AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL
NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
MAGİSTR DİSSERTASİYASI
(Metodik vəsait)
Yazılış qaydası
Metodikası
Tərtibi
Müdafiəsi
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin
Elmi-Metodik
Şurasının
“Pedaqogika
və
Psixologiya” bölməsinin 08. 01.
2009-cu il tarixli iclasının qərarına
əsasən metodik vəsait kimi təsdiq
edilərək çap olunur (Protokol №01).
BAKI–2009
2
AMİ–nin rektoru, professor A. H. NAXÇIVANLININ
ümumi elmi redaktorluğu ilə çap edilir.
Metodik vəsait Azərbaycan Müəllimlər İnstitutunun
Elmi–Metodik şurasının 23 oktyabr 2008-ci il tarixli (pr. № 01)
iclasında və Pedaqoji fakültənin Fakültə Elmi Şurasının
16 dekabr 2008-ci il tarixli (pr. №01) iclasında
müzakirə edilərək bəyənilmişdir.
RƏYÇİLƏR:
Şamil Qasımlı - AMİ-nin tədris işləri üzrə prorektoru, professor
Baba Babayev - AMİ-nin Magistratura və Aspirantura şöbəsinin
müdiri, filoloji elmlər namizədi, dosent
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
AMİ-nin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru,professor
e-mail: rufathuseynzade@gmail.com
MAGİSTR DİSSERTASİYASI (METODIK VƏSAİT)
Bakı, «NURLAR» Nəşriyyatı-Poliqrafiya Mərkəzi, 2009, 104 səh.,
Metodik vəsaitdə iki pilləli ali təhsil sisteminin magistratura
pilləsində magistr dissertasiyasının mahiyyəti, məqsədi, onun yazılış
qaydaları, metodikası, tərtibi, müdafiə prosesi haqqında ətraflı məlumat
verilir. Vəsaitdə magistr dissertasiyası elmi rəhbərinin vəzifələri, magistr-
elmi rəhbər münasibətləri, habelə müdafiə prosesi ilə əlaqədar kafedra və
dekanlıqların, digər qurumların görəcəyi işlər ardıcıllıqla şərh olunur,
metodiki göstərişlər verilir.
Əsərdə zehni əməyin elmi təşkili, kitab və kitabxanalardan istifadə
qaydaları, yaradıcı əməyin xüsusiyyətləri, tədqiqatçılıq bacarıqlarının
inkişaf
etdirilməsi
haqqında
tələbə
və
magistrantlara-gələcək
mütəxəssislərə, tədqiqatçılara, elm adamlarına konkret elmi- pedaqoji,
metodiki məsləhət və tövsiyələr verilir.
Metodik vəsait ali məktəb tələbələri, magistrantlar, dissertantlar,
doktorantlar, gənc tədqiqatçılar, müəllimlər üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-450-03-3
M Ü N D Ə R İ C A T
Giriş ................................................................................ 4
1. Magistr dissertasiyasının səciyyəsi ............................ 9
2. Tədqiqat işinin xüsusiyyətləri və əsas anlayışları .... 13
3. Mövzunun seçilməsi ................................................. 34
4. Elmi məlumatların toplanması ................................. 38
5. Dissertasiya üzərində iş ............................................ 43
6. Mənbəələr üzərində iş .............................................. 51
7. Dissertasiyanın quruluşu və planlaşdırılması ........... 53
8. Magistr referatı ......................................................... 59
9. Elmi rəhbər ............................................................... 61
10. Magistr dissertasiyasinin tərtibi ............................. 66
110. Dissertasiyanın tərtibinə verilən əsas tələblər ...... 68
12. Magistr dissertasiyasının müdafiəsi ....................... 71
Nəticə ............................................................................ 76
İstifadə olunmuş ədəbiyyatın siyahısı .......................... 78
Əlavələr ........................................................................ 80
4
G İ R İ Ş
“MAGİSTR” sözü latın mənşəli söz olub “Müəl-
lim”, ”Mürəbbi”, “Rəhbər” mənalarını ifadə edir. Qədim
Romada “Magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri
olan şəxslərə verilirdi. Bizans imperatorluğunda isə bu ad
yüksək məmur rütbəsi tituluna müvafiq idi. “Magistr”
məfhumu “Ustad” adının sinonimi, öz işinin mahir bilicisi,
ustası kimi də qəbul edilir. Musiqi termini olan “Maestro”
sözü də “Magistr” sözündən meydana gəlmiş, musiqi
sahəsinin bilicisi kimi başa düşülür.
Orta əsrlərdə ilk vaxtlar Avropada katolik ruhani-
cəngavər orderinin başçısına “Magistr” deyilmişdir. Son-
ralar “Magistr” elmi dərəcə kimi universitetlərdə
“Yeddi müstəqil sənət” müəlliminə, daha sonrakı
dövrlərdə nüfuzlu universitetlərin fəlsəfə fakültəsini biti-
rənlərə “Magistr” elmi dərəcəsi verilmişdir. XIX əsrdən
başlayaraq Avropa ölkələrinin bir çoxunda bu ad fəlsəfə
doktoru dərəcəsi ilə əvəz edilmişdir.
Hazırda “Magistr” ali təhsil sistemində bakalavrdan
sonra verilən ikinci akademik dərəcədir; ikipilləli və üç
pilləli ali məktəblərin İxtisaslaşdırılmış Elmi Şuraları tərə-
findən verilən elmi dərəcədir. Magistratura - yüksək səviy-
yəli mütəxəssis hazırlığında Avropa sistemidir ki, bu
sistem ölkəmizdə bakalavriat və magistratura formasında
reallaşdırılır.
Magistratura əsasən aşağıdakı vəzifələri həyata
keçirir:
1. Magistratura ali təhsil strukturunda ikinci pillə
olaraq ali təhsilin elitar formasından kütləvi və ümumi for-
maya keçidini təmin edir.
2. Ali təhsilin adekvat, məqsədyönlü , optimal, səmə-
rəli, çevik olmasını təmin edir.
3. “Uzunmüddətli təhsil”, “Ömürboyu təhsil”, “Fasi-
ləsiz təhsil paradıqmasını reallaşdırır.
4. Varislik prinsipini, yeniləşmə, təkmilləşmə funksi-
yasını, tədrisin elmi xarekterdə qurulmasını, elmi tədqiqat-
çılığı, yaradıcılıq və əməkqabilliyinin vəhdətini təmin
edir.
5. “Geniş məkanda tanınma”, “Şəffaflıq”, “Rəqabət
aparmaq və rəqabətə dözümlülük” kimi funksiyaları yeri-
nə yetirir.
6. Transparentlik (fr. transparent, hərfi mənası – şəf-
faf) funksiyasının, ağılların, imiclərin, imkanların rəqabətə
dözümlülüyünü təmin edən strategiyaların modernləşdi-
rilməsini təmin edir.
6
7. Rasional -selektiv (lat. selectio – seçmə, seliqo –
seçirəm) funksiyanı yerinə yetirir, tələbələrin qəbulunun,
seçib- seçilməsi müyəssərliyini təmin edir.
8. Doktorluq dərəcəsinə qədərki səviyyənin təmin
edilməsi funksiyasını yerinə yetirir və daha yüksək dərəcə
olan doktorluq elmi dərəcəsinə çatmaq üçün imkan və şə-
rait yaradır.
9. Varislik və inkişafın vəhdətini, ali təhsilin akade-
mik və bazar iqtisadiyyatı xarakteristikalarının vəhdətini,
klassik dəyərlərə uyğunluğu, dinamik dəyişikliklərə açıq
olmasını təmin edir.
10. Yüksək intellektə, yüksək mədəniyyət və əxlaqa,
yüksək elmi- tədqiqatçılıq qabiliyyətinə, dərin bilik və ge-
niş elmi dünyagörüşə malik peşəkar mütəxəssislər yetiş-
dirir.
Magistr dərəcəsi aşağıdakı tələblərə cavab verən
iddiaçılara verilir:
1. Bakalavr səviyyəsində qazanılmış bilik və baca-
rıqları nümayiş etdirə bilir.
2. Zəruri elmi informasiyanı toplamağı, ümumiləş-
dirməyi və şərh etməyi bacarır.
3. Məntiqi və tənqidi təfəkkürə malikdir, mülahizələ-
rini əsaslandırmağı və müdafiə etməyi bacarır.
4. Təlim bacarıq və vərdişlərini möhkəm mənimsə-
mişdir.
5. Vaxtı dəyərləndirə bilir, zehni əməyini səmərəli
təşkil edə bilir.
6. Mənəvi cəhətdən zəngindir, əxlaqca safdır, fiziki
və psixoloji cəhətdən sağlamdır.
7. Özünütəhsil və özünütəkmilləşdirmə ilə müntə-
zəm məşğul olur.
Bu gün konkret olaraq ümumiləşmiş şəkildə “Ma-
gistr” dedikdə yüksək intellektual səviyyəyə, hərtərəfli ha-
zırlığa, analitik-tədqiqatçılıq təfəkkürünə malik, elmi ya-
radıcılıq metodologiyasını mənimsəmiş, ən müasir infor-
masiya-kommunikasiya
texnologiyalarına
yiyələnmiş,
konsultativ, yaradıcı və praktik fəaliyyətli peşəkar mütə-
xəssis nəzərdə tutulur.
Təmayüllərinə görə aşağıdakı magistr tipləri
müəyyənləşdirilmişdir:
1. Sonradan yeni ixtisas qazanan magistr.
2. Tədris prosesində biliklər qazanan magistr.
3. Ümumi peşə hazırlığı keçən magistr.
4. Avropa istiqamətli magistr.
5. Xarici dillər üzrə magistr.
6. Doktoranturaya hazırlıq pilləsi keçən magistr.
8
Magistr dərəcəsinin əsas kateqoriyaları aşağı-
dakılardır:
1. Menecment sahəsində elmlər magistri (universitet
dərəcəsi).
2. İnzibati işlər üzrə magistr.
3. Konkret sahələr üzrə ixtisaslaşmış magistr dərəcə-
si.
1. MAGİSTR DİSSERTASİYASININ
SƏCİYYƏSİ
Magistr dissеrtasiyası–magistratura tələbəsinin, ya-
xud deyə bilərik magistrantın müstəqil еlmi-tədqiqat işi-
nin, gərgin yaradıcı aхtarışlarının məhsuludur. Magistratu-
rada təhsil-tərbiyə fəaliyyətinin sоn təqdimatıdır, mütə-
хəssisə «həyat vəsiqəsi» vеrən, ona magistr elmi dərəcəsi
verən mürəkkəb pedaqoji prоsеsdir.
Magistr dissertasiyası işinin icrası və müdafiəsi ma-
gistranta təhsil illəri ərzində qazandığı bilikləri sistеmləş-
dirməyə, möhkəmləndirməyə, iхtisas üzrə nəzəri bilikləri-
ni və praktik bacarıqlarını daha da gеnişləndirməyə, kоnk-
rеt еlmi-pedaqoji, tехniki, iqtisadi, istеhsal və digər məsə-
lələri həll еtməyə imkan vеrir, оnlarda müstəqilliyi, ya-
radıcılığı inkişaf еtdirir, еlmi tədqiqat mеtоdlarından is-
tifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır.
10
Dissertasiya işi magistrantın bakalavr pilləsində yеri-
nə yеtirdiyi buraxılış işi və ya еlmi-tədqiqat işlərinin da-
vamı оlduqda daha səmərəli nəticələr alınır.
Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хa-
raktеri daşısa da bu əsas etibarilə tədris-tədqiqat işlərinə
aid olur. Yəni magistr dissertasiyası magistraturanın tədris
proqramı ilə sıx bağlı olur. Belə elmi tədqiqat işinin ya-
zılmasında əlbəttə, magistrantdan böyük elmi yenilikləri,
elmi problemləri həll etməsini, kəşflər, ixtiralar etməsini
gözləmək də
olmaz.
Magistr dissertasiyasının ya-
zılmasında əsas məqsəd magistrantın müstəqil elmi-tə-
dqiqat işləri aparması, müstəqil elmi axtarışlar etməsi,
elmi problemlərə peşəkarcasına yanaşması və onun həlli
yollarını öyrənməkdir.
Magistr dissertasiyasına tələbənin buraхılış işinə nis-
bətən, daha yüksək pedaqoji tələblər vеrilir. Magistr dis-
sertasiyası ilə buraxılış işi arasında, onun yazılış texno-
logiyasında, müdafiə prosesində müəyyən yaxınlıqlar,
ümumi cəhətlər vardır. Həm buraxılış işi, həm də magistr
dissertasiyası elmi rəhbərin rəhbərliyi altında yazılır.
Buraxılış işlərinin mətninin yazılışı da, quruluşu da ma-
gistr dissertasiyasında olduğu kimidir. Hər iki iş elmi-təd-
qiqat xarakterindədir. Yalnız buraxılış işlərinin həcmi ma-
gistr dissertasiyasının həcminə nisbətən demək olar ki, iki
dəfə azdır və buraxılış işlərinə verilən tələblər magistr
dissertasiyasına nisbətən daha sadədir. Buraxılış işlərinə
verilən tələblər və üz vərəqinin tərtibi “Əlavə 8” və
“Əlavə 9” da verlmişdir.
Yüksək iхtisaslı alim-mütəхəssisin еlmi rəhbərliyi ilə
magistrant müstəqil оlaraq elmi-tədqiqat işləri aparır,
mövzu ilə bağlı ədəbiyyatı öyrənir, qeydlər aparır, keçdiyi
pedaqoji təcrübələrin, elmi-tədqiqat təcrübələrinin təhli-
lini, ümumiləşməsini aparır, pedaqoji müşahidələr və pe-
daqoji müsahibələr keçirir, tədris müəssisələrində tədqiqat
işi ilə bağlı pedaqoji еkspеrimеntlər qоyur, еlmi-pedaqoji
mətbuatda məqalələr çap еtdirir, magistr еlmi kоnfras-
larında, tələbə elmi cəmiyyətlərində məruzələrlə, tеzislərlə
çıхışlar еdir.
Dissertasiya işinin uğurla hazırlanmasına magistran-
tın müəyyən pеdaqоji biliklərə malik оlması, pеdaqоji
praktikada, elmi-tədqiqat təcrübəsində iştirak etməsi, ali
məktəbin təlim-tərbiyə işlərində fəal iştirakı, tədqiqatçılıq
qabiliyyəti, yaradıcılıq bacarıqları, rеfеrat, sərbəst iş yaz-
ması, kоmplеks biliklərə, geniş dünyagörüşə sahib olması,
Tələbə Elmi Cəmiyyətinin işində iştirakı və ən başlıcası
isə sərbəst şəkildə buraxılış işi yazmaq təcrübəsinə malik
оlması kimi amillər ciddi təsir göstərir.
Ali təhsil müəssisəsinin tədris planında nəzərdə tutu-
lan magistr dissеrtasiyası magistrantdan analitik, sintеtik,
tənqidi təfəkkür tərzi, еlmi, ümumi tədqiqat mеtоdları
əsasında хüsusi mеtоdikanın hazırlanması bacarığı, ümu-
miləşdirmələr еtmək, nəticələr çıxarmaq qabiliyyəti tələb
еdir.
Məlumdur ki, dissertasiya işi birdən-birə mеydana
gəlmir. Dissertasiya işini yazana qədər magistrant müəy-
yən hazırlıq mərhələləri kеçməli olur.
12
Magistrantın kitab və ilk mənbələr üzərində işi, plan
yazması, kоnspеkt, icmal tutması, tеzis hazırlaması,
yaradıcılıq işi, rеfеrat, kurs işi, еlmi dərnəklərdə məşğul
оlması, еlmi sеminarlar və kоnfranslarda, müsabiqələrdə,
sərgilərdə, elmi klublarda iştirakı, intеrnеt mərkəzində
elmi
fəaliyyəti,
pеdaqоji-psiхоlоji
və
mеtоdik
araşdırmalarda iştirakı, layihələr hazırlaması, trеninqlər və
s. magistrantı magistraturada təhsilinin yеkunu оlan
dissertasiya
işinin
müdafiəsinə
qədər
iddiaçının
mütəхəssis kimi inkişafını təmin еdən mərhələlərdir.
Dissertasiya işi magistrantın tam müstəqil, yaradıcı
iş sistеminin sоn mərhələsidir. Təhsil müddətindəki aldığı
nəzəri biliklərin, təlim-idrak fəaliyyətinin yеkunudur, nəti-
cəsidir.
Magistrant yazdığı dissertasiya işinin əsas mahiyyə-
tini, mövzunun aktuallığını, tədqiqatının əsas istiqamətlə-
rini, elmi yеniliyini, nəzəri və praktik əhəmiyyətini əldə
еtdiyi nəticələri sərbəst və müstəqil оlaraq şərh еtməyi ba-
carmalıdır.
Dissertasiya işinin müdafiəsinə hazırlıq uzun müddət
sürən gərgin zеhni əməyin məhsuludur. Dissertasiya işinin
yazılmasında magistrantda bir sıra idrak qabiliyyətləri,
tədqiqatçılıq bacarıqları ilə yanaşı, gələcək mütəхəssisə
хas оlan müsbət əхlaqi kеyfiyyətlər də fоrmalaşır, оnun
bir şəхsiyyət kimi inkişafı təmin еdilir.
2. TƏDQİQAT İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ
ƏSAS ANLAYIŞLARI
Dissertasiya işi ilə əlaqədar ədəbiyyatın öyrənilməsi
və materialın seçilməsi ilkin aparılan tədqiqat işidir. Ədə-
biyyatın öyrənilməsi ciddi tədqiqat işidir. Buna gərə də ki-
tablar, məqalələr oxunarkən əldə qələm olmalı, qeydlər
edilməli, çıxarışlar aparılmalıdır. Elmi ədəbiyyatın öyrə-
nilməsi bir neçə mərhələdə ola bilir:
1. Əsərlə, onun başlıqları ilə, mündəricatla ümumi
tanışlıq
2. Əsərin ümumi məzmunu ilə ilkin tanışlıq
3. Materialın ardıcıllıqla oxunması
4. Əsərin lazım olan müəyyən hissəsini oxumaq və
qeydlər aparmaq
5. Tədqiqat işi ilə bilavasitə bağlı olan və ya maraq
doğuran hissəni çıxarış etmək
6. Yazılmış materiala tənqidi yanaşmaq
7. Dissertasiya üçün yalnız lazım olan hissələri qeyd
etmək.
14
Ədəbiyyatın öyrənilməsində belə bir üsul da təklif
etmək olar: Dəftərxana kitabını ortadan şaquli xətlə iki ye-
rə bölmək olar. Sol tərəfdə oxunmuş materiallardan çıxa-
rışlar etmək, sağ tərəfdə isə həmin çıxarış haqqında qeyd-
lər aparmaq, mətnin mühüm, vacib olan hissələrini
ayırmaq olar.
Oxunmuş material haqqında çox düşünmək, nəticələr
çıxarmaq lazımdır. Bu proses mövzu üzərində işlərin ta-
mamlanmasına qədər davam edəcəkdir. Bu zaman tədqi-
qatçının öz fikirləri ilə oxunmuş material birləşəndə yeni
biliklər meydana gələcəkdir.
Materiallardan edilmiş çıxarışları səliqəli, oxunaqlı
etmək lazımdır ki, gələcəkdə onlardan istifadə etmək rahat
və asan olsun.
Tədqiqatçının işini bir inşaatçıya bənzətmək olar. O
səbr və diqqətlə lazımi tikinti materiallarını toplayır. Onla-
rı ciddi qaydalarla, müəyyən sistemlə düzür və binanı
ucaldır. Əgər hər hansı bir material çatışmazsa və ya key-
fiyyətsiz olarsa tikilən bina da yararsız olar və uçar. Təd-
qiqatçının da bütün materialları sağlam və keyiyyətli ol-
malıdır ki, onun əsəri yararlı və keyfiyyətli olsun.
Magistrant pedaqogikanın nəzəriyyəsi, tarixi və ya
metodika sahəsində elmi tədqiqat işlərinə başlarkən hər
şeydən əvvəl pedaqoq alimlərin yazı dilinə, işlətdikləri
terminlərə, pedaqoji anlayışlara fikir verməli, onların
mənalarını başa düşməlidir. Elm dilinin özünəməxsus xü-
susiyyətləri vardır. Bu dil bədii, publisistik və s. dildən
fərqlənir. Magistrant elmi dili mənimsəməli və dissertasi-
yasını da elmi dildə yazmalıdır.
Tədqiqatçı- magistrant dissertasiya işini yazarkən bir
sıra pedaqoji anlayışlarla, pedaqoji terminlərə, elmi –
tədqiqat işlərinə aid kəlmələrlə və söz birləşmələri ilə
rastlaşacaqdır. Onların mənalarını, təyinatını bilmədən
dissertasiya işini uğurla başa çatdırmaq olmaz. Bu
baxımdan onların bir neçəsinin mənalarını və təyinatını
açıqlamağı faydalı hesab edirik.
Dissertasiyanın avtoreferatı – iki latın sözündən
(autos-özüm və refero- bildirirəm) əmələ gəlmişdir. Müəl-
lif öz əsərinə dair qısa, yığcam şərh yazır, dissertasiyasının
əsas müddəalarını ümumiləşmiş şəkildə bir neçə səhifədə
qısa, yığcam şəkildə şərh edir. Avtoreferat elə yazılmalıdır
ki, oxucu dissertasiyanın əsas müddəaları, məzmunu
haqqında məlumat ala bilsin. Əlbəttə qısa, yığcam yazmaq
heç də asan məsələ olmayıb xüsusi bacarıq və istedad
tələb edir. Deyirlər alman yazıçısı Volter dostuna uzun bir
məktub yazmış və məktubunun sonunda yazmışdır:
“Dostum, məni bağışla, qısa yazmağa vaxtım yoxdur”.
Tədqiqatın aktualallığı- seçilmiş mövzunun və ya
problemin vacibliyini, əhəmiyyətliliyini fakt və dəlillərlə
əsaslandırmaqdır.
Tədqiqatın fərziyyəsi – Fərziyyə ərəb sözü olub
təxmini mülahizə, güman, ehtimal, zənn mənalarını bildi-
rir. Fərziyyə bu və ya digər fakt və ya hadisənin aydınlaş-
dırılmasında, izahında elmi öngörümdür, proqnozdur,
irəlidə nəzərdə tutulan elmi nəticədir.
16
Konsepsiya- tədqiqatın məqsəd və vəzifələri, həlli
yolları müəyyənləşdirilərkən əsas fikir, ideya, elmi-nəzəri
baxişlar sistemidir.
Kateqoriya - Tədqiq edilən predmetin əsas tərəflə-
rini, daxili mahiyyətini əks etdirən məntiqi təfəkkür for-
masıdır.
İdeya – Müəyyən nəzəriyyələr, baxışlar, fikir və dü-
şüncələr sistemidir.
Açar sözlər – Elmi əsərin və ya hər hansı bir elmi
sənədin səciyyəvi cəhətlərini, məzmununu əks etdirən söz-
lər və ya söz birləşməsidir.
Aprobasiya –latın (approbatio) sözü olub, bəyən-
mək, təsdiq etmək deməkdir. Magistrant dissertasiyasını
aprobasiyadan keçirir. Yəni bəyənmə, təsdiqləmə mərhə-
ləsindən keçirir. Beləki, Magistrantın dissertasiyasına ve-
rilən müsbət rəylər, müzakirələrdə tədqiqatın bəyənilməsi,
qənaətbəxş qiyməti, mövzu ilə bağlı məqalələrin çap
edilməsi, konfranslarda çıxışları tədqiqatın aprobasiyası
hasab olunur.
Annotasiya –Latın (annotatio) sözündən əmələ
gəlmişdir. Dissertasiyanın, buraxılış işinin, yaxud bir ki-
tabın, monoqrafiyanın çox yığcam, qisa xülasəsidir, məz-
munudur. Məsələn, əlinizdə tutduğunuz metodik vəsaitin
əvvəlində vəsaitin annotasiyası verilmişdir. Yəni vəsait
nədən bəhs edir.
Tədqiqat metodları (yun. methodos – tədqiqat yolu,
idrak yolu, üsul) – hərəkət qaydası, fəaliyyət qaydası,
gerçəkliyin praktik və nəzəri surətdə qavranılmasını təmin
edən müxtəlif üsulların, tərzlərin, əməliyyatların məcmusu
başa düşülür. Mövcud bilikərin əsasında yeni elmi faktlar,
elmi məlumat və biliklər almaq üçün tətbiq edilən
üsullardır. Tədqiqat metodları tədqiqatçının qarşısına
qoyduğu məqsədə çatması üçün və ya ona nail olmağa
imkan verən müxtəlif üsullar tərz və əməliyyatların
məcmusudur. Elmdə metod idrak yoludur, bu yolla təd-
qiqatçı həqiqətə doğru (konkret olaraq tədqiqat obyektinə
və predmetinə doğru) irəliləyir.
Ümumiyyətlə tədqiqat metodları üç qrupa bölünür:
1) Empirik tədqiqat metodları (müşahidə, müsahibə, eks-
periment); 2) Həm empirik, həm də nəzəri səviyyəli tədqi-
qat metodları (mücərrədləşdirmə, təhlil və tərkib, induk-
siya və deduksiya, modelləşdirmə və s. ); 3) Nəzəri tədqi-
qat metodları (Ümumiləşdirmə, sistemləşdirmə, qrup-
laşdırma, müqayisə etmə, təhlil etmək, ölçmək və s).
Qeyd edək ki, universal metod yoxdur. Hər hansı bir
problemi, pedaqoji sahəni, predmeti, obyekti öyrənmək,
tədqiq etmək üçün özünəməxsus tədqiqat metodları vardır.
Məsələn , tədqiqat metodu kimi magistrant müsahibə,
müşahidə, eksperiment, test, müqayisə, təhlil, ümumi-
ləşdirmə, arxiv sənədlərinin, məktəb sənədlərinin öyrə-
nilməsi və s. metodlardan istifadə edə bilər.
Müşahidə metodu – Hadisələrin gedişinə qarışma-
dan, onun sistemli, məqsədyönlü şəkildə izlənməsidir.
Tədqiqatçı müşahidə metodu vasitəsilə padqoji prosesi,
fərdi-psixoloji xüsusiyyətləri, fəaliyyəti, davranışı, peda-
qoji, psixoloji hadisəni öyrənə bilər.
18
Təlim fəaliyyətində, elmi tədqiqat işlərində, bədii
yaradıcılıqda, bir sözlə, insan əməyinin bütün sahələrində
müşahidənin böyük
əhəmiyyəti vardır.
Müşahidənin
müvəffəqiyyəti
hər
şeydən
əvvəl,
ona
ciddi
hazırlaşmaqdan, qarşıya konkret vəzifə qoymaqdan, bunu
ətraflı düşünüb aydın dərk etməkdən, bu əsasda dürüst
müşahidə planı və müşahidə gündəliyi tərtib etməkdən,
onu aparan tədqiqatçının həmin sahəyə aid mükəmməl
biliyə malik olmasından çox asılıdır. Müşahidə səbr və
təmkin tələb edir. Hər hansı bir obyekti müntəzəm olaraq
dəfələrlə, həm də müxtəlif cəhətlərdən müşahidə etmədən
düzgün nəticəyə
gəlmək mümkün deyil.
Müşahidə
nəticəsində əldə edilən faktları qeyd etmək, sonra onlar
üzərində
düşünmək,
təhlil
və
müqayisə
etmək,
ümumiləşdirmək və düzgün elmi nəticələr çıxarmaq, və
nəticələri “Müşahidə gündəliyi”ndə yazmaq zəruridir.
Müşahidə dəqiq olmalı, faktlar qeyd edilib, sonra
təhlildən keçirilməli və elmi nəticələr çıxarılmalıdır. Hə-
min nəticələr bu və ya digər nəzəri mühakimələr yürütmə-
yə əsas verir.
Tədqiqatçı müşahidə zamanı müəyyən şərtləri göz-
ləməlidir. Müşahidə qabaqcadan müəyyən olunmuş plan
üzrə aparılır və orada müşahidə obyekti konkret göstərilir,
sonra onun təzahür xüsusiyyətləri izlənilir.
Müşahidənin mərhələləri aşagıdakılardır:
1. Müşahidənin məqsəd və vəzifələrinin müəyyən-
ləşdirilməsi (müşahidə nə üçün aparılır)
2. Tədqidat obyektinə daha az təsir edən və zəruri in-
formasiyalar toplamağa imkan verən müşahidə qaydasının
seçilməsi (necə müşahidə etmək)
3. Müşahidə edilən obyektin qeydə alınması qayda-
larının seçilməsi (qeydiyyatı necə aparmaq)
4. Toplanan məlumatın təhlili və ümumiləşdirilməsi
(hansı nəticə alınıb)
Pedaqoji tədqiqatlarda müşahidə metodunun müx-
təlif növlərindən istifadə olunur. Müşahidənin növləri
aşağıdakılardır:
1. Açıq müşahidə
2. Gizli müşahidə
3. Geniş müşahidə (tam, yaxud bütöv müşahidə) –
belə müşahidə prosesi obyekti tam və bütöv əhatə edir,
hadisə başlanandan qurtarana qədər izlənilir, pedaqoji
tədqiqatda müşahidəçi müvafiq qanunauyğunluğu aşkar-
lamaq üçün daha çox məktəbi, sinfi, şagirdi əhatə et-
məlidir.
4. Məhdud müşahidə (seçici müşahidə) – seçmə
xarakteri daşıyır. Bu halda prosesin bu və ya digər cəhətlə-
ri öyrənilir. Məsələn, şagirdlərin təlim prosesində idrak
fəaliyyətinin müşahidəsi.
5. Uzun müddətli müşahidə - Uzun müddət- bir təd-
ris ili və daha uzun müddət davam edir.
6. Qısa müddətli müşahidə – dövri xarakter daşıyır
və nisbətən az vaxt tələb edir. Məsələn, tənəffüs zamanı
şagirdi və ya şagirdləri müşahidə etmək.
20
Tədqiqat zamanı pedaqoji müşahidə metodu üç for-
mada təşkil olunur.
1. Proses və hadisələrin gedişinə müdaxilə etmədən,
kənardan izləmək. Bu müşahidə forması o zaman mü-
kəmməl olur ki, tədqiqatçının iştirakı nə müəllim, nə də
şagird tərəfindən hiss olunur.
2. Tədqiqatçı bilavasitə fəaliyyətdə iştirak etməklə
müşahidə aparır. Məsələn, sinifdə dərs deyir və tədqiqatın
məqsədəuyğun proseslərini həyata keçirir.
3. Tədqiqatçı sınananlara “qoşulur” və “sınanan” ro-
lunu oynayır.
Müşahidə elmi-tədqiqat metodu olsa da, onun bəzi
elementlərindən təlim prosesində, xüsusən təbiət elmlə-
rinin tədrisində istifadə olunur. Məsələn, təbiət hadisələri
üzərində müşahidə, laboratoriya şəraitində təcrübənin
müşahidəsi və s. Bu halda müşahidə təlim metodu, digər
metodlarla vəhdətdə istifadə edildikdə isə təlim tərzi rolu-
nu oynayır.
Dostları ilə paylaş: |