Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil


ki, öyrənilən, proses, fakt və ya hadisədir



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix23.02.2017
ölçüsü4,43 Kb.
#9541
növüYazı
1   2   3   4   5   6

ki, öyrənilən, proses, fakt və ya hadisədir)

56
dəqiq 
göstərilir.
Bunların 
ardınca 
tədqiqatın
metodologiyası və metodları göstərilir.
Beləliklə tədqiqatın  tələbinə uyğun  olaraq  daha  baş-
qa maddələr də təhlil edilir, açıqlanır.
Dissertasiyanın “Giriş”ində həmçinin mövzu ilə
bağlı  yazılmış əsərlərə yığcam  şərh də verilir,  onlara  mü-
nasibət bildirilir.
Dissertasiyanın “Giriş”i çox əhəmiyyətli və məsuliy-
yətli hissədir. Belə ki, dissertasiyanın girişindən tədqiqatın
məzmunu,
əhəmiyyəti,  səviyyəsi
haqqında  müəyyən
təsəvvürə malik  olmaq  olur. Dissertasiyanın  “Giriş”
hissəsi 4 səhifədən çox olmaya bilər.
Dissertasiyanın  fəsilləri öz adına  uyğun  olaraq  məz-
munu  işlənilir. Adətən Dissertasiyanın birinci  fəslində
mövzunun ümumi  məsələləri, öyrənilmə səviyyəsi,  pe-
daqoji ədəbiyyatda,  dərsliklərdə,  tədqiqat  işlərində mə-
sələnin qoyuluşu təhlil edilir. Tövsiyə edilir ki, tədqiqatın
obyekti və predmetinin ölkəmizdə və imkan olarsa xarici
ölkələrdə öyrənilmə səviyyəsi  də araşdırılsın. Dissertasi-
yanın  birinci  fəslindən  tədqiqatın ümumi  cəhətlərini, əsas
istiqamətlərini aydın görmək olur.
Dissertasiyanın  ikinci  fəslində isə artıq  problemin
konkret həlli, işin əsas  məzmunu,  hətta onun  təkmilləş-
dirilməsi  yolları da göstərilə bilər. Bu  bölüm  məzmunca
daha üstün təhlil xarakteri daşıyır. Konkret fakt, hadisə və
təcrübələr əsasında araşdırma aparılır, aparılmış eks

perimentin,  məktəb  müşahidələrinin  nəticələri  verilir.
Pedaqoji təcrübələr təhlil olunur.
Hər  fəslin  2-dən  az  olmayan  yarım  fəsilləri  olmalı-
dır.
Dissertasiya işi “Nəticə” ilə sona çatır. Bu hissədə
tədqiqat yekunlaşdırılır, aparılmış tədqiqat işlərinin nəticə-
ləri  göstərilir. Müəllifin  tədqiqat  işinə gətirdiyi  yeniliklər
qeyd  edilir. Problemin  gələcəkdə daha  da  təkmilləşdiril-
məsi, yaxşılaşdırılması üçün təkliflər verilir. Yaxşı olar ki,
nəticə və təkliflər  bəndlərlə və yaxud  tezis şəklində kon-
kret olaraq göstərilsin.
“Nəticə” bölməsindən  sonra istifadə olunmuş ədə-
biyyatın siyahısı verilir.
Dissertasiyanın ədəbiyyat  siyahısı əsas  mətnə bir
açardır,  hansı  ki,  müəllif  tədqiqatında  ondan  istifadə
etmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mə-
nada  tədqiqatın  elmi mədəniyyəti,  etikası  deməkdir.
Ədəbiyyat  siyahısından  dissertasiyanın  səviyyəsi,  tədqi-
qatçının problemlə bağlı məlumatlılığı özünü göstərir.
İstifadə edilmiş  mənbələr  çap  olunduqları  dillərdə
(əvvəlcə Azərbaycan  dilində ədəbiyyat,  sonra türk,  rus,
ingilis və s.) əlifba  sırası  ilə, ərəb  rəqəmləri  ilə ardıcıl
nömrələnərək siyahıda göstərilir.
Ədəbiyyat  siyahısı  real  olmalıdır. Əsas  istifadə
edilmiş ədəbiyyat siyahıya daxil edilməlidir. Siyahıda gös-
tərilmiş ədəbiyyat neçənci nömrədə göstərilmişsə

58
dissertasiyanın  mətnində istinad  edilmiş ədəbiyyat da hə-
min nömrəyə uyğun olmalıdır. Dissertasiyanın yazılışında
mütaliə edilmiş ədəbiyyat da ədəbiyyat siyahısına daxl ola
bilər.
Dissertasiyanın  “Əlavələr”i ədəbiyyat  siyahısından
sonra  verilir. Əlavələr  dissertasiyanın əsas  mətninin  bir
hissəsi- tərkib  hissəsidir  ki,  onun əlavə olaraq əhəmiyyəti
vardır. Əlavələr  dissertasiyanın  məzmununu  tamamlayır.
Dissertasiyanın  məzmununa  ehtiyac  olduqda əlavələr
verilir. Əlavələr müxtəlif ola bilər. Bu hər hansı bir peda-
qoji  sənədin  üzü,  hesabat  materialının  bir  hissəsi,  nümu-
nəvi plan, proqram və yaxud bir protokol və ya təlimat və
s. ola bilər. Əlavələr dissertasiyanın son səhifələridir. Hər
bir əlavə yeni  səhifədə verilməli  və vərəqin  üst  sağ
tərəfində “Əlavə 1” , “Əlavə 2“ və s. yazılır. “Əlavələr”
çox olduqda onu ayrıca qovluqda və ya cildlənmiş şəkildə
“Dissertasiyaya əlavələr” adı ilə də təqdim etmək olar.

8. MAGİSTR REFERATI
Müəllif  magistr  dissertasiyasının məzmunu əks  et-
dirən referat hazırlayır. Referatın həcmi 5-6 səhifəyə qədər
ola  bilər. Referatın  titul  səhifəsi  dissertasiyada  olduğu
kimidir. Yalnız  burada  “Dissertasiya”  sözünün  yerinə
“REFERAT”  sözü  yazılır(Bax: Əlavə 2). Üz  vərəqinin
arxasında  işin  hansı  kafedrada  yerinə yetirildiyi,  elmi
rəhbərin  adı,  soyadı,  atasının  adı,  elmi  dərəcəsi,  elmi  adı
göstərilir. Dissertasiyaya  rəy  vermiş  rəyçinin  adı,  soyadı,
atasının adı elmi titulları göstərilir. Daha sonra dissertasi-
yanın müdafiə vaxtı və yeri göstərilir.
Referatda əsas  etibarilə dissertasiyanın  “Giriş”ində
olan  məlumatlar  (aktuallıq,  məqsəd,  vəzifələr,  elmi  yeni-
lik, praktik əhəmiyyət, metodlar, metodologiya və s.) gös-
tərilir. Referatda  dissertasiyanın əsas  ideyası, fəsillər
haqqında  yığcam  şərh, tədqiqatın nəticələri,  müəllifin
təklifləri, yenilikləri konkret olaraq öz əksini tapır. Burada
həmçinin  mövzu  ilə bağlı  yazılmış əsərlərə də qısa şərh
verilə bilər.

60
Referatda  dissertasiyanın  fəsilləri  haqqında da müx-
təsər məlumat verilə bilər.
Referatda  mövzu  ilə bağlı  müəllifin  çap  olunmuş
məqalələri, tezisləri, tələbə elmi cəmiyyətində, elmi konf-
ranslarda çıxışları, təltifləri də göstərilməlidir.

9. ELMİ RƏHBƏR
Magistr dissеrtasiyasının uğurla  başa  çatmasını tə-
min еdən həllеdici və əhəmiyyətli amillərdən biri еlmi
rəhbərin düzgün seçilməsidir. Еlmi rəhbər nəzəri və
praktik hazırlığı, yüksək pеdaqоji təcrübəsi, еlmi-pedaqoji
fəaliyyətinin gеnişliyi,  еrudisiyası ilə fərqlənməlidir. Dis-
sertasiyaya müvafiq  kafedra  tərəfindən elmi  rəhbərliyə
təcrübəli,  nüfuzlu,  yüksək  tədqiqatçılıq  bacarığına  malik
elmlər  doktoru  və ya  elmlər  namizədləri seçilir  və rek-
torun əmri  iə rəsmiləşdirilir. Müvafiq  təlimatlara əsasən
bir  elmi  rəhbərə 5 –dən  artıq  magistr  dissertasiyası  verilə
bilməz. Elmi  rəhbərə bir  tədris  ili ərzində bir  magistranta
rəhbərlik üçün 40 saat tədris yükü ayrılır.
Bütün hallarda, hətta ən qüvvətli tələbə və ya magist-
rantın müstəqil işin icrası zamanı еlmi rəhbərin məslə-
hətlərinə, göstərişlərinə, elmi-pedaqoji istiqamətinə və nə-
zarətinə еhtiyacı var. Оdur ki,  еlmi rəhbər magistr dis-
sеrtantı ilə müntəzəm əlaqə saхlamalı, tədqiqatın gеdişini
izləməli, bu məqsədlə dissеrtantın məlumatlarını ardıcıl
dinləməli, üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək

62
göstərməli, kоrrеksiya işləri aparmalı,  məsləhətlər  ver-
məlidir. Yеri gəldikcə magistrantın qarşısında daima yеni
məqsədlər qоyulması,  оnun fəaliyyətinin stimullaşdı-
rılması və səmərəliliyinin təmin оlunması, müsahibə, sual-
cavab, yazılı hеsabat və s. «magistr-müəllim» əməkdaş-
lığının məhsuldarlığını təmin еdir və nəticədə bu ağır əqli
əməyin sоnu – magistr dissеrtasiyası üçün uğurlu оlur.
Elmi rəhbərin magistrantla birgə elmi-tədqiqat və el-
mi- pedaqoji  fəaliyyətinin  mühüm  istiqamətlərindən  biri
onun pedaqoji diaqnоzlaşdırma fəaliyyətidir. Еlmi rəh-
bər pedaqoji diaqnоzlaşdırma zamanı magistrin müstəqil
işinin müхtəlif fоrmalarından tutmuş оnun ən yüksək
səviyyəsi оlan dissеrtasiya işi yazmasına qədər kеçdiyi
inkişaf mərhələlərini və inkişaf dinamikasını üzə çıхarma-
lı, bilik, bacarıq və vərdişlərinin səviyyəsini,  еlmi-tədqi-
qatçılıq fəaliyyətinin məhsuldarlığını təhlil еtməli, dissеr-
tasiyanın müvəffəqiyyətlə işlənməsini və müdafiəsini
şərtləndirən bütün amilləri, yоl və vasitələri nəzərdən kе-
çirməli, tədqiqatın metod və mеtоdikasının müəyyənləşdi-
rilməsinə istiqamət  verməli, hətta tələbənin sоnralar
özünütəhsil, özünütəkmilləşdirmə ilə məşğul оlmasını,
əmək fəaliyyətinə pеşəkar mütəхəssis kimi başlamasını
təmin еdən bütün оbyеktiv və subyеktiv amilləri layihələş-
dirməyi, planlaşdırmağı bacarmalıdır.
Elmi rəhbərin bilavasitə iştirakı ilə magistrantla bir-
likdə seçilmiş mövzunun  ilkin  iş  planı hazırlanır. İş pla-
nında tədqiqatın bölmələri, fəsilləri, yarım fəsilləri, bənd

ləri, işin  nəzərə çarpan  böyük  hissələri ayırd  edilir  (Bax:
Əlavə 5). Bundan sonra magistrant müəyyən edilmiş plan-
qrafik əsasında elmi  rəhbərin  məsləhət  və tövsiyələri  ilə
dissertasiya  üzərində çalışmalarını  davam  etdirir. Bu
davamlı birgə işgüzar,  yaradıcı  proses “Magistr  disser-
tasiyası  üzərində işin  plan-qrafiki”ndə öz əksini  tapır
(Bax: Əlavə 6).
Tədqiqatın  uğurla  tamamlanması  üçün yenə də elmi
rəhbərin köməyi  ilə magistrantın “Fərdi  planı”  hazırla-
nır( Bax: Əlavə 4). “Fərdi plan”da mövzu, ixtisas, istiqa-
mət,  magistr  peşə-ixtisas  təhsilinin  məzmunu, magistran-
tın attestasiyası yekunları göstərilir.
Elmi  rəhbərlə birlikdə tədqiqatın  qarşısında  duran
əsas  məqsəd  və vəzifələr  işin  metodologiyası, işin yerinə
yetirilmə metodları,  pedaqoji  təcrübələr,  pedaqoji  eks-
perirmentlər  aparmaq  üçün  məktəblər, məktəbəqədər  tər-
biyə müəssisələri, tədris,  tərbiyə mərkəzləri müəyyənləş-
dirilir.
Magistrant  plana  müvafiq,  sistemli,  ardıcıl  və mən-
tiqə uyğun  olaraq  tədqiqat  işini  tamamlamağa  doğru  işlə-
yir. Bu prosesdə elmi rəhbər kənardan müşahidəçi rolunda
deyil,  tədqiqatçı  ilə müntəzəm  ünsiyyət  və münasibətdə
olaraq əvvəlcədən  müəyyənləşdirilmiş  məsləhət  qrafikinə
uyğun  ona  ardıcıl  məsləhət  və tövsiyələr  verir,  yeni
ədəbiyyat,  material,  internet  səhifələri  göstərir,  istiqamət-
lər verir.
Elmi  rəhbər  dissertasiya  işini  hissə-hissə,  fəsil-fəsil
və bütöv oxuyaraq lazım gələn düzəlişləri edir, metodik

64
göstərişlərini  verir. Magistrantı  elmi  işə həvəsləndirir,  el-
mi konfranslarda çıxış etməyə hazırlayır, axtarıcılığa, təd-
qiqatçılığa  yönəldir. İşlə bağlı elmi  rəhbər tədqiqatçını
məqalə yazmağa  sövq  edir, onu ruhlandırır  və təbii  ki,
belə olan halda məqalə də yazıla bilir.
Başa çatmış dissertasiya işi haqqında elmi rəhbər öz
rəyini yazır və dissertasiyanın müdafiəyə təqdim edilməsi-
nə razılıq verir.
Elmi  rəhbər  rəyində tamamlanmış  dissertasiyanın
yığcam  xarakteristikasını  verir,  tədqiqatın  aktuallığını,  el-
mi-nəzəri səviyyəsini,  praktik əhəmiyyətini  göstərir. Dis-
sertasiyanın  orijinallığını,  tamlığını,  elmiliyini,  həmçinin
müəllifin qoyulan  məsələlərin  həllinə yanaşma tərzini  və
vəziyyətini  göstərir. Rəhbər  rəyində habelə magistrantın
tədqiqatçılıq  bacarığını,  müstəqilliyini, ədəbiyyatlardan,
ilk  mənbələrdən  istifadə etmək qabiliyyətini, müdafiəyə
hazır  olma  vəziyyətini,  dissertasiyasının  magistr  disser-
tasiyası  tələblərinə uyğunluğunu,  magistr  elmi  dərəcəsinə
layiqliyini qeyd edir.
Tamamlanmış  dissertasiya  işinə kafedra  müdirinin
təqdimatı  ilə digər  elmi  dərəcəli,  ixtisaslı  pedaqoq əlavə
rəy  yazır. Bu rəydə dissertasiyadakı fəsillər,  yarımfəsillər
ətraflı  təhlil  edilir. Mövzunun  aktuallığı,  elmi  yeniliyi,
praktik əhəmiyyəti, müəllifin gəldiyi nəticələrin əsaslandı-
rılması,  onların əhəmiyyətliliyi,  dissertasiyanın  lazımi  tə-
ləblərə uyğunluğu göstərilməklə həmçinin irad və təkliflər
də göstərilir. Elmi  rəhbərin  və əlavə rəyçinin  rəyi ixtisas
kafedrasında  müzakirəyə- ilkin müdafiəyə ən  azı  5  gün
qalmış magistranta çatdırılır.

Bundan  sonra  magistrantın  dissertasiyası ixtisas
kafedrasında
müzakirə
olunur 

kafedranın
protokolundan çıxarışla  magistrant İxtisaslaşdırılmış Elmi
Şura qarşısında açıq müdafiəyə buraxıla bilir.

66
10. MAGİSTR DİSSERTASİYASININ TƏRTİBİ
Üz  vərəqi - dissertasiyanın 1-ci  səhifəsidir. Bura
nömrə  qoyulmur. (Üz  vərəqinin tərtibi Əlavə 1-də veril-
mişdir).
Mündəricatda dissertasiyanın bütün bölmələri ardı-
cıllıqla  göstərilir. Mündəricatda  bütün  fəsillərin,  yarımfə-
sillərin və bəndlərin başlanğıc nömrəsi göstərilir.
Giriş – təxminən  4-5 səhifəyə  qədər  ola  bilər.
”Giriş”də tədqiqatın məqsəd və vəzifələri, aktuallığı, elmi
yeniliyi,  praktik əhəmiyyəti,  metod  və  metodologiyası,
ədəbiyatda qoyuluşu və s. göstərilir.
Əsas  hissə - fəsillər, yarımfəsillər və  bəndlərdir.
Adətən  iki  və  ya  üç  fəsildən  və  hər  fəsil ən  azı  2 yarım-
fəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər ara-
sında həcmcə mütənasiblik də gözlənilsin.
Nəticə - 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konk-
ret olaraq göstərilir. Təkliflər də verilə bilər.

İstifadə  edilmiş ədəbiyyat- real və tədqiqata uyğun
olmalıdır. Əlavə mütaliə edilmiş ədəbiyyat, yaxud internet
saytı  da ədəbiyyat  siyahısına  daxil  olur. Hər  halda
ədəbiyyatda  da  zənginlik  görünməlidir. Xüsusilə  son
dövrlərin ədəbiyyatına üstünlük verilməlidir.
“Əlavələr”də  mövzu  ilə  bağlı  müəyyən  cədvəllər,
müəyyən sənədin üzü, təlimat və s. verilə bilər.

68
11. DİSSERTASİYANIN TƏRTİBINƏ VERİLƏN
ƏSAS TƏLƏBLƏR
√ Dissertasiyanın  mətni  A-4  formatlı  (210  x  297
mm.) ağ  kağızın  bir  üzündə  Times  Nev  Roman,  Times
Roman AzLat , Alk-Az-Tmsl şriftlərindən biri ilə 14 ölçü-
də, sətirlər arası məsafə 1. 5 interval olmaqla kompüterdə
yazılır və cildlənilir.
√ Dissertasiyanın mətni kağızda boş sahələrin göstə-
rilən ölçüləri gözlənilməklə çap edilir. Kağızın sol tərəfin-
dən 30 mm., sağ tərəfindən 10 mm, yuxarı və aşağıdan 20
mm. Sətirdəki  işarələrin  sayı  60-65-dən  az  olmamalıdır.
Səhifədə sətirlərin sayı 29-31 olmalıdır.
√ Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və
işarələr aydın və eyni qaralıqda olmalıdır.
√ Kompüterdə  yazıldıqdan  sonra  dissertasiyanın
mətninə  əlavəyə  ehtiyac  olarsa  2-3 söz  və ya şərti  işarə
qara qələmlə səliqə ilə əlavə edilə bilər. Çapdan sonra

kompüter  səhvləri  hər  səhifədə  düzəlişlərin  sayı  ikidən
çox olmamalıdır.
√ Dissertasiyanın həcmi 70-75 səhifə olmalıdır.
√ Fəsillərin  başlanğıcı  rum  rəqəmi  ilə,  başlıq  böyük
hərflərlə yazılır. Yarım fəsillərin başlanğıcı ərəb rəqəmləri
ilə, başlıq və bəndlər kiçik hərflərlə yazılır.
√ Bəndin  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəs-
lin  və  ya  yarımfəslin  və  bəndin  nömrəsindən  ibarətdir.
Məsələn: 1. 1. 1. (I fəslin I yarımfəsli və I bəndi) (“Əlavə-
lər”də bu barədə nümunələr verilmişdir).

Əgər  disseratasiyada
spesifik  terminologiya,
həmçinin  geniş  yayılmamış  ixtisarlar,  yeni  simvollar,  işa-
rələr və s. istifadə edilmişsə, onların siyahısı “İxtisar siya-
hısı” başlığı altında dissertasiyanın əvvəlində verilməlidir.
Siyahı sütün şəklində yazılır, sütunun sol tərəfində (əlifba
sırası  ilə)  ixtisarlar,  sağ  tərəfində  isə  onun  dəqiq  açılışı
verilir. Əgər  dissertasiyada  xüsusi  terminlər,  ixtisarlar,
simvollar,  işarələr  üç  dəfədən  az  təkrar  edilirsə,  onda
siyahı tərtib edilmir.
√ Fəsillərin  başlıqları  mətnə  simmetrik şəkildə,  bö-
yük  hərflərlə,  yarımfəsillərin  başlıqları  isə  abzasdan  baş-
layaraq sətri hərflərlə yazılmalıdır. (Birinci baş hərf istisna
olmaqla). Başlıqların  yazılışında  sözlər  sətirdən  sətrə
keçirilməməli,  başlığın  sonunda  nöqtə  qoyulmamalıdır.
Əgər  başlıq  iki  cümlədən  ibarətdirsə,  onları  nöqtə  qoy-
maqla bir-birindən ayırmaq lazımdır.

70
√ Fəsil  və  yarımfəsillər,  eləcə  də  başlıq  və  mətnin
arasındakı məsafə 2. 5 interval olmalıdır. Başlıqların altın-
dan xət çəkmək olmaz.
√ Hər  fəsil  yeni  səhifədən  başlayır. Dissertasiyanın
səhifələrinin nömrələnməsi səhifənin sağ yuxarı küncündə
olur. Birinci  səhıfəyə  nömrə  qoyulmur. Üz  vərəqindən
sonra gələn səhifəyə “2” rəqəmi qoyulur.

12. MAGİSTR DİSSERTASİYASININ
MÜDAFİƏSİ
Magistr  dissertasiyasının  müdafiəsi  bir  qayda  olaraq
tədris ilinin sonunda – may, iyun aylarında təsdiq edilmiş
qrafik əsasında keçirilir.
Tamamlanmış  dissertasiya  cildləndikdən  və referat
hazırlandıqdan  sonra magistrant  onu  elmi  rəhbərə təqdim
edir. Elmi  rəhbər onu  öz rəyi  ilə birlikdə ixtisas kafedra-
sına  təqdim  edir. Kafedra  dissertasiyanı tədqiqat  işinin
tematikasına uyğun olaraq elmi dərəcəsi olan mütəxəssisə
rəsmi rəyə göndərir. Rəsmi rəy  də alındıqdan  sonra
dissertasiya  kafedrada  müzakirə
olunur,  magistrant
kafedra  qarşısında  ilkin  müdafiə etmiş  olur. Kafedranın
müzakirəsindən  sonra  dissertasiya,  referat,  rəylər,
fərdi  plan və kafedranın müzakirə protokolundan
çıxarış dekanlığa  təqdim  edilir. Dekanlıq  kafedra
tərəfindən 
təqdim 
edilmiş 
materialların
əsasında
magistrantın  müdafiəyə buraxılması  məsələsini  həll  edir.
Müdafiəyə buraxılmış  magistrantın  aşağıdakı  sənədləri
dekanlıq  tərəfindən İxtisaslaşdırılmış Elmi  Şuranın Elmi
Katibinə təqdim edilir.

72
1. Magistr dissertasiyası (cildlənmiş) – 1 nüsxə
2. Referat – 1 nüsxə
3. Elmi rəhbərin rəyi
4. Rəsmi rəyçinin rəyi
5. İxtisas  kafedrasının  müzakirə protokolundan
çıxarişı
6. Magistrantın fərdi planı
Elmi  katib  sənədləri  yoxlayır,  qeydlərini  edir,  sis-
temləşdirir və İxtisaslaşdırılmış Elmi Şuraya təqdim edir.
Dissertasiyanın  müdafiəsi  təhsil  müəssisəsinin  elmi
şurasının  qərarı  ilə  yaradılmış  İxtisaslaşdırılmış Elmi Şu-
ranın  iclasında  aparılır. İxtisaslaşdırılmış Elmi  Şuraların
yaradılma  qaydaları  Təhsil  Nazirliyi  tərəfindən  müəyyən
edilir və  tədris  müəssisəsinin  rektoru  tərəfindən  rəsmiləş-
dirilir.
Müəyyənləşdirilmiş  qrafik əsasında magistrant  İxti-
saslaşdırılmış Elmi Şuranın qarşısında  müdafiə edir. Hər
magistrantın İxtisaslaşdırılmış Elmi Şura qarşısında mü-
dafiəsinə 30  dəqiqə vaxt ayrılır. Bu  vaxtın  15 dəqiqəsi
magistrantın  çıxışına  ayrılır. Çıxışın  mətni  magistrantın
əlində olsa da, yaxşı olar ki, çıxış vərəqi üzündən oxumaq-
la  olmasın. Magistrant əvvəlcədən  bu  çıxışa  yaxşı  hazır-
laşmalı, ifadəli, savadlı, elmi şəkildə, sakit tərzdə, dəlil və
sübutlarla öz  çıxışını  qurmalı,  ehtiyac  olarsa  texniki
vasitələrdən

kompüter, 
maqnitofon,
proyeksiya
ciyazlarından  istifadə etməlidir. Əgər  magistrant  tələsə-
tələsə, yaxud əzbərcəsinə (sanki özü üçün danışır)

danışırsa, sözlərin axırını demirsə və ya çox astadan, qor-
xa-qorxa,  həyəcanlı,  ifadəsiz,  emosiyasız  danışırsa – təbii
ki,  bütün  bunlar əhəmiyyətli  dərəcədə müdafiənin  qiymə-
tinə təsir göstərəcəkdir.
Magistrant Elmi  Şura  qarşısında  kürsüdən  danışır.
Sxem  və cədvəlləri,  eksperiment  nəticələrini  göstərmək
üçün əlində göstərici olur. Ehtiyac olarsa kürsüdən düşür,
lövhədə nəsə yazır,  izah  edir. Natiq çıxışını  sadə cüm-
lələrlə qurur,  “Mən”  şəxs əvəzliyindən  istifadə etmir
(“Mən  bunu  etmişəm”, “Mən  bu  nəticəni  almışam”  kimi
cümlələrin  yerinə,  “Aşağıdakı  nəticələr  alınmışdır... ”,
“Aparılmış tədqiqatın nəticəsində məlum olmuşdur ki,... ”
kimi  cümlələrin  işlənməsi  məsləhətdir),  inamla danışir,
rəqəmlərdən, sitatlardan, təriflərdən istifadə edərkən, ehti-
yac olarsa çıxışın mətninə arada bir baxa bilər.
Magistrantın müdafiə zamani çıxışının quruluşu üç
hissədən ibarətdir:
Birinci hissə dissertasiyanın  giriş  hissəsində olan
materiallardır ki, magistrant onu yığcam şəkildə komissiya
üzvlərinə danışır  (Aktuallıq,  elmi  yenilik,  praktik əhə-
miyyət, predmet, obyekt, metodlar, metodologiya, mənbə-
lər, aprobasiya və s.)
İkinci hissə dissertasiyanın  fəsillərinin  ardıcıllıqla
şərhi  və izahıdır. Bu  zaman  hər  fəsildə yerinə yetirilmiş
işlər və alınan nəticələr şərh olunur. Magistrant fikirlərini
əsaslandırmaq  üçün plakatlardan,  sxem  və cədvəllərdən,
diaqramlardan texniki vasitələrdən istifadə edir.

74
Üçüncü hissə dissertasiyanın  nəticələrinə həsr  olu-
nur. Burada  alınmış  nəticələr,  yekunlaşdırılmış  fikirlər,
təkliflər, istifadə edilmiş əsas mənbələr komissiya üzvləri-
nə çatdırılır.
Bundan sonra  rəylər  oxunur,  iradlar deyilir. Magist-
rant  qeyd  edilən  iradlara  öz  münasibətini  bildirə bilər və
ya onlarla razılaşa bilər.
Magistranta verilən suallara magistrant qısa, konkret
və əsaslandırılmış cavablar verməlidir. Magistrantın çıxışı
və cavabları  aydın,  səlis,  dəqiq,  inamlı  və elmi  dəlillərlə
əsaslandırılmalıdır. Magistrant  fikirlərini əsaslandırmaq
üçün  ilk  mənbələrdən,  klassiklərin  fikirlərindən,  öz
dissertasiyasından fakt və nümunələr, misallar gətirə bilər.
Magistrantın müdafiə zamanı  geyimi,  səliqəliliyi,
nitqi, hərəkət və davranışları da müdafiənin uğurla keçmə-
sinə,  komissiya  üzvlərində xoş  təəssürat  yaranmasına
səbəb  ola  bilir. Bütün  bunlar  magistr dissertasiyası  mü-
dafiəsinin qiymətləndirilmə meyarlarına daxildir (Qiy-
mətləndirmə meyarlarının nümunəsi- Əlavə 7-də verilmiş-
dir).
Magistr  dissertasiyasının  müdafiəsi kollektiv  qarşı-
sında yüksək tələbkarlıq, prinsipiallıq, diskussiya şəraitin-
də elmi,  etik  qaydalara əməl  edilərək  keçirilir. Magist-
rantın elmi  rəhbəri və rəsmi  rəyçi  müdafiədə iştirak  edə
bilər.

İxtisaslaşdırılmış  Elmi  Şuranın qapanış  iclasında
sədr şura üzvləri ilə birlikdə sadə açıq  səsvermə yolu  ilə
magistrantın  müdafiəsini qiymətləndirir. Sonra  şuranın
sədri  müdafiə iştirakçılarına  magistrantın  müdafiə qiy-
mətini elan edir.
Beləliklə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi-
nin  təqdim  etdiyi  “Azərbaycan  Respublikasının  çoxpilləli
ali  təhsil  sistemində  magistr  hazırlığı  (magistratura)  haq-
qında Əsasnamə”də (əlavə 10) yazıldığı  kimi  “Magistr
hazırlığını həyata keçirmək hüququ olan ali təhsil müəssi-
sələrində  magistr  proqramı  üzrə  fərdi  planı  tam  yerinə
yetirmiş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid
formada dövlət nümunəli magistr diplomu verilir”.
Dissertasiya işinin müdafiəsindən sоnra magistranta
magistraturanı bitirməsi ilə əlaqədar,  aldığı  qiymətlərə
müvafiq və iхtisasa uyğun adi, yaхud fərqlənmə diplоmu
vеrilməsi haqqında qərar çıхarılır.
Beləliklə dissertasiya işinin müdafiəsi ilə ali məktə-
bin  magistratura  pilləsində təhsil prоsеsi başa çatır. Dis-
sertasiya işinin uğurlu nəticəsi və ona uyğun verilmiş dip-
lom magistrantın  bir  mütəxəssis  kimi  yetişməsini,  ixtisas
biliyinə yiyələnməsini təsdiqləyir.
Müəyyən  səbəblər  üzündən  dissertasiya  müdafiə et-
məmiş  magistranta  yalnız  bir  dəfə və bir  ildən  sonra  mü-
dafiə etmək hüququ verilə bilər.

76
Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin