YENİ SUALLAR
1. Anafilaktik şoka xas olmayan əlaməti göstərin
A) Arterial təzyiqin yüksəlməsi
B) Beyinin ödemi
C) Qirtlağın ödemi
D) Bronxospazm
E) Arterial təzyiqin enməsi
Anafilaktik şok orqanizmə təkrari allergen daxil olan zaman həssasləğın kəskin yüksəlməsi halı
olub, sürətli inkişaf edən allergik reaksiyadır. Anafilaktik şokun yaranma sürəti allergenlə
təmasdan sonra bir neçə saniyə ilə 5 saat arasında ola bilər. Əsas əlamətləri: arterial təzyiqin
enməsi, bronxospazm, larinqospazm, qırtlağın ödemi, ağır hallarda beyin ödemi
Ədəbiyyat: Qudzenko P.N. “Детские болезни”, 1984
2. Kəskin pnevmoniyanın əsas əlamətləri hansılardır?
A) Yüksək temperatur, tənəffüs çatmamazlığı, ağız-burun üçbucağının sianozu
B) Qanhayxırma
C) Nəfəsvermənin çətinləşməsi
D) Quru xırıltılar
E) “Hürücü” öskürək
Kəskin pnevmoniya ağciyərlərin iltihabi prosesi olub, birinicili və ya digər xəstəliklərin fəsadı
kimi meydana çıxa bilər. Xəstəliyin ilk günlərindən temperatur yüksək olur və 5-7 gün
hipertermiya davam edir. Bununla yanaşı tez-tez təkrarlanan yaş öskürək, təngnəfəslik.
Taxikardiya, ağızətrafında sianozun olması xarakter əlamətlərdən sayılır.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri”, 1984
3. Aşağıdakılardan hansı kəskin sadə bronxitin əlamətləridir?
A) Quru öskürəyin tədricən yaş öskürəyə keçməsi
B) “Hürücü” öskürək
C) Reprizli tutmaşəkilli öskürək
D) Boğulma ilə müşaiyət olunan öskürək
E) Fitsəsli xırıltılı öskürək
Kəskin sadə bronxit adətən respirator virus infeksiyalarından sonra inkişaf edir, bəzən bu
infeksiyaya bakteriyalar da qoşulur. İlk 2 gündə subfebril temperatur, quru öskürək müşahidə
olunur, 3-5-ci gün artıq yaş xırıltıya keçir və hətta kənardan eşidilir. Xəstəlik 6-8 gün davam
edir.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984
4. Streptokok mənşəli tonzillitin (angina) fəsadları hansıdır?
A) Revmatizm, qlomerulonefrit
B) Meningit
C) Pnevmoniya
D) Piodermiya
E) Pankreatit
Tonzillit yuxarı tənəffüs yollarının ən geniş yayılmış infeksion xəstəliyi olub, damaq
badamcıqlarının iltihabı ilə xarakterizə olunur. Xəstəliyi ən çox bakterial infeksiyalar
(streptokoklar) törədir. Düzgün və vaxtında müalicə olunmadıqda ürək qişalarını,
böyrəkləri, oynaqları zədələyir.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984
5. Doğuşdan sonra ağız südü (molozivo) neçə müddət ifraz olunur?
A) İlk 3 gün
B) İlk 7-8-ci gün
C) İlk 10-12 gün
D) İlk 15-18-ci gün
E) İlk 3 həftə
Ağız südü ilk 3 gün ərzində ifraz olunur.
Ədəbiyyat: Tağıyev N., Neonotologiya, 2007
6. Yenidoğulmuşun vəziyyətinin Apqar şkalası ilə qiymətləndirilməsi nə vaxt aparılır?
A) Həyatının 1-ci və 5-ci dəqiqələrində
B) 10-cu dəqiqədə
C) 30 dəqiqədən sonra
D) Yenidoğulmuşlar şöbəsinə köçürülərkən
E) Doğum evindən evə yazılarkən
Apqar şkalası yenidoğulmuşun vəziyyətinin ilk dəqiqələrində qiymətləndirilmək üçün
nəzərdə tutulmuş sürətli məlumat sistemidir. Apqar şkalası üzrə qiymət uşağın
həyatının 1-ci və 5-ci dəqiqəsində müəyyənləşdirilir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007
7. Süni passiv immunitet nə vaxt yaranır?
A) İmmunoqlobulin və ya zərdabların yeridilməsindən sonra
B) Vaksinlərin yeridilməsindən sonra
C) Antihistamin preparatların yeridilməsindən sonra
D) Hormonal terapiyadan sonra
E) Antibakterial terapiyadan sonra
Süni passiv immunitet immunoqlobulin və ya zərdabların yeridilməsindən sonra
yaranır və 1 ayadək müddəti əhatə edir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
8. Süni aktiv immunitet nə vaxt yaranır?
A) Vaksinlərin yeridilməsindən sonra
B) İmmunoqlobulinlərin yeridilməsindən sonra
C) Vitaminoterapiyadan sonra
D) Hormonal terapiyadan sonra
E) Antibakterial terapiyadan sonra
Süni aktiv immunitet vaksinlərin yeridilməsindən sonra əmələ gəlir və müəyyən
müddəti əhatə edir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
9. Vaksinlərin anbarlardan tibb müəssisəsinə daşınması zamanı nədən istifadə olunur?
A) Termoçantalardan
B) Bikslərdən
C) Polietilen torbalardan
D) Kağız torbalardan
E) Adi çantalardan
Vaksinlər anbarlardan tibb müəssisələrinə daşınan zaman termoçantalara qablaşdırılır.
Termoçantalar termoizolyasiya olunmuş xüsusi qablardır. Onların içərisinə soyuducu
elementlər daxil edilir və bunlar da vaksinləri qısa müddət (48 saat) ərzində (+2)-(+8)
temperaturda saxlanılmasını təmin edir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
10. Uşaqlarda həqiqi inaq nə vaxt yarana bilər?
A) Qırtlağın difteriyası zamanı
B) Laringit zamanı
C) Faringit amanı
D) Virus infeksiyaları zamanı
E) Follikulyar angina zamanı
Həqiqi inaq difteriya xəstəliyi zamanı inkişaf edir. Qirtlağın difteriyası zamanı qırtlaq
yarığını əhatə edən ərp və ödem, qırtlaq yarığının daralmasına –stenoza səbəb olur və
nəticədə boğulma baş verir. Prosesin qarşısını almaq üçün difteriya əleyhinə
antitoksiki zərdabdan istifadə edilir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
11. Enterobiozun diaqnostikası üçün hansı material daha çox məlumat verir?
A) Anusətrafı yaxma
B) Sidik
C) Bəlğəm
D) Qan
E) Tüpürcək
Enterobiozun törədicisi olan bizquyruqlar anusətrafı nahiyəyə yumurtalarını qoyduqlarına görə
nəcisin qurd yumurtalarına görə müayinəsi zamanı çox vaxt cavab neqativ olur. Ona görə də
yatmamışdan əvvəl uşağın anusu ətrafına xüsusi yapışqan lent qoyulur. Səhər lent çıxarılaraq
mikroskop altında baxılır.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984
12. Hansı əlamət enterobioza xasdır?
A) Perianal nahiyədə qaşınmanın olması
B) Öskürək
C) Hipertermiya
D) Sarılıq
E) Oynaqlarda ağrı
Enterobiozu bizquyruqlar törədir. Onlar nazik bağırsağın distal hissəsində yaşayır və
gecələr anusətrafına on minlərlə yumurta qoyur. Bir neçə saatdan sonra yumurtalardan
çıxan yeni kiçik bizquyruqlar yenidən anal dəlikdən içəri daxil olurlar. Bu proses perianal
nahiyədə qaçınma ilə müşayiət olunur.
Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984
13. Qızılca xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 7-17 gün
B) 6 saat
C) 1-2 gün
D) 3 gün
E) 1 ay
Qızılca kəskin uşaq yoluxucu xəstəlyi olub, törədicisi viruslarıdr. Hava-damcı yolu ilə
baş verən yoluxmadan sonra inkubasiya dövrü 7-17 günədək davam edə bilər.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
14. Qızılca xəstəlyi ilk 3 gündə hansı simptomlarla müşayiət olunur?
A) Fotofobiya, konyuktivit, Filatov ləkələri
B) “Moruğu dil”, Filatov üçbucağı
C) Başın tüklü hissəsində səpgilər
D) Tüpürcək vəzilərinin böyüməsi
E) Çoğrafi dil
Qızılca kəskin yoluxucu xəstəliklər qrupuna aid olmaqla, özünə xas əlamətlərlə
xarakterizə olunur. Belə ki, ilk günlər dəridə səpgi müşahidə olunmasa da yalnız
qızılcaya məxsus əlamətlər meydana çıxır. Fotofobiya, konyuktivit, Filatov ləkələri
qızılca diaqnozunu təsdiqləyən vacib əlamətlərdir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
15. “Soyuq Zəncir” sisteminin təlabatlarına riayət etmək lazımdır:
A) Vaksinlərin daşınması, saxlanılması və istifadəsi zamanı
B) Yalnız vaksinlərin daşınması zamanı
C) Yalnız vaksinlərin saxlanılması zamanı
D) Yalnız vaksinlərin istifadəsi zamanı
E) Vaxtı keçmiş vaksinlərin məhv edilməsi zamanı
Vaksinlər immunobioloji preparatlardır və bu preparatlar (+2)
0
-(+8)
0
–də daşınmalı,
saxlanılmalı və istifadə olunmalıdır.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
16. Təhlükəsiz qutu nə üçün nəzərdə tutulmuşdur?
A) İstifadə olunmuş inyeksiya alətləri və vaksin flakonları üçün
B) Pambıq tamponlar üçün
C) Şprisin ucluğunu və kağız qablamasını atmaq üçün
D) Rezin əlcəklər üçün
E) Tənzif kürəcikləri atmaq üçün
Təhlükəsiz qutu (TQ) bərk, nəm keçirməyən və iynələrin dəlib keçməsinə imkan
verməyən konteynerlərdir. Bu qutular istifadə olunmuş inyeksiya alətlərini və istifadə
olunmuş vaksin flakonlarını toplamaq və məhv edilmə məqsədi daşıyır. TQ-nin ¾
hissəsi doldurulduqdan sonra məhv edilməli və yenisi ilə əvəz edilməlidir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
17. Təhlükəsiz qutunu (TQ) hansı üsullarla məhv etmək lazımdır?
A) Sadalanan üsulların hər birindən istifadə edilir
B) Xüsusi çalada basdırılma
C) Konteynerdə yandırılma
D) Xüsusi quyuda yandırılma
E) İnsinerasiya sobasında yandırılma
TQ ¾ hissəsinə dək dolduqdan sonra ağzı bağlanır və insanların əli çatmayan yerdə məhv
edilir. Bunun üçün xüsusi çalada basdırılma, xüsusi quyuda yandırılma, konteynerdə və
insinerasiya sobasında yandırılma üsullarından istifadə etməklə zərərsizləşdirilir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
18. Vaksin flakonunun üzərində olan nəzarət indikatoru nəyi göstərir?
A) Vaksinin uzun müddət yüksək temperaturda qaldığını
B) Vaksinin donmaya məruz qaldığını
C) Vaksinin yararlılıq müddətinin bitdiyini
D) Vaksin flakonunun tamlığının pozulduğunu
E) Vaksinin fiziki vəziyyətinin dəyişdiyini (topalar, bulanıqlıq)
Vaksin flakonunun üzərində olan nəzarət indikatoru vaksinin uzun müddət yüksək
temperaturda qalması zamanı öz rəngini dəyişir və bununla vaksinin yararlılıq dərəcəsi
müəyyənləşdirilir. Termoindikator flakonun qapağında və ya etiketində olan dairənin
içərisində kvadrat şəklində yerləşdirilir.
Ədəbiyyat: İmmunlaşdırma, 2015
19. Yenidoğulmuşlarda hemoqlobinin miqdarı nə qədər olmalıdır?
A) 180-240 q/l
B) 110-140 q/l
C) 80-120 q/l
D) 100-160 q/l
E) 90-110 q/l
Hemoqlobin dəmir tərkibli zülal olmaqla oksigeni orqan və toxumalara daşıyır. Hb-nin
səviyyəsi aşağı düşdükdə orqan və toxumalarda hipoksiya yaranır. Yenidoğulmuşlarda
Hb-nin səviyyəsi 180-240q/l, 6 aydan 1 yaşadək 115-175 q/l, 15 yaşadək 115-150 q/l
təşkil edir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007
20. Lyamblioza xas olan əlamətlər hansılardır?
A) Sadalananların hamısı
B) Qəbzliklə ishalın növbələşməsi
C) Ürəkbulanma, qusma
D) Meteorizm, qarında “qurultu” əlaməti
E) Dəridə səpgilər, piqmentasiya
Lyamblioz protozoy infeksiya olub, birhüceyrəli lyambliyalar tərəfindən törədilir.
Yoluxma fekal-oral yolladır. Nazik bağırsaqda parazitlik edərək bəzən öd yollarına da
düşür. Əsas əlamətlər qəbzlik və ishalın növbələşməsi, ürəkbulanma, qusma, meteorizm,
bəzən allergik səpgilərin əmələ gəlməsidir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
21. Dizenteriyanın törədicisi hansıdır?
A) Şigellalar
B) Göbələklər
C) Viruslar
D) Bakteriyalar
E) Helmintlər
Dizenteriya bağırsaq infeksiyalarına aid olub, həzm sisteminin pozğunluğu,
nəzərəçarpan intoksikasiya ilə müşayiət olunan kəskin xəstəlikdir. Törədicisi
Şigellalardır. İnfeksiya mikroblarla çirklənmiş qida, su, çirklənmiş əllər, milçəklərlə
yayılır.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
22. Lyambliozun törədicisi hansıdır?
A) Birhüceyrəli parazit
B) Viruslar
C) Göbələklər
D) Bakteriyalar
E) Çöplər
Lyamblioz parazitar xəstəlik olub, birhüceyrəli lyambliyalar tərəfindən törədilir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
23. Raxit xəstəliyinin kəskin dövründən sonra sümüklərdə hansı dəyişiklik baş verir?
A) Sadalananların hamısı
B) Alın və təpə qabarları, kub formalı baş quruluşu
C) Toyuq və ya çəkməçi döş qəfəsi
D) Raxitik “bilərziklər”, “təsbehlər”
E) X və O şəkilli ayaqlar
Raxit xəstəliyi D vitamininin çatmamazlığı nəticəsində Ca və F mübadiləsinin
pozulmasıdır. Xəstəliyin kəskin dövründə sümüklər yumşalır və bununla əlaqədar alın və
təpə qabarları, kub formalı baş quruluşu, “bilərzik ” və “təsbehlər”, döş qəfəsinin
deformasiyaları-“toyuq” və ya “çəkməçi” tip, X və O şəkilli ayaqlar əmələ gəlir.
Ədəbiyyat: Qudzenko P.N. Uşaq xəstəlikləri, səh.100-104
24. D vitamini orqnizmdə hansı rol oynayır?
A) Ca və F mübadiləsini tənzim edir
B) Qlükozanın miqdarını azaldır
C) Bilirubinin səviyyəsini tənzimləyir
D) Kreatinin səviyyəsini tənzimləyir
E) Su mübadiləsini tənzimləyir
D vitamini -kalsiferol sümük sisteminin xəstəliklərinin qarşısını alır, sümüklərin
böyümə və inkişafında böyük rol oynayır. Kalsiferol mineral mübadiləsini tənzim
edir, Ca və F sümük toxumasında və dişlərdə ehtiyat halında toplanmasına şərait
yaradır.
Ədəbiyyat: Qudzenko P.N. Uşaq xəstəlikləri, səh.96-97
25. 7 yaşlı uşağın boyu nə qədər olmalıdır?
A) 118 sm
B) 91 sm
C) 104 sm
D) 130 sm
E) 145 sm
4 yaşdan yuxarı uşaqların boyu X=100+6(n-4) düsturuna əsasən hesablanır. Beləliklə, 7
yaşlı uşağın boyu 100+6(7-4)=118 sm olmalıdır.
Ədəbiyyat:Воронцов И.М., Мазурин А.Б. «Пропедевтика детских болезней» 2009
26. 3 yaşda uşağın boyu nə qədər olmalıdır?
A) 92 sm
B) 81 sm
C) 110sm
D) 78 sm
E) 120 sm
4 yaşdan kiçik uşaqların boyu 100-8(4-x) düsturu ilə hesablanır. Beləliklə, x=100-8(4-3)=92.
3 yaşda uşağın boyu 92 sm olmalıdır.
Ədəbiyyat:Воронцов И.М., Мазурин А.Б. «Пропедевтика детских болезней» 2009
27. HbS (Hepatit B) virusunun daşıyıcısı olan anadan doğulmuş yenidoğulmuşa profilaktik
məqsədlə spesifik immunoqlobulin nə vaxt yeridilir? (Yeni)
A) Həyatının ilk saatlarında
B) Həyatının II-III günündə
C) Doğum evindən evə yazılarkən
D) 2 həftəliyində
E) 1 aylığında
Hepatit B virusunun daşıyıcısı olan anadan doğulmuş uşaqlara ilk 12 saat ərzində Hepatit B
əleyhinə vaksin vurulur. Bununla yanaşı yenidoğulmuşun bu virusa qarşı müqavimətini artırmaq,
yoluxma baş vermişsə mübarizə aparmaq üçün Hepatit B virusu antigeni əleyhinə
immunoqlobulin də yeridilir. Bu tədbir peyvəndlə eyni gündə aparılmalıdır.
Ədəbiyyat: İmmunlaşdırma, 2015, Tematik kurs üçün, səh 74
28 IPV vaksini uşağı hansı xəstəlikdən qoruyur?
A)Poliomielit
B)Vərəm
C)Pnevmoniya
D)Qızılca
E)Məxmərək
Ədəbiyyat: Ümumdünya Səhiyyə Təşkilatının “Poliomielit və İnaktivləşdirilmış poliomielit
vaksininin (İPV) tətbiqi”-nə dair tövsiyyələrinə əsasən İmmunlaşdırma Proqramına Respublika
GEM-i tərəfindən əlavə olunmuş Təlimat
29. Hansı simptom Qizılca xəstəliyi zamanı diaqnostik əhəmiyyətə malikdir (Yeni)
A) Belski-Filatov-Koplik ləkələri
B) Filatov üçbucağı
C) Coğrafi dil
D) Pasternatski simptomu
E) Şotkin-Blumberq simptomu
30. Perinatal dövr hansı müddəti əhatə edir?
A) Hamiləliyin 28-ci həftəsindən yenidodoğulmuşun 7 ci gününədək
B) Mayalanmadan doğuşadoğuşa qədər olan günədək
C) Hamiləliyin 28 ci həftəsindən doğuşadək
D) Doğuşun başlanmasından sonunadək
E) Yenidoğulmuşun həyaının ilk 7 günü
Perinatal dövr körpənin ilk saatlarda vəziyyətinin qiymətləndirilməsi üçün vacib anamnestik
əhəmiyyətə malikdir və hamiləliyin 28-ci həftəsindən başlayaraq yenidoğuljmuşun həyatının 7-ci
gününədək daxil olan düvrü əhatə edir
Ədəbiyyat: Tağıyev N. Neonotologiya-2007, səh 26
31. Yenidoğulmuşa vurulan BCG peyvəndinə əks göstəriş aşağıdakılardan hansıdır
A) İmmunçatmamazlığı halları
B) Anadangəlmə fermentopatiyalar
C) Fizioloji sarılıq
D) Toksiki eritema
E) Üz-çənə anomaliyaları
BCG vaksinin tərkibində canlı vərəm çöpləri olduğuna görə immunçatmamazlığı olan anadan
doğulan uşaqlara bu peyvəndin aparılması əks göstərişdir. Əgər uşaqda bətndaxili olaraq immun
çatmamazlığı virusuna yoluxma baş veribsə, onda canlı vaksinin yeridilməsi ağır hallara, bəzən
isə ölümə səbəb ola bilər.
Ədəbiyyat: İmmunlaşdırma, 2015, səh 80, Tağıyev N. 2007, Neonotologiya, səh 51
32. Sağlam yenidoğulmuşa doğum evində təqvim üzrə hansı peyvəndlər vurulmalıdır?
A) Hepatit B, BCG, OPV
B) BCG, QPM, OPV
C) Hepatit B, PkV, İPV
D) BCG, İPV, Hib
E) Hepatit B, OPV, QPM
Yenidoğulmuşlara doğum evində aktiv immunlaşdırma tədbiri doğumdan sonra ilk 12 saat
ərzində Hepatit B, IV-VII günündə Vərəm əleyhinə BCG və Poliomielit əleyhinə OPV vaksini
ilə aparılır. Əgər uşaq tam sağlamdırsa və heç bir əks göstəriş yoxdursa, yenidoğulmuşun aktiv
immunlaşdırılması doğum evinin vaksinator tibb bacısı tərəfindən peyvənd otağında aparılır.
Ədəbiyyat: İmmunlaşdırma, 2015, Tematik kurs materialı
33. Çəkisi 4000 q-dan çox olan yenidoğulmuşlarda qanda nəyin səviyyəsini nəzarətdə saxlamaq
lazımdır?
A) Şəkərin
B) Kaliumun
C) Azotun
D) Natriumun
E) Kalsiumun
Bədən kütləsi 4000q. və ondan çox olan yenidoğulmuşlar iriçəkili uşaqlar sayılır. Belə uşaqlar
ümumi doğumların 6-10%-ni təşkil edir. Iriçəkili doğumların səbəblərindən biri genetik
faktordur. Digər çox rast gəlinən səbəb isə anada endokrin pozğunluqların, xüsusilə şəkərli
diabetin olmasıdır. Buna görə də iriçəkili yenidoğlmuşlarda qan zərdabında şəkərin miqdarı
izlənilməli və nəzarətdə saxlanılmalıdır.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, səh 448
34. Yenidoğululmuş uşaqlarda qazçıxarıcı borunu düz bağırsaqda nə qədər saxlamaq olar?
A)) 3-5 dəq
B) 5-7 dəq
C) 7-10 dəq
D) 11-15 dəq
E) 14-16 dəq
Yenidoğulmuşun bağırsaq mikroflorası tam inkişaf etmədiyindən köp əmələgəlmə prosesi
üstünlük təşkil edir ki, bu da uşağın narahatlığına səbəb olur. Bu məqsədlə qazçıxarıcı borudan
istifadə edilir. Boru yenidoğulmuşun düz bağırsağına 1-2 sm dərinliyində daxil edilir və 3-5
dəqiqə ərzində saxlanılır.
Ədəbiyyat: Yenidoğulmuşların prosedurları üzrə klinik protokol, Bakı, 2011.
35. Yenidoğulmuşun pilorostenozu zamanı hansı hallar yaranır ?
A) Bədən kütləsinin azalması, fontan şəklində qusma
B) Qıcolma
C) Hipertermiya
D) Ödemlər
E) Qanaxma
Yenidoğulmuşun pilorostenozu inkişaf qusuru olub, mədə çıxacağının divarının qalınlaşması
nəticəsində pilorik kanalın daralmasıdır. Bu zaman hər qidalanmadan sonra fontanla qusma olur.
Qısa zamanda hipotrofiya, eksikoz inkişaf edir. Müalicə yalnız cərrahi yolladır.
Ədəbiyyat: Tağıyev N, Noenotologiya , 2007, səh 389
36. Yenidoğulmuşa ilk saatlarda vurulan Vitamin K-nın inyeksiyası hansı məqsəd daşıyır?
A) Qanaxma və qansızmaların qarşısını almaq üçün
B) Tənəffüsü normallaşdlrmaq üçün
C) Ürək döyüntülərinin sayını artırmaq üçün
D) Qışqırırq mexanizmi yaratmaq üçün
E) Əmmə refleksi yaratmaq üçün
K vitamini laxtalanma faktoru kimi fəaliyyət göstərir. Yenidoğulma dövründə K vitamini
çatmamazlığına görə qanaxma və qansızmaların profilaktikası üçün ilk saatlarda profilaktik
məqsədlə k vitamini yeridilir.
Ədəbiyyat: Sağlam yenidoğulmuşlara qulluq üzrə klinik protokol, Bakı, 2008
37. Hemofiliya üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Hemolitik anemiya
B) Burun qanaxmaları
C) Hemartroz-oynaqdaxili qansıxmalar
D) Laxtalanmanın pozulması
E) Yenidoğulmuşlarda göbəkdən qanaxma
Irsi koaqulopatiyaların 95-99%-ni Hemofiliya A və B xəstəliyi təşkil edir. Laxtalanma
faktorlarından birinin çatmaması nəticəsində inkişaf edən bu xəstəlik zamanı qanaxmalar baş
verir. Hemolitik anemiya zamanı isə erotrositlərin parçalanması yəni hemoliz baş verir.
Hemofiliyada hemoliz baş vermir.
Ədəbiyyat: Şevçenko İ.Q. Hemofiliyanın diaqnostika və müalicəsinin aktual məsələləri, 2014,
səh 61-63
38. Talassemiya xəstəliyi zamanı qanda hansı dəyişiklik baş verir?
A) Hemoqlobin sintezinin pozulması-hemoqlobinopatiyalar
B) Laxtalanmanın pozulması
C) Hiperbilirubinemiya
D) Hiperqlikemiya
E) Hiperazotemiya
Talassemiya hemoblobin sintezinin pozulması ilə xarakterizə olunan genetik xəstəlikdir.
Hemoqlobin 2 hissədən ibarətdir: 1) hem-qana rəng verən 2) qlobin-zülal olub oksigenin
toxumalara daşınmasında iştirak edir. Qlobin 2 cüt alfa və betta zəncirindən ibarətdir. Bunlardan
hər hansı birinin sintezinin pozulması nəticəsində uyğun olaraq α və β talassemiya inkişaf edir.
Ədəbiyyat: Smetanina N.S. İbrahimova D.S. Hemotologiya və Transfuziya səh. 42-48
39. Talassemiya xəstəliyi zamanı qanda hansı elementin miqdarı artır?
A) Dəmir
B) Xlor
C) Kalsium
D) Natrium
E) Kalium
Talassemiya zamanı qanda eritrositlər azalır, onların ölçüsü kiçilir. fetal hemoqlobin artır. Bu
zaman anemiyanı müalicə etmək məqsədilə tez-tez qan ya eritrositar kütlə köçürüldüyünə görə
qanda dəmirin miqdarı artır ki, bu da xəstənin həyatı üçün təhlükə törədə bilər.
Ədəbiyyat: İbrahimova D.S. Talassemia zamanı uşaqlarda qanda dəmirin toplanma dərəcələri,
2016 səh 40-42
40. Talassemiya hansı xəstəliklər qrupuna aiddir?
A) Genetik xəstəliklər
B) İnfeksion xəstəliklər
C) Allergik xəstəliklər
D) Onkoloji xəstəliklər
E) Endokrin xəstəliklər
Talassemiya qanyaradıcı sistemin irsi xəstəliyidir. Əgər ailədə ata və ana talassemiyanın genetik
daşıyıcısı olarsa, o zaman doğulan uşaqlar arasında həm talassemiya xəstəliyi, həm də
daşıyıcılığı ola bilər. Bu xəstəliyə daha çox irsiyyətində talassemiya geni olan qohum
nigahlardan doğulmuş uşaqlarda təsadüf edilir. Ona görə də ailənin planlaşdırılması zamanı
genetik müayinənin aparılması zəruridir.
Ədəbiyyat: Əlimirzəyeva Z.X. Həsənova M.B. talassemiyanın müasir müalicə prinsipləri-2016,
səh 48-54
41. Aşağıdakılardan hansı Talassemiya xəstəliyinin əlaməti deyil?
A) Əlin ovuc səthində köndələn xəttin olması
B) Kvadrat formalı kəllə
C) Monqoloid göz yarığı
D) Üst çənənin ölçülərinin böyüməsi
E) Dalaq və qaraciyərin böyüməsi
Talassemiaynın xarakterik əlamətləri uşaq yaşlarından inkişaf etməyə başlayır, tədricən kəllə
sümükəri deformasiyaya uğrayər, kvadrat forması alır, göz yarıqları çəpinə olmaqla,
monqolabənzər olur, üst çənə böyüyür, qaraciyər və dalaq böyüyür. Dəri avazımış olur,
oynaqlarda deformasiyalar əmələ gəlir, əqli və fiziki inkişafdan geriqalma olur.
Ədəbiyyat: Smetanina N.S. İbrahimova D.S. Hemotologiya və Transfuziologiya, 2016, səh 42-
48
42. Dölün ölüdoğulma hallarında aşağıdakılardan hansı ola bilər?
A) Göbək ciyəsinin pulsasiyası
B) Dərinin çəhrayı rəngi
C) Tənəffüsün olması
D) Ürək döyüntülərinin olması
E) Əzələ tonusunun olması
Yenidoğulmuşun diridoğulma əlamətlərinə ilk qışqırıq mexanizmi, dərinin çəhrayı rəngi,
tənəffüsün, ürək döyüntülərinin olması, əzələ tonusu və reflekslərin olması aiddir. Göbək ciyəsi
qanı ciftdən dölə aparan, yəni ana ilə dölü əlaqələndirən vasitədir. O, doğuşdan sonra da qısa
müddət ərzində bu funksiyanı yerinə yetirir. Burada pulsasiyanın olması hətta ölüdoğulma
hallarında da mümkündür.
Ədəbiyyat: E.Kerpel, Neonotologiya, 2002, səh 204-206
43. PkV vaksini uşağı hansı xəstəlikdən qoruyur?
A) Pnevmoniya
B) Poliomielit
C) Vərəm
D) Skarlatina
E) Suçiçəyi
Pk vaksini ilə immunlaşdırma uşağın həyatının II, IV, VI ayında aparılaraq onu pnevmoniyanın
ağır formalarından qoruyur.
Ədəbiyyat: Uşaqlarda xəstəxanadankənar pnevmoniyaların diaqnostika və müalicəsi üzrə klinik
protokol. Bakı, 2011
44. Fizioloji olaraq yenidoğulmuşa xarakterk deyil?
A) Əzələ hipotoniyası
B) Əmmə-udma refleksinin olması
C) Əzələ hipertoniyası
D) Çəhrayı dəri örtüyü
E) Ürək döyüntülərinin dəqiqədə 140 olması
Yenidoğulmuşa xaraketir olan fizioloji hal əzələ hipertoniyasıdır. Əzələ hipotoniyası isə sinir
sisteminin zədələnmə əlamətlərinə aiddir.
Ədəbiyyat: Sağlam yenidoğulmuş üzrə klinik protokol, Bakı, 2008
45. Hansı çəkidə doğulmuş yenidoğulmuş uşağa peyvənd etmək olmaz?
A) Çəkisi 1800q-dan aşağı olan
B) Çəkisi 2000q-dan aşağı
C) Çəkisi 2500q-dan aşağı
D) Çəkisi 2700q-dan aşağı
E) Çəkisi 3000q-dan aşağı
Çəkisi 1800 q dan yuxarı olan bütün sağlam yenidoğulmuş uşaqlara doğum evində Milli
Peyvənd Təqviminə uyğun profilaktik peyvədlər aparılır.
Ədəbiyyat: Sağlam yenidoğulmuş üzrə klinik protokol, Bakı, 2008
46. Yenidoğulmuş uşaqlarda fototerapiya hansı məqsədlə aparılır?
A) Qanda bilirubinin səviyyəsinin aşağı salınması
B) Bədən temperaturunun tənzimlənməsi
C) Çəki itkisinin qarşısının alınması
D) Qanda şəkərin səviyyəsinin tənzimlənməsi
E)Qanda hemoqlobinin səviyyəsinə nəzarət
Fototerapiya (işıq terapiyası) yenidoğulmuşların fizioloji sarılığı zamanı qanda bilirubinin
səviyyəsini aşağı salmaq üçün istifadə olunur.
Ədəbiyyat: Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol, Bakı, 2013
47. Aşağıdakılardan hansı bədxassəli qan xəstəliklərinə aiddir?
A) Leykoz
B) Hemofiliya
C)Talassemiya
D) Hemolitik anemiya
E) Posthemorragik anemiya
Leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyi olub, uşaqlarda rast gələn bütün onkoloji
xəstəliklərin 1/3 hissəsini təşkil edir.
Ədəbiyyat:
Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
48. Leykozun başlanğıcı üçün xarakterik olan əlamət hansıdır?
A) Yorğunluq, artralgiya, temperaturun yüksəlməsi, iştahanın itməsi
B)Ürəkbulanma, qusma
C) İshal və qəbzliyin əvəz olunması
D)Ağız-burun üçbucağının sianozu
E) Bronxospazm, təngnəfəslik
Leykozun ilk simptomları yorğunluq, hərarətin səbəbsiz yüksəlməsi, iştahasızlıq, ayaqlarda və
onurğa sütununda ağrılar meydana çıxır.
Ədəbiyyat:
Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
49. Aşağıdakı vəziyyətlərdən hansı erkən döşə qoyulmaya əks göstərişdir?
A) Asfiksiya
B) Subfebril temperatur
C) Qısa dil yüyəni
D) Çəkisi 2000q olan yenidoğulmuş
E) Çəkinin normadan çox olması
Sağlam yenidoğulmuş uşaq doğulduqdan sonra ilk 1saat ərzində döşə qoyulur. Asfksiya isə
erkən döşə qoyulma üçün əks göstəriş sayılır. Uşaq yalnız aparılan reanimasion tədbirlər
nəticəsində vəziyyəti bərpa olunduqdan sonra döşə qoyula bilər.
Ədəbiyyat: Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi üzrə hesabat. Metodik
göstəriş, Bakı, 2011
50. Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu neçə sm.-dir?
A) 1-2 sm
B) 4-5 sm
C) 7-8 sm
D) 3-4 sm
E) 9-10 sm
Yenidoğulmuş qız uşaqlarında sidik kanalının uzunluğu 1-2sm.-dir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, Bakı
51. Yenidoğulmuş oğlan uşaqlarında sidik kanalının uzunluğu neçə sm.-dir?
A) 5-6 sm
B) 1-2 sm
C) 2-3 sm
D) 8-9 sm
E) 10-11 sm
Yenidoğulmuş oğlan uşaqlarında sidik kanalının uzunluğu 5-6 sm.-dir.
Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, Bakı
52. Skarlatina səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik müşahidə olunur?
A) Güclü qabıqlanma-hiperkeratoz
B) Hiperpiqmentasiya
C) Hiperemiya
D)Çapıq
E) Heç bir dəyişiklik olmur
Skarlatina hava-damcı yolu ilə yayılan kəskin uşaq yoluxucu xəstəliyidir. Törədici b hemolitik
streptokokların ifraz etdiyi eitrotoksinin təsiri nəticəsində dəridə al qırmızı səpgilər meydana
çıxır. Xarakterik əlamətlərə angina, Filatov üçbucağı, moruğabənzər dil aidddir. Sağalma
dövründə isə güclü qabıqlanma müşahidə olunur.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
53. Məxmərək səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik müşahidə olunur?
A) Heç bir iz qalmır
B) Hiperpiqmentasiya
C) Qabıqlanma
D) Çapıq
E) Hiperemiya
Məxmərək kəskin infeksion virus xəstəliyidir. Əvvəl sifətdə, sonra bütün bədəndə ölçüləri 5-10
mm. olan qırmızımtıl səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər
heç bir iz buraxmadan keçir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
54. Qızılca səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik olur?
A) Hiperpiqmentasiya
B) Çapıqlaşma
C) Güclü qabıqlanma
D) Eritema
E) Heç bi iz qalmır
Qızlıca kəskin infeksion virus xəstəliyidir. Xəstəlik zökəm əlamətləri ilə başlıyır. Daha sonra
konyuktivit, ağızın selikli qışasında səpgilər, dəridə çəhrayı səpgilər əmələ gəlir. Səpgilər 3-4
gün davam edir. Sonra səpgilərin yerində qəhvəyi piqmentasiya qalır. 2 həftədən sonra dəri
normal vəziyyətinə qayıdır.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
55. Suçiçəyi səpgiləri soldudan sonra dəridə hansı dəyişiklik müşahidə olunur?
A) Qabıq
B) Hiperpiqmentasiya
C)Heç bir iz qalmır
D) Hiperkeratoz
E) Hiperemiya
Suçiçəyi kəskin infeksion virus xəstəliyidir. Xəstəlik zökəm əlamətləri ilə başlıyır. Sonra dəridə
ləkələr əmələ gəlir. Ləkələr morfoloji dəyişikliyə uğrayaraq əvvəl papulaya, sonra vezikulaya
çevrilir. Səpgilər solduqdan sonra isə yerində qabıq əmələ gəlir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
56. Aşağıdakılardan hansı skarlatina xəstəliyinə xas əlamət deyil?
A) Filatov ləkələri
B) Filatov üçbucağı
C) Nöqtəvari səpgilər
D) Hiperkeratoz
E)”Moruğu dil”
Filatov ləkələri qızılca xəstəliyinin başlanğıcında ağız boşluğunun selikli qişasında rast gəlinən
səpgilərdir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
57. Aşağıdakılardan hansı qızılca xəstəliyinə xas əlamət deyil?
A) Filatov üçbucağı
B) Filatov ləkələri
C) İşıqdan qorxma
D) Konyuktivit
E) Hiperemiya
Skarlatina xəstəliyinin səpgi dövründə ağız-burun üşbucağında heç bir səpgi elementi əmələ
gəlmir və bu hissə avazımış görünür.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
58. Aşağıdakılardan hansı suçiçəyinə xas olan əlamət deyil?
A) “Moruğu dil”
B) Başın tüklü hissəsində səpgi
C) Güclü qaşınma
D) Polimorfizm
E) Hipertermiya
“Moruğu dil” skarlatina zamanı müşahidə olunan xarakterik əlamətlərdəndir.
Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
59. Eksudativ diatezli uşaqlarda hansı əlamətlər olur?
A) Sadalananların hamısı
B) Çəkinin normadan artıq olması
C) Başın tüklü hissəsində Qneys-seboreya
D) Yanaq dərisinin eriteması və qabıqlanması
E) Xırdadüyünlü qaşınan səpgilər-strofulyuz
Eksudativ kataral diatez orqanizmin konstitusion anomaliyasi olub, reaktivliyin dəyişməsi, özünü
dəridə və selikli qishalarda kataral proseslərlə biruzə verən allergik meylliyidir. . Əsasən 2 yaşa
qədər uşaqlara xarakterikdir. Bu zaman başin tuklu hissəsində qneys- seboreya, üzün yanaq
hissəsində eritema, çəkinin normadan artıq olması, qaşıntılı düyüncüklər – stroflyus yaranir.
Ədəbiyyat: Eyyubova A. Uşaq xəstəlikləri
60. Uşaqlarda plevrit zamanı hansı əlamət olmur?
A) Tutmaşəkilli öskürək
B) Yüksək temperatur
C) Səthi tənəffüs
D) Döş qəfəsində ağrı, ağırlıq, sıxılma hissi
E) Əziyyətverici öskürək
Plevrit plevranın iltihabi xəstəliyi olub, çox vaxt plevra boşluğuna patoloji mayenin yığılması ilə
müşahidə olunur. Əksər hallarda plevrit müstəqil patologiya olmur, tənəffüs və digər oqranların
xəstəliklərini müşayiət edir. Plevritə tutmaşəkilli öskürək xarakterik deyil. Xəstələr əziyyətverici
öskürəkdən şikayət edir.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002
61. Aşağıdakılardan hansı anadangəlmə ürək qüsurunun səbəbi deyil?
A) Yenidoğulmuşun Kesariyyə kəsiyi əməliyyatı ilə doğulması
B) Bətndaxili infekiyalar
C) İrsiyyət faktoru
D) Valideynlərin zərərli vərdişləri
E) Valideynlərin yaşının çox olması
Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30%-ni təşkil edir.
Anadangəlmə ürək qüsurlarının nisbətən yüngül, eləcə də həyati təhlükəli ağır patologiyaları
mövcuddur. Risk amilinə bətndaxili infeksiyalar, irsiyyət faktoru, valideynlərin zərərli vərdişləri,
valideynlərin yaşının çox olması aiddir.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002
62. Difteriya xəstəliyi zamanı badamcıqlarda olan ərp hansı xarakterdə olur?
A) Bozumtul, sürətlə qalınlaşan və yayılan, çətinliklə qopan və qopartmada qanaxma verən
B) Asanlıqla qopan
C) Sarımtıl nöqtəvari ərp
D) Ancaq badamcıqlarda məhdudlaşan sarımtıl ərp
E) Ərp olmur
Difteriya kəskin infeksion xəstəlik olub, ümumi intoksikasiya və selikli qişalarda fibrinoz ərpin
əmələ gəlməsi ilə xarakterizə olunur. Badamcılarda olan ərp sürətlə ətraf toxumalara yayılır, qısa
müddətdə qalınlaşır, qopartma cəhdi qanaxma ilə nəticələnir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
63. Aşağıdakılardan hansı meningit xəstəliyini törədə bilər?
A) Sadalananların hamısı
B)Meninqokoklar
C) Pnevmokoklar
D) b hemolitik çöplər
E) Vərəm çöpləri
Meningit xəstəliyini təkcə meninqokoklar deyil, həmçinin b hemolitik çöplər, vərəm çöpləri,
stafilokoklar, streptokoklar da törədə bilər.
Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı, 2009
64. Meningit xəstəlyinin diaqnozunu təsiqləyən əlamət hansıdır?
A) Boyun əzələlərinin rigidliyi
B) Zökəm
C) Qarında ağrı
D)Qəbzlik
E) Dəri və selikli qişaların saralması
Meningit baş beyin və onurğa beyin qişalarının iltihabi xəstəliyidir. Bu zaman temperaturun
yüksəlməsi, qusma, güclü baş ağrıları ilə yanaşı boyun əzələlərinin rigidliyi müşahidə olunur ki,
bu da meningitin diaqnozunun qoyulmasında mühüm rol oynayır.
Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı, 2009
65. Meningit xəstəliyi zamanı hansı laborator müayinə üsulu zəruridir?
A) Onurğa beyni mayesinin müayinəsi
B) Qanın ümumi analizi
C) Sidiyin ümumi analizi
D)Nəcisin ümumi analizi
E) Bəlğəmin ümumi müayinəsi
Meningit zamanı lumbal punksiya aparılır və onurğa beyin mayesinin Qram üsulu ilə boyanması
müsbət nəicə verərsə, diaqnoz təsdiq olunur. 48 saat ərzində aparılan antibakterial terapiya
effect vermədikdə lumbal punksiya təkrar olunur.
Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protocol, Bakı, 2009
66. Poliomilelit xəstəliyinin törədicisi hansıdır?
A) Viruslar
B) Bakteriyalar
C) Stafiloklar
D) Streptokoklar
E)Göbələklər
Poliomielit-polioviruslar tərəfindən törədilərək sinir sisteminin zədələyən, əzələ iflicinə səbəb
ola bilən kəskin infeksion xəstəlikdir.
Детская неврология Кохэн М. Э. Даффюр П. К. ГЭОТАР-Медиа 2010
67. 1 yaşda uşaqlarda ürək döyüntülərinin sayı nə qədərdir?
A) 110-130
B) 140-160
C) 130-150
D) 80-100
E) 90-100
1 yaşda uşaqlarda ürək döyüntüsünün dəqiqəlik sayı 110-130-dur.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002
68. Spazmofiliya xəstəliyinə xas əlamət deyil?
A) Əzələ hipotoniyası
B) Narahatlıq
C) Larinqospazm
D) Karpo-pedal spazm
E) “Akuşer əli”
Spazmofiliya südəmər dövrdə raxitin düzgün müalicə olunmaması nəticəsində müşahidə edilən
əzələ tetaniyasıdır. Uşaqlarda bu xəstəlik zamanı narahatlıq, larinqospazm, karpo-pedal spazm və
“akuşer əli” müşahidə olunur.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002
69. Kəskin ürək çatmamazlığı əlamətlərinə aid deyil?
A) Hipertermiya
B) Sapvari nəbz
C) Arterial təzyiqin enməsi
D) “Mərmər dəri”
E) Dəri örtüyünün avazıması
Kəskin ürək çatmamazlığı əlamətləri qəfildən inkişaf edir. Xəstədə sapvari nəbz, hipotoniya, dəri
örtüklərinin avazıması, “mərmər dəri” müşahidə edilir.
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002
70. Aşağıdakılardan hansı məxmərək xəstəliyinə xas əlamət deyil?
A) Səpgilərin başın tüklü hissəsində olması
B) Boyun və ənsə limfa düyünlərinin böyüməsi
C) Ləkəli səpgilər
D) Səpgilərin əsasən ətrafların açıcı səthlərində, üzdə, beldə olması
E) Faringit və konyuktivitin olması
Məxmərək virus mənşəli kəskin yoluxucu xəstəlikdir. Səpgilərin başın tüklü hissəsində olması
məxmərəyə xarakterik əlamət deyil.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
71. Göyöskürək xəstəliyinin törədicisi hansıdır?
A) Borde-Janqu çöpləri
B) Löffler çöpləri
C) Viruslar
D) b hemolitik streptokoklar
E)Parazitlər
Göyöskürək xəstəliyi Borde-Janqu çğpləri tərəfindən törədilir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
72. Aşağıdakılardan hansı göyöskürək xəstəliyinə xas əlamət deyil?
A) Dəridə səpgilər
B) Tutmaşəkilli öskürək
C)Repriz
D)Kataral əlamətlər
E) Üz dərisinin sianozu
Göyöskürək gün ərzində təkrarlanan öskürək tutmaları ilə müşahidə olunur. Dəridə səpgilər
göyöskürək zamanı müşahidə edilmir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
73. Aşağıdakılardan hansı epidemik parotit xəstəliyinə xas əlamət deyil?
A) Tutmaşəkilli öskürək
B) Tüpürcək vəzilərinin iltihabı
C) Hipertermiya
D) Çeynəmə və udqunmanın çətinləşməsi
E) Vəzili orqanlarda fəsadların əmələ gəlməsi
Epidemik parotit tüpürcək vəzilərinin virus mənşəli iltihabi xəstəliyidir. Xəstəlik zamanı
hipertermiya, çeynəmənin çətinləşməsi, tüpürcək vəzilərinin hipertrofiyası baş verir. Xəstəliyin
ağırlaşmış formalarında vəzili orqanlarda fəsadlar əmələ gələ bilər.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
74. Qreqq triadası hansı xəstəliyə xarakterikdir?
A) Anadangəlmə məxmərək
B) Anadangəlmə herpes
C) Anadangəlmə toksolazmoz
D) Anadangəlmə sifilis
E) Anadangəlmə sitomeqaliya
Qreqq triadası anadangəlmə məxmərək zamanı (AMS) müşahidə olunur. Trida üçlük deməkdir.
Anadangəlmə ürək qüsuru, eşitmə qüsuru, görmə qüsuru (katarakta) bu üçlüyə aiddir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
75. Mədə-bağırsaq qanaxmalarında hansı əlamət müşahidə olunmur?
A) Hipertermiya
B)Qanlı qusma
C) Melena
D) Dəri səthinin avazıması
E) Kollaps
Müəyyən səbəblərdən inkişaf edən mədə-bağırsaq qanaxmaları zamanı hipertermiya müşahidə
olunmur. Bu zaman qanlı qusma, melena, dəri səthinin avazıması, kollaps baş verir.
Ədəbiyyat: Секреты гастроэнтерологии. Питер P. МакНелли. 2005 г
76. Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün
dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidiyin müayinəsində
şəkər və aseton tapilib. Klinik diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Hiperqlikemik koma
B) Hipoqlikemik koma
C) Uremik koma
D)Kollaps
E) Bayılma
Qeyd edilən əlamətlər şəkərli diabetə xarakterikdir . Qanda şəkərin miqdarının normadan
yüksək olması nəticəsində hiperqlikomik koma baş vermişdir. Bunun baş vermə səbəbi insulin
çatışmazlığıdır. Məhz buna görə də ilk yardım olaraq insulin vurulmalıdır.
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям»
стр 188
77. Aşağıdakılardan hansı revmatik xoreyanın əlamətlərinə aid deyil?
A) Qıcolma
B) Hiperkinezlər-qeyri ixiyari hərəkətlər
C) Əzələ zəifliyi
D) Psixi pozğunluq
E) Poliartrit
Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən tədricən başlayır:
ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu pozulur. Xoreyanın əsas əlaməti olan
hiperkinezlər baş verir, əzələ zəifliyi, psixi pozğunluq, poliartritlər müşahidə edilir. Qıcolma isə
revmatik xoreya üçün xarakterik deyil.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264
78. Hemofiliyalı uşaq hansı mütəxəssis tərəfindən daim nəzarətdə olmalıdır?
A) Hematoloq
B)Qastroenteroloq
C) Dermatoloq
D)Nevroloq
E)Cərrah
Hemofiliya irsi qan xəstəliyidir. Hemofiliyalı xəstələr hemotoloq tərəfindən nəzarətdə olmalıdır.
Ədəbiyyat: Şevçenko İ.Q. Hemofiliyanın diaqnostika və müalicəsinin aktual məsələləri, 2014,
səh 61-63
79. Aşağıdakılardan hansı dizenteriya xəstəliyinin əlaməti deyil?
A) Poliartrit
B) Yüksək temperatur
C) Ürəkbulanma, qusma
D) Tenezm (yalançı defekasiya hissi)
E) Yaşılımtıl və tərkibində qan olan nəcis ifrazı
Dizenteriya xəstəliyi 3 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir. Xəstədə intoksikasiya
əlamətləri, tenezm, tərkibində qan olan nəcis ifrazı müşahidə olunur. Poliartrit isə dizenteriya
üçün xas olan əlamət deyil.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
80. Uşaq 3 aylıqdır. Hər gün uşaqda qusma əlamətləri olur. Uşaq ana südü ilə qidalanır. Çəkisi
3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir vəziyyətin yaranmasının səbəbi nədir?
A) Pilorostenoz
B)Pilorospazm
C) Sadə dispepsiya
D) Toksiki diareya
E) Qastroenterit
Pilorostenoz zamanı qusma və qaytarma uşağın 2 - 3 həftəliyindən baş verir. Uşaq
yedizdirildikdən sonra fəvvarə şəklində qusma baş verir. Belə hal təkrarlandıqca uşaq çəkisini
itirir. Hipotrofiya baş verir. Müalicəsi cərrahi üsulladır.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189
81. Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan
şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Xolesistit
B) Qastrit
C) Kolit
D) Ezofagit
E) Enterit
Yağlı yeməkdən sonra ürəkbulanma və sağ qabırğaaltı nahiyyədə ağrı xolesisitit üçün
xarakterikdir. Xolestit zamanı qaraciyərin öd ifraz etmə funksiyası pozulur. İfraz olunan ödün
miqdarı azaldığına görə yağlı qidaların həzmi çətinləşir. Nəticədə xəstədə ürəkbulanma , sağ
qabırğaaltı nahiyədə ağrı əmələ gəlir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 187
82. Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və
selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və
selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var.
A) Dəmir defisitli anemiya
B) Hemofiliya
C) Ürək qüsuru
D) Ensefalopatiya
E) Eksudativ kataral diatez
Göstərilən əlamətlər dəmir defisitli anemiya üçün xarakterdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 186
83. Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahasızlıq və qarında ağrıdan şikayət edir.
Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su axır. Bu zaman uşaqda nədən şübhələnmək olar?
A) Helmintozlar
B) Qida toksikoinfeksiyası
C) Sadə dispepsiya
D)Appendisit
E)Xolesistit
Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
84. Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı
azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı
var. A/T yüksəlib. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Qlomerulonefrit
B) Xolesistit
C) Kəskin ürək çatmamazlığı
D) Pankreatit
E) Uremik koma
7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin əlamətləridir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
85. Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası zəifdir, tez yorulur, nəcisi
rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qaraciyər 3 sm böyüyüb. Hansı
xəstəlikdən şüphələnmək olar?
A) Hepatit
B) Xolesistit
C) Pankreatit
D) Dəmir defisitli anemiya
E) Qastrit
Uşaqda müşahidə olunan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və nəcisdəki
dəyişiklik virus hepatitinin əlamətləridir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
86. Qızılca xəstəliyinin inkubasiya dövrü neçə müddətdir?
A) 8-17 gün
B) 12 saat
C) 2-3 gün
D) 35 gün
E) 3-6 gün
Qızılcanın inkubasiya dövrü 8-17 gün davam edir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
87. Məxmərək xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 16-21 günədək
B) 7-14 gün
C) 3-7 günədək
D) 6-12 saat
E) 35 günədək
Məxmərək xəstəlyinin inkubasiya dövrü 16-21 günədək davam edir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
88.Epidemik parotit xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 18-21 gün
B) 12-18 saat
C) 2-3 gün
D) 35 gün
E) 3-6 gün
Epidemik parotitin inkubasiya dövrü 18-21 günədək davam edir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
89. Göyöskürək xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 2-14 gün
B) 12 saat
C) 2-3 gün
D) 35 gün
E) 3-6 gün
Göyöskürəyin inkubasiya dövrü 2-14 günədək davam edir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
90. Poliomilet xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 5-12 gün
B) 12 saat
C) 2-3 gün
D) 14 gün
E) 3-6 gün
Poliomiletin inkubasiya dövrü 5-12 günədək davam edir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
91. Dizenteriya xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 2-3 gün
B) 4-5 saat
C) 7-17 gün
D) 35 gün
E) 5-10 gün
Dizenteriya xəstəliyinin inkubasiya dövrü 2-3 günədək davam edir.
Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
92. Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə % itirə bilər?
A) 9-14%
B) 10-12%
C) 14-16%
D) 20-30%
E) 3-5%
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 9-14% itirə bilər ki, bu da əmmə
refleksinin zəif olması , dəri səthi ilə, mekoniumun xaric olması və sidiklə maye itirməsi
nəticəsində baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46 .
93. Difteriya xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
A) 2-10 gün
B) 1 ay
C) 7 gün
D) 1,5 ay
E) 2 ay
Difteriya kəskin yoluxucu xəstəlik olub, Löffler çöpləri tərəfindən törədilir. Xəstəlik zamanı
inkubasion dövr 2-10 günədək davam edir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая
школа» 2002 стр280
94. 1 yaşadək uşaqlarda qanda şəkərin miqdarı nə qədər olmalıdır?
A) 2,8-4,4 mmol/l
B) 3,3-5,5 mmol/l
C) 4,4-6,6 mmol/l
D) 5,0-7,2 mmol/l
E) 5,5-6,5 mmol/l
Yenidoğulmuşlarda həyatının ilk saatlarında qanda şəkərin miqdarı 2 mmol/l-dən az olur, lakin
birinci qidalanmadan sonra südün tərkibində qlükoza qəbul edildiyinə görə miqdarı 2,8-3
mmol/l-ə çatir. 1 yaşadək uşaqlarda 2,8-4,4 mmol/l təşkil edir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
95. 7 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?
A) 23 kq
B) 18 kq
C) 25 kq
D) 24 kq
E) 15 kq
7 yaşlı uşağın çəkisi 24 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra isə hər ilə 2 kq
artmalıdır.Çəki artımı 10+ 2 x n düsturuna əsasən hesablanır.
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Baжenova “Детские Болезни”, Мoсkвa 1986 стр 38
96. 5 yaşlı uşaqda A/T (arterial təzyiq) neçə millimetr civə sütunu olmalıdır?
A) 90 mm/c.st.
B) 80 mm/ c.st.
C) 100 mm/ c.st.
D) 85 mm/ c.st.
E) 95 mm/ c.st.
Yenidoğulma dövründə sistolik təzyiq 60-70 mm/cs, 1 yaşda 75-80 mm/cs., 5 yaşda isə 90 mm/cs-
dir. 1 yaşdan sonra sistolik təzyiin səviyyəsi 80+2n düsturu ilə hesablanır.
Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
97. Hipoqalaktiya zamanı laktasiyanı artırmaq üçün aşağıdakılardan hansı məsləhət görülür?
A) Gecə əmizdirmələri mütləq olmaqla tez-tez döşə qoymaq
B) Gec-gec döşə qoymaq
C) Gecələr ancaq şüşə qablardan istifadə etməkə qidalandırmaq
D) Uşağı ananın döşündə məhdud müddət saxlamaq
E) Gecələr əmizdirməmək
Hipoqalaktiya zamanı uşaq ananın döşünə tez-tez qoyulmalıdır. Bu sərbəst qidalandırma
metodunun əsas məqsədlərindən biridir. Bu zaman süd vəzisi kanalları genişlənir. Südün
istehsalı artır. Gecə saatlarında əizdirmələr zəruridir. Çünki gecə saatlarında südün istehsalına
səbəb olan prolaktin hormonu daha aktib\vdir. Həm də gecə əmizdirmələri süddə olan
durğunluğu aradan götürür.
Ədəbiyyat: Yenidoğulmuşlara qulluq üzrə kliniki protokol-2008
98. Meyvə şirəsi uşağa nə vaxt verilir?
A) Ancaq gecə
B) Yeməkdən qabaq
C) Yemək vaxtı
D) Yeməkdən 1 saat sonra
E) Səhər tezdən
İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə
şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən 1 saat sonra verilsin.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
99. Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə neçə olur?
A) 140-150
B) 70-80
C) 90-100
D) 80-90
E) 60-70
Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 140-150 vurğu olmalıdır.
Ədəbiyyat:
Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67.
100. Yenidoğulmuşlarda çəki itkisi neçə faiz % təşkil edir?
A) 5-8%
B) 10-15%
C) 20-30%
D) 10-12%
E) 3-5%
Yenidoğulmuş uşaq ilk günlər az süd əmir, az maye qəbul edir, çox sidik ifraz edir.Onunla
əlaqədar olaraq ilkin çəkinin 5-8% itir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36
15.04.2019-cu il tarixində əlavə edilmişdir.
Dostları ilə paylaş: |