Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XXI mövzu Müstəqil Azərbaycan Respublikası



Yüklə 332,19 Kb.
səhifə26/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27
1-1Az tarixi

XXI mövzu

Müstəqil Azərbaycan Respublikası

Plan

1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi

uğrunda mübarizə.

2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.

3.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.

4.Azərbaycan Dünya birliyində.



Ədəbiyyat

1. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.II cild,Bakı, 1997.

2. Azərbaycan tarixi VII cild, Bakı,2003,səh.330-480.

3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı,2016

4. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi

haqqında” Ar.SSR Ali Sovetinin Bəynnaməsi. “Xalq qəzeti”,3 sentyabr,1991.

5. Məmmədov T,Məmmədov Ç,Siyasi tarix.II hissə, Bakı,1995,səh.121-135.

6. Tahir Q!affarov . Azərbaycanın ən yeni tarixi. XX əsrin sonları- XI əsrin əvvəlləri

Bakı 2006 .

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

I Mühazirə

Plan


1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəm

ləndirilməsi uğrunda mübarizə.

2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.

1990-cı il “Qanlı Yanvar”hadisəsindən sonra milli azadlıq hərakatı yeni məcraya daxil oldu. İndi o,imperiya tərkibindən çıxmaq,müstəqillik əldə etmək məzmu­nunu aldı. İqtidar-müxalifət qarşıdurmasında da yeni mərhələ başlandı. 1990-cı ilin yazında bir qrup görkəmli alimlərin (75-lərin) və müxalifət nümayəndələrinin razılığı ilə “Məşvərət Şurası”yaradıldı. “Şuranın”razılığı ilə ilk dəfə olaraq prezident vəzifəsi təsis olundu.Mayın 21-də 28 may “Azərbaycan dövlət quruculuğunun dirçəliş günü”elan etdildi.

1990-cı il iyulun 19-da H.Əliyev Kominist Partiyası sıralarından çıxdı. O,iyulun 20-də Azərbaycana qayıtdı. İki gün sonra H.Əliyev Naxçıvana gedir.Sentyabrın 30-da keçirilən seçkilərdə H.Əliyev seçicilərin 95℅ səsini alaraq Az.SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi.

1990-cı il noyabrın 17-də Naxçıvan MSSP Ali Sovetinin H.Əliyevin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adında “Sovet Sosialist”sözlərinin götürülməsi və AXC-nin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi qərar qəbul etdi.

1991-ci il fevralın 5-də Az.SSR Ali Sovetində demokratik qüvvələrin tələbi ilə dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası”adlandırılırdı.

Üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması barədə qərar qəbul olundu. Respublikada demokratik qüvvələrin tələbi ilə çoxpartiyalılığın tətşəkkülü üçün əlverişli şərait yarandı. AXCP,Xalq Azadlıq Partiyası,ASDP, “Yeni Müsavat”və s. partiyaların əsası qoyuldu.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında yekdilliklə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Konstitusya aktı 6 bölmə və 32 maddədən ibarət idi. Bu sənəd gələcəkdə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün əsas olmuşdu.

Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə (noyabrın 19-da) Ruminiya (dekabr), Pakistan (dekabr),İsveçrə (dekabr), İran(dekabr),ABŞ 1992-ci il,yanvar). Rusiya (aprel 1992)tanıdılar. Artıq 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini 116 dövlət tanımışdı.

Elə bu vaxt, yəni dekabrın 8-də RF, Ukrayna və Belarus respublikalarının rəhbərləri MDB-nin yaradılması haqqında müqavilə imzaladılar.Beləlklə SSRİ dağıldı. 1993-cü il sentyabrın 24-də Azərbaycan rəsmi olaraq MDB-yə daxil oldu.1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq rəy sorğusu keçirildi. Xalq yekdilliklə Azərbaycanın müstəqil­liyi əlehinə səs verdi.

Belə bir şəraitdə Dağlıq Qarabağ məsələsi gərgin olaraq qalırdı. Erməni separatçıları Ermənistan və Rusiya hərbiçilərinin dəstəyi ilə bir-birinin ardınca Azərbaycaban kəndlərini zəbt edərək yandırırdılar.Onlar hələ sentyabrın 2-də qeyri-qa­nuni olaraq DQMV-ni müstəqil respublika olan edərək Goranboy rayonunu da bu res­pub­likaya daxil etmək haqqında qərar qəbul etdilər.

Buna cavab olaraq Ali Sovet DQVM-nin statusunu ləğv etmək haqqında qərar qəbul etdi.1991-ci il oktyabrın 9-da Ali sovet “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında”Qanun qəbul etsə də Azərbaycanda nizami ordu yaratmaq çox çətin idi. Noyabr ayında rayon və şəhərlərin özünü müdafiə dəstələrinin yaradılması haqqında sərəncam verildi.

Bu zaman erməni seperatçıları daha da həyasızlaşaraq Azərbaycan torpaqlarının işğalını genişləndirməyə başladılar.Qarabağın Kərkicahan, Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanı mühasirəyə aldılar.1992-ci il fevralın 25-də gecə erməni hərbi birləşmələri 366-cı rus alayının köməyi ilə Xocalı soyqrımını törətdilər. Soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər diri-diri yandırıldı və digər əzablar verildi. Ölən­lərin 106-sı qadın,83-ü uşaq, 70-i qoca idi. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı idi.

Xocalı hadisəsi respublikada siyasi vəziyyəti daha da gərginləşdi. Marıtn 3-də prezident sarayı qarşısında istefa tələbi ilə piket keçirildi. Martın 6-da keçən izdihamlı mitinqdən sonra prezident Mütəllibov istefa verdi.Nazirlər kabineti buraxıldı və dövlət Müdafiə Komitəsi yaradıldı.

1992-ci il iyunun 7-də prezident seçkiləri keçirildi. Əbulfəz Elçibəy 59,4 faiz səs toplayaraq Azərbaycan Respublikasının 2-ci prezidenti seçildi. Beləliklə AXCP- Müsavat bloku hakimiyyəti ələ aldılar. Onların bir ilik hakimiyyəti dövründə həm daxili gərginlik, həm də erməni işğalçıları ilə mübarizə daha da gücləndi.

Cəbhə hakimiyyəti dövründə müəyyən müsbət işlər də görüldü. Belə ki,1992-ci il martın 15-də “Azərbaycanın Milli Qəhrəmanı”fəxri adı təsis olundu. Apreldə Ali məktəblərə test üsulu ilə qəbul haqqında qərar verildi. 1992-ci il mayın 27-də “Azərbaycan Respublikasının himni,” 1993-cü il fevralın 23-də “Azərbaycan Reüspublikasıının Gerbi haqqında” qanunlar qəbul olundu. “Siyasi partiyalar haqqında”, “Hərbi xidmət haqqında” qanunlar məhz bu dövrdə qəbul olunmuşdu.

AXC-Müsavat hakimiyyətə xarici siyasətdə də ciddi səhvlərə yol vermişdilər. Hökumət daxili poblemləri həll etmək əvəzinə, gah İrana, gah da Cinə həmin ölkələrdə yaşayan türklərin hüquqlarının müdafiəsi ilə bağlı bəyanatlar səsləndirirdilər. Bu da Azərbaycan Respublikasının vəziyyətini daha da ağırlaşdırdı. Rusiya ilə münasibətlər də getdikcə ağırlaşır və ictimai-siyasi durum daha da pisləşirdi. Rusiyanın Azərbaycana qarşı yeritdiyi məkrli siyasət nəticəsində “Ləzgizstan dövləti”, “Talış Muğan respublikası”, “Bakı quberniyası”kimi müstəqil ərazilər yaratmağa cəhd edilirdi. 1993-cü ilin iyununda Gəncədə S.Hüseynovun başçılığı altında 709-cu alay qiyam qaldırdı.

Artıq Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı.

1993-cü ilin əvvəllərində Naxçıvanda da çevriliş cəhdi göstərilmişdi.Lakin H.Əliyevin müdrik siyasəti və xalqın qətiyyəti sayəsində çevriliş cəhdinin qarşısı alındı.

1991-1993-cü illərdə respublikanın iqtisadiyyatına da çox ağır zərbələr vuruldu. Respublika talanır,onun sərvətləri xaricə daşınırdı.Pambıq və üzüm sahələri bərbad vəziyyətə düşmüşdü.Müəssisələr bağlanır, işsizlik artır, əhalinin güzəranı getdikcə pis­ləşir­di.Əhali regionlardan dolanışıq dalınca Bakı şəhərinə axışırdı, ziyalıların çoxu xaricə getməyə məcbur olurdular.

Minimum əmək haqqı rəsmi istehlak minimumu həddindən 20 dəfə az idi. İnflya­siya 1000%-ə çatmışdı.Ümumi daxili məhsul hər il orta hesabla 18-20 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra olunurdu.

Kriminal qüvvələr baş qaldırmışdı. Axşam və gecə vaxtlarında küçə və parklara çıxmaq mümkün deyildi. Hakimiyyət ölkəni idarə etmək iqtidarında deyildi.

Bu dövrdə azərbaycanın ziyalıları, uzaqgörən şəxsiyyətləri Naxçıvana, H.Əliyevin yanına gedərək, Azərbaycanın düşdüyü vəziyyətindən çıxış yollarını müzakirə edirdilər.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı “Səs”qəzeti vasitəsilə H.Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir”-deyə müraciət etmişdi.

Həmin dövrdə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasınnın (YAP)təsis konfransı oldu. H.Əliyev YAP-ın sədri seçildi.

1993-cü ilin iyununda ağır böhran keçirən AXC-Müsavat rəhbərliyi H.Əliyevi Azərbaycan rəhbərliyinə çağırdı.İyunun 9-da H.Əliyev Bakıya gəldi.İyunun 13-14-də O,Gəncəyə gələrək müxalifətlə danışıqlar apardı və siyasi böhrandan çıxmaq yollarını müzakirə etdi.

1993-cü ilin iyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. Bu tarixi gün XX əsr tariximizə “Milli Qurtuluş Günü”kimi daxil olmuşdur.1997-ci ildən həmin gün bayram kimi qeyd olunur.İyunun 18-də Ə.Elçibəy xəbər vermədən Bakını tərk edərək, Naxçı­vana, Kələki kəndinə gedir.İyunun 24-də respublika prezidenti səlahiyyətlərini Ali Sovetin sədri H.Əliyev qəbul etdi. Həmin gündən H.Əliyevin respublikaya ikinci rəhbərlik dövrü başlayır.

H.Əliyev ilk növbədə ölkənin rəhbər eşalonunu formalaşdırdı. Siyasi durumu nə­ərə alaraq Baş Nazir postunu Surət Hüseynova həvalə etdi.

1993-cü il oktyabrın 3-də H.Əliyev alternativ əsasda keçerilən seçkilərdə əksər səslə (98,8%) Azərbaycan Respublikasının prezidenti seçildi.

Milli dövlətçiliyin qorunub mökəmlənməsində mühüm şərtlərdən biri də güclü, intizamlı ordunun yaradılması təşkil edirdi.Bu məqsədlə 1993-cü il noyabrın 1-də Döv­lət Müdafiə Şurası yaradıldı.

Hoyabrın 2-də prezident H.Əliyev televiziya ilə çıvış edərək “Hər kəs Vətənin əs­gəri olmalıdır”çağırışı ilə xalqa müraciət etdi.Xalqı ölkənin azadlığı naminə birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı.Çağırışa cavab olaraq könullulərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.

Noyabrın 23-də Milli Şura “Müdafiə haqqında”qanun qəbul etdi.Noyabr-dekabr aylarında 17 minə yaxın döyüşcüsü olan 40 ehtiyat taboru təçkil edildi. Şəriştəsiz komandir və zabitlər ordudan kənarlaşdırıldı. 1994-cu il yanvarın 5-də Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək Füzulinin Horadiz qəsəbəsini,22 kəndi, Cəbrayılın bir hissəsini, Kəlbəcərin bir sıra kəndlərini düşməndən azad etdi.

1994-cu il mayın 12-də Biskek protokoluna əsasən cəbhədə atəşkəsə nail olundu. Lakin bu günkü günə qədər atəşkəs rejimi davam etsə də,ermənilər tərəfindən tez-tez pozulur və onlarla insan tələfatı olmuşdur.

Həmin dövrə qədər artıq erməni silahlı qüvvələri Rusiya və digər aparıcı dövlətlərdən dəstək alaraq Azərbaycanın 20% torpağını -7 rayon və Dağlıq Qarabağ əra-zilərini işğal edə bilmişdi.

Bu vəziyyətdən istifadə edən bəzi qüvvələr ölkə daxilində iğtişaşlar salmağa və H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.

1993-cü ilin sentyabrın ortalarında S.Hüseynov,Ə.Hümbətov və R.Qazıyev qüvvələrini birləşdirib Bakıya hücum planı hazırladılar.Onlar açıq silahlı mübarizə yoluna keçdilər.

1994-cü il oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları olan 300 nəfər silahlı dəstə İcra Hakimiyyəti və başqa strateji əhəmiyyətli obyektləri ələ keçirdilər.

Belə bir şəraitdə oktyabrın 4-dən 5-nə keçən gecə H.Əliyev xalqa televiziya vasitəsilə müraciət etdi. Onun çağırışına cavab olaraq yüz minlərlə adam Prezident sarayı ətrafına toplandı. Qiyam yatırıldı.

Oktyabrın 5-də “Azadlıq”meydanında izdihamlı ümumxalq mitinqi keçirildi.Xalq öz liderini dəstəklədiyini bir daha göstərdi.

Lakin təhlükə tamamilə aradan qaldırılmamışdı.1995-ci il martın 11-də R.Cavadov (OMON-un komandiri).Prezidentin və Ali Sovet sədrinin istefası tələbini irəli sürdü. Martın 13-də Ağstafa və Qazax rayonlarında xüsusi təyinantlılar qiyam qaldırdılar. Atışmalar baş verdi.R.Cavadov aldığı güllə yarasından həlak oldu.Rayonlarda da qiyamlar yatırıldı.

1995-ci ilin yayında, 1996-cı ilin dekabrında respublikada daha bir neçə terror və dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkə tam ictimai-siyasi sabitlik mərhələsinə qədəm qoydu. İqtidar ictimai-siyasi sabitlik şəraitndə milli dövlətçiliyin maddi-hüquqi bazasının möhkəmləndirilməsi üçün tədbirlər görməyə başladı.Yeni iqtisadi münasibətlərin formalaşmasına münasib şərait yaratmaq məqsədilə yüzə qədər qanun və qərar qəbul edildi.

1994-cü il aprelin 5-də ticarəti liberallaşdırmaq,1995-ci ilin fevralında valyuta bazarının təşkili haqqında fərmanlar verildi.Bunların nəticəsində respublikada infilyasiya kəskin şəkildə azaldı və 85% -ə endi. Xarici kapitalı cəlb etmək məqsədilə “açıq qapı”siyasəti yeridilməyə başlandı.Xarici sərmayədarlara təminat verən və onıarı müdafiə edən qanunlar qəbul edildi.

Beynəlxalq Valyuta Fondu,Dünya Bankı,Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq genişləndi.Bütün bunlar respublika maliyyə-bank sistemini dünya standartlarına uyğunlaşdırdı.

Müstəqilliyimizin, milli dövlətçiliyimizin möhəkmlənməsi və inkişafı yolunda atılan ən mühüm addımlardan biri Azərbaycanın yeni neft strategiyasının ortaya qoyul­ması olmuşdur.

Araşdırmalara görə Xəzər hövzəsində 10 milyard tona qədər neft ehtiyyatının olduğu göstərilir.

H.Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra neft strategiyasında əsaslı dəyişiklik baş verdi. Bəzi xarici və daxili maneçilikləri dəf edərək həmin strategiyanı həyata keçirməyə başladı. Bu strategiyanın gerçəkləşməsində ilk addım Dövlət Neft Şirkəti ilə altı ölkənin (ABŞ,İngiltərə, Norveç Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı)11 iri neft şirkətləri (BP,Remco,Amoko,Penzoyl,Lukoyl və s.)Xəzər dənizinin “Azəri”, “Ciraq”, “Günəşli”yataqlarının birgə işlənməsi haqqında müqavilə imzalandı. İmzalanma mərasimi 1994-cü il sentyabrın 20-də “Gülüstan”sarayında baş verdi. Müqavilə tarixə “Əsrin müqaviləsi”kimi daxili oldu. “Əsrin müqaviləsi”müstəqil Azərbaycanın tarixində mühüm hadisə idi. H.Əliyev bu mühüm hadisənin əhəmiyyətindən bəhs edərək demişdi: “Biz bu müqaviləni hazırlamaqla Azərb. Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət,xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik.”

1995-ci ilin aprelində “Əsrin müqaviləsi”ni gerçəkləşdirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) təşkil olundu.

Bağlanmış beynəlxalq neft müqavilələri sayəsində Azərbaycana mütərəqqi texnologiyalarının gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması, nəqliy­ytat və xidmət sahələrinin inkişafı, yüksək peşəkar milli kadrların hazırlanması və minlərlə iş yerlərinin açılması üçün geniş imkanlar açdı.

1997-ci il noyabrın 12-də “Çıraq-1”patformasında “Əsrin müqaviləsi” üzrə ilkin neft hasilatında başlandı.

Yeni neft strategiyasında Azərbaycan neftinin dünya bazarına nəql edilməsi mühüm yer tuturdu.Bu məqsədlə 1997-ci ildə “Səngəçal”terminalı tikildi.

1996-cı il yanvarın 18-də Azərbaycanla Rusiya arasında bağlanan sazişə əsasən Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri vasitəsilə dünya bazarına nəql edilməyə başlandı.

1999-cu il aprelin 17-də Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı -Supsa ixrac kəmərinin və Supsa yerüstü terminalının açılışı oldu.

Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri “Bakı-Tblisi-Ceyhan” ixrac boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və gerçəkliyə çevrilməsi idi.

1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri “Bakı-Tbilisi-Ceyhan”əsas ixrac boru kəmərinin inşası haqqında ilk Bəyənnamə imzaladılar.

BTC neft kəməri dünyada əvəzi olmayan mühəndis qurğusidir. Onun uzunluğu 1762 km-dir.Onun 443 km-i Azərbaycan,249 km-i Gürcüstan və 1070 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmər ildə 50 milyon ton neft ötürmək gücünə malikdir. Kəmərə H.Əliyevin adı verilmişdir.Son hesablamalara görə neft strategiyası əsasında bağlanmış müqavilələrdən əldə olunacaq gəlir 210-215 milyard dollar olmalıdır.

Neft hasilatından gələn gəlirlərin artması ilə əlaqədar olaraq 1999-cu ilin dekabrında prezidentin fərmanı ilə “Azərbaycan Dövlət Neft Fondu”təşkil olundu. Hazırda Neft fondunda 1 miyard manatdan çox vəsait vardır.

Yeni neft strategiyasında Xəzərin dərinliklərində olan qazın hasil edilib istifadəyə verilməsi və dünya bazarına ötürülməsi də mühüm yür tutur.

2001-ci il martın 12-də Türkiyə, sentyabrın 29-da isə Gürcüstanla “Bakı-Tblisi-Ərzurum”qaz kəməri vasitəsilə Azərbaycan qazının nəqli və satışı barədə sazişlər imzalandı. Artıq 2003-cü ildə layihədə uzunluğu 1050 km müəyyən edilən qaz kəməri nin inşasına başlandı.

Neft strategiyası Avropa Birliyi “TRASEKA”proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin “Yeni “İpək Yolu”nun gerçəkləşməsi üçün də perspektivlər açmışdır.

1996-cı ilin mayında Azərbaycan,Gürcüstan,Türkmənistan və Özbəkistan arasında yük daşımaları haqqında sazişər imzalandı. Dekabr ayında Ukrayna da həmin sazişə qoşuldu.

1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək yolu”Beynəlxalq Konqresi keçirildi. Bu zaman Qazaxıstan və Qırğızıstan respublikaları da beynəlxalq sazişə qoşuldular.

Bu dəhliz vasitəsilə Azərbaycandan 1996-2002-ci illərdə 33,3 milyon tondan çox tranzit yük daşınmışdı.

Memarı H.Ə.Əliyev olan yeni neft strategiyası, onun əsas çıxış nöqtəsi olan “Əsrin müqaviləsi” təkcə sırf iqtisadi əhəmiyyət daşımır. O, həm də böyük siyasi, geostrateji və beynəlxalq əhəmiyyət daşıyır.

Yeni neft strategiyası Azərbaycanda sosial-iqtisadi və mədəniyyət problemlərinin həlli üçün də əvəzsiz amil oldu.Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında tanınmış və nüfuzlu dövlətə çevrilmişdir.

Müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi sahədə çox böyük irəliləyişlər oldu. 1995-1998-ci illərdə dövlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirildi.

2000-ci ilin avqustunda özəlləşdirmənin ikinci Dövlət Proqramı qəbul edildi. Bu zaman iri və strateji müəssisələrin özəlləşdirlməsi üçün investisiya müsabiqələri və tenderlər keçirilməsinə başlanıldı.

1995-ci ildə “Sahibkarlıq fəaliyyəti haqqında” qanun qəbul olundu. Sahibkarlara kömək məqsədilə Milli fond təsis edildi.

Aqrar sahədə ciddi islahatlar keçirildi. 1995-ci ilin əvvəllərində “Kolxoz və sovxozların islahatı haqqında”qanun qəbul edildi. Bir il sonra “Torpaq islahatı haqqında”qəbul edilən qanuna əsasən torpaq pulsuz olaraq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə verildi.

Respublikanın vahid torpaq fondu əsasında üç-dövlət, bələdiyyə və xüsusi torpaq mlkiyyəti forması müəyyən olundu. Torpaqların 22%-i xüsusi mülkiyyətə verildi.

H.Əliyevin fərmanı ilə 1999-2000-ci illərdə Respublikada aqrar islahatların dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı təsdiq olundu.

1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi. Onların bazasında 35 minədək kəndli-fermer təsərrüfatı yaradıldı.

Respublikanın maşınqayırma sənayesi müəssisələri istiqamətini dəyişərək, respublika sənayesi və kənd təsərrüfatı üçün avadanlıq, texnika, ehtiyat hissələri istehsal et­məyə başladı.

1996-cı ildə qoz-fındıq emalı,yağ emalı, koka-kola emal müəssisələri və zavodlar açıldı.

Bu illərdə respublika maliyyə, valyuta, pul-kredit siyasəti və bank sistemi də inkişaf etdirilmişdi. 1995-2000-ci ilərdə dövlət büdcəsinin gəlirləri 1,7 dəfə,xərcləri isə 1,8 dəfə artmışdı.

Əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsi baxımından ciddi tədbirlər həyata keçirildi.1994-cü ildə “Əhalinin sosial müdafiəsi haqqında”qanun qəbul edildi və sosial Müdafiə Fondu yaradıldı.

Qaçqın və köçkünlərin mənzil-kommunal şəraitini yaxşılaşdırmaq və məşğulluğunu yüksəltmək məqsədi ilə Dünya Bankının dəstəyi ilə Sosial İnkişaf Fondu yaradıldı.

Rabitə və nəqliyyatın inkişafında böyük irəliləyişlər oldu.

Respublikasının idman həyatında da böyük canlanma baş verdi. Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı və onun prezidenti İlham Əliyev seçildi.(1997). 1996-cı il Yay olimpiya oyunlarında ilk dəfə müstəqil Azərbaycan təmsil olundu və 197 komanda sırasında 48-ci yerə çıxdı.

Bu illərdə Azərbaycan mədəniyyəti də tənəzzül vəziyyətindən çıxaraq dirçəliş yoluna qədəm qoydu. Təhsil sahəsində böyük irəliləyişlər oldu. Məktəbələrin sayı xeyli artdı.1998-2000-ci illərdə 15 min nəfərlik 50 yeni məktəb binası tikilmiş,100 məktəbdə isə tikinti və təmir işləri aparılmışdı. Təhsil sahəsində islahatlar aparılmasının dövlət təminatı gücləndirildi.Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradıldı.

Ümumtəhsil məktəbləri üçün yeni milli proqram və dərsliklərin yaradılması məhz bu dövrdə baş verdi.

1992-ci ildən latın qrafikasına keçilməsinə baxmayaraq,real şəkildə 2001-ci ildən H.Əliyevin sərəncamı ilə bu məsələ həyata keçirildi.

Respublika Ali təhsili sistemində də köklü dəyişiliklər baş vermişdi. Onun həm strukturunda,həm də məzmununda dəyişiliklər baş verdi.

Bu illərdə özəl ali təhsil şəbəkələri genişləndi. 2000-2001-ci tədris ilində respublikada 43 ali məktəb fəaliyyət göstərirdi. Onlarda 119,7 mindən şox tələbə təhsil alırdı.

Elmin inkişafı sahəsində də müəyyən irəliləyişlər olmuşdu. 2001-ci ildə Respublika Elmlər Akademiyası Milli Elmlər Akademiyası adını aldı. 1990-cı illərin ortalarında Akademiya sistemində 35 elmi-tədqiqat institu fəaliyyət göstərir di.

Bu illərdə ədəbiyyat,incəsənət və mədəniyyətin digər sahələrində də mühüm irəliləyişlər baş verdi.Bu illərdə Bakının,digər şəhər və qəsəbələrinin meydan və xiyabanlarının da yenidən qurulmasına başlanmışdı. Keçmiş dağüstü parkda Şəhidlər Xiyabanı salınmış,1998-ci ildə burada 21 metr hündürlüyündə möhtəşəm abidə qoyulmuşdu. Şah İsmayıl, Hüseyn Cavid,Yusif Məmmədəliyev,Cəfər Cabbarlının heykəlləri ucaldıldı. M.Füzulinin 500, “Kitabi Dədə Qordun”1300 illik yubileyləi təntənə ilə qeyd olundu.Bu dövrün ən əhmiyyətli hadisələrindən birini də azərbaycançılıq ideologiyasıın formalaşdıırlması təşkil edirdi.

2001-ci il noyabrın 9-10-da Bakıda 50 milyonluq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi böyük əhəmiyyətə malikdir.Hər ilin 31 dekabr günü Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunmağa başlandı.

Beləliklə böyük çətinliklərə baxmayaraq, ümummilli lider H.Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamız əsl intibah yoluna qədəm qoymuş, iqtisadi, siyasi,sosial və mədəni quruculuq sahələrində böyük nailiyyətlər əldə etmişdi.


Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin