Bir  nəfərə  ikidən
artıq magistr təhsil proqramına rəhbərlik etməyə icazə verilmir.
Tələbə  magistrlara  birbaşa  elmi  rəhbərlik  professor-müəllim
heyətinin  elmi  adı  və  ya  dərəcəsi  olan  nümayəndələri  tərəfindən
həyata  keçirilir. Bir  nəfərə  beşdən  çox  tələbə  magistrə  rəhbərlik  et-
məyə icazə verilmir.
5. 4. Magistr proqramı üzrə təhsildə tələbənin fəal müstəqil işi-
nə  daha  çox  üstünlük  verilməlidir. Bununla əlaqədar  olaraq  onun
auditoriya  tədris  yükü  bütün  tədris  müddətində  orta  hesabla  həftədə
12-20 saat olmalıdır. Tələbənin fərdi tədris planının yerinə yetirilmə-
sinə nəzarət məqsədilə tədris planında nəzərdə tutulmuş bütün fənlər
üzrə  müxtəlif  formada  attestasiyalar  (məqbullar,  müdafiəyə  qədər
imtahanlar və s.)

aparılır. Magistr  proqramının  mənimsənildiyi  (yerinə  yetirildiyi)
bütün  müddət  ərzində  məqbulların  sayına  məhdudiyyət  qoyulmur,
imtahanların ümumi sayı isə 6-10 olmalıdır.
5. 5. Magistraturada peşə təhsili proqramlarının strukturuna və
məzmununa dair  metodik  tövsiyələr  Təhsil  Nazirliyinin  elmi-meto-
dik şuralarının müvafiq bölmələri tərəfindən işlənilib hazırlanır.
6. Magistraturada yekun (buraxılış) attestasiyası
6. 1. Magistraturanın  axırıncı  (yekun)  semestrində  buraxılış
işinin  (magistrlik  dissertasiyasının)  müdafiəsi  və  buraxılış  imtahanı,
o cümlədən istiqamət üzrə imtahan verilməsi nəzərdə tutulur.
6. 2. Magistrlik  dissertasiyası  elmi  rəhbərin  (zəruri  hallarda
həm  də  məsləhətçilərin)  rəhbərliyi  altında  yerinə  yetirilən  müstəqil
elmi-tədqiqat və təcrübi-konstruktor işidir. Dissertasiyanın müdafiəsi
təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradılmış ixtisaslaşdı-
rılmış şuranın iclasında aparılır. İxtisaslaşdırılmış şuraların yaradılma
qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
6. 3. Magistr hazırlığını həyata keçirmək hüququ olan ali təhsil
müəssisələrində  magistr  proqramı  üzrə  fərdi  planı  tam  yerinə  yetir-
miş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid formada dövlət
nümunəli magistr diplomu verilir.
Magistraturanın məzunlarına eyni zamanda diploma əlavə, yə-
ni magistrlik dissertasiyasının mövzusu göstərilməklə, qiymət kitab-
çasından (cədvəllərindən) çıxarış verilir.
Ali  təhsilin magistr  pilləsi  üçün  diplomun  və ona əlavənin
təsviri
1. Diplomlar 15x21 sm ölçüdə kitabça şəklində çar olunur. Ali
məktəbi  fərqlənmə ilə bitirməyənlər  üçün  diplomlar  göy,  fərqlənmə
ilə bitirənlər üçün isə al qırmızı rənglidir. Diplomun üz qabığının yu-
xarı  hissəsinə relyeflə Azərbaycan  Respublikasının  gerbi,  aşağı
hissəsinə
isə
“MAGİSTR  DİPLOMU”  sözləri  həkk  olunur.
Kitabçanın  üz  qabığının  içərisinin  sağ  və sol  tərəfində Azərbaycan
Respublikasının  gerbinin  (magistr  diplomu)  tələblərinə uyğun
hazırlanmış dövlət nişanlı kağız yapışdırılır. Mətn həmin səhifələrdə
yazılır.

100
Səhifənin  sağ  hissəsinin  yuxarısında  qara  rənglə “MAGİSTR
DİPLOMU”  sözləri  yazılır. Sol  tərəfin  sağ  aşağı  kənarında  möhür
yeri  saxlanılır. Daha  sonra  mətn  diplom  nümunəsində göstərilən
formada yerləşdirilir.
2. Ali məktəbi fərqlənmə ilə bitirənlər üçün səhifənin sağ his-
səsində qara rənglə yazılan “MAGİSTR DİPLOMU” sözlərinin altın-
da qırmızı rənglə “FƏRQLƏNMƏ” sözü yazılır.
3. Nömrələnmə MNA 000001-dən başlayaraq hər dəfə bir say
artmaqla  çap  edilir. Altırəqəmli  nmrələnmə son  həddə çatdıqdan
sonra N işarəsindən sonrakı hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə
yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.
4. Məzunlara nümunədə göstərilən formada diploma əlavə ve-
rilir. Diiploma əlavə  üç  səhifədən  ibarət  cildsiz  mətbəə  blankında
tərtib olunur. 1-ci səhifənin sağ tərəfinin yuxarı hissəsində Azərbay-
can Respublikasının gerbi həkk olunur, sonuncu səhifənin sol tərəfin-
dən möhür yeri saxlanılır.

QEYD ÜÇÜN

102
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
AMİ-nin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru,professor
MAGİSTR DİSSERTASİYASI
(Metodik vəsait)
Техники редактор:
Дизайнерляр:
Рауф КЯРИМОВ
Əkrəm HÜSEYNZADƏ
Əmin HÜSEYNZADƏ
Йыьылмаьа верилмишдир: 15.01.2009
Чапа имзаланмышдыр: 25.01.2009
Няшрин юлчцсц: 60х84 1/16
Физики чап вяряги: 6,5
Сифариш: 20. Сайы: 500 ядяд.
Бакы, Az1122, Зярдаби пр. 78 / Тел: 4977021
Faks: 4971295 / Е-почту: office@nurprint.com
НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ

Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin