XV mövzu
Azərbaycan Sovet rejimi şəraitində
(1920-1930-cu illər)
Plan
1. AXC-nin süqutundan sonra Azrbaycanda sosial-iqtisadi vəziyyət. Sovet rejiminə
qarşı üsyanlar.
2. Azərbaycanda Sovet milli siyasəti.DQMV-nin və Naxçıvan MSSR-in təşkili.
3. Azərbaycanda sosialist yenidən qurmaları və onların nəticələri.Kütləvi siyasi
repressiyalar.
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə, VI cild, Bakı, 2005, cəh. 9-200,250-406.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasəti tarix, Bakı, 2004.səh.119-154
3. Siyasi tarix.I hissə Bakı, 1995, səh. 241- 267.
4. Siyasi tarix II hissə Bakı, 1998, səh..5-33.
5. Mustafazadə T. Ümumi tarix.IV cild, Bakı, 1997.
6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, səh.147-149.
7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1918-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin Az. SSR Xalq Komissarları Sovetinin aşağşdakı tərkibini təşkil seçdi: N.Nərmanov-XKS-in sədri, Ç.İldırım- hərbi dəniz işləri komissarı, H.Sultanov-xalq daxili işlər komissarı, Ə.H.Qarayev əmək və ədliyyə komissarı, Q.Musabəyov əkinçilik, ticarət, sənaye və ərzaq komissarı və s.
Elə həmin gün Gəncədə hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. Həmin komitəyə İ.M Əliyev başçılıq etdi. Aprelin axırına yaxın Quba, Şamaxı,Cavanşir qəzası, Şəmkir, Gədəbəy rayonlarında hakimiyyət inqilab komitələrinin əlinə keçdi.
1920 –ci il mayın birinci yarsında Sovet hakimiyyəti Naxçıvandan başqa, demək olar, bütün Azərbaycanda qurulmuşdu.Əhalinin zəhmətkeş təbəqələri və liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və dəstəkləyirdi.
Yeni yaranmış hakimiyyət elə ilk günlərdən 27 aprel bəyanatının şərtlərini pozaraq AXC liderlərinin, görkəmli nümayəndələrinin, Azərbaycan ordusunun, müdafiə nazirliyinin xadimlərinin geniş həbsləri həyata keçirilir. Onların bir çoxu Nargin adasında gülələndi, Rusiyanın həbs düşərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus sovimistlərinin və erməni daşnaklarının başçılıq etdikləri XI Ordunun xüsusi şöbəsi tərəfindən özbaşınalıqla edilirdi. Daşnak terrorçuları 1920-21-ci illərdə F.X. Xoyiskini və H.B Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri Malta adasında vəhşicəsinə qətlə yetirdilər. General Süleyman Sulkeviç, hökumət üzvləri X.Pəfibəyov, İ.Ziyadxanov, F.Köçərli, professor Zimin və başqaları terorun qurbanları oldular.
M.Ə.Rəsulzadə həbs olunsa da İ. Stalin tərəfindən təsadüf nəticəsində ölümdən xilas olmuşdu. Başqa görkəmli xadimlər isə xaricə mühacirət etdikərinə görə salamat qaldılar.Hətta M.Ə.Rəsulzadənin başçılığı altında Türkiyədə Azərbaycan Milli Mühacirət Mərkəzi yaratdılar.
Azərbaycan zəhmətkeşləri yeni cəmiyyət quruculuğuna çətin şəraitdə başladılar.Vətəndaş müharibəsinin vurduğu yaraları sağaltmaq üçün qarşıda ciddi və gərgin iş dururdu. Ölkədə ilk növbədə həqiqi milli sülh yaratmaq lazım idi. Çünki Azərbaycan əhalisi çoxmillətli idi.1920-ci il məlumatına görə, respublika əhalisinin 68.8 faizini azərbaycan türkləri,21.7 faizini ermənilər,7.5faizini ruslar, 0.54 faizini gürcülər, 0,97 faizini yəhudilər, 7.09 faizini digər millətlər təşkil edirdilər.
Azərbaycanın gələcəyi üçün aqrar məsələnin həlli çox böyük əhəmiyyət kəsb edirdi. Belə ki, 1921-ci ildə əhalinin əksəriyyətini – 77.6 faizini kənd əhalisi təşkil edirdi.1920-ci ilin mayında İnqilab Komitəsi torpağın əməkçi kəndlilərə verilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi.”Xanların, bəylərin, mülkədarların bütün torpaqları,bütün iş heyvanları və avadanlıqları ilə birlikdə ödənişsiz olaraq zəhmətkeş xalqa verilir”. Dekreti həyata keçirmək məqsədilə qəza və kənd torpaq komitələri yaradıldı.
Mayın 12-də İnqilab Komitəsinin verdiyi dekretə əsasən bütün meşələr, sular, yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan olunurdu.
Mayın 27-də Neft sənayesi milliləşdirildi.Ticarət azadlığı haqqında xüsusi qərar N.Nərmanov tərəfindən imzalandı.
Sovet hakimiyyəti silkləri və dini imtiyazları,qadınların hüquq bərabərsizliyini, milli məhdudiyyətləri ləğv etdi. Söz, mətbuat və vicdan azadlığı elan etdi, ana dilində təhsilin tətbiq olunduğu elan olundu. Sosial təminat və pensiyalar haqqında dekretlər verildi.
1920-ci il mayın 7-də Az.SSR Qızıl Ordusunun və donanmasının yaradıldığı elan olundu.
Əksinqilab, sobataj və möhtəkirliyə qarşı mübarizə üçün Fövqalada Komissiya (FK) yaradıldı.
Azərbaycan hökuməti çox çətin şəraitdə özünün iqtisadi siyasətini həyata keçirməyə başladı. İlk növbədə “hərbi kommunizm” siyasətinin əsas hissəsi olan ərzaq sapalağını ləğv etmək lazım idi. 1921-ci ildən ərzaq sapalağı ləğv edilərək, ərzaq vergisi tətbiq edilməyə başlandı. Bu siyasət ölkədə ərzaq çatışmazlığını nisbətən aradan qaldırdı və kənd təsərrüfatının müəyyən qədər inkişafına təkan verdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qərb dövlətləri öz işğalçı fikirlərindən əl çəkmək istəmirdilər. Onlar Böyük Birtaniyadan asılı olan “İran- Azərbaycan Federasiyası ” yaratmaq ideyası ilə yaşayırdılar.
Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək məqsədilə Azərbaycana agentlər, böyük miqdarda silah göndərirdilər.Antisovet qüvvələr əhali arasında Sovet hakimiyyəti əleyhinə təbliğat aparırd, dindarlar, fanatiklər əhalini silaha sarılaraq silahlı çıxışlara səsləyirdilər.
Üsyanların təşəbbüsçüləri Gəncədəki milli qüvvələr oldu.Onlar mayın 25-də Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışa başladılar.Üsyanın əsas səbəblərindən biri milli zabitlərin xidmətdən çıxarılması və ruslarla əvəz edilməsi idi. Mayın 28-dən-29-na keçən gecə 1800 nəfərlik Gəncə qarnizonu üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanı yatırmaq üçün XI Ordu hissələri hücuma keçdi və üsyan yatırılarkən minlərlə üsyançı həlak oldu.Onların arasında görkəmli ictimai-siyasi xadimlər var idi.General Mirzə Qacar, Cavad bəy Şıxlınıski, palkovnikn Cahangir bəy Kazımbəyov qətlə yetirildilər. Ə.Şıxlınıski və S.Mehmandarov həbs edilsələr də, N.Nərmanovun təkidi sayəsində azad edilərək, hərbi xidmətlərdə istifadə olunmaq üçün Moskvaya göndərirdilər.
General Nuru paşanının rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa, Ağdam və Bərdəni də əhatə etdi. Üsyanda Azərbaycan piyada polku və yerli bəylərin silahlı dəstələri iştirak edirdilər.1920-cu il iyunun 15-də rus qoşunlarının hücumu ilə üsyan yatırıldı.
Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsində üsyan qalxdı və Şəki bölgəsinin də bir hissəsini əhatə etdi. Bu üsyan iyunun 6-da belə bir bəhanə ilə başladı ki, guya Gürcüstan Azrbaycana müharibə elan etmişdir. Digər bəhanə əhalinin silahı təhvil verməsi barədə verilən əmr oldu.
Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000-dən çox üsyançılar və onlara qoşulmuş Aərbaycan qoşunlarının buradakı zabitləri İnqilab Komitəsinin bütün üzvlərini həbs etməyə başladılar.
İyunun 18-də Qızıl Ordu hissələri şəhərə daxil olaraq qalanı tutmuş və üsyanı yatırmışdılar.
Sovet hakimiyyətinə qarşı üsyanlarXankəndində,Qutqaşendə (Qəbələ), Xaçmasda, Naxçıvanda və şair yerlərdə baş vermiş, lakin rus Qızıl Ordusu tərəfindən amansızlıqla yatırılmışdı. Bütün bu üsyanlar sübut edir ki, əhalinin müəyyən təbəqələri Sovet hökumətinin yeritdiyi siyasətdən narazı idilər.
Azrbaycan əhalisi çoxmillətli idi.Azəri türklərindən əlavə burada erməni,rus, gürcü, ləzgi,ukraynalı,kürd,yəhudi və talışlar da yaşayırdılar.Lakin ötən dövr ərzində milli münasibətlər olduqca kəskinləşmişdir.Ermənistanın başladığı təcavüz xalqımızın həyatında dərin iz buraxmışdı.Milli münasibətlərin çox mürəkkəb olduğu bir şəraitdə ilk növbədə respublikada yaşayan xalqlar arasında milli sülh yaradılmasına başlamaq lazım idi. Ona görə də bütün millətlərin nümayəndələrinin yeni respublika quruculuğuna cəlb edilməsinə xüsusi diqqət yetirilirdi.1920-ci ilin iyulunda Az.KP MK-si yanında milli azlıqlar şöbəsi yaradıldı. Milli azlıqlar arasında mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilirdi. Milli azlıqlar şöbələri məktəblər, kitabxanalar və digər mədəni – maarif idarələri açır, yeni dərsliklər və ədəbiyyat nəşr olunurdu.Pedaqoji kadrlar hazırlamaq məqsədilə tədrisin ana dilində aparıldığı xüsusi kurslar açılmışdı.
Respublikada yaşayan digər milli azlıqların hüquq və mənafelərinin hər vasitə ilə qorunmsı hökumətin milli siyasətinin əsasını təşkil edirdi. Məsələn, hökumət vətəndaş müharibəsi dövründə Muğanda dağıdılmış rus kəndlərinin bərpasına hər cür yardım göstərirdi. Bu kəndlərin əməkçi kəndlilərinə pul, iş heyvanı və kənd təsərrüfatı alətləri verilirdi.
Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dinc münasibətlər bərpa olundu.Torpağın əməkçi xalqa verilməsi Azərbaycan qəzalarında normal milli münasibətlər yaradılmasında mühüm rol oynadı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin və xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.Cənubi Qafqaz respublikaları vahid iqtisadi məkan idi. Ona görə də bu respublikaların iqtisadi ittifaqı məsələsi qarşıda dururdu.
1921-ci ilin aprelində Qafqaz respublikalarını vahid bir təsərrüfat mərkəzi hallında birləşdirmək məsələsi qarşıya qoyuldu.
1922-ci il martın 12-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin səlahiyyətli konfransı Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ İttifaqını (ZSSPFİ) yaratdı.
1922-ci ilin yayından etibarən bu ittifaqın Zaqafqaziya Sovet Federativ Soialist Respublikasına çevrilməsi və bunun SSRİ-yə daxil edilməsi uğrunda kompaniya başladı. Dekabırın 30-da Ümumittifaq II Sovetlər qurultayında Sovet respublikalarının səlahiyyətli nümayəndələri SSRİ-nin yaradılması haqqında müqavilə imzaladılar. SSRİ-yə RSFSR. Ukrayna SSR, Belorusiya SSR və ZSFSR daxil oldular.
Siyasi əhəmiyyətinə və sosial iqtisadi nəticələrinə görə SSRİ-nin mühüm tarixi rolu oldu. SSRİ Ümumdünya tarixinin müəyyən dövründə güclü dövlətə çevrilərək, dünya birliyinin inkişafı gedişinə güclü təsir göstərdi.
Lakin sosialist ideyalarının deformasiyaya uğraması,milli siyasətin elan etdiyi əsl prinsiplərdən geri çəkilməsi, hakim millətçilik şovinizminin güclənməsi bu dövlətin süqutuna gətirib çıxardı.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da, daşnak-erməni silahlı qüvvələrinin təcəvüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik hələ də davam edirdi.Buranın əhalisi N.Nərmanova müraciət edərək Naxçıvanı azad etməyi və Azərbaycanla birləşdirməyi xahiş etdilər.
1920-ci il iyunun 28 –də XI Ordunun 1-ci Qafqaz alayı Naxçıvana daxil oldu və oradan erməni- daşnak işğalçıları qovuldular. Beləliklə Naxçıvan diyarında da Sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi:
“Naxçıvan diyarı AZ.SSR-nin qəyyumluğu altında muxtar respublika elan edilərək Nax.SSR adlandırılsın.”
1924-cü il fevralın 9-da Az.SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan diyarının Naxçıvan Muxtar SSR-ə çevrilməsi baş verdi.
Əsasnamənin 2-ci bəndində göstərilirdiki ki, Naxçıvan MSSR Azərbaycan SSR-in tərkib hissəsidir və Muxtar Respublika kimi onun tərkibinə daxil olur.
Hələ AXC dövründə Dağlıq Qarabağda erməni millətçiləri hər vasitə ilə bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar.1919-cu il avqustun 5-də Dağlıq Qarabağ ermənilərinin qurultayında Azərbaycan hökuməti ilə müvəqqəti saziş imzalamışdılar. Sazişə görə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının ermənilər yaşayan dağlıq hissəsi və onun erməni əhalisi mədəni-milli muxtariyyət əsasında Azərbaycan Respublikasının tərkibində qalırdı. Lakin daşnak ermənilər həmin sazişi pozaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.
Sovet hökuməti qurulduqdan sonra ermənilər bu məsələ ilə bağlı daha da fəallaşdılar.1923-cü il iyulun 7-də AZ.SSP Mərkəzi İcariyyə Komitəsi “Dağlıq Qarabağ muxtar vilayətinin” yaradılması haqqında dekret verdi. Şuşa şəhəri və Xankəndi, Şuşa qəzasında 115 kənd, Cavanşir qəzasında 52 kənd, Qaryagın qəzasından 30 kənd DQMV –nə verildi.
Bu ”xəyanətkar səxavətlilik” Azərbaycan millətinin mənafeyinə, Vətənin gələcəyinə ciddi ziyan vuran bağışlanmaz cinayət idi. Qondarma Dağlıq Qarabağ problemi şovinist rus imperiyasının Azərbaycan xalqına, onun taleyinə qarşı vaxtaşırı istifadə etmək üçün bir alət oldu.
1923-cü il iyulun 7-də Pircahan kəndi mərkəz olmaqla Muxtar Kürdüstan yaratmaq ideyası Ə.H. Qarayev tərəfindən irəli sürülmüşdü. Lakin 1923-cu il iyulun 16 da AzKP MK-si kürdlərin yaşadıqları ərazidə Kürdüstan qəzası yaratmağı qərara aldı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı millətlərin və xalqların sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.
1921-ci ilin martında Azərbaycanın Moskvadakı nümayəndəliyi Cənubi Qafqaz Respublikalarının birləşmələrinin zəruri olduğu haqqında məsələ qaldırdı. Bu Cənubi Qafqaz respublikalarının təsərrüfat fəaliyyətinin birləşdirmələri üçün zəruri idi. Avqustun 7-də bu respublikaların iqtisadi siyasətinin əsas istiqamətləri müəyyən olundu.İlk növbədə xalq təsərrüfatının elektirikləşdirilməsinin həyata keçirilməsi, suvarma sisteminin genişləndirilməsi maliyyə sisteminin birləşdirilməsi, vahid pul nişanı buraxılması həyata keçirilməli idi.Bütün bunları əlaqələndirmək üçün iqtisadi Büro yaradıldı.
1921-ci ildən etibarən Yeni İqtisadi Siyasətin (NEP) həyata keçirilməsi nəticəsində əzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Sosialist ukladı getdikcə digər iqtisadi ukladları sıxışdıraraq aradan çıxarırdı. Dövlət ticarəti və kooperasiya getdikcə güclənirdi.
1925-ildən başlayaraq sosialist sənayeləşdirilməsi siyasəti yeridilməyə başlandı.Bu siyasətdə başlıca məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq, sosialist istehsal münasibətlərini inkişaf etdirmək və ölkənin müdafiə qabilyətini möhkəmləndirməkdən ibarət idi.
1926-cı ildə Respublikanın sənayeləşdirilməsi üzrə komissiya yaradıldı. Bu komissiyanın sədri Q.Musabəyov idi.Həmin komissiya 1926-30-cu illərdə Respublika sənayesinin inkişafına dair plan layhiəsi işləyib hazırladı. Ən çox neft sənayesinin və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilirdi.
Lakin respublikada sənayeləşmə çox çətin şəraitdə gedirdi. Texniki-iqtisadi gerilik, müxtəlif ictimi-iqtisadi ukladların olması, sinfi düşmənlərin müqavimət göstərməsi bu çətinliklərdən idi.
Bu dövrdə işsizlik də hələ ləğv edilməmişdi. Onların sayı 55 minə qədər idi.(1927-ci ildə)
Azərbaycanda sənayeləşmə sürətlə getdiyi bir dövrdə müxalifət qüvvələri (Sarkis, A.Babayev, Skublninski və başqaları) sosialist quruluşuna şübhə ilə yanaşırdılar.
Lakin 1926-1928-ci illərdə artıq sənayeləşmə sahəsində ilk nailiyyətlər əldə edildi. Gəncədə yağ-sabun kombinatı, Bakıda iri çörək zavodu, Putada neft quyusu , oksigen –asetilen zavodu işə salındı.1926-cı ildə Bakını neft rayonları ilə birləşdirən ilk elektrik dəmir yolu hərəkətə başladı.Yeni neft yataqlarının axtarılıb tapılması sahəsində işlər genişləndi.
1928-1929-cu illərdə Azərbaycanda sənayeləşmənin textiki cəhətdən yenidən qurulmasının birinci mərhələsi başa çatdı.
Elektrikləşdirmə sahəsində xeyli uğurlar əldə edildi.Salyan,Füzuli və Şəkidə elektrik stansiyaları tikintisi başa çatdı. Sənayenin inkişafı ilə yanaşı fəhlə sinifinin də sayı artırdı.1927-ci ildə onların da sayı 47 mindən 200 minə çatdı.
Sənayeləşmə ilə yanaşı kənd təsərrüfatının da sosialistcəsinə yenidən qurulması prosesi genişlənməyə başladı.Xırda fərdi təsərrüfatlar vasitəsilə şəhər əhalisini ərzaqla təmin etmək çox çətin idi. Kənddə xüsusi mülkiyyətçilik münasibətləri sənayenin də inkiçafına maneçilik törədir.1928-ci ildə fərdi kəndli təsərrüfatların sayı 354 minə çatırdı. Bu vəziyyətdən çıxış yolu kollektiv təsərrüfatların yaradılmasında idi.
1927-ci ildən baçlayaraq kənddə kolxozların yaradılması siyasəti genişləndi.Bu prosesə rəhbərlik etmək üçün Azərbaycan Mərkəzi Kolxoz idarəsi yaradıldı. Artıq 1928-ci ildə 289 belə təsərrüfat yaradılmışdı. Eyni zamanda sovxozlar texniki cəhətdən kolxozlara yardım edirdilər.
Göstərmək lazımdır ki, kolxoz quruculuğu çətin şəraitdə yerinə yetirilirdi. Kənddə sinfi mübarizə dərinləşir, sovet quruculuğunun qatı düşmənləri olan qolçomaqlar kolxoz quruculuğuna qarşı mübarizə aparırdılar. Onlar quldur dəstələri yradaraq kənd fəallarını öldürür, taxıl zəmilərini yandırr, kolxozun anbarlarını dağıdaraq sapotajçılıqla məşğul olurdular. Qolçomaqlara qarşı Azərbaycan Dövlət Siyasi İdarəsi mübarizə aparırdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mədəni quruculuq sahəsində də mühüm irəliləyişlər oldu.
1920-ci ildən başlayaraq Azərbaycanda savadsızlığın ləğv edliməsi sahəsində işlər görülməyə başlandı. Bunumla əlaqədar savadsızlığı ləğv edən məktəblər yaradıldı.1923-cü ildə Respublika hökuməti yanında Q.Musabəyov başda olmaqla savadsızlığa qarşı mübarizə Komitəsi yaradıldı.1922-1926-cı illərdə savadsızlığı ləğv etmə məktəblərində 42,7 minə qədər adam savadsızlığını ləğv etmişdi.
1930-31-ci illərdə respublikada ümumi icbarıi təhsil tətbiq edilməyə baçlandı.Köhnə məktəblərin əvəzində iki tipli kütləvi təhsil məktəbləri- 5 illik təhsil müddəti olan bir dərəcəli ibtidai məktəb, 4 illik təhsil müddəti olan iki dərəcəli məktəb (orta məktəb)yaradıldı. Məktəblərdə dini təlim ləğv edildi.
1925-ci il mayın 25-də Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi. Qurultayda respublikada yeni məktəb quruculuğu sahəsində əldə edilmiş uğurlara yekun vuruldu.
Xalq təhsilinin inkişafında əlifba islahatının həyata keçirilməsinin mühüm rolu olmuşdur.1929-cu il yanvarın 1-dən latın əlifbası qəbul olundu. Lakin təəsüf ki, 1940-cı il yanvarın 1-dən rus-kirill əlifbaslna keçid o qədər də məqsədə uyğun deyildi və bu siyasət bilavasitə Moskvanın göstərişi ilə həyata keçirilmişdi.
Bu dövrdə mədəni-maarif müəssisələrinin genişləndirilməsi sahəsində də müəyyən içlər görüldü. Mədəni-maarif işində qiraət evlərinin,qırmızı guşələrin, kitabxana və klubların təşkil edilməsi əsas yer tutrdu .
1920-ci ildə Bakıda ilk dəfə Əli Bayramov adına Mərkəzi klub yaradıldı. Bu klubun yaxın qəzalarda 17 şöbəsi fəaliyyət göstərirdi. Həmin klubların nəzdində ümumtəhsil və peşə kursları,məktəblər,sənətkarlıq,tikinti,toxuçuluq və s.emalatxanlar,musiqi,dram dərnəkləri fəaliyyət göstərirdi.
1925-ci ildə Respublikada 75 kütləvi kitabxana fəaliyyət göstərirdi.
Bu dövrdə mətbuat və nəşriyyat işi də inkişaf stməyə başladı.Respublikada qəzet və jurnallar şəbəkəsi xeyli genişləndi. “Yeni yol”, “Molla Nəsrəddin”, “Maarif və mədəniyyət” jurnalları çap edilməyə başladı.
Bu dövrdə orta ixtisas və ali təhsilin də inkişafına diqqət yetirilirdi.1926/27-ci tədris ilində respublikada 39 pedaqoji, kənd təsərrüfatı, sənaye texniki, nəqliyyat,tibb üzrə orta ixtisas məktəbi fəaliyyət göstərirdi.1920-ci ildən BDUyeni inkişaf mərhələsinə qədəm qoydu.Yeni fakültələr-fizika-riyaziyyat və şərqşünaslıq fakültəsi açıldı.
1921-ci ildə Azərbaycan Politexniki institutu yaradıldı. Onun tərkibində texnologiya, mühəndis-inşaat və kənd təsərrüfatı fakültələri yaradıldı. Sonralar 1929-cu ildə kənd təsərüfatı fakültəsi əssında Gəncədə Kənd Təsərrüfatı İnstitutu yaradıldı.
1921-ci ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutu fəaliyyətə başladı.1922-ci ildə Qadın Pedoqoji İnstitutu da təşkil edildi və sonralar APİ ilə birləşdi.
Ümumiyyətlə 1926/27-ci tədris ilində Respublikada fəaliyyət göstərən 5 ali məktəbdə 5351 nəfər tələbə təhsil alırdı.
Azərbacanın sosial və iqtisadi inkişafında 30-cu illərdə çox böyük irəliləyişlər olmuşdur.1928-32-ci illərə dair birinci beşillik plan vaxtından qabaq yerinə yetirildi. Neft və digər sənaye sahələri, aqrar sahədə böyük inkişaf nəzərə çarpırdı.
Xalq təsərrüfatının yenidən qurulmasının həlledici mərhələsi başa çatır, sosializmin maddi-texniki bazası daha da möhkəmlənirdi. Sosialist iqtisadi və sosial münasibətləri şəriksiz hökmranlıq edir, bütün istismarçı siniflər ləğv olunurdu.
Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaşı inzibati-amirlik idarəetmə sisteminin törətdiyi narazılıqlar da artmaqda idi.
Bu narazılığı aradan qaldırmaqdan ötrü KP-sı “sıralarını təmizləmək” haqqında qərar verdi”. Təkcə 1933-34 –cü illərdə iki mindən çox kommunist partiya sıralarından çıxarıldı. Partiyadan çıxarılanların əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
30-cu illərin ikinci yarısından respublika rəhbərliyində yaranmış mühit, xüsusilə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində duran ermənilərin partiya və güc strukturlarında cəməlşməsinə gətirib çıxardı. Bu siyasət azərbaycanlıları respublikanın ictimai siyasi həyatından təcrid etməyə, fürsət düşdükdə onları fiziki cəhətdən məhv etməyə yönəldilmişdi.
SSPİ –də sosializm cəmiyətinin qurulması, 20-30-cu illərdə olkənin iqtisadiyyatında, onun sinfi tərkibində əmələ gəlmiş əsaslı dəyişikliklər 1924-cü ildə Sovet Konstitusiyasında qəbul edilmiş müddəalara yenidən baxılmasını tələb edirdi.
1936-cı il noyabrın 17-də AZ.SSP IX Sovetlər Qurultayı çağrıldı və orada AZ. SSP-in yeni Konstitusiyasının ümumxalq müsakirəsi dinlənildi və həmin layihə bəyənildi. Həmin layihənin müzakirəsində 1 milyondan çox adam iştirak etmişdi.
Qurultay həmçinin ZSFSR-in ləğv edilməsi haqqında məsələni də müzakirə etdi.
1937-ci il martın 14-də IX Sovetlər Qurultayı öz işini davam etdirərək ,AZSSP –ni Yeni Konstitusiyanı qəbul etdi.
Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ obyektiv olaraq öz əhəmiyyətini itirmişdi. Sosializm quruculuğunda milli amilin təhrif olunması əhalisi müsəlman olan respublikakalarda xüsusilə aydın şəkildə təzahür edirdi.
Azərbaycanda milli özündərkin hər cür təzahürü əksər hallarda millətçilik damğası ilə kökündən kəsilir,onu az çox özündə əks etdirən elmi və ədəbi əsərlər tənqid atəşinə tutulurdu.
Ölkədə avtoritar idarəçilik güclənir, rəhbər xadimlərin –Stalinin, Bağırovun şəxsiyyəyinə pərəstiş daha da güclənir,idarəetmədə daha çox istifadə edilirdi.
Beləliklə vicdanlı komminstlərə,partiya və dövlət xadimlərinə,elm və ədəbiyyat xadimlərinə qarşı geniş hücumlar başlandı.Ən yaxşı ziyalı nümayəndələrin güllələnməsi,sürgün edilməsi ilə müşaiyət olunan represiyyalar başlandı.
1937-ci ilin mayında XII Bakı partiya konfransında M.C.Bağırov bir çox qocaman partiya üzvlərinin ideyaca darmadağın edilməsi üçün çağırışı kütləvi cəzaları həyata keçirmək üçün bir çağırış oldu.
Bağırov və onun əlaltıları Sumbatov –Topuridze, Markaryan,Yemelyanov, Qriqor-yan, Borşov kimi adamlar siyasi vəziyyətdən istifadə edərək Azərbaycanın görkəmli oğullarını məhv etdilər.
Respublikanın görkəmli partiya və dövlət xadimləri R.Axundov, D.Bünyadzadə, M.D.Hüseynov,Ç.İldrım,Ə.H.Qarayev,H.Sultanov kimi şəxsiyyətlər repressiya qurbanı oldular.
Repressiya elm və mədəniyyət xadimlərinə qarşı da yönəldilmişdi. 1937-ci ildə H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, V.Xululu, Əhməd Cavad, T.Şahbazi (Simurq), B.Çobanzadə və başqaları həbs edilərək ya güllələnmiş, ya da Sibirə və uzaq Şərqə sürgün edilmişdilər.
Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sürgün edilmişdi.
Ümumiyyətlə 1937-38-ci illərdə Azərbycanda 70 mindən çox insan –sadə əməkçi, rəhbər, ziyalı represiyanın qurbanı olmuşdu.
Əslində bu Azərbaycan millətinin qatı düçmənləri tərəfindən etnik düşmənçlik məqsədilə məhv edilməsi idi. Belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də daxili işlər idarəsinin baçında ermənilər dururdular.
Beləliklə XX əsrin 30-cu ullərində milyonlarla adam Stalinin şəxsiyyətə pərəstişinin qurbanı olmuşdur. Bunun isə ölkənin gələcək iqtisadi,siyasi,mədəni və hərbi inkişafı üçün çox ağır nəticələri oldu.
Dostları ilə paylaş: |