MƏHKUMLARIN İSLAH EDİLMƏSİNDƏ VƏ PENİTENSİAR MÜƏSSİSƏLƏRİN
FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİNDƏ
İCTİMAİYYƏTİN İŞTİRAKINI TƏMİN EDƏN İCTİMAİ KOMİTƏNİN
2011-
ci İL ƏRZİNDƏKİ FƏALİYYƏTİNƏ DAİR
YEKUN HESABAT
Hesabat İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev tərəfindən
hazırlanmışdır
BAKI-2012
MÜNDƏRİCAT
XÜLASƏ
1.
MƏHKUMLARIN ISLAH OLUNMASINDA IŞTIRAK
1.1. M
əhkumların hüquqi maarifləndirilməsi
1.2. F
ərdi tərbiyəvi işin aparılması
1.3. Əcnəbi məhkumlara yardım edilməsi
1.4. M
əhkumlara və onların yaxın qohumlarına mənəvi dəstək
1.5. M
əhkumların azadlığa hazırlanması
2.
İCTIMAİ NƏZARƏTDƏ İŞTİRAK
2.1.
İK üzvlərinin CÇM-lərdə həyata keçirdikləri başçəkmə-monitorinqlər
2.2.
Saxlanma şəraiti ilə tanışlıq
a.
Yaşayış şəraiti
b.
Məşğulluq və iş yerlərində şəraiti
c.
Asudə vaxtın təşkili
d.
Xarici aləmlə əlaqə
e.
Görü
şlər üçün şərait
f.
Cəza kameralarında vəziyyət
g.
Məhkumların təqaüdlə bağlı olan problemləri
h.
Konfedensial görü
şlər
i.
Tibbi Hissədə vəziyyət və tibbi yardıma çıxışın vəziyyəti
j.
Personalın davranışı və ya pis rəftarın olub- olmaması
k.
Qüvvə tətbiqi hallarının olub olmaması
l.
İşçi heyət üçün yaradılmış əmək şəraiti və işçilərin əmək və sosial hüquqlarının
təmin olunma vəziyyəti
2.2. Kütl
əvi tədbirlərdə iştirak, işçi heyət və məhkumlarla görüşlər keçirilməsi
2.3. M
əhkumların qəbulunun aparılması
2.4. Normativ-hüquqi aktlarla v
ə məhkəmə qərarları ilə tanış olma
2.5. Hüquq v
ə azadlıqların təmin olunması ilə bağlı rəhbərliyə müraciət
2.6. Qanunvericiliy
ə dəyişiklik edilməsi üzrə təklifin verilməsi
2.7.
Hüquq v
ə azadlıqların təmin olunması üzrə Komitənin hesabatının tərtib
olunması
3.
İK-NİN DİGƏR FƏALİYYƏTLƏRİ
3.
1.
İK-nin fəaliyyətinin KİV-də işıqlandırırlması
3.
2. İK-nin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi
3.3. İK-nin veb-saytının təkmilləşdirilməsi
4.
NƏTİCƏLƏR
5.
TÖVSİYYƏLƏR
6.
ƏLAVƏLƏR
XÜLASƏ
M
əhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai
n
əzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə ( bundan
sonra: Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə) Azərbaycan
Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq olunmuş və
27 aprel 2006-
cı il tarixində Dövlət qeydiyyatına alınmış “Məhkumların islah edilməsində
ictimaiyy
ətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata
keçirilm
əsi Qaydaları” əsasında fəaliyyət göstərir. İctimai Komitənin fəaliyyətinin əsas
istiqam
əti məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin etməkdir.
«M
əhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin
f
əaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları»na uyğun olaraq Komitə müvafiq
dövl
ət və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparılaraq yaradılmış geniş tərkibli
Seçki Komissiyası tərəfindən formalaşdırılır.
Qaydalara
əsasən İctimai Komitənin səlahiyyət müddəti bir ildir. İctimai Komitənin
hazırda səlahiyyətli olan 5-ci tərkibi ilk iclasını 18 fevral 2011-cu il tarixində keçirmiş və
koordinatoru seçmişdir. Komitənin ilk iclasında Əliməmməd Nuriyev səsvermə yolu ilə İctimai
Komit
ənin Koordinatoru seçilmişdir. Ədliyyə Naziri tərəfindən Qaydaların 3.10-cu maddəsinə
uyğun olaraq Əliməmməd Nuriyevin komitənin koordinatoru seçilməsini təstiq edilmişdir.
Qaydaların 3.4. maddəsinə görə Komitə üzvünün səlahiyyət müddəti bir ildir. İctimai Komitənin
dördüncü t
ərkibi 10 nəfərdən ibarət aşağıdakı tərkibdə seçlmişdir: Zəlihə Tahirova, Elmira
Ələkbərova, Səidə Qocamanlı, Zaur Seyidzadə, Çingiz Qənizadə, Sahib Məmmədov, Elmari
M
əmişov, Nazir Quliyev, Şahin Camalov və Əliməmməd Nuriyev.
İctimai Komitənin 5-ci tərkibi səlahiyyət müddətində təsdiq etdiyi fəaliyyət planına
uyğun olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrinə
başçəkmələr- monitorinqlər etmiş və İK-nın yığıncaqları mütamadi keçirilmişdir. İctimai
Komit
ənin veb səhifəsi təkmilləşdirilmişdir. İctimai Komitənin fəaliyyəti ölkə və beynəlxalq
ictimaiyy
ətin və kütləvi informasiya vasitələrinin diqqətində olmuşdur. Bütün başçəkmələr-
monitorinql
ərlə bağlı press-relizlər hazırlanmış və ölkənin bütün aparıcı informasiya
agentlikl
əri, qəzet və saytlarında yayılmışdır. Ümumiyyətlə, İK-nin fəaliyətinin KİV-də
işıqlandırılması kooridinatorin və Komitə üzvlərinin diqqət mərkəzində olmuşdir. KİV-in İK-nin
f
əaliyyətinə böyük diqqət göstərmiş və onun fəaliyyəti barədə ictimaiyyətin
m
əlumatlandırılması təşəbbüslərinə hərtərəfli dəstək vermişdir.
Bu hesbata 2011-
ci ilin yanvarında Məhkumların islah olunmasında ictimaiyyətin
iştirakının təmin olunması və penitensiar müəssisələrin fəaliyyəti üzərində ictimai nəzarətin
h
əyata keçirilməsi üzrə İctimai Komitənin 5-ci tərkibi formalaşdırdan sonra Komitənin fəaliyyəti
il
ə bağlı məlumatlar daxil edilib.
1.
MƏHKUMLARIN İSLAH OLUNMASINDA İŞTİRAK
M
əhkumların hüquqi maarifləndirilməsi
Az
ərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədov Ədliyyə Nazirliyi
yanında İctimai Komitənin yeni tərkibi ilə görüşərkən İctimai Komitənin (İK) əsas
prioritetl
ərindən biri kimi məhkumlara hüquqi yardımın göstərilməsinin vacibliyini xüsusi qeyd
etmişdir. Məhkumlara hüquqi yardım göstərilməsi İctimai Komitənin əsas vəzifələrindən biri
kimi daim diqq
ət mərkəzində saxlanılmışdır.. İK üzvlərinin hesabat dövrü ərzində ümumilikdə
291 m
əhkuma hüquqi yardım göstərib. Hüquqi yardım göstərilərməsi prosesində İK üzvləri
Çingiz Q
ənizadə, Şahin Camalov, Nazir Quliyev, Sahib Məmmədov, Əliməmməd Nuriyev
i
ştirak etmişlər.
C
əzaçəkmə müəssisələrində hüquqi yardım həyata keçirilərkən bütün məhkumlar
əvvəlcədən bu barədə məlumatlandırılmışdır. Hüquqi yardımın həyata keçirilməsində hər hansı
m
əhdudiyyətlərə yol verilməmiş və bütövlükdə bu proses bütün məhkumlar üçün açıq və əlçatan
olmuşdur. Müraciət edən məhkumlar tərəfimizdən fərdi qaydada – təkbətək qəbul edilməklə
prosesin konfidensiallığı təmin edilmişdir. Qəbul prosesində cəzaçəkmə müəssisəsinin personalı
v
ə ya hər hansı digər şəxslər tərəfindən maneəçilik və ya müdaxilə halları baş verməmişdir.
Hüquqi yardım zamanı əsasən məhkumların hüquq və qanuni mənafeləri ilə bağlı verilən
suallar cavablandırılmış, onları narahat edən məsələlərlə bağlı qanunvericiliyin tələbləri geniş
izah edilmiş, habelə müraciətləri ilə bağlı hansı prosedurları necə və hansı qaydada etməklə bağlı
onlara müvafiq tövsiyy
ələr verilmişdir. Qeyd etmək lazımdır ki, məhkumların müraciətləri
əsasən ünvanlı sosial yardım, müavinətlər, təqaüdlər, nigah münasibətlərinə daxilolma qaydaları,
mülkiyy
ət hüququ, amnistiya aktının tətbiqi qaydaları, əfv edilməsi ilə bağlı müraciət qaydaları,
c
əzadan vaxtindan əvvəl azad etmək və yaxud da rejim növünün dəyişdirilməsi barəsində, eyni
zamanda bar
ələrində çıxarılan məhkəmə hökmlərinin “qeyri-obyektiv və ədalətsiz” olması ilə
bağlı olmuşdur. Hüquqi yardım göstərilərkən cəzaçəkmə müəssisələrində cəzaçəkən xarici ölkə
v
ətəndaşlarına da hüquqi yardım göstərilmişdir. Onların müraciətləri daha çox cəzanın
davamının öz ölkələrində çəkməsi, nigah münasibətlərinə daxil olmaq, əfv olunmaq, əlilliklə
bağlı pensiyaların verilməsi qaydaları ilə bağlı olub. Məhkumlara hüquqi yardım göstərilməsi
prosesi t
əkcə onlara şifahi məsləhət verilməklə deyil, həmçinin daha keyfiyyətli və hərtərəfli
hüquqi yardımın davam etdirilməsi üçün onların müvafiq yazılı müraciətlərin hazırlanması
qaydaları və yaxud həmin məhkumların yaxın qohumlarının müvafiq instansiyalara və vəzifəli
şəxslərə necə və hansı qaydada müraciət etmələri izah edilmişdir. Belə müraciətlər zamanı hər
hansı problemlə üzləşərlərsə bizə müraciət etmək üçün əlaqə telefonlarımız və ünvanlarımız
onlara verilmişdir. Məhkumların qaldırdığı bir sıra məsələlər yerində həll edilməsi üçün
c
əzaçəkmə müəssisəsinin rəhbərliyinə çatdırılmışdır (bu daha çox nigaha daxil olmaq, əfv ilə
bağlı müraciət, habelə cazadan vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətlər və s.) . Hər
d
əfə penitensiar müəssisələrə baş çəkərkən məhbuslara və kitabxanalara milli və beynəlxalq
hüquqa dair onlarca çap m
əhsulu paylanırdı. 22.04.2011-ci il tarixində 2 saylı CÇM-in kitabxana
fonduna 97
ədəd kitab verilmişdir. Həmçinin 03.05.2011-ci il Tarixdə Komitə üzvləri tərəfindən
11 saylı CÇM-in kitabxana fonduna 60 bədii kitab, 63 məlumat kitabları və 13 hüquqi kitab
olmaqla ümumilikd
ə 136 kitab verilmişdir. Bu fəaliyyət İK-nın illik olaraq ənənə halını almış
CÇM-l
ərin kitabxana fondunun zənginləşdirilməsi kampaniyası çərçivəsində həyata
keçirilmişdir.
Komit
ənin üzvü Nazir Quliyev 10 Cəzaçəkmə Müəssisəsində Azadlıqdan Məhrumetmə
Yerl
ərinin Müşahidəsi təşkilatının Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət
D
əstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Cəzadan şərti azadetmə ilə bağlı maarifləndirmə
işinin təşkili” layihəsinin eksperti kimi iştirak edərək məhkumların maarifləndirilməsini həyata
keçirm
işdir.
Qeyd etm
ək lazımdır ki, məhkumlara hüquqi yardımın həyata keçirilməsi onların
hüquqlarının daha dolğun şəkildə müdafiə etməsinə imkan yaratmaqla yanaşı, onlar tərəfindən
müvafiq orqanlara müraci
ət etmələrini təşviqinə səbəb olur. Bu isə həmçinin onların hüquq və
azadlıqları ilə bağlı biliklərlə maariflənməsinə və dolayısı ilə islah prosesinə və personal ilə
münasib
ətlərin keyfiyyətinə də müsbət təsir göstərə bilər. Düşünürəm ki, məhkumlara hüquqi
yardımın davam etdirilməsi Penitensiar sistemdə aparılan islahatların təbiətində doğan bir vəsilə
kimi qeyd edilm
əlidir.
F
ərdi tərbiyəvi işin aparılması
B
əzi məhbuslarla, xüsusilə, ömürlük azadlıqdan məhrum fərdi tərbiyəvi işlər aparılmışdır.
Onlarla görüş zamanı normativ-hüquqi aktların mövqeyi və həbsxana müdiriyyəti ilə
münaqi
şələrin həlli yolları izah edilmiş, saxlanma rejiminin tələblərini gözləməyin vacibliyinə
diqq
ət yetirilmişdir. Bir sıra hallarda müdiriyyətin köməyilə məhbusları narahat edən bəzi
m
əsələlər yerində həll olunurdu.
Əcnəbi məhkumlara yardımın edilməsi
Penitensiar mü
əssisələrə baş çəkmə zamanı əcnəbi məhbusların vəziyyətinə xüsusi diqqət
yetirilir. M
əhbusların xahişi ilə onların bəzilərilə fərdi görüşlər keçirilir, əsasən məhkəmə
q
ərarlarının appelyasiyası və ya vətəndaşı olduqları ölkəyə köçürülmə barədə məsləhətlər
verilirdi.
Bu f
əaliyyətin nəticəsi olaraq Gürcüstan vətəndaşı Giorgi Geladzenin cəzasını çəkmək
üçün Gürcüstana köçürülm
əsi məsələsi həll olunmuşdur. Qeyd edim ki, ömürlük azadlıqdan
m
əhrum edilmiş əcnəbi məhbuslar vətəndaşı olduqları ölkəyə 2 dəfə (dekabr 2006 və iyun 2011-
ci ild
ə) göndərilib və hər iki halda bu Komitə üzvü qeyri-hökumət təşkilatının köməyi ilə həyata
keçirilib. H
əmçinin, Koitəyə müraciət etmiş 4 İran, 1 Belorusiya vətəndaşlarının müraciətləri də
baxılması və tədbirlər görülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə göndərilmişdir.
M
əhkumlara və onların yaxın qohumlarına mənəvi dəstək
2011-ci il
ərzində Komitə üzvləri tərəfindən intihara, aclığa və saxlanma rejimini pozmağa
meylli m
əhbuslar və onların yaxın qohumları ilə görüşlər keçirilib. Görüşlər zamanı hökmün
çıxarılması və həbsxanalara yerləşdirildikdən sonra yaranan stresi aradan qaldırmaq üçün onlara
m
ənəvi dəstək göstərilirdi. Onların diqqəti zəruri problemlərin və hökmə yenidən baxılmasının
daha sivil yollarına yönəldilirdi.
Eyni zamanda m
əhkumların ailə üzvləri tərəfindən Komitəyə müraciətlər olunmuşdur ki,
bunlar
əsasən məhkumların ailəsinə daha yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi, sosial
müavin
ətlər, pis rəftar və işgəncə halları, tibbi xidmətlə təm olunması və digər məsələlərlə bağlı
olmuşdur. Məhkumların qohumlarına məsləhətlər verilmiş, müraciətləri aidiyyatı orqanlara
gönd
ərilmiş, həmçinin Ədliyyə Nazirliyi, Penitensiar Xidmət nümayəndələri və cəzaçəkmə
mü
əssisələrinin rəhbərliyi ilə danışıqlar aparılaraq məhkumların qohumlarının müraciətləri təmin
olunmuşdur.
Bununla bel
ə, məhbusların bu və ya digər psixoloji problemlərini ünvanlamaq üçün
h
əbsxana psixoloqlarının yoxluğu daim hiss olunurdu.
M
əhkumların azadlığa hazırlanması
Başçəkmələr-monitorinqlər zamanı İK üzvləri azadlığa çıxmağa hazırlaşan şəxslərlə
görüşərək onların problemləri ilə maraqlanmış, hüquqi məsləhətlər verilmiş, onların
probleml
ərinin həll olumasında köməklik göstərilmişdir.
2011-ci ilin aprel-
oktyabr ayları ərzində İK-nın üzvü olan “Hüquq Dünyası” Hüquqi
T
əbliğat İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət
D
əstəyi Şurasının maliyyə dəstəyi ilə “Penitensiar müəssisələrdən azad olunan şəxslərin sosial
adaptasiyası işinin təşkilinə yardım” layihəsi həyata keçirilmişdir. Penitensiar müəssisələrdən
azad olunan şəxslərə hüquqi məsləhətlər verilmiş, hüquqları dövlət orqanlarında, məhkəmələrdə
v
ə digər qurumlarda müdafiə edilmiş və hüquqi sənədləri hazırlanmışdır (İddia ərizəsi, şikayət
ərizələri, sorğular). Qeyd olunan problemlərin həll olunması keçmiş məhkumların cəmiyyətə
adaptasiyasına kömək edir və onların yenidən cinayət törətməsinin qarşısını alır.
2. İCTİMAİ NƏZARƏTDƏ İŞTİRAK
Penitensiar mü
əssisələrə səfərlərin həyata keçirilməsi
S
əlahiyyət müddəti ərzində Komitə üzvlərinin Penitensiar Xidmətin cəzaçəkmə
mü
əssisələrinə başçəkmə-monitorinqləri Qaydaların 6.1.4. bəndinə uyğun olaraq həyata
keçirilmişdir cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilmişdir. Bütün CÇM-lərdə
başçəkmə-monitorinqlər həyata keçirilmişdir. Səlahiyyət dövründə başçəkmələrin sayı və
başçəkmələrdə iştirak edənlərin tərkibinə dair məlumatlar aşağıda verilir.
Başçəkmələr aşağıdakı qaydada keçirilmişdir:
•
Kollektiv ba
ş çəkmələr (Komitə üzvlərinin tam tərkibi və ya əksəriyyəti iştirak etməklə);
•
Bir neç
ə Komitə üzvünün iştirakı ilə həyata keçirilən baş çəkmələr.
F
əaliyyət Planında baş çəkmələrin məqsədləri aşağıdakı şəkildə müəyyən olunmuşdur:
•
Planlı baş çəkmələr (əvvəlcədən planlaşdırılmış);
•
Tematik başçəkmələr (məsələn, tibbi xidmətin vəziyyəti, yaşayış şəraiti, qidalanma və
s.);
•
T
əcili və ya şikyətlə bağlı başçəkmələr (və ya konkret hadisə, siqnal əsasında).
S
əlahiyyət dövrü ərzində konkret şikayət əsasında 2 cəzaçəkmə müəssisəsində 3
ba
şçəkmə-monitorinq həyata keçirilmişdir.
İctimai Komitə üzvləri başçəkmə-monitorinqlər zamanı hesabatlar hazırlayaraq Ədliyyə
Nazirliyn
ə təqdim etmişdir. Hesabatlarda cəzaçəkmə müəssisələrində mövcud olan problem və
çatışmamazlıqlarla yanaşı, həmçinin müsbət və digər müəssisələr üçün nümunə ola biləcək
hallara da yer verilmişdir.
Saxlanma şəraiti ilə tanışlıq
•
Yaşayış şəraiti - Bura məhkumların yaşadıqları yataqxanaların ümumi vəziyyəti,
istilik v
ə ventelyasiya sisteminin vəziyyəti, yataq dəstinin vəziyyəti və təmizliyi, şəxsi
(gigiyenik)
əşyaların saxlanması üçün şərait, otaqların sanitar-gigiyenik vəziyyəti, hamam və
sanitar qovşaqların vəziyyəti, hər məhkuma düşən yaşayış sahəsinin minimal normaya uyğun
olub-
olmaması daxildir.
Son ill
ər, məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atılmışdır. Əksər CÇM-lərdə məhkumların yaşadığı yataqxanalar əsaslı surətdə təmir
edilmiş, yataqxanalrın qızıdırılması üçün tədbirlər görülmüş, yataqxanların daş döşəmələri taxta
döşəmələrlə əvəz edilmişdir, çarpayılar təzələnmişdir, camaşırxana sistemi yaradılmışdır.
Bununla bel
ə, bəzi CÇM-lərdə sıxlıq müşahidə edilmişdir ki, bu da funksional yox konstruksiya
problemidir. Bu onunla bağlıdır ki, CÇM-lərin əksəriyyəri 19-ci əsrin axırlarında və yaxud 20
əsrin ortalarında tikilmiş, yaxud başqa təyinatlı binaların təyinatının dəyişdirilməsi nəticəsində
yaradılmışdır. Lakin nəzərə alsaq ki, artıq ölkəmizdə ədliyyə orqanlarının inkişafı ilə bağlı yeni
Dövl
ət Proqramı qəbul edilmiş, bir çox yeni CÇM-lərin tikintisinə başlanmışdır ki, bu da
probleml
ərin aradan qaldırılması ilə nəticələnəcəkdir.
Lakin bu müdd
ət ərzində bəzi CÇM-lərdə mərkəzləşdirilmiş istilik və ventilyasiya
sisteminin yaradılması məqsədəuyğun olardı. Eyni zamnda CÇM-lərdə faktiki məhkumların
sayını nəzərə alaraq, həmin CÇM-lərin tutumu limitini azaldaraq, müvəqqəti də olsa
yataqxanalarda konstrukt
iv sıxlığı aradan qaldırmaq mümkündür (məsələn, yataqxanalarda
çarpayıların sayının azaldılması).
• M
əşğulluq və iş yerlərində şərait - Cəza çəkmə müəssisələrində məhkumların
m
əşğulluğunun təmin olunması aktual problem olaraq qalmaqdadır. Təəssüf ki, əvvəlki illərlə
müqais
ədə cəzaçəkmə müəssisələrində iş yerlərinin sayının artımında ciddi dəyişikliklər
olmamışdır. Məşğulluqla bağlı nisbi yüksək göstərici 15 saylı və 4 saylı cəzaçəkmə
mü
əssisəsində qeydə alınmışdır (məhkumların ümumi sayına nisbətdə).
C
əzaçəkmə müəssisələrində məhkumların məşğulluğunun təmin olunması islah
prosesind
ə ən mühüm amillərdəndir. Cəzaların icrası Məcəlləsinə edilən dəyişikliklər nəticəsində
işləyən məhkumlar əlavə tutmalardan (saxlanma xərcləri) azad edilmişdir. Bununla belə
mü
əssisələrdə yeni iş yerlərinin yaradılması prosesi ləngdir. Müəssisələrin dövlət satınlmalarında
iştirak etmək imkanı geniş deyildir. Baxış zamanı məhkumların əmək şəraiti, istehsalat prosesi
zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunma vəziyyəti, iş
rejimi v
ə istirahət rejiminə əməl olunub olunması diqqətdə saxlanılmış, çatışmamazlıqlarla bağlı
müdiriyy
ətə iradlar bildirilmiş və hesabatlar hazırlanmışdır. Cəzaçəkmə müəssisələrində
m
əhkumların məşğulluğu sahəsində problemlərin aradan qaldırılması məqsədilə aşağıdakı
t
ədbirlərin görülməsi tövsiyyə olunur:
1.
Nazirl
ər Kabineti tərəfindən “Pentiensiar sistemin cəzaçəkmə müəssisələrində
m
əşğuluğunun artırılması və məhkumların əməyə cəlb edilməsi haqqında” qərar qəbul edilməsi.
Bu q
ərarda CÇM-lərdə məşğuluğunun artırılması və məhkumların əməyə cəlb edilməsi sahəsində
öz
əl sektorun cəlb edilməsi və iştirakı ilə bağlı məsələlər də əksini tapması məqsədəuyğun olardı.
2.
CÇM-l
ərdə məşğuluğunun artırılması və məhkumların əməyə cəlb edilməsi
sah
əsində məhkumların özlərinin iştirakına şərait yaradılması. İK üzvləri ilə görüşlərdə
m
əhkumların özləri bu barədə təkliflərlə çıxış ediblər.
3.
Xususil
ə ömürlük azadlıqdan məhrum edilmiş məhkumların məşğulluq
m
əsələlərinə xüsisi diqqət yetirilməlidir.
4.
Bakı şəhərində məhkumların əl əməyi məhsullarının satışa çıxarıldığı xüsusi bir
mağazanın açılması. Məhkumların əl əməyi ilə bağlı təşkil olunmuş sərgidə maraqlı əl işləri
nümayiş etdirilirdi və düşünürük ki, bu əl işlərinin satışı reallaşdırıla bilər.
5.
M
əhkumların əl əməyi məhsullarının, yaradıcılıq işlərinin internet vasitəsilə satışına
imkan ver
əcək xüsusi veb saytın yaradılması və ictimaiyyətin bu barədə məlumatlandırılması bu
istiqam
ətdə əhəmiyyətli təşəbbüs olardı.
Dostları ilə paylaş: |