İK-nin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi
Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” proqramının vasitəçiliyi ilə Azərbaycanda EVS
(Avropa Konüllülük Xidməti) könüllüsü olaraq Azərbaycan Tələbələr Birliyində fəaliyyət
göstərən Rumıniyanın Gənclər Ədalət naminə Assosiyasıyasının rəhbəri Çeçilia Popa İctimai
Komitənin koordinatoru ilə görüşərək cəzaçəkmə müəssisələrində cinayətkar davranışın tətqiqi
və məhkumların reabilitasiyası ilə bağlı layihənin keçirilməsi ilə bağlı təkliflə çıxış etmişdir.
Eyni zamanda Azərbaycan və Rumıniya arasında penitensiar sistem sahəsində təcrübə
mübadilələrinin keçirilməsi, vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın
genişləndirilməsi planlaşdırılmışdır. Hal-hazırda birgə layihələrin həyata keçirilməsi üçün üçün
işlər görülür.
Eyni zamanda Beynəlxal Qırmızı Xaç cəmiyyətinin ölkə üzrə rəhbəri ilə də görüşlər keçirilmiş,
İctimai Komitə ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq təcrübənin mənimsənilməsi imkanları
müzakirə edilib.
AŞPA rəsmiləri ilə görüş: 01 sentyabr 2011-ci il tarixində Azərbaycanda səfərdə olan AŞPA-
nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides və komitənin üzvü,
xanım Elza Papadimitrio bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə
İctimai Komitənin üzvləri ilə görüşüblər. Görüş mən Komitənin fəaliyyəti, həyata keçirdiyi
tədbirlər barədə məlumat verərək, penitensiar sistemde həyata keçirilən islahatlar, mövcud
problemlər, çətinliklər barədə məlumat vermişəm.
AŞ-nın İşgəncələr Əleyhinə Komitəsini nümayəndələri ilə görüş: 5 dekabr 2011-ci il
tarixində Komitə üzvləri Azərbaycanda səfərdə olan Avropa Şurasının İşgəncələr Əleyhinə
Komitəsinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı mənim tərəfimdən İctimai Komitənin
fəaliyyəti, işgəncə və pis rəftar hallarının qarşısının alınması üçün gördüyü işlər, həmçinin bu
istiqamətdə həyata keçirə biləcəyi fəalliy haqqında məlumat verilib.
ATƏT-in keçirdiyi seminarda iştirak: Komitə üzvləri 27.09.2011-ci il tarixində ATƏT-in
Bakı ofisi tərəfindən keçirilən “Saxlama yerlərinin monitorinqi:praktiki aspektlər” mövzusunda
seminarda iştirak ediblər.
Veb s
əhifəsinin təkmilləşdirilməsi
İctimai Komitənin veb səhifəsi təkmilləşdirilib.. Veb səhifəsinə əlavə məlumatlar, o
cüml
ədən İctimai Komitə haqqında məlumatlar, qanunvericilik aktlarının elektron versiyaları,
İctimai Komitənin yığıncaqları, Komitə üzvlərinin cəza çəkmə müəssisələrinə baş çəkmələrinə
dair x
əbərlər, aidiyyatı nəşrlərin eldektron versiyaları, faydalı linklər yerləşdirilmişdir. Veb
s
əhifə Azərbaycan və ingilis dillərindədir. Veb səhifəsi vasitəsi ilə istənilən şəxs Komitəyə
elektoron sorğu vermək və cavab almaq imkanına malikdir. Veb səhifənin ünvanı:
www.publiccommittee.az Veb s
əhifə operativ olaraq yenilənmiş pentensiar sistemlə bağlı yeni
m
əlumatlar, xəbərlər səhifəyə yerləşdirilmişdir. Başçəkmə monitorinqlər ilə bağlı bütün
m
əlumatlar və bu barədə KİV-də verilmiş informasiyalar da səhifəyə yerləşdirilmişdir.
4.
NƏTİCƏLƏR
İctimai Komitə səmərəli işi, obyektivliyi və çevik fəaliyyəti ilə cəmiyyətdə rəğbət
qazana bilmiş və ictimai etimad qazanmışdır.
İctimai Komitənin keçirdiyi başçəkmə-monitorinqlər CÇM-lərdə vəziyyətin
yaxşılaşdırılmasına müsbət təsir göstərərək, bir çox problemlərin aşakarlanması və həllinə
yardım göstərmişdir.
İctimai Komitənin başçəkmə-monitorinqlərin nəticələri əsasında qeyd edilmiş nöqsan və
çatışmazlıqların aradan qaldırılması istiqamətində müsbət irəliləyişlər müşahidə olunur. Bununla
bel
ə bir sıra hallarda İK-nın müraciətlərində formal cavab verilməsi praktikası və göstərilən
iradların aradan qaldırılması istiqamətində kifayət qədər səy göstərilməməsi halları qalmaqdadır.
İK-nın başçəkmə-monitorinqlərin nəticələri əsasında hazırlanmıç rəylərdə əks olunan
nöqsanların aradan qaldırılması ilə bağlı CÇM-lərdə təmir-tikinti, yenidənqurma işlərinin həyata
keçirilm
əsi geniş vüsət almışdır.
Ədliyyə Nazirliyi tərəfindən İctimai Komitənin fəaliyyəti üçün şərait yaradılmış,
Komit
ə üzvlərinin Cəza Çəkmə Müəssisələrinə maneəsiz daxil olmaları təmin edilmişdir. İctimai
Komit
ə ilə Penitensiar Xidmət və xidmətin tabeçiliyində olan müəssisələrin rəhbərliyi arasında
işgüzar münasibətlər təmin edilmişdir.
İK ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Xidmətin ayrı-ayrı struktuları arasında sıx
işgüzar əlaqələr yaradılmışdır.
İK-nın fəaliyyəti KİV-in və ictimaiyyətin diqqət mərkəzində olmuş, qurumun fəaliyyəti
mediaada geniş işıqlandırılmışdır.
Hesabat dövründ
ə məhkumlar göstərilən hüquqi yardımın miqyası genişləndirilmişdir.
Öt
ən il 291 məhkuma hüquqi yardım göstərilmişdirsə, hesbat dövründə 359 məhkuma hüquqi
yardım göstərilib.
Hesabat dövründ
ə məhkumların asudə vaxtının təşkili, müxtəliv mövzularda təlimlərin
keçirilm
əsi
5.
TÖVSİYYƏLƏR
1.
İctimai Komitənin daimi fəaliyyət göstərə biləcəyi müvafiq avadanlıqlarla və rabitə vasitələri
il
ə təchiz edilmiş ofisi yoxdur. Bu isə Komitənin fəaliyyətini bir qədər məhdudlaşdırır;
İctimai Komitənin inistutsional fəaliyyətinin təmin edilməsi, o cümlədən işçi heyətinin
saxlanılması üçün stabil maliyyə mənbəyi yoxdur. İctimai Komitənin hüquqi şəxs statusunun
olmaması bir sıra donor təşkilatlarla əməkdaşlığa mane olur. Komitə yalnız Açıq Cəmiyyət
İnstitutu-Yardım Fondu tərəfindən maliyyə yardımı ala bilir. Bu vəsait isə Komitənin daha geniş
f
əaliyyəti üçün kifayət etmir;
İctimai Komitənin fəaliyyətini tənzimləyən “Məhkumların islah edilməsində
ictimaiyy
ətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata
keçirilm
əsi Qaydaları”na zidd olmayan əlavə tədbirlərin həyata keçirilməsi və İctimai
Komit
ənin fəaliyyət praktikasının qismən təkmilləşdirləmsi (məsələn: Komitə üzvlərinin
m
əsuliyyət dairəsinin genişləndirilməsi, İctimai Komitə yanında ekspert və işçi qruplarının
formalaşdırılması və s.) zəruridir;
2. C
əzaçəkmə müəssisəni tərk etməyə hazırlaşan məhbusları Penitensiar müəssisələrdə cəza
ç
əkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Qanunu ilə yaxından tanış etmək;
3. C
əzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial problemlərinə cəmiyyətin diqqətini cəlb
etm
ək
4.M
əhkumlara hüquqi yardım göstərilməsi prosesinin davam etdirilməsi və daha da
d
ərinləşməsi məhkumlara hüquqi yardım göstərilməsi ilə bağlı layihələrin həyata keçirilməsi
üçün t
əşəbbüslər edilməsi, donorlarla və beynəlxalq təşkilatlarla bu istiqamətdə müzakirələrin
aparılması;
5.Bir çox CÇM-l
ərdə konstruksiya problemindən qaynaqlanın sıxlığın aradan qaldırılması üçün
t
ədbirlərin görülməsi, məsələn CÇM-lərdəki faktiki məkkumların sayını nəzərə alıb, CÇM-lərin
ümumi tutumunun azaldılması yolu ilə (çarpayıların sayının azaldılması);
6.CÇM-l
ərdə məhkumların məşğulluq probleminin aradan qaldırılması məsələsinin digər dövlət
oraqanları ilə müzakirəsi və bu istiqamətdə kompleks tədbirlərin görülməsi. CÇM-lərdə fəaliyyət
göst
ərən texniki-peşə məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, peşə təhsilinin
əmək bazarının tələbləri nəzərə alınmaqla daha praktik peşələr üzrə aparılmasının təmim
edilm
əsi;
7. M
əhkumların təqaüdlə, əlliliyin müəyyənləşdirilməsi bağlı olan problemlərin həll olunması
üçün istqam
ətində səylərin davam etdirilməsi bu məsələ ilə bağlı əlaqədar dövlət orqanları ilə
müzakir
ələrin başlanması və bu istiqamətdə konkret addımların atılması;
8.
Tibbi yardıma çıxışın vəziyyətinin yaxşılaşdırılması məqsədilə CÇM-lərin tibbi hissələrinin
d
ərmanla təminatının daha da yaxşılaşdırılması və bir sıra CÇM-lərdə stomotoloji kabinetlərin
yenid
ən qurulması istiqamətində tədbirlər görülməsi;
9.CÇM-l
ərdə vakant vəzifələrə təyinatların olması ( xüsusən psixoloq və psixiatr);
10.CÇM-l
ərin personalının əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin dabam etdirilməsi,
personalı maarifləndirilməsi üçün tədbirlərin görülməsi;
5.ƏLAVƏLƏR
1) Başçəkmələr cədvəli