XVIII mövzu
Azərbaycan 1970-1980-ci illərdə
PLAN
1. 70-80 ci illərdə Respublikanın ictimai-siyasi həyatı.
2. 70-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.
3. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı,2005, səh.445-584.
2. Siyasi tarix (Mühazirə kursu) II hissə, Bakı,1995, səh.123-135.
3. Məmmədov T, Məmmədovç. Siyasi tarix, Bakı,2004, səh.251-257.
4. Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı,1998, səh.291-296.
5. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.
1969-cu ilin iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi.AZ.KP MK-nin Plenumunda H.Ə.Əliyev MK-nin birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təmələni qoydu.
Avqust plenumunda H.Əliyev çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji isdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.
Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mədəni-psixoloji iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.
H.Əliyev qısa müddətdə respublikada idarəçəlik sistemini xeyli möhkəmləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.
H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.O,1978-ci il AZ,SSP Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də AZSSP-nin Konstitusiyası qəbul edildi.Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.
H.Əliyrvin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik faliyyəti sahəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı.14 ildə (1969- 1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış,250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.
H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsədininn qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.
70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan divizyasının böyük qələbəsinə xatirə ansanblı, Sevastopolda 77-ci divizyanın şərəfinə böyük abidə ucaldılmışdı.
H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə Azərbaycanlı gənc digər şəhərlərdə aparıcı təhsil və elm ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.
H.Əliyevin təşəbbüsü ilə milli özünədərk prosesi xeyli gücləndirildi.
“Gəncə ”sözü yasaq edildiyi vaxt, “Yeni Gəncə ” qəsəbəsi yaradıldı.Bakı rayonlarına “Nizami ”,“Nəsimi” adları verildi. Naxçıvanda “Babək”,Yuxarı Qarabağda “Əsgəran” adlarının verilməsi bu yerlərin əzəli azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi.
O,”İran Azərbaycanı ” terminini “Cənubi Azərbaycan” terminilə əvəz etdi.
Beləliklə H.Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının, ictimai təşkilatların işində fəaliyyəti artdı. Dövlət və ictimai təşkilatların mədəni tərəqqisi xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi.
H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.
XX- əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçidiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.
Heydər Əliyevin təşəbbüsü ilə SSSR hökuməti Azərbaycanda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70- ci illərin ilk ilindən sürətlə
başladı.Kapital qoyuluşunun həcmi 1970 -85 –ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da Sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.
Bu kapitalın 45% -dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti material-ları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.
Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirildi. Əlvan və qara metalugiyanın yeni istehsal sahələri yaranırdı.
Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssələrin yaradılması sahəsində ciddi işlər görüldü.
Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14milyard kubmetr təbii qaz istehsal edilmişdi.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırılır.
1970-80 –ci illərdə yeni müəssələr sənayenin təkmilləşməsi və məhsul istehsallarının artırılmasında əhəmiyyətli rol oynamışdur.Bu dövrdə 218 yeni sənaye müəssəsi istifadəyə verildi.
Mingəçevirdə elektrik stansiyası, Şəmkir Ses, Bakı Kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça, qənnadı, çini –saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.
Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.1970-85-ci illərdə yaradılan yeni sənaye müəssələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadəyə verildi.
70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloji kəşfiyyat işləri genişləndi.22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.
Üzən buruqlardan “Azərbaycan”, “Xəzər” vastəsilə dənizin dərinliyində 6000 metrə çatan quyular qazıldı.
70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlandı və zavod 1986–cı ildə fəaliyyətə başladı. Respublikada energetika sənayesi sürətlə inkişaf edirdi. Araz çayı üzərində İran ilə birlikdə SES tikildi .Yüngül sənaye, yeyinti sənaye müəssləri şəbəkəsi xeyli genişləndi.
Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqilyatın da inkişaf etdirilməsi vacib strateji məsələlərindən biri idi. 70-80 –ci illərdə yeni dəmir yolu –Ağdam –Xankəndi, Akstafa –İrəvan, Yevlax- Balakən xətləri istifadəyə veril-di.1985-ci ildə 2067 kmə çatan dəmir yolu xətti var idi.
Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avtomobil yollarının uzunluğu 1985 –ci ildə 22,4 min km -ə çatırdı.
70-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu. 1970-ci ildə “Ulduz ” stansiyası istifadəyə verildi.1972-ci ildə Bakının mərkəzini “8-ci km” qəsəbəsi ilə birləşdirən metro xətti “Bak Soveti ”- “Neftçilər” metro xətt işə düşdü.1985-ci ildə “Memar Əcəmi ” stansiyasına, 1979 –cu ildə “Əhmədli ” stansiyasına qədər yeraltı dəmiryol xətləri istifadəyə verildi.
Azərbaycanın dəniz nəqilyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxstan, Sibir, İtaliya, Əlcəzair, Polşa ,Ruminiya və s. ölkələrə mal daşınırdı.
1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.
Azərbaycanda kınd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdardadır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrdən tam və hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və mərkəzləşməsi tələb olunurdu.
70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşməsi prosesi sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi.18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcəbədi, Beyləqan, Sabirabad idi.1985-ci ildə pambıq əkin sahələri 295,5 min hektara çatmışdı.
Başqa sahələrdə də təmərküzləşmə gedirdi.Tərəvəzin 92 faizindən çoxu Lənkəran, Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara, taxılçılıq mərkəzi aran, Şəki, İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün təbii iqtisadi zonalarda yetişdirilirdi.
Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85–ci illərdə orta hesabla 1966-70 –ci illərə nisbətən 2,6 dəfə çoxaldı
1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.
Beləliklə, 70-80-ci illərdə azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıralara keçdi. Azərbycanın ictimai əmək bölgüsündə istər idxal , istərsə də ixrac edilən məhsulların istehsal həcminə görə rolu xeyli genişləndi.
Akademik Cəmil Quliyev yazır: “1969-cu ilin yayından H.Əliyevin respubli-kaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial –iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı.H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu”
Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatının təsərrüfat sisteminin ahəngi 1987-ci ildə erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqlıa pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirirdilər. İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adl altında respublikada böyük gəlir verən üzüçülüyün ləğv edilməsinə çalışırdılar.1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.
1988 -ci ildə Gəncə avtomobil zavodunun, AKTİ –nin tələbə şəhərciyinin tikintiləri dayandırıldı.
Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı.Əsas fondların istifadəyə verilməsi 1990 cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü. Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmişdi.
Mühüm, kənd təsərrüfatı məhsulları istehsalında ciddi geriləmə baş verdi.
1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.
Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşdırılmasına şərait yaratmışdı.Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə 1,5dəfə artmışdı.Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə artmışdı. Baku, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış ,çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 35 mln kv-metr mənzil sahəsi tikilmişdi.3 milyona qədər əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.
Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı, yaradılmışdı. 70-ci illərdə Baku Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan sarayı, Velotrek tikildi.Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmizləyici qurğulardan istifadə edilməməsi respublikada ekoloji mühitin gündən –günə pozulmasına gətirib çıxardı.
Bakı,Sumqayıt, Gəncə, Əli bayramlı şəhəri ekoloji cəhətdən daha çox çirklənmişdi. Bakıda çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi.Kimya zavodları Sumqayıt şəhərini “ölü şəhərə”çevrilmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarına çirkab və zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.
70-80- ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə, təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.Əhalinin sosial –sinfi strukturu da yeniləşmişdi.1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.Əhalinin milli tərkibində də mühüm dəyişikliklər baş vermişdi. 1989-cu il siyahıyaalınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.
Beləliklə 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda , məişət və rifahında mühüm dəyişikliklər baş vermişdi.
Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səviyyəsi xüsisən kənd yerlərində hələ aşağı idi.Ekoloji mühit çirklənirdi və s. 70-80-ci il illər azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatinda mühüm irəliləmələr dövrü olmuşdur.Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmiş , tədrisin səviyyəsi xeyli yüksəlmişdi .
Bu illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq müəsssəsi tikilib istifadəyə verilmişdir.
Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi.Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı.Bu məktəblərdə müəllimlərin sayı 132-min nəfərə qədər artmışdı.
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəəaliyyət göstərirdi.
Azərbaycanda milli hərbi kadrlar yeyişdirilməsini təmin etmək məqsdilə H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəb, təşkil olundu.
80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri ,o cümlədən 91 pioner məktəblilər sarayı,1593 pioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.
Peşə təhsili sistemi inkişaf edirdi.70-80-ci illərdərespublikada 100 yeni texniki –peşəməktəbi təşkil edilmişdi.1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagirdtəhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı,məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər. Təsərrüfat, maarif ,mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Pedaqoji,Gəncə tikinti-inşaat texnikumlarının, Şuşa pedoqoji məktəbinin, Mingəçevir və Naxçıvan politexnikumlarının, Şəki pedoqoji məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərək istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.
70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə Rus Dili və Ədəbiyyati (Slavyan Universiteti) və Pedoqoji Xarici Dillər Unstititları yarandı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedoqoji instititları , 1976-cı ildə Gəncə Texnologiya İnstitutu təşkil edildi.
1980-ci ilərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021nəfər dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. Azərbaycan tarixinin tədrisi artırıldı.1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.
İnsanların biliyinin , mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət evləri, 111 kinoteatr istifadəyə verilmişdi.
Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və jurnalların sayı 45,3 milyon nüxsəyə çatdırılmışdı. Hər 100 nəfərə 6,4min nüxsə kitab və jurnal düşürdü. Respublikada 87 yeni muzey-1972-ci ildə Azərbaycan xalçacılıq və tətbiqi sənət muzeyi” Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə U.Hacıbəyovun və S.Vurğunun,1981-ci ildə Naxçıvanda H.Cavidin ,1982-ci ildə Bakıda C.Cabbarlının , Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.
Həmin dövrdə Gəncədə “Nizami “təsviri sənət qaleriyası, “Nizami dövrü və yaradıcılığı” muzeyi açıldı.
70-80-ci illərdə respublikada 8 yeni dövlət teatırı açıldı və onların sayı 20-yə qədər olmuşdur.
Kütləvi informasiya vastələri şəbəkəsi artmaqda idi.1990-ci ildə 256 qəzet, jurnal və məcumə çap olunurdu.Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.
1976-88-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensklopediyası ” çapdan çıxdı.Bu dövrdə 20 cildlik”Azərbaycan Ədəbiyyatı Kitabxanası” 50 cildlik “Dünya Uşaq ədəbiyyatı Kitabxanası”, 100 cildlik “Dünya Ədəbiyyatı kitabxanası”, “Molla Nəsrəddin”12 cildlik toplusu nəşr edildi(1-ci cild)
70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu. Elmi müəssisəərin sayı 151-ə , o cümlədən elmi-tədqiqat istitutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3min nəfərdən çox idi.
1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı.
1975-ci ildən “Xəzər” elmi Mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı.1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı.
1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi fəaliyyət göstərirdi.
Bakı həmin dövrdə “Neft Akademiyası”adlanırdı. Bu sahədə görməkli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları görkəmli araşdırmalar aparırdılar.O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərb Sibirin neft və qaz yataqları kəşf olunmuşdu.
Humanitar –ictimai fənlər sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdu. Z.Bünyadov,Cəmil Quliyev , İqrar Əliyev, Mahmud İsmayılov, Fuad Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər bu elmin inkişafında mühüm rol oynamışdılar.
Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.
Bədii nəsrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Balayevanın əsərləri çox maraqla oxunurdu.
Xalqda milli şüurun oynamasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi.Mirzə İbrahimovun “Pərvanə”, “Cənub hekayələri”maraqla qarşılanırdı.
Respublikada musiqi, ifaçılıq teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi. Fikrət Əmirovun “1001 gecə” , Aqşin Əlizadənin “Babək” baletləri musiqi sənətinin ən mühüm naliyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə Axundova “Gəlin Qayası” operasını yazdı.
Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. “Azərbaycanfilm” kinostudiyasında “Şərikli çörək” “Yeddi oğul istərəm”, “Ulduzlar sönmür” Babək” “Tütək səsi”, “İstintaq”, Axırıncı aşırım”, “Dədə Qorqud” və başqa filmlər çəkildi.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elmi, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin , tarixinin , dilinin öyrənilməsi və təbliği genişləndi.
Dostları ilə paylaş: |