Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 332,19 Kb.
səhifə14/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
1-1Az tarixi

Azərbaycanın cənub xanlıqları:

Bu xanlıqlardan biri Qaradağ xanlığı olmuşdur. Onun əsasını qoyan Kazım xan (1748-1752) qonşu feodal hakimlərlə münasibətdə ehtiyatlı siyasət yeridir, xanlığın daxili işlərini qaydaya salırdı. Xanlığın mərkəzi Əhər şəhəri olmuşdur. Bu xanlıq 1782-ci ildə Qarabağ və Xoy xanlıqları tərəfindən işğal edildi və bundan sonra xanlıq öz müstəqilliyini itirdi.

Təbriz xanlığının banisi Dünbuli tayfasından olan Nəcəfqulu xan (1745-1780) olmuşdur. Bu xanlıq müəyyən vaxt ərzində Urmiya feodallarından asılı vəziyyətdə olmuşdur. Lakin 1763-cü ildə Təbriz xanlığı tam müstəqillik əldə edir.

Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdur. (1747-1750) elə bir əhmiyyət kəsb etməyən bu xanlıq Qacar hakimiyyətinə qədər müstəqil fəaliyyət göstərmişdir.

-Ərdəbil xanlığının banisi Şahsevən tayfasından Nəzərəli xan (1747-1783)olmuşdur.O,xarici siyasətdə Qarabağ və Talış xanlığı ilə əlaqələrə üstünlük verirdi.Ərdəbil xanlığı Kərim xan Zəndə qarşı mübarizə aparmışdır.

-Güclü xanlıqlarından biri olan Urmiya xanlığının əsası Fətəli xan Əfşar (1747-1763) tərəfindən qoyulmuşdur. Fətəli xan Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi.O,1763-cü ildə Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra xanlıq öz əvvəlki əhəmiyyətini itirir.

-Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. Mülayim siyasət yeridən Şahbaz xan Urmiya hakimi Fətəli xan Əfşarla dostluq siyasəti yürüdürdü. O, da Zənd tərəfindən məğlub edilmişdir.

-Maku xanlığı Bayat tayfasının başçısı Nadir şahın sərkərdəsi olmuş Əhməd sultan (1747-1778) tərəfindən yaradılmışdır. Xanlığın mərkəzi Maku şəhəri idi. Xanlıq öz ətrafında 30 kənd birləşdirdi.

-Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tə­rəfindən qoyulmuşdur.O, Məhəmməd Həsən Qacara qarşı mübarizə aparmış-dır. Sonralar Kərim xan Zəndin nominal hakimiyyətini qəbul etmişdir.

Yuxarıda adlarını çəkdiyimiz cənub xanlıqları demək olar ki, Azərbaycanın siyasi həyatında o qədər də əhəmiyyətli rol oynamamış, tezliklə mübarizələrdə tarix səhnəsindən çəkilb getmişlər.

İranda baş vermiş feodal ara mühartibələrində mənşə etibarıilə türk –qızılbaş olan Qacar sülaləsi qələbə qazandı. Sülalənin banisi ağa Məhəmməd xan Qacar XVIII əsrin 80-ci illərinin ortalarında İranın başlıca əyalətlərini (Xorasan istisna olmaqla) işğal edərək Tehranı özünə paytaxt etdi. O,1793-cü ildə Azərbaycan xanlarına tabe olmaq haqqında fərmanlar göndərdi. Lakin onun bu fərmanları Azərbaycan xanlarını qorxutmadı. Qarabağ, Lənkəran, xanları, Kartli çarı II İrakli, İrəvan xanı Məhəmməd Qacarın gələcək hücumlarının qarşısını almaq üçün tədbirlər həyata keçirdilər.Hətta İbrahimxəlil xan Araz çayı üzərindəki Xudafərin körpüsünü dağıtmağı əmr etdi.

1794-cü ildə Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik qoşun göndərir. Lakin qoşun Əsgəran qalası yaxınlığında məğlub olub geri çəkildi. Dərbənd, Gəncə və Şəki xanlarının itaət etməyə hazır olduqlarını görən Məhəmməd Qacar yeni yürüşlərə həvəsləndi. Həm də bəzi Azərbaycan xanlarının Rusiyaya meyl etməsi Qacarı Azərbaycana yürüş etməyə tələsdirdi.

Qacar qoşunlarına 3 istiqamətdə-Lənkəran, İrəvan və Şuşa istiqamətində yü-rüş etməyi əmr etdi.

Qacar xan özü Şuşa üzərinə yürüşə başladı. İrəvana doöru hərəkət edən İran qoşunları (sərbazlar ) Naxçıvan qalası yaxınlığında ciddi müqavimətə rast gəldilər.Qacar şah buradan İrəvana doğru hərəkət edərək qalanı alır.

Ağa Məhəmmədin özünün başçılıq etdiyi əsas qoşun 1795-ci ilin yayında Şuşa qalasını mühasirəyə aldı. Lakin qala möhkəm müdafiə olunurdu . Hətta qala müdafiəçiləri bir neçə dəfə qaladan çıxaraq düşmənə ciddi zərbə endirdilər.Şuşanın mühasirəsi bir aydan artıq davam etdi. Düz 33 gündən sonra işğalçılar Şuşanın mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyə başladılar. Sentyabr ayında onlar Tiflisi qarət etdilər. Bu yürüşdə Ağa Məhəmməd şahı Cavad xan da müşaiyət etmişdir.

Bundan sonra Ağa Məhəmməd şah qışlamaq üçün Muğana gedir və oradan yenidən Azərbaycan xanlarına və Dağıstan hakimlərinə hədə qorxu dolu məktublar göndərir. Bu zaman Azərbaycanın bir sıra xanları kömək üçün Rusiyaya müraciət edirlər . Bu müraciətlər rus qoşunlarının Ön Qafqaza hərbi yürüşünə səbəb oldu.1796-cı il aprelin 18 –də Zubovun başçılığı altında 30 minlik Rus qoşununun Azərbaycana yürüşü başladı. Bunu görən İran şahı tələsik Arazın o tayına çəkildi. Həmin ildə o,özünü İran şahı elan etdi.

Rus qoşunları Dərbəndə yaxınlaşırlar .Quba xanı Şeyx Əli Azərbaycan xanlarına Dərbəndə kömək etməyə dair müraciət etsə də bu müraciətə Bakı xanından savayı heç kəs cavab vermədi. Dərbən də baş vermiş ixtişaşlar nəti-cəsində şəhər təslim olur. Zubov buradan Şamaxı istiqamətində yürüş edir. Mustafa xan şəhərdən çıxır. Onun yerinə Zubova təslim olan Qasım xan Şamaxı xanı təyin edilir. Zubov daha sonra Salyan tərəfə gedərək orada düşərgə salır. Bu vaxt Qarabağ xanının nümayəndəsi də ora gələrək Ruslara itaətini bildirir. Beləliklə Azərbaycanın Şimal xanlıqlarının bir neşəsi Rusiyaya tabe edildi. Lakin Ruslar Azərbaycanda möhkəmlənə bilmədilər. 1796-cı ildə II Yekatirinanın ölməsi Qafqaz siyasətinə təsir etdi. Çar I Pavel 1797-ci ildə Rus qoşunlarını Azərbaycan və Dağıstandan geri çağırdı.

Rus qoşunlarının buradan getməsindən istifadə edən Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında böyük bir ordu ilə Arazı keçərək Şuşaya yaxınlaşdı. İbrahim Xəlil xan öz dəstəsilə düşmən topxanasına hücum edərkən geri qayıdır və qala qapılarını bağlı görür. Qalada ona qarşı xəyanət etmişdilər.Ona görə də İbrahim Xəlil xan öz dəstəsi ilə Car Balakənə-Avar hakimi, qohumu Ümmə xanın yanına gedir.

Şuşa qalasının müdafiəçiləri başsız qalır və qala içərisində çaxnaşma yaranır. Bundan istifadə edən İran Şahı Şuşanı işğal edir. O, şəhər əhalisi üzərinə 200 min əşrəfi cərimə təyin edir. İran Şahı İbrahim xanın düşməni olan Məhəmməd bəyi Şuşanın xanı təyin edir.

İran Şahının Qarabağı tutması Azərbaycanda siyasi vəziyyəti dəyişdi. Gən-cə,Quba ,Bakı, Şəki xanları İran Şahına öz itaətlərini bildirdilər.

Ağa Məhəmməd şah yüzlərlə adamı zindana saldırdı. Onların içərisində M.P.Vaqif və oğlu Əli bəy də var idi. Onalrın hamısını edam gözləyirdi.

Lakin 1797-ci il iyulun 4-də İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin təşəbbüsü ilə Şahın yaxın adamları Səfərəli bəy və Abbas bəy tərəfindən Qacar şah öldürülür. Bunu görən İran qoşunu tələsik geri çəkilir. Məhəmməd bəy hakimiyyəti ələ keçirir və onun əmri ilə M.P.Vaqif və oğlu öldürülür.

Tezliklə İbrahim xan Şuşaya qayıdır. Məhəmməd bəyi xəyanətdə ittiham edərək həbs edir və onun düşməni Şamaxı xanı Mustafa xana göndərir.O, isə öz nöbəsində Məhəmməd bəyi edam edir.

Beləliklə XVIII əsrin sonlarına yaxın nə Rusiya nə də İran işğalçılarına Şimali Azərbaycanı işğal etmək nəsib olmadı.




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin