XX mövzu
Türkçülük, türk dünyası və müasir siyasi proseslər.
Plan
1. XX əsrin əvvəllərində türkçülük ideologiasının və ictimai fikrin inkişafı.
2. Türk xalqlarının siyasi, iqtisadi və mədəni yaxınlaşmasının tarixi zəruriliyi.
3. Müasir türk dünyası: inteqrasiya, inkişaf və perspektivlər.
Ədəbiyyat
1.Əliyev H.Ə. Türkiyə Respublikasına rəsmi səfərlərin sənədləri. (1993-2003-cü (illər) Bakı, 2003.
2.Türkdilli ölkələrin dövlət başçılarının zurvə toplantısının sənədləri. Bakı,1999.
3.Azərbaycan tarixi. VII cild, Bakı, 2003,səh 472-481.
4.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı, 2004, səh 320-329.
5.Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı, 1998, səh 329-347.
6.Musayev M.R. Mirzəyev M.H. Türk dünyası. Bakı, 2004.
7.. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.
Türk mənşəli xalqlar dünyanın ən qədim xalqlarındandır. Onlar şimali-şərqi Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yaşamışlar. Orta Asiya, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi,Yenisey və İrtış çayları boyu, Ural, Volqaboyu, Balxaş gölü, Xəzər dənizinin bütün ətraf bölgələri türk mənşəli xalqların daim yaşadığı ərazilər idi. Tarixin müxtəlif vaxtlarında 115-ə qədər türk dövlətləri olmuşdur. Onlardan 15-i imperatorluq (Xaqanlıq) 38-i imperatorluq olmayan dövlət, 34-ü bəylik, 4-ü atəbəylik, 16-sı xanlıq, 5-i isə respublika olmuşdur.
Lakin sonralar 600 ilildən çox yaşayan (1299-1918) Asiyada Anadolunu, Suriyanı, Fələstini, İraqı, Misiri, Avropada Bolqarıstan, Serbiya, Makedoniya, Albaniyanı və başqa əraziləri özündə birləşdirən Osmanlı imperiyası istisna olmaqla türk xalqlarının tarixin müxtəlif zamanlarında mövcud olmuş dövlət və dövlət qurumları parçalanıb dağılmışlar.
Onlar iri dövlətlərdən Rusiya, Çİn, İran, Avstriya- Macarıstanın qəsbkar siyasətinin qurbanı olmuşlar və onların əsarəti altına düşmüşlər.
Dünya sivilizasiyasına Məhəmməd Xarəzmi (780-850), Fərabi (870-950), Biruni (973-1048), İbn Sina (480-1037), N.Gəncəvi (1141-1209), N.Tusi (1201-1274), Nəsimi (1369-1417), Füzuli (1404-1556) və başqaları kimi elm və mədəniyyət korifeyləri, Attila, Mete, Şah İsmayıl, Babək, Teymur, Çingiz xan və başqaları kimi fatehlər və sərkərdələr və yüksək mənəvi dəyərlər bəxş etmiş Turan dünyası pərən-pərən edilərək iri dövlətlərin tabeçiliyinə və müstəmləkəsinə düşmüşdür.
Xalqlara dirçəliş və liberal demokratizm gətirən kapitalizm cəmiyyətinin inkişafı da onların müstəqillik uğrunda mübarizəsinə kömək etməmişiş, əksinə onları iri kapitalist dövlətlərinin müstəmləkə və xammal bazasına çevirmişdir.
XVIII əsrin axırları üçün hələ az-çox öz müstəqilliyini saxlayan türk əmirlikləri və xanlıqları da XIX əsrin 80-ci illərində tamamilə işğal olunaraq Rusiyanın ucqarlarına çevirilmişdilər.
XIX əsrin əvvələrində Şimali Azərbaycan,həmin əsrin 60-80-ci illərində Orta Asiya tamamilə Rusiayaya birləşdrlmişdir.
Türkmənşəli xalqların parçaılanmasınn iqtisadi və siyasi səbəbələri aşağıdakılardır:
-Tarixən kök salmış feodal pərakəndəliyi;
-Silah gücü ilə yaradılmış türk dövlətlərinin iqtisadi cəhətdən möhkəm olmaması;
-İri təcavüzkar dövlətlərə qarşı birgə müqavimətin zəif olması;
-Bu dövlətlərin zəngin yeraltı və yerüstü sərbəstlərə malik olmaları və bunlara qarşı iqtisadi,siyasi və hərbi maraqların güclü olması:
-Öz əxlaqi ənnələrinə görə türk xalqlarının humanistliyi, sadəlöhvlüyü, sədaqətliyi və s.-müxtəlif dinə və təriqətlərə parçalanma mövcudluğu.
Dil və mənşə fərqlərinə görə türklər dörd qola ayrılmışlar:
1.Oğuzlar. Bura türklər, azərbaycanlılar, qaqauzlar, türkmənlər, kərküklər, tatarlar aiddir.(Krım)
2.Uyğurlar. Bura özbəklər,salarlar,tuvalılar,xakaslar və s. daxildir.
3.Qıpçaqlar. Bura qazaxlar, qaraqalpaqlar, qırğızlar, altaylar, noqaylar daxildir
4.Bulqarlar; Bura tatarlar (Kazan)başqırdlar, qaracaylar, karainlər daxildirlər.
Bütün türklərin kökündə eyni cəhətlər vardır.Bunlar aşağıdakılardır:
1.Dil ümumiliyi.
2.Ədəbi həyatın ümmuiliyi .
3.El sənətlərinin ümumiliyi
4.Tarixi-coğrafi məna
5.Adət-ənənə və əxlaq birliyi.
6.Eyni və ya oxşar toponimlər.
Tarixin bütün dönəmlərində türk xalqlarına qarşı iftiralar söylənmiş,onların köçəri, barbar, qeyri mədəni xalq olduqlarını iddia etmişlər.
Türk xalqının böyük oğlu və xilaskarı Kamal Ata türk deyirdi: “Türk xalqı böyük tarix yaratmışdır, lakin onun tarixi haqqında özgələri yazmışdır.”
XX əsrin əvvələrində məşhur Türkiyə tarixçisi Bəsim Atalay yazırdı ki, bəşər tarixində nə qədər ləkə varsa, onu türklərin adına yazmağa çalışıblar. Türk sərkərdələrini qaniçən, barbar kimi qələmə verənlər,öz tarixlərindəki vəhşiliklərdən sükutla keçiblər. O,yazırdı: “Çingiz xan yalnız qılıncla iş görməmişdir. Öz məmləkəti üçün qanunlar yaradılması zərurətini bilən bir hökmdar heç zaman biliksiz və qaba ola bilməzdi. İftiralara.böhtanlara baxmayaraq hələ lap erkən dövrlərdən türk xalqları bəşər mədəniyyətinin avanqardı olmuş,öz idrakı və yenilməzliyi ilə dünyanı heyrətdə buraxmışdır. Tarixdə türklər qədər hakim olmuş, xaqanlıqlar yaratmış,şan-şöhrət qazanmış bir xalq olmamışdır. Onlar nə qədər öyünsələr də yeri var”.
XX əsrin əvvəllərindən başlayaraq türk xalqları içəisində özünüdərk və özünəqayıtma meylləri güclənməyə başlayır.Bu oyanış özünü daha çox Rusiyada göstərirdi. Bu dövrdə Rusiyada siyahıya almaya görə 196 türkdilli xalqlar yaşayırdı.Ona görə də türkçülük ideologiyalarının mərkəzi də məhz Rusiya sayılırdı.
Türkçülük ideologiyaları və ictimai fikrin intibahı XX əsrin əvvələrində dünyada baş verən hadisələrlə bağlı idi. Rusiyada baş verən inqilablar nəticəsində türkçülük ideologiyası əvvəlcə Rusiyada yaranmış, sonralar oradan Türkiyəyə keçmişdir.
Amerika alimi Ç. U. Hostler yazır: “1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində pantürkizmin ağırlıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi.”
Pantürkizm Rusiya həqiqətinin məhsuludur.Türkçülük ideologiyasının formalaşması hər şeydən əvvəl Rusiyanın milli uğurlarında və türkdilli xalqlarda milli burjuaziyanın meydana gəlməsi və inkişafı ilə bağlı idi.
Bakıda H.B. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində, sonra isə Baxçasarayda (Krım) İsmayıl bəy Qaspiralının “Tərcümən” qəzetində geniş inkişaf edən türkçülük ideyaları Rusiyadakı türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında mühüm rol oynamışdı. Türkdilli mətbuat turançılıq ideyalarının cücərməsi üçün zəmin yaradırdı.
Məmmədağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus”, Ə. Topçubaşovun Bakıda nəşr etdiyi “Həyat”, Əhməd bəy Ağaoğlunun buraxdığı “İrşad”, Əli bəy Hüseyinzadənin “Fiyuzat”, islam dininiYaponiyada yaymış Əbdürrəşid İbrahimovun Peterburqda nəşr etdirdiyi “Ülfət”, Fateh Kərimovun Orenburqda nəşr etdiyi “Vaxt” və sair mətbuat orqanlarında türklərin özünüdərk və özünə qayıtması ilə bağlı mübahisələr, onların tarixi dövlətçilik ənənələri ilə bağlı məqalələr diqqəti cəlb edirdi.
Türkçülük ideologiyasının yaranması və formalaşmasında Qahirədə Əli Kamal bəyin nəşr etdirdiyi”Türk” qəzetinin xidmətini də xüsusi qeyd etmək lazımdır.
Həmin mətbuat orqanlarında daha çox türkçülük və turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi.Yəni bütün türk xalqlarının vahid Turan dövlətində birləşməsi ideyası gündəmdə idi.
Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni M.Ə.Rəsulzadə “Romantik pantürkizm”dövrü adlandırmışdır.
Lakin əhəmiyyətinə baxmayaraq milli şüurun formalaşdığı şəraitdə gerçəkləşməsi xəyal olan “romantik pantürkizm” milli qüvvələrin tələbatına cavab vermirdi və artıq arxada qalmışdı.
Birinci Rus inqilabından sonra (1905-1907).Rusiyada yaşayan bir sıra türkçülük ideyasını yayanlar siyasi şəraitlə əlaqədar Türkiyəyə müraciət etməyə məcbur oldular. Bunlardan Yusif Akçura oğlu (milliyyətcə tatar idi); Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqalarını göstərmək olar. Bunların təsiri altında həmin dövrdə Türkiyədə Ziya Göy Alp və başqaları kimi türkçülər yetişdilər.Hətta 1910-1913-cü illərdə Avropa şəhərlərində də türkçülük ideyaları genişlənirdi. Orada “Türk yurdu” adlı klublar da meydana gəlmişdi.
Türkçülüyün banilərindən biri olan Yusif Akçura oğlu (1870-1927)Qazan tatarı idi, Samarada fabrikant ailəsində anadan olmuşdu.Ümumi təhsilini İstanbulda almış, sonra Qazan Universitetində dərs demişdir.”Rusiya Müsəlmanları İttifaqı” partiyasının yaradılmasında yaxından iştirak etmişdir.Sonralar İstanbula köçmüş, Milli Məclisə deputat seçilmiş,Ankara Universitetinin hüquq fakultəsinin professoru olmuşdur. Onun rəhbərliyi ilə “Türk yurdu” jurnalı çap edilməyə başladı.Həmin jurnalın yaranmasında Əli bəy Hüseynzadə və Ağıl Muxtar da yaxından iştirak etmişdilər. Az sonra həmin türkçülərin sırasında məşhur türkçü və türkçülük ideologiyasının yaradıcılarından biri olan Ziya Göy Alp da görünməyə başlayır.
Ziya Göy Alp özünün mənəvi cəhətdən yetişməsi və formalaşmasında Əli bəy Hüseynzadəni özünün mənəvi atası hesab etmişdir.
Türkiyənin rəhbərliyi altında Böyük Turan dövlətinin yaranması ideyası Qərb və Rus mətbuatında daha çox rast gəlinirdi. Bu mənada Kamal Atatürkün pantürkizm və panişlamizmə münasibəti xüsusilə maraqlıdır.1921-ci ilin dekabrında Türkiyə Böyük Millət Məclisində çıxışında Atatürk qeyd etmişdi ki, türklər müsəlman olmaq etibarilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq, lakin türklər heç bir vaxt bütün bu xalqları Türkiyənin başçılığı altında vahid imperiyada birləşdirmək fikrinə düşməməlidirlər. “O,göstərirdi ki, keçmişdə türklər bu cür xülyaları irəli sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmışdır. Biz həyatımızı ancaq müstəqil yaşamağa həsr etməliyik.”
Turançılıq və Trükiyənin rəhbərliyi altında birləşmək ideyaları 1918-ci ildə Azərbaycanda da geniş yer tuturdu. Xüsusilə Gəncədə bu ideyanı müdafiə edən müxaliflər daha çox idi.Lakin yeni yaranmış Xalq Cümhuriyyəti rəhbərliyi Azərbaycanın müstəqilliyi ideyalarını müdafiə edirdilər və buna nail oldular.
Türkçülüyün gerçəkləşməsi uörunda mübarizədə, onun türk xalqlarına aşılanmasında Ziya Göy Alp xüsusilə fərqlənirdi.O,18 yaşında olarkən həyatında böhranlı anlar olmuş,özünə qəsd etməyə çalışmışdır. Lakin sonralar aktiv həyata qoşulan Ziya Göy Alp İstanbul Universitetində sosiologiya professoru olmuş, Türkiyə Respublikasının Böyük Millət Məclisinə deputat seçilmişdir.
Kamal Atatürk onun varlığına yüksək qiymət verərək yazmışdır: “Ətimin və sümüyünün atası Əli Rza əfəndidirsə,fikrimin atası Ziya göy Alpdır”.Ziya.Göy Alp türkçülük ideyasını böyüklüyünə görə üç dərəcəyə bölür:
1.Türkçülük:
2.Oğuzçuluq və ya türkmənçilik:
3.Turançılıq.
Onun fikrincə milli Trük dövlətinin-respublikasının yaranması birinci ideyanın gerçəkləşməsi demək idi.
Yaxın və uzaq ideya və məqsəd kimi oğuzçuluq və ya turançılıq nəzərdə tutulurdu. Oğuzçuluq –oğuz birliyi və və ya Türkmənçilikdir. Milli duyğuların yaxınlığı baxımından birləşə bilənlər onun fikrincə məhz oğuzlar ola bilərdilər.Türkiyə,Azərbaycan,İran,Orta Asiya türkləri oğuz soyundan ibarət idilər. Burada da söhbət məhz oğuz xalqlarının birləşməsindən gedir. Lakin Ziya Göy Alpa görə bu xalqların siyasi birləşməsindən danışmaq hələ tezdir,yalnız onların mədəniyyət baxımından birləşməsindən söhbət gedə bilərdi.Türkçülük ideologiyasının ən uzaq məqsədi isə böyük Turan dövlətinin yaranmasından ibarət idi.Turan yer üzündə olan bütün türklərin vahid məkanda dövlət şərçivəsində birləşməsidir.
Türkçülük ideologiyası tərəfdarlarının əksəriyyəti hesab edirdi ki,türk millətçisi olmaq,eyni zamanda islamçı olmaq deməkdir,belə ki,din dildən sonra millətin ən mühüm göstəricisidir.
Əhməd ağa oğlu göstərirdi ki,islam türk üçün sadəcə din deyil, o “milli və irqi”dindir.Odur ki,türkçülük hərəkatına qoşulan hər bir kəs islamı qəbul etməlidir. Ziya Göl Alp yazırdı:”Türkçülüyün qayəsi müasir bir islam türkçülüyüdür.”
Göründüyü kimi Ziya.Göy Alp ”türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi düşüncəni uzaqlaşdırmağa çalışır.
Türkçülük idelogiyaları bir qayda olaraq türk aləminin hüdudlarını müəyyən etməyə, bu işdə ərazi amilinə tez-tez müraciət edirdilər.Əhməd Ağaoğlunun “Türk yurdu” jurnalında nəşr etdiyi “Türk aləmi ” məqaləsi xüsusi ilə diqqəti cəlb edir.O, yazırdı: “Asiyanın ürəyində ucalan Altay dağlarından axıb gələn türklər dünyaünın şimal və cənubuna , şərq və qərbinə yayılmışdılar. Türklər Çinin ən ucqar bucaqlarından Finlandiya, Polşa, Macarıstan və Şimali Afrikayadək müxtəlif ərazilərdə səpələnmişdilər.”
Ə.Ağaoğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropa və Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təxminən 70 milyon türk əhalisi yaşayır.Göstərmək lazımdır ki, bu rəqəm müasir dövrdə 250-milyonu keçmişdir.
Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Akçura oğlu türk ruhunu Qafqazda, Sibirdə, Şərqi Türküstanda – Turan çöllərində axtarırdı.
“Türk aləmində ” məqaləsində Yusif Akçura oğlu Türk dünyasının 3 hissədən ibarət olduğunu qeyd edirdi :a) Müstəqil Osmanlı imperiyası; b) Çar Rusiyası və qismən Çinin tabeliyində olan ərazilər; c ) İranın şimalı və şimal şərqı.
Türk xalqlarının yaşadıqları coğrafi ərazi hazırda Qərbdə Aralıq dənizi sahillərindən şərqdə Edzin -Qol çayına (Çin səddinə qədər ). Şimalda buzlu okean sahillərinədək,cənubda Kunlük dağlarına qədər geniş bir sahəni tutur.Sahəsi 10,5milyon kilometrdən çoxdur ki, bu da Avrasiya materikinin təxminən1/5-ni təşkil edir.
XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfədən də çox artmışdır.Türk xalqlarının bədxahlarını qorxudan da elə budur. Dünyada demokratik dəyişikliklər açıq-aydın türk, eyni zammanda müsəlman xalqlarının xeyrinə dəyişir. XXI əsr türk əsri kimi tarixə düşəcəkdir.
XX əsrin sonlarına aid statistikaya görə Azərbaycanlıların orta illik artımı 2,7%, özbəklərin 3%, türkmənlərin 3%, qırğızların 2.9% təşkil etdiyi halda İngiltərədə bu artım 0,1 % Yaponiyada 0,9%,İsveçrədə 0,3%, Pribaltika, Almaniya kimi ölkələrdə əhalinin artımı 0,1% təşkil edir.
Müxtəlif ölkələrin belə əhali artımı ciddi demokratik dəyişikliklərə gətirib çıxaracağından xəbər verir.Eyni zamanda dünya müsəlmanlarının say artımında da türklərin payı vardır.Ümumiyyətlə türk xalqının 80%-i müsəlman, 20%-i isə qeyri müsəlmanlardan–şamanizm,buddizm və yəhudilik dininə inananlardan ibarətdir. Məcburiyyət qarşısında qalan və tarixi səbəblər üzündən bəzi türklər hətta xristianlığı da qəbul ediblər.
Türklərin xristianlaşmasında rusların apardığı siyasətin də rolu böyük olmuşdur.
BMT –nin statistik məlumatlarına görə, dünya dilləri sırasında türk dili beşinci yerdədir.O da bir həqiqətdir ki,bir çox dövlətlərin daxilində yaşayan milyonlarla türk öz doğma dilini unudub, daha doğrusu unutdurulub.Türklərin təhsil aldığı müəssisələrdə digər dillər hakim olub, əksər türklər məcburən kiril əlifbası ilə oxuyub yazıblar.
Göstərilən faktlar daha çox özünü Sovet imperiyası dövründə biruzə vermişdir. Hətta bu siyasət o dərəcəyə çatmışdır ki, bəzi müttəfiq respublikalarda -əsasən Orta Asiya respublikalarında ana-türk dilində bir dənə də olsun ali təhsil müəsisəsi yox idi. Ruslaşdırma syasəti birinci növbədə antitürk siyasətindən gəlib keçirdi.
Vaxtilə iqtisadi cəhətdən də türk respublikaları və türk toplumları çıxılmaz vəzyyətə salınıblar. Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi respublikalar Ümumittifaq büdcəsinə daha çox gəlir verirdilər, lakin aldıqları işə verdiklərindən daha az idi. Bu respublikalar hesabına Ermənistan, Moldova, Pribaltika respublikaları daha çox faydalanırdılar.
Məsələn Qazaxıstan iqtisadi sahədə 5-ci yerdə getməsinə baxmayaraq, əhalinin həyat səviyyəsinə görə 12-ci yerdə gedirdi. Digər türk respublikalarında da eyni vəziyyət yaranmışdır.
SSRİ dövründə atom sınaqları ən çox türklərin yaşadıqları ərazilərdə həyata keçirilirdi. Ekoloji cəhətdən ən çox əziyyət çəkən respublikalar da məhz türk respublikaları idi. Məsələn 70-80-ci illərdə təkcə Sumqayıtda 13-dən çox kimya müəssisəsi tikilmişdir.
Aral dənizinin qurumasının qarşısının alınmaması böyük ekoloji problem yaradırdı.
Ən çox ağır zəhmət tələb edən işlərin çoxu da türk xalqları üzərinə düşürdü. Pambıqçılıq, üzümçülük, tərəvəzçilik belə sahələrdəndir.
XX əsrin sonlarında türk dünyasının dünya sisteminin burulğanına daxil olması tarixin qanunauyğun inkişafının nəticəsidir. Sovet imperiyasının dağılması türk xalqlarının tarixində yeni dövrün –azadlıq və inkişaf dövrünün başlanmasına gətirib çıxardı. İmperiyanın dağılması nəticəsində türk dilli xalqları təmsil edən, 5 müstəqil dövlətin Azərbaycan,Qazaxıstan,Özbəkistan, Qırğızıstan və Türkmənistanın yaranması qüvvələr nisbətinin dəyişməsində mühüm amil sayılmalıdır.
Türkdilli xalqların təmsil etdikləri müstəqil dövlətlər və muxtar qurumlar böyük əraziyə və olduqca müxtəlif təbii sərvətlərin zəngin ehtiyyatlarına malikdirlər. Belə ehtiyyatlar isə həmin ölkələrdə təsərrüfatın bütün sahələrini inkişaf etdirməyə, xalqların iqtisadi və sosial həyatını yüksək səviyyəyə çatdırmağa imkan verir. Həmin ölkələr nəinki iqtisadi,həm də hərbi və siyasi potensiala malikdirlər.
Hazırda BMT-də 6 türk dövləti təmsil olunmuşdur. Türkiyə isə BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Türk dünyasının hərbi-iqtisadi potensialına gəlincə bu ölkələrdə ildə təxminən 200 milyon tondan artıq neft, 160 milyard kubmetr qaz, 250 milyon tona yaxın kömür çıxarılır, 3550 milyard kilovat saat elektrik enerjisi istehsal olunur.
Qzaxıstan ərazisində Baykonur raket buraxma kompleksi, nüvə silahı arsenalı bu potensiala əlavə oluna bilər. Türk dünyasının güclü iqtisadi və hərbi potensiala malik olmaları onların getdikcə dünya siyasətinə təsir etmək imkanlarını çoxaldır. Hətta getdikcə bir sıra inkişaf etmiş ölkələr türkdilli ölkələrdən enerji asılılığına düşürlər.
XX əsrin sonları-XXI əsrin əvvəllərində türkdilli ölkələr və muxtar qurumlar arasında iqtisadi,siyasi,mədəni yaxınlaşmalar baş verdi. Demək olar ki, bu siyasətin həyata keçirilməsində ümüumulli lider H.Ə.Əliyevin çox büyük xidmətləri olmuşdur. Onun təşəbbüsü isə Traseka layihəsi olan böyük ipək yolunun bərpa olunması türk respublikaları arasında yaxınlaşmanın əsasını qoydu.
1993-cü ildə ilk dəfə olaraq İstanbulda türkdilli dövlət başçılarının zirvə toplantısının keçirilməsi də bu ölkələrin iqtisadi və mədəni cəhətdən yaxınlaşmasında böyük rol oynadı.
Sonralar Bakı, Asqabad, Astana, Daşkənd şəhərlərində keçirilən türkdilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarının da bu məsələdə böyük rolu olmuşdur.
Türk xalqkarı dil və mədəniyyət baxımından xeyli yaxınlaşmışlar.Hal –hazırda gündəmdə duran ən əsas məsələlərdən biri türk xalqlarının ortaq dil məsələsidir.
Qlobal dünyada xalqların yaxınlaşması, milli məsələnin-millətçiliyin aradan qaldırıldığı bir dövrdə respublikada türkçülük siyasəti ilə yanaşı azərbaycançılıq siyasəti də gündəmə gəlmişidir.
H.Əliyevin dediyi kimi “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqlaırn ümumi vətənidir. Bizi bir birimizə bağlayan ideal yaxınlığı, mənəvi əxlaqi prinsiplərdir”
Yenə H.Əliyevin fikrini yada salaraq qeyd etməliyik ki, biz türk mənşəli millətik və türkdilli xalqalrının dilinə məxsus olan dilimiz vardır.
Dostları ilə paylaş: |