Dr. Sədaqət Bəhri
Baş həkimin müavini
2014-cü ildə ağır xəstəmizin çox olduğu halda bizim kli-
nikamızda ölüm faizi aşağı olmuşdur. Bu hal bizim üçün
böyük nailiyyətdir. Ümid edirəm ki, getdikcə ölüm faizi
ən minimum səviyyəyə enəcəkdir. 2015-ci ildə hədəfimiz
xəstələrin məmnuniyyət səviyyəsinin daha da artırılması
və etimadına sadiq qalmaqdır. Bütün oxuculara sağlam-
lıq arzu edərək, yeni ilinizi təbrik edirəm!
Dr. Sevda Əsədova
Baş həkimin müavini, Pediatriya şöbəsinin müdiri
2014-cü ildə 400-dən yuxarı patoloji doğulmuş uşaqlar
Mərkəzi Klinikanın Uşaq Mərkəzinin Neonatoloji reanima-
siya ve intensiv terapiya şobəsində müalicə almışlar. Bun-
lardan 136-ekstremal az çəkili (1000 qr-dan aşağı) uşaqlar
olub. Hal-hazırda bu körpələr tam sağlam şəkildə həyatlarını
davam etdirməkdədirlər. 2015-ci ildə hədəfimiz yenidoğul-
muşların reanimasiyasında ən ağır vəziyyətdə olan uşaqların
yüksək səviyyədə müayinə və müalicəsinin təşkili və körpələrə
keyfiyyətli sağlam həyat bəxş etməkdir. Bayramınız mübarək!
Dostları ilə paylaş: |