XII MÖVZU
Güney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və
milli demokratik hərəkat.
Plan
1. Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycanın iqtisadi və
siyasi vəziyyəti.
2. Şah zülmünə və imperalizmə qarşı çıxışlar. Səttarxan hərakatı.
3. İrticanın və imperalist dövlətlərinin azadlıq hərakatını boğması.
4. Türkiyədə milli-demokratik hərəkat. Gənc Türklər hərəkatı
Ədəbiyyat:
1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917).Bakı, 2005, səh. 112-180.
2. Azərbaycan tarixi. Bakı, 1994, səh.622-636.
3. Siyasi tarix. (mühazirə kursu), I hissə, Bakı,1995, səh. 107-171.
4. Həsənov N.Oynamış Təbriz və Səttarxan. Bakı, 1986,səh.35-51.
5. Belova N.K.Səttarxan 1905-1911-ci illər İran inqilabının qəhrəmanıdır.
(rus dilində), Moskva, 1983, səh. 28-41
6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.
XIX əsrin əvvələrində Azərbaycan rəsmi olaraq iki hissəyə parçalandı. Onun şimal torpaqları Rusiyanın, cənub torpaqları isə İranın təsiri altına düşdü. Bu gün Cənubi Azərbaycan adlandırdığımız həmin ərazidə etnik mənşəyi, dili, dini, adət-ənənələri vahid olan azərbaycanlılar yaşayır.
İrana birləşdirildikdən sonra Azərbaycan əyaləti ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub –şərqdə Zəncan və Qəzvin mahalları da daxildi. Sonralar Azərbaycanın inzibati sərhədləri daralmış və 1906-cı ildə qəbul olunmuş seçki Nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləm, Maku, Marağa, Binab, Miyandob, Sovucbulaq, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara daxil edilmişdir.
Rəsmi İran statistikasına görə azərilərin sayı farslardan sonra ikinci yerdə dayanır və 36%-ni təşkil edir. Azərbaycanın idarə olunmasına rəhbərlik rəsmən şahin oğlunun (vəliəhdin) ixtiyarında olmuşdur. Əyalətin Mərkəzi Təbriz olmuşdur. Vilayət və mahallara şahzadələr rəhbərlik edirdilər. Onlar bu yerlərə gəlir mənbəyi kimi baxır və xalqı soyurdular.
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik və maldarlıq idi. Eyni zamanda şəhər əhalisinin də bir hissəsi əkinçilik, bağçılıq və bostançılıq ilə məşğul olurdu.
Cənubi Azərbaycan İranın “taxılçılıq və heyvandarlıq bazası” hesab edilirdi.Yerli və xarici tələbatı ödəyən və xarici bazalar üçün mal ixrac edən sənətkarlıq sahələri də inkişaf edirdi. 20-ci illərə qədər orta əsrlərə xas olan sex quruluşu qalmaqda davam edirdi. Lakin sonralar muzdul əməkdən istifadə və manufakturaların yaranma prosesi gedirdi. Ümumilikdə göstərmək lazımdır ki, Cənubi Azərbaycanın iqtisadi həyatında tənəzzül prosesi gedirdi.
Şimali Azərbaycan, Qafqaz və Rusiya ilə mədəni, iqtisadi əlaqələrin davam etməsi ilə bağlı Cənubi Azərbaycan İranın ictimai-siyasi həyatında mühüm mövqe tuturdu. Göstərilən dövrdə Cənubi Azərbaycanın iqtisadiyyatında, bütün İranda olduğu kimi durğunluq meyli davam edirdi. Bunun da əsas səbəbi İranın Avropa dövlətləri ilə bağladığı qeyri-bərabər, aldadıcı müqavilələr nəticəsində ölkədə təslimçilik rejiminin yaranması idi. İranın, eləcədə Cənubi Azərbaycanın təsərrüfatı müstəmləkə və asılı ölkələrə xas olan yerli xüsusiyyətlər kəsb etdi. Ölkə və onun ən böyük əyaləti olan Cənubi Azərbaycan İngiltərə və Rusiyanın sənaye mallarının satış bazarına, eyni zamanda bu ölkələrin sənayesini xammalla təchiz edən mənbəyə çevrilmişdi. Beləliklə də İran getdikcə daha yaxından dünya mal mübadiləsinə qoşulurdu. Ölkənin ümumdünya bazarına cəlb olunması bəzi sənaye sahələrinin dağ-mədən sənayesi, emal sənayesi sahələrinin yaranması və inkişafına səbəb oldu. Lakin bu , asılı ölkələrə xas olan birtərəfli inkişaf idi.
Cənubi Azərbaycanda coğrafi mühitinə görə çar Rusiyasının nüfuzu daha güclü idi. Burada kənd təsərrüfatının inkişafı Rusiya bazarı ilə münasibətlərin səviyyəsindən asılı idi. Rusiya bazarında pambıq, xammal, boyaq maddələri, yun, dəri və sair kimi məhsullara tələbatın artması həmin sahələrinin inkişafına təkan verirdi.
XIX əsrin sonlarında Cənubi Azərbaycanda əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. Xalça istehsalı sənayenin kapitalist münasibətləri inkişaf etmiş ən başlıca sahəsi idi.
Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yaylıqlar , şal, yun, ipək, pambıq parçalar və başqa toxuculuq məhsulları həm yerli əhalinin tələbatını ödəyir, həm də digər ölkələrə ixrac olunurdu.
XX əsrin əvvələrində ayrı-ayrı sənət sahələri üzrə yaranmış müəssisələr üçün muzdlu əməkdən istifadə artıq səciyyəvi hal almuş, bazarla əlaqə daha da genişlənmişdi.
İranda xarici kapitalın və feodal üsul-idarəsinin hökmranlığı Cənubi Azər-baycanda milli sənayenin inkişafı üçün böyük manelər yaradırdı.
Kənd təsərrüfatının xarici ticarətlə əlaqəsi ona gətirib çıxarmışdı ki, bir çox tacir, sələmçi və varlı məmurlar öz kapitallarını sənaye müəssisələrinin yaradılmasına deyil, torpaq almağa sərf edirdilər. Nəticədə iri və orta ticarət burjiaziyası ilə feodal torpaq sahibliyi arasında güclü əlaqə yarandı. Torpaq sahibləri iri şəhərlərdə yaşamaqla, kənddə böyük torpaq sahələri ələ keçirir və bu torpaqları öz iş adamları- kəndxuda, mübaşir vasitəsilə idarə edirdilər. Kəndli isə həmin feodaldan paydarlıq icarəsi əsasında torpaq sahəsi götürərək əkirdi. Icarə haqqı bəzi vaxtlarda məhsulun 70-85 faizini təşkil edirdi.
Kəndli icarə haqqından əlavə, mülkədara başqa növ vergilər verir, onun üçün feodal mükəlləfiyyəti daşıyırdı. Kəndli eyni zamanda mübaşir, kəndxuda və başqa məmurların öz xeyrləri üçün təyin etdikləri əlavə vergilər də verirdilər.
XX əsrin əvvəllirində Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilərin miqdarı xeyli artırıldı.
Nəticədə Azərbaycandan Rusiyanın içərilərinə doğru kəndlilərin kəsbkarlığa gedənlərin güclü axını başlandı. Bakıda mövsümi işlərə gedənlərin sayı ildə 50-80 min nəfərə çatdı. 1903-cü ilin məlumatına görə Bakıda Cənubi Azərbaycandan gəlmiş işçilərin sayı yerli işçilərin 22 faizə qədərini təşkil edirdi.
Azərbaycanda hakim dairələrin zülm siyasəti, qanunsuzluq, soyğunçuluq əhalinin müxtəlif təbəqələri içərisində narazılığın artmasına, kütləvi həyəcan və çıxışların baş verməsinə səbəb oldu.
30-cu illərin sonu 40-cı illərin əvvələrində Təbrizdə bir neçə dəfə həyacan və çıxışlar baş versə də qəddarlıqla yatırılmışdı.
1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacirlər və səhər yoxsulları hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş vermişdi.
1850-ci ildə Zəncanda babilər üsyanı baş verdi. Babizmin banisi Seyd Əli Məhəmməd olmuşdur. O, özünü imam Mehdi ilə xalqın arsında vasitəçi elan etmiş və buna görə Bab (qapı) ləqəbini götürmüşdür. Onun əsas ideyaları “Bəyan” kitabında öz əksini tapmışdı. Bab yeni yaradılacaq cəmiyyətdə bərabərlik, ədalət, şəxsiyyətin toxunulmazlığı ideyalarını irəli sürürdü. Bununla o, öz fikirlərində tacir, sənətkar, və kəndlilərin arzularını əks etdirirdi.
Məhz baş verən üsyanda iştirak edənlərin sayı 15 min nəfərdən çox idi. Bundan əlavə yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər onun çox hissəsini ələ keçirdilər. Şah hökuməti tərəfindən göndərilən qoşun hissələri iyunun əvvəllərində Zəncanı mühasirəyə aldılar. Lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular.
Dekabr ayında 30 minlik şah qoşunu Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak oldu. Üsyan başçısı Seyid Əli Mə-həmməd ağır yaralanaraq üç gündən sonra vəfat etdi.
Beləliklə dekabrın sonunda sonuncu 100 babi öldürülərək üsyanı yatırmağa müvəffəq oldular. Babilər üsyanı zamanı gələcəyin bir çox inqilabçıları yetişdi və onların bir çoxu ölkədə baş verən xalq çıxışlarında, məşrutə inqilabında fəal iştirak etmişdi.
1891-ci ildə Təbrizdə şah rejiminə qarşı güclü narazılıq baş verir və hətta 20 minə qədər adam silahlanaraq şaha etirazlarını göndərdilər. Nəsrəddin şah geri çəkilməyə məcbur olaraq İngilislərə verilmiş imtiyazları ləğv etdi. 1901-ci ildə Tehranda gizli cəmiyyət və ya inqilabi komitələr, 1905-ci ildə yaranan “Əncüməne – məxfi” əhalini xaricilərin və yerli feodalların özbaşınalığı əlehinə mübarizəyə çağırır və burjua islahatları aparmaq tələblərini irəli sürürdülər.Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fikrin yayılması, milli və siyasi şüurun xarici imperyalizmə və yerli feodalizmə qarşı xalq mübarizəsinin güclənməsində böyük rol oynamışdır.
XX əsrin əvvələrində İran daxilində iqtisadi vəziyyətin ağırlaşması, hökumətin milli mənafeyə zidd hərəkəti sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb oldu.
1905-ci il dekabrın 12 də 17 tacirin həbs edilməsi tacir və rühanilərin həyacanına səbəb oldu. Milli burjaziya nümyəndələri, sənətkarlar və minlərlə adam hökumətə qarşı etiraz yığıncaqları təşkil etdilər.Bununla da İranda məşrutə inqilabı (1905-1911 illər) başladı. İnqilabın ilk dövrlərində hərəkatın idarə edilməsində “ Əncüməne– məxfi”nin böyük rolu olmuşdur.Bu təşkilatların rəhbərlərindən biri Seyid Cəmalləddinin sürgün edilməsi narazılığı daha da artırdı və inqilab komitəsi xalqı silahlı üsyana çağırdı.
1906-cı ilin yayında inqilabçılar şaha aşağıdakı tələbləri irəli sürdülər:
1.Məşrutə (konstitusiya) elan etmək;
2.Məclis(parlament) çağırmaq;
3.Sürgün edilmiş inqilabçıların geri çağrılması və s.
Şah hökuməti bu tələbləri qəbul etməyə məcbur oldu və avqustun 5-də Konstitusiya verilməsi haqqında fərman imzaladı, lakin 1908-ci ildə Məhəmmədəli şah əksinqilabi çevriliş edərək Konstitusiyanı ləğv edir.Bu xəbər Təbrizə çatdıqda şəhərin mübariz qüvvələri ümumi tətilə baçladılar. Sentyabrın 21-də əhalinin xeyli hissəsi etiraza (bəst) başladılar.
1905-1911-ci illər inqilabi gedişində Cənubi Azərbaycanda İranın başqa rayonlarına nisbətən sosial ziddiyyətlər,siyasi vəziyyət daha gərgin olmuşdu.Xalq ədalətli quruluş yaradılmasını tələb eirdi. Hərəkatın əsas hərəkətverici qüvvələri sənətkarlar, fəhlələr, xırda alverçilər, tacirlər, kəndlilər və xırda ruhanilər idilər.
Artmaqda olan hərəkatın təzyiqi altında şah müəyyən güzəştlərə getsə də sonradan onu ləğv etdi.Bu zaman inqilabi hərəkatda 1906-cı ildə əsası qoyulmuş sosial-demokratik partiyası mühüm rol oynayırdı.Bu partiya Şimali Azərbaycanda fəaliyyət göstərən “Hümmət” və sosial-demokrat partiyasının Bakı komitəsi ilə sıx əlaqə saxlayırdı. Hətta Cənubi Azərbaycan sosial-demokratları öz proqramlarını yerli şəraitə uyğun olacaq PSDFP-nin Proqramını əsas götürmüşdülər.Təbrizdə “Gizli mərkəz” adlandırılan sosial-demokratların başında Əli Müsyo dururdu.
1906-cı ildə Məclisə seçkilər keçirilməsi haqqında Əsasnamə imzalandı.Sentyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə Şah sarayından müsbət cavab aldılar.Bu uğurlar xalqı daha da ruhlandırdı. Xalq hərakat başçıları qarşısında mübarizənin davamı üçün zəruri olan bir siyasi mərkəzin yaradılması və bu təşkilatın ətrafında birləşmək tələbini qoydular. Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi Əncümənin əsasını qoydu və həmin təşkilat rəsmən “Azərbaycan əyalət Əncüməni”adlandırıldı.
1906-cı ilin noyabr-dekabr aylarında Azərbaycanın Urmiya, Xoy, Səlmas, Marağa, Ərdəbil, Zəncan və s. şəhərlərində də vilayət əncümənləri yaradıldı. Lakin Şah hər vasitə ilə demokratik hərəkatın qarşısını almağa və onları məhv etməyə çalışırdı.Bu məqsədlə Şah əksinqilabi irticaçı tədbirlər həyata keçirməyə başaladı.Tehranda “Fetovvat”, Təbrizdə “İslamiyyə”adlı əksinqilabı irticaçı əncümənlər yaradıldı. 1908-ci ilin aprel ayında Şah hükuməti əksinqilabi çevriliş həyata keçirməyə başladı.Əksinqilab bütün İranda hücuma keçdi. Təbrizdə inqilabi hərəkat daha ciddi xarakter almışdı. Azərbaycan Əncüməni, sosial-demokrat təşkilatı yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlanmağa başladılar. İnqilabın mərkəzi Tehrandan Təbrizə keçdi.
1908-ci il iyunun 23-də Təbriz üsyanını boğmağa çalışan Şah qüvvələri Təbrizə daxil oldular,onun şimal-şərq hissəsini tutdular.Əmirəxiz məhəlləsini Təbriz üsyanının görkəmli nümayəndəsi Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər.
Təbrizin müqaviməti şah hökumətini olduqca narahat edirdi.Buna görə 1908-ci ilin avqustunda Şah Təbrizə 40 minlik silahlı qüvvə göndərdi. Sentyabrın 25-dən Təbriz üzərinə iki günə qədər davam edən hücum başlandı, lakin məğlub olaraq oktyabrın 12-də şəhəri tərk etməyə məcbur oldular.
Təbriz üsyançılarının qələbə xəbəri tezliklə ölkəyə, Qafqaza və Avropa ölkələrinə yayıldı. Bu yerlərdən Səttar xanın adına təbrik teleqramları göndərildi.Səttarxan 11 ay davam edən vuruşlarda mahir sərkərdə kimi inqilabın əsl rəhbərinə çevrildi. Xalq öz milli qəhramanını “Sərdar-e milli”,Bağır xanı isə “Salar-e milli”adlandırırdı.
1909-cu ilin fevralına qədər cənubi Azərbaycanın bütün qərb vilayətləri inqilabçıların əlinə keçdi. Şərq vilayətlərində də əksinqilaba qarşı etiraz hərəkatı güclənməyə başlandı. Məhəmmədəli şah hər vasitə ilə inqilabı boğmağa çalışırdı.O, yenidən 40 mindən çox silahlı qüvvə toplayaraq Təbriz üzərinə yeni hücum hazırlayırdı.1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında şəhər üzərinə əksinqilabın yeni hücumu başladı. Lakin bu hücumlar da inqilabçıların qələbəsi ilə nəticələndi. Mühasirədə olan xalq aclıq və qıtlıqdan çox əziyyət çəkirdilər.Aprelin 14-də Marağa qubernatoru olmuç Səməd xanın qoşunları Təbrizə hücum etdilər. Onlar da məğlub edildi.
Belə bir şəraitdə İngiltərə və Rusiya əksinqilaba kömək məqsədilə açıq müdaxiləyə başladılar. 1909-cu ilin aprelində Çar Rusiyası guya öz təbəələrini müdafiə etmək məqsədilə Təbrizə daxil olur və aprelin 29-da Təbriz üsyanı yatırılır.
Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda yenidən hərəkatın yüksəlişinə təkan verdi. Rəşt və İsfahanda üsyanlar uğurla başa çatdı. Üsyançılar Tehran üzərinə yürüş edərək Məhəmmədəli şahı hakimiyyətdən devirdilər (16 iyul 1909-cu il). Konstitusiya (məşrutə)yenidən bərpa olunur.
Təbriz fədailərini tərk-silah etmək məqsəidlə Tehranın rəsmi dairləri tərəfindən Səttərxan və Bağırxan Tehrana dəvət olunurlar. Aprelin 15-də (1910 cu il)onlar 100 nəfər fədai ilə Tehrana daxil olurlar.Tehran fədailərindən də üsyançılara qoşulurlar
1910-cu il avqustun 7-də fədailər üzərinə 6000-lik şah qoşunu qəflətən xaincəsinə hücum etdilər.Gecə saat 11-dək vuruşma oldu, lakin üsyançılar məğlub oldular.18 nəfər həlak oldu, 40 nəfər,o cümlədən Səttərxan yaralandı.
Dekabrın 28-dən isə Təbriz fədailərinin müqaviməti qırıldı.Ələ keçən fədailər və Əncümən rəhbərlərinə divan tutuldu.Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı.
Səttərxan və Bağırxan həbs olunsalar da Şah onlara divan tutmağa qorxdu. 1914-cü ildə Səttərxan, 1917-ci ildə Bağırxan vəfat etmişlər.
Cənubi Azərbaycanda inqilabi hərəkat 1917-ci il Rusiyada baş verən inqilabların təsiri altında yenidən güclənməyə başladı.Bu hərəkatlara 1917-ci ilin avqustunda sərbəst fəaliyyətə başlayan İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi rəhbərlik edirdi.Komitənin başında Azərbaycan xalqının görkəmli oğlu Şeyx Məhəmməd Xiyabanı dururdu.(1880-1920).Partiyanın orqanı olan “Təcəddüd” qəzetində Ş.M.Xiyabani kəskin siyasi ruhlu məqalələrlə çıxış edirdi.O, 1918-ci ildə Cənubi Azərbaycana soxulmuş Osmanlı qoşununa qarşı müqavimət göstərmək üçün 500 nəfərlik silahlı dəstə də yaratmışdı.
1920-ci ilin əvvəllərindəTəbrizdə həm şah rejiminə, həm də İngilis müstəmləkəçilərinə qarşı izdihamlı nümayiş keçirildi.Aprelin 7-də dinc nümayiş silahlı üsyana çevrildi.Üsyanın hərəkətverici qüvvələri fəhlələr, şəhər yoxsulları, sənətkarlar və xırda tacirlər idilər.
Bu vaxt üsyana rıəhbərlik etmək üçün “İctimai heyət” yaradıldı. Üsyançılar Təbrizdə əsas dövlət idarələrini ələ keçirdilər. Təbrizin ardınca Marağa, Xoy, Ərdəbil şəhərlərində də hakimiyyət üsyançıların əlinə keçdi. Beləliklə Cənubi Azərbaycan “Azadistan”adlandırılmağa başlandı.1920-ci il iyunun 22-də S.M. Xiyabaninin başçılığı ilə milli hökumət yaradıldı.Hökumət tezliklə iqtisadiyyat, maarif,səhiyyə və aqrar sahədə islahatlar keçirməyə başladı.
Şah hökuməti üsyanı yatırmaq və azərbaycanlılara divan tutmaq məqsədilə İngilislərin köməyi ilə üsyançıların imperialist üzərinə şiddətli hücuma keçdi. Hücum 1920-ci ilin sentyabrın 11-də başladı və qoşun Təbrizə daxil oldu.10 günə qədər davam edən şiddətli küçə vuruşmaları nəticəsində üsyan yatırıldı.Sentyabırın 14-də S.M. Xiyabani vəhşicəsinə öldürüldü.
Bundan sonra 1920-ci ilin mayında Kiçik xanım rəhbərliyi altında Gilan şəhərində inqilab baş vermiş və “Gilan Sovet Respublikası ” elan olunmuşdur.
Lakin daxili siyasi qüvvələr arasındakı çəkişmələr nəticəsində bu Respublika uzun zaman fəaliyyət göstərə bilmədi.1921-ci ilin sonlarında əksinqilabi qüvvələrin Gilana soxulması ilə bu Respublika məğlubiyyətə uğramışdı.
Beləliklə XX əsrin əvvələrində Cənubi Azərbaycanda azadlıq uğrunda gedən mübarizələr Şah hökuməti və ona kömək edən xarici imperalist qüvvələrin köməyilə qan içində boğuldu.1925-ci ildə hakimiyyətə gələn Rza şah Pəhləvinin irticaçı qüvvələri Cənubi Azərbaycanın demokratik qüvvələri üzərinə geniş hücuma keçməyə başladılar.
XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə də monarxaya sisteminə qarşı milli demokratik hərəkat genişlənməyə başladı.Müxtəlif ölkələrə yayılmış olan Gənc Türk qruplarını bir mərkəz ətrafında birləşdirmək və ortaq bir hərəkat yolu seçmək məqsədilə 1902-ci il fevralın 4 də Parisdə gizli bir yığıncaq keçirildi. Yığıncaqda Sultan Əbdülhəmidin devrilməsi, bu çevrilişdə ordudan istifadə məsələsi qarşıya qoyuldu. Bu fikrin tərəftarı Prins Səbahəddin olmuşdur:
1907-ci ilin dekabrında Parisdə Gənc Türklərin ikinci Konqresi keçirildi. Konqres pozitivist Əhməd Rzanın təklifini qəbul edərək Sultan Səltənətinin və Xəlifəliyin saxlanması haqqında qərar qəbul etdi. 1908-ci ildə Türkiyədə müxalifətçi hərəkat daha da genişlənməyə başlayır. Makedoniyada üçüncü Ordu birləşmələrində mübariz ruh daha güclü idi.Bu ordunun gənc zabitlərindən Ənvər bəy və Rəsnəli Niyazi özləri ilə silah götürərək dağlara qalxdılar. Fədailər Monastr dağına çığmağa başladılar.
Beləliklə üsyan başlayır. Üsyan tezliklə Ədirnədəki hərbi hissələrə də yayılmağa başlayır.
Üsyana Əlibəy Hüseynzadənin yaratdığı “İddihad və tərəqqi”partiyasının mər-kəzi komtəsi rəhbərlik edirdi.Bu partiya konstitusiyanın yenidən elanı üçün hərəkatın başlandığını bütün Avropaya bəyan etdi.
Sultan Əbdülhəmid hərəkatın rəhbərlərini əla almağa çalışsa da,buna nail ola bilmədi: Saloniki və Monastrdakı ordular Sultana qarşı açıq cəbhə təşkil etdilər.1908-ci il iyulun 20 –də Monastrın müsəlman əhalisi üsyana qalxaraq hərbi cəbhəxananı ələ keçirdilər.Bunun ardınca Kosovada da belə hərəkat baş verdi.İyulun 23 –də Sultan Konstitusiyalı Monarxiya haqqında fərman verməyə məcbur oldu.
“İttihad və tərəqqi ”partiyası getdikcə güclənərək dövləti idarə etmək vəzifəsi ilə üz-üzə dayandı.1908-ci il seçkilərində iştirak edərək Parlamentdə bir neçə yer əldə etdi.1908-ci ildə yaranmış “Əhrar”partiyası da məclisdə bir yer əldə edir.
1909-cu ildə siyasi hadisələr daha da kəskinləşdi. Bosniya-Hersoqvinanın, Bolqarıstanın, Krit adasının itirilməsi gərginliyi daha da artırdı. Aprelin 13 də əsgəri birləşmələr məclis binası önünə toplaşaraq Baş nazirin və Məclis sədrinin istefasını tələb etdilər və buna nail oldular.Aprelin 23-də Şövkət paşnın başçılığı altında qoşun hissələri İstanbula girərək Sultan II Əbdülhəmidi taxtdan salmış və onun yerinə Mehmet Rəşadi gətirmişlər.
1909-1911-ci illərdə “İttihad və Tərəqqi ” yavaş- yavaş ölkədə hakim siyasi partiyaya çevrilir. Bir sıra partiyaların fəaliyyəti isə qadağan edildi.
1912-ci ildə hakimiyyətə” Xilaskar Zabitan ” qurupunun təzyiqi ilə Qazi Əhməd Muxtar Paşa gəldi. Lakin elə həmin ildə Balkan müharibəsinin başlanması ilə bu hökumətin vəziyyəti olduqca ağırlaşdı. 1913-cu ildə hakimiyyət “İttihad və Tərəqqi”partiyasının üzvlərindən Tələt, Ənvər və Camal Paşanın əlinə keçdi. Beləliklə 1918-ci ilə qədər ölkənin taleyinə tamamilə hakim olan Gənc türklərin hakimiyyəti bərqərar oldu.
Gənc Türklər parlamentli bir rejim yaratmaqla qərb dövlətlərinin köməyi ilə dövlət daxilində olan çətinlikləri asanlıqla aradan qaldıracaqlarına inanırdılar.Ancaq hadisələr heç də onların düşündükləri kimi olmadı.
1911-ci ilin sentyabrında İtaliya ilə müharibə başladı.Rusiya ilə saziş bağlayan İtaliya Egey dənizində 12 adanı və Trablisi ələ keçirdi. Rusiyanın da Balkanlarda öz siyasəti var idi.Rusiya buradakı Slavyan dövlətlərini birləşdirərək Avropadakı Osmanlı torpaqlarını bunların arasında paylamaq, Bosfor və Dardanel boğazlarına yiyələnmək istəyirdi.
Rusların yeritdiyi siyasət nəticəsində Bolqar –Serb müqaviləsi bağlandı və bu müqaviləyə Yunanlar da qoşuldular.Çernoqoriyanın da bu müqaviləyə qoşulması ilə Osmanlı dövlətinə qarşı Balkan dövlətlərinin ittifaqı yaradıldı. Oktyabr ayında Çernoqoriya, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibəyə başladılar.Ordu daxilində gedən ziddiyətlər nəticəsində zəifləyən Türk ordusu bir neçə cəbhədə məğlub oldular.
1913-cü il mayın 30 da müqavilə imzalanır.Bu müqavilə ilə Osmanlı dövləti Egey adalarının taleyini və Albaniyanın sərhədlərinin müəyyən edilməsi taleyini böyük dövlətlərin ixtiyarına verirdi. Beləliklə 1913 cü ildə Avropa Türkiyəsinin çox böyük qismi itirilmiş olur.
Gənc Türklərin hakimiyyəti dövründə Türkiyənin siyasi cəhətddən zəifləməsinə və bir sıra torpaqların itirilməsinə baxmayaraq, ölkə daxilində iqtisadi və mədəni həyatda bir çox uğurlar əldə edildi. Gənc Türklər ölkə daxilində bir sıra islahatlar həyata keçirdilər. İqtisadi baxımdan Gənc Türklərin ən böyük addımı 1914-cü ildə iş yerlərinin milliləşdirilməsi oldu.
1914-cü il iyulun 10- dan etbarən bütün şirkət və idarələrdə yazışmalar türk dilində aparılmağa bağlandı. İqtisadi- təhsil sisteminə böyük üstünlük verilirdi. İqtisadi təhsil almaq üçün Almaniyaya tələbələr göndərildi. Magistr və texniki işçilər hazırlayan kurslar açıldı.
1917-ci ilin martında Osmanlı Milli Bankı yaradıldı.1915-ci ildən “Sənaye qanunu” yenidən ffəaliyyətə başladı. Həmin qanuna əsasən fabrik və zavodlarda türk vətəndaşları işləməli idilər.
1917-ci ildə “Ziraət Xidmət Qanunu” qəbul edildi. Qanuna görə əsgərlikdən azad olmuş bütün vətəndaşlara kənd təsərrüfatı işlərində xidmətçi kimi istifadə etmək hüququ verildi.
Qadın hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldü. İlk dəfə qadın Universiteti 1917-ci ildən fəaliyyətə başladı. Orduda gəncləşdirmə siyasəti həyata keçirilərək , Almaniyanın köməyi nəticəsində silah və təchizat cəhətdən yenidən quruldu. Həmin ordu I Dünya müharibəsində İngilis və Ruslara qarşı uğurla vuruşmuşdu.
Gənc Türklərin hakimiyyəti illərundə milli kitabxana, arxiv, musiqi və coğrafiya institutları kimi mədəniyyət və elm qurumları yaradıldı.
Umumiyyətlə Gənc Türklərin hakimiyyəti dövründə (1908-1918-ci illər) Osmanlı düvlətinin tarixində çox mühüm dəyişikliklər olmuşdur.
Dostları ilə paylaş: |