Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə54/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   50   51   52   53   54   55   56   57   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

407 


məqsədlərlə ələ alınır. Yəhya Kamalın şeirində sosial mövzu kimi ən çox milliyyətçilik 

düşüncəsini görürük. O, türklərin millət olmasını bir sosyoloq, psixoloq, tarixçi və 

politoloq kimi düşünmüş, bunun fəlsəfəsini etmiş, bu mövzuda fikir yürütmüş və 

şeirlərində də türk milliyyətini hiss edən bir türk olaraq tərənnüm etmişdir. Onun 

milliyyətçilik anlayışını təşkil edən təməl ünsürləri alt başlıqlar halında açmağa çalışaq. 

Tarix: türk tarixi, tarixdən miras olaraq aldığımız dəyərlər, tarixi şərh etmə şəklimiz 

bizim milliyyətimizi hörən təməl ünsürlərdir. Yəhya Kamal da türk milliyyəti 

düşüncəsini daha çox türk tarixi anlayışı üzərində qurur. O, türk tarixinə milli nöqtədən 

və ən sağlam şəkildə yerli bir baxışla yaxınlaşmış, milli varlığımızın gözəl və parlaq 

tarixi dönəmlərini mövzu olaraq işləmişdir. 

Coğrafiya: Yəhya Kamal prinsip olaraq ideal milliyyətçilik yerinə real milliyyətçiliyi 

əsas götürmüşdür. Ziya Göyalpın ideal mənadakı Turan milliyyətçiliyinə qarşı o, real 

mənada Anadolu milliyyətçiliyini mənimsəmişdir. Yəni Yəhya Kamal daha çox realist 

bir milliyyətçidir, ya da reallığa söykənən idealıst bir milliyyətçidir. 1071-ci ildən sonra 

Anadoluda yaranan bir millətin tarixi, dili, kültürü, sənəti, ədəbiyyatı, həyat tərzi, hər şeyi 

Anadolu coğrafiyası mərkəz alınaraq yaranmışdır. Real olan budur. Buna görə də 1071-ci 

il öncəsini "qəbl ət-tarix" (tarix öncəsi) olaraq qəbul edir. Bundan başqa, bugünkü 

Anadolu coğrafiyasında yaşayan canlı, real bir türklük vardır, gerçək, konkret və aktual 

olan türk milliyyətini məhz bu coğrafiya meydana gətirmişdir. Səlcuqlu, bəyliklər, 

Osmanlı və cümhuriyyət dönəmləri bizim bugünkü milliyyətimizi təşkil edən, yaradan, 

toxuyan dövrlərdir və bunlar da əsas olaraq Anadolu coğrafiyasında var olmuşdur. 

İstanbul: əslində, coğrafiya ilə İstanbul eyni başlıq altında dəyərləndirilə bilər. Çünki 

Yəhya Kamal üçün türk coğrafiyası bir baxıma İstanbuldur. Yəni İstanbul özünün əhalisi, 

tarixi, kültürü, gələnək və görənəkləri, dili, memarlığı ilə türk coğrafiyasının, 

Anadolunun hər baxımdan bir özəti, xülasəsi kimidir. 

Memarlıq: şair memarlığı türk milliyyətinin təməl ünsürlərindən biri kimi görür. Türk 

milli ruhunun ən yaxşı konkretləşdiyi, ən gözəl və estetik formada ifadəyə qovuştuğu 

sənət olaraq memarlığa əhəmiyyət verir. Memarlığa önəm verməsinin bir səbəbi var. 

Türklər Anadoluya gəldikdən sonra bu torpaqları vətən halına gətirmək, türk-islam yurdu 

etmək üçün yerləşməyə, şəhərləşməyə, dolayısı ilə, memarlığa önəm vermişlər. Bu 

durum türklərin atlı köçəri topluluğu olmaqdan çıxıb oturaq mədəniyyətə keçmə 

iradəsinin bir göstərgəsidir. 

Musiqi: türk milləti daşı, toprağı, ağacı ən gözəl şəklə salaraq böyük memarlıq əsərləri 

ortaya qoyduğu kimi, səsi də gözəl, zərif, ahəngli bir avaza salaraq musiqi dühasını aləmə 

bəyan etmişdir. Yəhya Kamal özəlliklə klassik türk musiqisi üzərində durur və bu sənəti 

türk milliyyətinin təməl daşlarından biri olaraq qəbul edir.  

Yəhya Kamal eşq və qadın mövzusunu həm fərdi tema kimi, həm də sosial, milli bir 

mövzu kimi işləmişdir. Bu durum ümumən paraleldir. Yəni şair eşqə, bir qadına olan 

hissi könül bağına tamamən fərdi bir duyğu kimi baxmamışdır. Onun eşq və qadın barədə 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

408 


şeirlərində fərdi və milli duyğular iç-içə keçmiş haldadır. Yəhya Kamalın başqa şairlərin 

eşq və qadın anlayışından fərqli bir yanaşması vardır. O, qadına türk milli kültür və 

həssaslığını əks etdirən bir ayna kimi baxır. Şeirlərində qadınlara bəşəri eşq bucağından 

yaxınlaşdığı kimi, yəni sadəcə şəxsi mənada qadına qarşı duyduğu eşq duyğusunu 

tərənnüm etdiyi kimi, eyni zamanda bir prototip olaraq şeirində qadındakı dərin mədəni 

dəyərləri də əks etdirir. Onun şeirlərindəki türk qadını ülviləşdirilmiş, model bir 

şəxsiyyətdir. Sadəcə vücud gözəlliyi, duruşu etibarilə eşq duyğusuna ilham verən gözəl 

bir varlıq kimi yer almır. Bununla birlikdə, türk tarixini, kültürünü, türkcənin gözəlliyini, 

türk davranış formasını, zərifliyini, türk musiqisini, yəni bir bütöv olaraq türk kültürünü 

əks etdirən bir fiqur kimi bizə təqdim edir. Məsələn, "Mihriyar" şeirində İstanbulda 

doğulmuş, böyümüş və orada yaşayan gözəl bir türk qadınından söz açılır. Bu qadın 

Boğaziçində yaşayan əsalətli, gözəl, kültürlü, incə, zərif bir İstanbul xanıməfəndisidir. 

Onun üzünə, rəftarına, davranışlarına, duruşuna, şəklinə-şəmailinə baxan adam 

İstanbulun gözəlliklərini və türk tarixini görən kimi olur. Boğaz iqlimi və kültürü onun 

şəxsiyyətinə hopmuşdur. Dəniz nəfəsilə böyümüş, saf uyğusunun yelləncəyində balıqçı 

səslərilə yırğalanmışdır. Burada Boğazın həm iqlimi, həm də kültürü hopmuşdur ideal 

türk gözəlinə. Türk vətənini, kültürünü, tarixini, dilini gözəl bir qadınla eyniləşdirmə 

Yəhya Kamalın orijinal cəhətlərindən biridir. O, milliyyətçilik fikrini bir az da belə 

mövqedən əks etdirir. "Bir təpədən", "Bir başqa təpədən" şeirlərində də buna bənzər bir 

yanaşma görünür. Bu məsələni bir az açmağa ehtiyac var. 

Yəhya Kamala görə, türkcəni gözəl, zəngin, işlək, qıvraq bir dil halına gətirənlərin 

başında türk qadını, özəlliklə də əski İstanbul xanımları gəlir. Bu baxımdan o, gözəl 

türkcə ilə gözəl türk qadınını eyniləşdirir. Birini digərindən ayrı düşünmür. Bunlar bir-

birini çağrışdıran və tamamlayan ünsürlərdır. Yəhya Kamal türk qadınının duruşunda, 

gözəlliyində, davranışlarında, danışığında, xülasə, hər şeyində türk tarixinin bütün 

sərəncamının, kültürünün inikasını sezir. Ona baxarkən türk tarixini görən kimi olur. 

Yəhya Kamal bəzi şeirlərində yaddaşda qalan, keçmişdə yaşanmış, amma unudulamamış 

böyük eşqləri işləmişdir. Qalıcı olan, unudula bilməyən, sarsıdıcı böyük eşqlərin duyğulu 

təsirlərini tərənnüm etmişdir. "Ərənköydə bahar", "Keçmiş yaz", "Təlaqi" kimi 

şeirlərində bunu görmək mümkündür. Şair, eyni zamanda "Vüslət", "Əndülüsdə rəqs" 

kimi şeirlərində hissi/platonik eşqin yanında şəhvani eşqə də yer vermişdir. 

Yəhya Kamal klassik şeirə böyük önəm verdi, bu ədəbiyyatı diqqətlə incələdi və buradan 

öz zamanına, öz şeirinə gətirə bildiklərini gətirməyə çalışdı. Bu böyük və bərəkətli 

qaynaqdan olduqca səmərəli şəkildə bəhrələndi. O, klassik türk şeirini avropavari bir 

havada yenidən yaratmağa səy elədi. Divan şairinin zərif, qıvraq, ahəngli, gözəl 

türkcəsinə, ədasına, ifadə qabiliyyətinə əhəmiyyət verdi. Divan şeirindən söz varlığını 

aldı, amma məzmun ünsürünə çox da yer vermədi. "Əski şeirin rüzgarıyla" adlı kitabında 

toplanan klassik tərzdəki şeirlərinin ilham qaynağı da yenə bir çox mövzuda olduğu kimi 

Qərbdır. Bu işdə ona fransız şairi Verlen önçülük etmiş, örnək olmuşdur. Yəhya Kamal 

Verlenin "Fites galantes" ("Aşiqanə əyləncələr") adlı kitabını oxumuş, bundan təsirlənmiş 

və bu təsir nəticəsində tarixdəki olayları və durumları, o zamanların dilini və havasını 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

409 


günümüzdə yenidən işləmə həvəsinə qapılmışdır. Verlen bu kitabında XVIII əsrdə 

işlənən fransızcanın dil ünsürlərinə yer vermiş, o dövrdəki Versal sarayının həyətindəki 

əyləncələri, aşiqlərin söhbətlərini, davranışlarını yenə o zamanın dili ilə əks etdirmişdir. 

Yəhya Kamal da Verlenin təsiri altında İstanbulun fəthindən Şeyx Qalibə qədər keçən 

zaman ərzində əyləncələrimizi və əski həyatımızın bəzi mərhələlərini o dövrlərin şeir 

dililə qəzəl-qəzəl tərənnüm etmə həvəsinə düşmüş, beləcə tarixin qəhrəmanlıqlarını, 

müxtəlif olayları, gözəllikləri və gözəlləri öz zamanının dili ilə əks etdirməyə çalışmış, 

bunda Osmanlı türkcəsini işlədərək qəzəl, şərqi, rubai kimi klassik şeir janrlarında əsərlər 

yazmışdır. XVIII əsr İstanbulunun Lalə dövrüni, Sədabad əyləncələrini, Boğaz səfalarını, 

o zamanın gözəlliklərini o dövrün Osmanlı türkcəsini işlədərək əks etdirmişdir. 

Bu şeirlərində klassik şeirin özünü, səsini, ahəngini, havasını, köhnəlməyən gözəlliklərini 

modern bir üslub və anlayışla yenidən canlandırmağa çalışdı. Kitabın adından da 

göründüyü kimi, bunlar əski şeirimizin, yəni divan şeirimizin rüzgarı ilə, onun havası ilə 

yazılmış yeni şeirlərdir. Neoklassik olmaları bununla əlaqədardır. Onun klassik 

şeirlərinin divan şeirindən fərqi budur: Yəhya Kamal divan şairləri kimi klassik 

məzmunlar üzərində çox durmamışdır. O, daha çox kəlmələrin ahəng və məna 

dəyərlərinə önəm vermişdir. Osmanlı türkcəsinin musiqisini yaxalamaya çalışmışdır. 

Bundan başqa, divan şeirində məna beytdə tamamlanırdı. Yəhya Kamal isə mənanı şeirin 

tamamına yaydı. Yəni şeirdə mövzu bütünlüyünə nail oldu. 

B. Atatürk dönəmində təsiri olan yeni şairlər 

Bu şairlər ümumən 1900-1910-cu illər arasında doğulan, uşaqlıqları savaş illərinə təsadüf 

edən, milli mücadilənin şahidi olan, yeni Türkiyə Cümhuriyyəti dövlətinin hansı şərtlər 

altında qurulduğunu yaşayaraq görən və gəncliklərini bu dövlətin quruluş həyəcanı ilə 

keçirən, ədəbiyyata da Atatürk dövründə gələn gənclərdir. Dolayısı ilə, Atatürk çağı türk 

şeirinin əsl önçüləri bunlardır. Bu dönəm türk şairləri olduqca geniş bir yelpazədə yer 

alırlar. Bunları özəlliklərinə görə təsnif edək. 

 

 

 



I. Milliyyətçi məmləkət ədəbiyyatı 

Adlandırma və tarixi proses: milliyyətçi məmləkət ədəbiyyatı II məşrutiyyət dövründə 

yayğınlıq qazanan milli ədəbiyyat cərəyanının cümhuriyyətdən sonrakı əks-

sədasıdır.Cümhuriyyətin ilk illərində milli məsələlərə, Anadolu coğrafiyasına, onun təbii 

gözəlliklərinə, tarixi, mədəni zənginliklərinə, türk kültürünə, xalq ədəbiyyatına, 

folkloruna, yaşantısına, düşüncə və ədəbiyyatına söykənən şeir, hekayə, roman, pyes kimi 

janrlarda yaranan ədəbiyyat "milliyyətçi məmləkət ədəbiyyatı" adlanır. Bu anlayışa bağlı 

şairlərə də "Anadolu şairləri", yaxud "məmləkət şairləri" deyilir. Hecaçı şairlərə, 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

410 


Atatürkçü, cümhuriyyətçi, milliyyətçi şairlərə topdan "milliyyətçi məmləkət 

ədəbiyyatçıları" deyirik. Ömər Bədrəddin Şinasi Özdən ilə bir müsahibədə məmləkət 

ədəbiyyatını belə təqdim edir: "Məmləkət kəlməsini millidən daha vazeh sayaraq 

deyəcəyəm ki, məmləkət ədəbiyyatı nə alafranga duyuşun və ədanın, nə sıxıla-sıxıla 

ancaq puçası qalmış yerlərə aid quru həyat klişelərinin ədəbiyyatıdır, nə hər mövzuda 

Piyer Lotini örnək verən geniş məzhəbli ədəbiyyatı, nə də bizə yabançı ideologiyaların 

sinsi və ya açıq propaganda ədəbiyyatıdır. Məmləkət ədəbiyyatı ən fərdi və ən hür 

əsərlərinə qədər bu toprağın və bu millətin orijinal ədəbiyyatı, yurdun ən böyük parçası 

ilə Anadolunun bugününü tərənnüm edən xalis və yeni şeiri, Anadolunun gerçək romanı 

və teatrı, qısaca, yeni və yerli bir ədəbiyyatdir. Məmləkəti demək olar ki, heç 

tanımadıqları üçün, onu əks etdirən əsərlər yaza bilmədikləri üçün məmləkət ədəbiyyatını 

pisləyənlər, məsələn, yaxşı və ya pis şeirdən bəhs edəcək yerdə, məmləkət şeirini vətən 

və millətdən, Ayşə və Fatmadan bəhs edən dəyərsiz əsərlərin ədəbiyyatı, yaxud xalq 

ədəbiyyatının sadəcə təkrarı kimi göstərmək fikrinə düşənlər bir gün ancaq gerçək 

məmləkət ədəbiyyatı ilə millətlərarası bir mövqe qazandığımızı görəcəklər" (Varlık Der., 

mart 1944). 

Bu ədəbiyyatda sosial faydaya yönələn, fikir təlqin edən mahiyyətdəki mətnlər üstünlük 

təşkil edir. Bunlar milli dəyərlərə, məhəlli həyata, milli kültür, sənət, coğrafiya və 

tariximizə qayıdış hərəkatıdır. Bu ədəbiyyat Atatürkün xalqçılıq və milliyyətçilik 

prinsiplərinin inikasıdır. Türk ocağı, ondan sonra isə xalq evi çalışmaları bunu bəsləyir. 

Milliyyətçi məmləkət şairləri Anadolu coğrafiyasının gözəlliyi, işlənməsi gərəkən təbii 

potensialı, türk millətinin əsil dəyərləri, problemləri və milli dəyərlər üzərində durdular. 

Dolayısı ilə, milliyyətçi məmləkət ədəbiyyatında iki təməl ünsür vardır: millət və vətən. 

Məqsəd: bunların məqsədi Türkiyəyə xas bir ədəbiyyat yaratmaq və bunda Anadoluya 

əsaslanmaq,dil, məzmun və forma baxımından milli bir ədəbiyyat yaratmaqdı. Onlar 

klassik ədəbiyyatı bir kənara atıb türk xalq ədəbiyyatından bəhrələnməyə çalışdılar. Türk 

ədəbiyyatını Şərq və Qərb ədəbiyyatlarının təsirindən qurtararaq tamamən milli bir 

ədəbiyyata çevirmək hədəfini güddülər. Bundan başqa, xalqdan mədəni dəyərlər almaqla 

yanaşı, xalqı tərbiyə etmək, ona bəzi şeylər öyrətmək, öndərlik etmək, yol göstərmək 

kimi bir məqsədləri də vardı. 

Siyasi baza: yeni rejimin rəsmi siyasətini mənimsəyən bu ədəbiyyatçılar Qərb dəyərlərinə 

müsbət baxmaqla birlikdə milli olanı ön plana çıxarmağa qeyrət etdilər. Xalqçılıq, 

milliyyətçilik və dövlətçilik bu ədəbiyyat anlayışının əsas ünsürlərini təşkil etdi və onlar 

öz kredolarını bu təməl prinsiplər üzərində qurdular.  

Bəhrələnmə qaynaqları: məmləkət ədəbiyyatının başlıca bəhrələnmə qaynağı türk 

millətinin sahib olduğu maddi və mənəvi hər şey idi: coğrafiyası, tarixi, kültürü, həyat 

tərzi, dili, gələnəkləri, görənəkləri, törələri, dünya görüşü, əylənmə forması, gündəlik 

həyatı. Məmləkət ədəbiyyatçılarının başlıca bəhrələnmə qaynaqlarını bu şəkildə 

sıralamaq olar: 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

411 


1. Xalq kültürü və ədəbiyyatı: məmləkət ədəbiyyatçılarının başlıca bəhrələnmə qaynağı 

xalq ədəbiyyatı olmuşdur. Elmi şəkildə folklor araşdırmaları aparılmış, əldə edilən 

folklor materialı ədəbi mənada işlənərək yenidən ədəbiyyata qazandırılmışdır. Yalnız 

folklor ünsürlərini xam material kimi almış, onu işləyərək yüksək bir sənət mərtəbəsinə 

çıxarmağa çalışmışlar. Xalq evlərinin özəlliklə Anadolu kənd, qəsəbə və şəhərlərində 

daha çox müəllimlər və tələbələr vasitəsilə toplatdırdığı folklor, məhəlli ləhcə, türkü, 

nağıl, lətifə, tapmaca, əfsanə, dastan kimi türk xalq kültürü məhsulları məmləkət 

ədəbiyyatçıları üçün önəmli bir qaynaq təşkil etmişdir. 

2. Anadolu romantizmi: milli romantik həssaslıq bir millətin keçmiş zamanlarda öz 

vətənində ortaya qoyduğu milli motivlərlə süslü böyük memarlıq, ədəbi, folklorik, 

mədəni, estetik bütün əsərlərinin fərqinə varması şüurudur. Türk milləti də tarixin 

müxtəlif dövrlərində ortaya qoyduğu kültür, sənət, ədəbiyyat, dil, memarlıq, musiqi 

əsərlərində öz milli ruhunu aramış və milli kimliyini bu əsərlər vasitəsilə barizləşdirməyə 

çalışmışdır. Alman, fransız, ingilis kimi Avropa millətləri milli kimliklərini məhz 

romantizm yolu ilə tapmışlar.  

Mövzular: mövzu və ilhamın başlıca qaynağı Ziya Göyalpın türk tarixi, toplumu, kültürü, 

gələnəyi, ədəbiyyatı, sənəti haqqında ortaya qoyduğu sosioloji mənada elmi analizləri və 

təsbitləri ilə Yəhya Kamalın türk kültür varlığına, tarixinə, coğrafiyasına, dilinə, sənət və 

ədəbiyyatına baxış zövqüdür. Bunlar milli ədəbiyyat cərəyanının türklüyə, Anadoluya, 

türk millətinin maddi və mənəvi dəyərlərinə önəm vermək barədə ümumi düşüncəsinə 

bağlı qalaraq, Anadolu torpaqlarının imperialist Qərb dövlətləri tərəfindən işğal edilməsi 

və milli mücadilə nəticəsində qurulan yeni milli türk dövləti Türkiyə Cümhuriyyətinin 

Anadoluya və xalqa açılma siyasəti gərəyi olaraq Anadolu mövzusuna geniş yer 

vermişlər. Anadolu və türklük duyğusu kimi milli mövzuları gerçək lirik şeir üslubu ilə 

işləmişlər. 

Vətən sevgisi: gələcəyə dönük milli həyəcan və şüurun aşılanması üçün istifadə olunan 

mövzulardan biri də vətən sevgisidir. Milliyyətçiliyin təməl prinsiplərindən biri insanın 

öz vətənini sevməsi, vətənini hər cür təhlükədən qoruması, lazım gəldikdə malını, qanını, 

canını vətəni uğruna fəda etməyi bacarmasıdır. Vətən düşmənlərdən qorunmalı, heç kimə 

bir qarış toprağı belə verilməmlidir, çünki o, bizə atalarımızdan qalmış müqəddəs bir 

əmanətdir. Biz türklər vətən sevgisini son dərəcə ucaldaraq "vətən sevgisi imandandır" 

prinsipinə möhkəm sarılmışıq. Məmləkət ədəbiyyatında vətən sevgisini ən çarpıcı şəkildə 

dilə gətirən şeirlərdən biri Orxan Şaik Gökyayın "Bu vətən kimin" adlı şeiridir. 

Dil: məmləkət ədəbiyyatçılarının dili xalqın danışdığı yaşayan türk dilidir. Onlar türk 

dilinin ərəb, fars dili kimi Şərq, fransız, ingilis kimi Qərb dillərinin təsirindən qurtararaq 

saf, yalın, gözəl, işlək və qıvraq bir türkcə ilə şeir yazmağı öz qarşısına məqsəd kimi 

qoydular. Bu məqsədlə xalqın danışıq dilinə, deyim, atalar sözləri, qəlib ifadələr, səmimi 

xitab ifadələri, tələffüz qıvraqlığı, hətta jargon kimi dil ünsürlərinə yer verdilər. Yazı 

dilində isə türk dilinin qrammatik qaydalarını və yerli İstanbul əhalisinin, özəlliklə 

xanımlarının danışıq şəklini əsas olaraq qəbul etdilər. Bunların yalın türkcəyə gətirilməsi 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

412 


düşüncəsi "ədəbiyyati-cədidə" və "Fəcri-ati" kimi ədəbi məktəblərin çoxlu ərəb, fars 

sözlərinə və epitetlərinə dayanan şeir anlayışına bir cavabdır. Canlı, sadə bir türkcə ilə də 

lirik, dərin, estetik, gözəl şeirlər yazıla biləcəyini sübut etməyə çalışdılar. 

Üslub: məmləkət ədəbiyyatçıları daha çox xitabət üslubunu mənimsədilər, çünki şeiri bir 

mənada milləti coşduran, milli hədəflər istiqamətində hərəkətə gətirən bir vasitə olaraq 

gördülər. Onun üçün millətə milli həyəcan aşılayan, onun qəhrəmanlıq, igidlik, vətən, 

millət sevgisi kimi duyğularını oxşayan bir üslub kimi məhz xitabət üslubunu seçdilər. 

Lirik üslubun ağırlıqda olduğu bu şairlər ara-sıra bəzi düşüncə və bilgiləri xalqa çatdırma 

qayəsi güddükləri üçün bəzən lirizmdən uzaq, quru və öyrədici mahiyyətdə əsərlər də 

yazdılar. 

Nəzm şəkli: məmləkət ədəbiyyatı əsas etibarilə türk millətinin tarixdən gətirdiyi saf milli 

kültürə söykəndiyindən, bu şairlər ümumən milli nəzm forması olan xalq şeirinin 

janrlarına üstünlük verdilər. Dolayısı ilə, yayğın olaraq dördlük nəzm vahidi tərcih edildi. 

Bununla yanaşı sonet, terzarima, düz, sarmal, çapraz qafiyə kimi nəzm şəkillərinə və 

sərbəst nəzm şəklinə də yer verdilər. 

Vəzn: bu şairlər yenə milli vəznimiz olan heca vəznini işlətməyi tərcih etdilər. Türklərin 

milli vəzni olan heca vəzninə o qədər çox əhəmiyyət verdilər ki, dönəmin beş önəmli 

şairinin (beş hecaçılar) ayırıcı vəsfi olaraq heca vəznini işlətmələri görüldü. Digər şairlər 

də heca ilə yazmağa həvəs göstərdilər. Məmləkət şairləri xüsusi təhsil görmüş şəhərli 

şairlərdir. Onlar xalq şeiri nəzm şəkillərini və hecanı yüksək kültür və şəhər şeiri 

səviyyəsinə çıxarmaya çalışdılar. Məsələn, qoşma janrında heca vəznilə çox incə, mədəni 

və estetik dərinliyi yüksək şeirlər yazıla biləcəyini sübut etdilər. Savadsız kəndli xalq 

şairləri ilə yanaşı şəhərli, təhsilli şairlərin də milli şeir texnikasını işlədə biləcəklərini 

göstərdilər. Heca vəzni yeni qurulan Türkiyə Cümhuriyyəti dövlətinin şeirdə az qala 

simvollarından biridir. Kosmopolit və islami rəngin hakim olduğu Osmanlının simvolu 

əruza qarşı milli dövlət olan Türkiyə Cümhuriyyətinin əlaməti də milli vəzn, yəni 

hecadır.  

Buradan çıxış edərək, milliyyətçi məmləkət ədəbiyyatının ikinci nəsil hecaçılarından 

bəhs etmək lazımdır. 1890-cı illərdə doğulan, milli ədəbiyyat cərəyanının əsas 

prinsiplərinə sadiq qalaraq I dünya savaşı və mütarikə illərində əsərlər yazmağa başlayan, 

yabançı kəlmə və epitetlərindən uzaq, yalın danışıq dili ilə, heca vəzni ilə, dördlük nəzm 

vahidi ilə milli mövzular və duyğular ətrafında şeir yazma anlayışını mənimsəyən bir 

şairlər topluluğu vardır. Məhməd Əmin, Ziya Göyalp kimi şairləri birinci nəsil hecaçılar 

kimi götürsək, bunları da ikinci nəsil hecaçılar adlandıra bilərik. İkinci nəsil hecaçıların 

ən görkəmli nümayəndələri bunlardır: Orxan Seyfi Orxon (1891-1972), Məhmət Behçət 

Yazar (1890-1980), Xalid Fəxri Ozansoy (1891-1971), Ənis Behiç Koryürək (1892-

1949), Yusif Ziya Ortaç (1896-1967), Şükufə Nihal Başar (1896-1973), Əli Mümtaz 

Arolat (1897-1967), Faruq Nafiz Çamlıbel (1898-1973), İbrahim Əlaəddin Gövsa (1899-

1949). 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin