Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   50   51   52   53   54   55   56   57   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

420 


qədər də sezilmir. Zatən dünyaya, dünyanın gözəlliklərinə bu qədər bağlılığının arxasında 

ölümdən sonrakı həyat mövzusunda tərəddüdünün bir təsiri ola bilər. 

Tanpınarın varlığa yanaşma tərzi idealıst düşüncəyə yaxındır. Xarici aləmi, varlığı, 

maddəni, əşyanı zehnin, ruhun, düşüncənin, görüşün bir məhsulu kimi, bir təsəvvürü kimi 

qəbul edir. Maddədən öncə məna, obyektdən öncə subyekt gəlir. Aparıcı olan konkret 

varlıq deyil, şairin duyma, görmə, düşünmə, təxəyyül və təsəvvür etmə tərzidir. Əşya 

bizim duyma prizmamızdan keçərək məna və tərif qazanır. Xarici aləm bizim daxili 

dünyamızı ifadə etməyə yarayan bir simvollar aləmidir. Xarici aləmi fikrimizlə, 

hissimizlə, idrakımızla, röyalarımızla mənalandıra bilərik. Göründüyü kimi, Əflatundan 

bəri davam edən idealıst düşüncə onda bariz bir şəkildə hiss edilir. 

Tanpınar təbiəti o qədər də konkret özəlliklərilə təsvir etmir. Onun üçün təsvir edilən ya 

da gösətərilən təbiət ünsürləri öz içində qurduğu gözəlliklər dünyasını parlaq bir formada 

əks etdirmək üçün bir vasitədır. Estetik mənada konkret təbiət gözəllikləri ümumən yenə 

gözəl bir qadınla birlikdə təqdim edilir. Qadın və təbiət gözəlliyi bir-birini tamamlayan 

iki önəmli gözəl duyğu vasitəsidir. Tanpınarda qadın ümumiyyətlə iki çöhrəsi ilə 

qarşımıza çıxır: ana və sevgili. Tanpınar qadını saf bir estetik dəyər kimi, bir gözəllik 

ünsürü kimi qəbul edir və onun gözəlliyi və qadınlığı üzərində sənəti ülviləşdirərək, 

ölümsüzləşdirərək həyatın müvəqqətiliyini unutmağa çalışır. Gözəl qadın təxəyyülü, 

həyatın faniliyi insan faciəsini önləməyin yollarından biridir. Sevilən qadın obrazı da iki 

şəkildə qarşımıza çıxır: mücərrəd qadın və canlı qadın. Tanpınar gözəl qadın obrazını bir 

çox şeirində olduğu kimi vermək yerinə dolaylı olaraq estetik bir görüntü içində təqdim 

etməyə çalışır. Ya dondurulmuş bir heykəl, ya aynaya düşən surət, ya da medalyona nəqş 

edilmiş şəkli ilə verir. O, qadını doğrudan-doğruya maddi bir varlıq, bir qadın kimi 

təqdim etmək əvəzinə çox vaxt sənətə dönmüş / dönüşdürülmüş, sənətlə əlaqədar olaraq 

yenidən yaradılmış şəkli ilə təqdim etməyə, beləliklə, fani qadını sənətlə əbədiləşdirməyə 

üstünlük verir. 

Tanpınar şeirlərində sosial, siyasi mövzulardan uzaq durmuş, tarixi mövzulara da yer 

verməmişdir. Bəlkə "Bursada zaman" şeirində bir ölçüdə Yəhya Kamaldan gələn bir 

təsirlə tarixi bir mövzuya toxunsa da, bu şeirdə tarix daha çox estetik planda 

dəyərləndirilmişdir. Tanpınar tarixi təcrübənin daha çox estetik dəyəri, sənət dəyəri, 

gözəllik dəyəri üzərində durur. O, tarixə, keçmiş zamana nostalji duyğular bəsləmir. 

Tarixin məhsulu olan sənət əsərlərinin gözəlliyi əbədiləşdirən və beləliklə, axıb gedən 

zamanı donduran tərəfi üzərində durur. 

 

Tanpınar zahiri aləmin şərtlərinin məhsulu olan və keçmiş-indi-gələcək deyə üç yerə 



bölünən bir zaman idrakı daşımır. O, zamanda bir parçalanmışlığı və bölünmüşlüyü qəbul 

etmir. Onun fikrincə, zaman, öncəsiz və sonrasız, əbədi bir bütövlükdür. Özünü bu 

dünyanın deyil, ruhi bir dünyanın şairi olaraq gördüyü üçün də fiziki dünya zamanına 

həbs olunmur. Dolayısı ilə, bu zamanın nə içində, nə də büsbütün kənarındadır. Onun 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

421 


zaman anlayışında Berqsonun fikirlərinin önəmli bir təsiri vardır. Berqsona görə, zaman 

bütün varlıq və olaylardan öncə var olan bir şeydir, onun varlığı başqa bir səbəbə bağlı 

deyildir, yəni öz-özünə var olan bir varlıqdır. Bü səbəbdən də həyatın, varlığın və 

olayların qaynağı zamandır. İbn Ravəndinin önçülük etdiyi və islam materialistləri kimi 

tanınan dəhriyyun cərəyanı tərəfdarları da təqribən buna bənzər bir görüşü müdafiə 

edirlər. Onlar da "dəhr"i müqəddəsləşdirmiş və bütün varlığı sərhədsız zaman olan dəhrin 

yaratdığını düşünmüşlər. Tanpınarın zamana yanaşması ilə həm Berqsonun, həm də 

dəhrilərin yanaşmaları arasında bəzi bənzərliklər görmək mümkündür. 

Şeirlərində heca vəznini işlədən Tanpınar bu vəzni quru, mexanik bir vəzn olmaqdan 

qurtarıb, klassik şeirdə əruzun bacara bildiyi ahəng və intizamı gerçəkləşdirməyə çalışdı. 

Şair əruzun davamı olan bir heca vəzni qurmaq arzusunda olduğunu söyləyir. Tanpınar 

öz ustadı Yəhya Kamalın şeir görüşündən və anlayışından böyük ölçüdə fərqlənir. Ancaq 

bir sahədə, özəlliklə də dili dəyərləndirmək məsələsində, dil işçiliyi, türkcə zövqü 

məsələsində ondan ciddi mənada təsirlənmiş və bəhrələnmişdir. Bundan başqa, 

Tanpınarın əski kəlmələrə çox və rahatlıqla yer verməsinin əsil məqsədi o kəlmələrin 

əsrlər boyunca yükləndikləri zənginliklə zamanı dondurmuş olmasıdır. Bu kəlmələr 

zamanda bir parçalanmaya səbəb olmur, tam tərsinə, geniş və sonsuz zamanı daşıyırlar. 

Bu kəlmələr yaratdıqları assosiasiyalarla, sehrləri ilə, qoxuları ilə, mənaları ilə, incəlikləri 

ilə, səsləri ilə zamanın ən yaxşı şahidləridir. 

Kəlmə işçiliyində olduqca titizdir. Onun leksikonu daha çox gözəllik, eşq, qadın, təbiət 

və kosmik aləm və ruhi-hissi məzmunlı kəlmələrdən ibarətdir. İçində yaşadığımız fiziki 

dünyanın maddi, sosial və siyasi terminologiyasına deyil, öz qurduğu konkret gözəllik 

aləminin işarələri və materialı olan kəlmələrə yer verir. Ulduz, parıltı, gümüş, dəniz, 

günəş, ay, billur, su, işıq, yaqut, zaman, röya, gül, qədər, ayna kimi. Real dünyanın 

kəlmələrilə danışmamağa xüsusi bir diqqət göstərmişdir. Tamamən saf şeir anlayışına 

uyğun bir dili və üslubu vardır. Nəsrində belə onun orijinal şeir üslubu hakimdir. 

Ümumiyyətlə, qapalı, mübhəm, özünü dərhal hiss etdirməyən bir üsluba sahibdir. Onun 

yaradıcılığını anlamaq və hiss edə bilmək, daxili aləminə vaqif olmaq üçün dərin bir 

mədəni təcrübə və anlama cəhdi lazımdır. Onun sakit, yumşaq bir üslubu vardır. 

Bağırmaz, hayqırmaz, nitq irad etməz, axan su kimi danışar, pıçıldayar, söylər... Üslubu 

dışa dönük deyil, içə yönəlikdir. O, sükutun musiqisini hiss etdirməyə çalışır. 

Əhməd Mühib Dıranas (1907-1980). Şeirləri Tanpınar kimi çox sonralar, 1974-cü ildə 

"Şeirlər" adı ilə kitablaşdırıldı. Əhməd Mühib fərdi mövzular və gözəlliklər üzərində 

daha çox durmuşdur. Sosial və siyasi mövzulara o qədər də toxunmamışdır. Saf şeir 

anlayışını mənimsəmişdir. Sezgi, duyğu, müşahidə, təəssürat və lirizmə önəm vermişdir. 

Ədəbi cərəyan və qruplarla maraqlanmamış, müstəqil bir şair kimi qalmağı üstün 

tutmuşdur. Məsələn, qəribçilərə və II yeniçilərə qoşulmamışdır. Türk xalq şeirindən, 

Osmanlı ədəbiyyatından və fransız şairlərindən bəhrələnmişdir. Özəlliklə Yəhya 

Kamalın, Əhməd Həmdi Tanpınarın və Bodlerin təsiri altında olmuşdur. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

422 


Şeirlərində Anadoluya önəm vermiş, məmləkəti gerçəkçi tərəfləri ilə əks etdirməyə 

çalışmışdır. Anadolu türk xalqının sosial və iqtisadi problemlərini marksistlər kimi 

istismar etməmişdir. Siyasətlə felən maraqlanmasına baxmayaraq, şeirlərində siyasi 

mövzulara yer verməmiş, şəhərli bir şair kimi fərdi mövzulara diqqət yetirmişdir. 

Romantik eşqlərə, əskidə yaşanmış gözəl eşqlərin xatirəsinə, sevgilisi ilə birlikdə 

olmanın verdiyi xoşbəxtlik duyğusuna, zaman-zaman şəhvani səviyyədəki eşq 

duyğusuna, sevgilisindən ayrılığın gətirdiyi hüzn duyğusuna yer vermişdir. Sevgili tipi 

olaraq ümumən hüznlü bir duruşu olan şəhərli aristokrat qadınları, xatirələrdə qalmış əski 

sevgililəri seçir. Onun şeirində qadınlar, ümumən, gözəl bir təbiətlə birlikdə verilir. 

Buradan da anlaşılacağı kimi, Əhməd Mühibin digər bir mövzusu da təbiətdir. O, təbiətə 

daha çox pastoral və panteist baxış bucağından yanaşır. İstər qadın, istərsə də təbiət 

haqqında şeirlərində gözəlliyə və sənət dəyərinə önəm verir. Onda estetik dəyər hər 

zaman ön plandadır. 

Əhməd Mühib türkcəni ən yaxşı işlədən şairlərdən biridir. Dilimizin incəliklərini, 

gözəlliklərini, zənginliklərini kəşf etməyə çalışmışdır. Xalqın canlı danışıq və yazı dilini 

əsas almışdır. Şeirlərində əski-yeni kəlmə ayırımına yol verməmiş, türk millətinin 

işlətdiyi hər kəlməni o da işlətmişdir. Rəsm sənətilə də yaxından maraqlanan şair 

şeirlərində canlı təsvirlər yaratmışdır. Bu baxımdan təsvirçi üslubu barizdir. 

Cahid Sidqi Tarançı (1910-1956). Bu dönəmdə "Ömrümdə sükut" (1933) adlı kitabını 

nəşr etdirir. O, ömrünü şaircəsinə yaşamış bir insandır. Onun başlıca bəhrələnmə 

qaynaqları arasında Füzuli, Şeyx Qalib, Nədim kimi klassik şairlər, xalq ədəbiyyatı, 

Yəhya Kamal və Əhməd Haşim kimi yeni şairlər və Bodler, Verlen kimi fransız şairləri 

vardır. Onun fikrinə görə, klassik ədəbiyyat çölə atılacaq bir qaynaq deyildir. Çünki 

Mallarmenin bütün ömrünü həsr edərək gerçəkləşdirmək istədiyi və Abbe Bremondun 

hərarətlə müdafiə etdiyi saf şeiri divan şairləri əsrlərcə əvvəl yaratmışlar. Şeirimizin 

mükəmməllik zövqünü, Yəhya Kamalı öz misralarında daddığını bildirir. Yunus Əmrənin 

Bodlerdən daha irəli olduğunu söyləyir. Xalq şairlərimizdə onun ən çox xoşuna gələn 

cəhətlərdən biri dəruni bir həyata sahib olmaları və təmiz türkcənin ən gözəl örnəklərini 

onlarda tapa bilməsidir. Poeziyası çox da əlvan deyil, həm forma, həm də məzmun 

baxımından hər zaman eyni qalmışdır. O, şeiri heç bir zaman bir fikrin isbatı, bir davanın 

müdafiəsi, bir fəlsəfə sisteminin təqdimi olaraq görməmişdir. Şeiri azad bir yazı janrı 

saymışdır. Onun üçün də mövzuları ümumiyyətlə fərdi keyfiyyət daşıyır. Öz şəxsi 

həyatına, daxili aləminə, həssasiyyətinə, duyğu və düşüncələrinə bağlıdır. Sosial və siyasi 

mövzulara çox da yer verməmişdir. Böyük davalar arxasınca qaçmamışdır. Kiçık 

dünyaların, kiçık mövzuların şairidir. Şüar və ideologiyalardan uzaq duran şair bununla 

bağlı belə deyir: "Gerчяk sяnяtkarlar -юзцнц bиlяn qцdrяtlи sяnяtkarlar dеmяk 

иstяyиrяm- даим дябдя олан cяrяyanlarыn, иnsan mяsяlяlяrиnи yalnыz bиr pяncяrяdяn 

gюrяn sяnяt mяktяblяrиnиn хариъиндя qalmыш olanlarдыр. Bugцn dя иllащ hяr sяnяt 

яsяrиndя sosиal bиr mяsяlяnиn ortaya atыlmasыnы шярт гoшan bиr moda-cяrяyan 

qarшыsыndayыг. Дейирляр kи, сяnяt ъямиййятиn, sosиal bиr davanыn яmrиndя olmalыdыr. 

Bunu dеyяnlяr sяnяtиn baшlы-baшыna bиr dava olduьunu unuдurlar, unutдuгlarы цчцн 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

423 


dя сaбащ bюyцk bиr хяйал гырыглыьына uьrayacaгlar" (Yaşar Nebi Nayır, Şiir Sanatı, 

İst., 1948, s. 171-172). 

Onun əsas mövzusu yaşama sevincidir. Digər yan mövzular daim bu ana mövzunu 

dəstəkləyən mahiyyətdədir. Ölüm qorxusu, yox olma qorxusu, təbiət və insan sevgisi, 

yalnızlıq, bədbinlik kimi mövzular hər zaman yaşama sevincinə bağlanır. Əslində, Cahid 

Sidqidə ölüm qorxusu yoxdur. O, ölməkdən deyil, bu dünyanın gözəlliklərindən ayrılmaq 

məcburiyyətindən qorxur və bunun hüznünü tərənnüm edir. Ölümü yaşama sevincinin 

ziddi olaraq qəbul edir. Onda ölüm düşüncəsi xəstəlik halını almış, bir xurafat halına 

gəlmiş və onu pərişan etmışdir. Ölümü son dərəcə təbii və normal bir olay kimi qarşılama 

fikrindən uzaqdır. Ölüm qarşısında vüqarlı və mətanətli bir şəkildə dura bilmir. 

Tədirgindir və qəbul etmir. Onda ölüm mövzusuna yanaşma şəkli Bodlerinkinə bənzər 

özəlliklər daşıyır. 

Cahid Sidqi nə qədər şəxsi mövzular ətrafında dönən şair olsa da, türk millətinin həssas 

bir övladı kimi milli mövzulara da biganə qalmamışdır. "İstiqlal marşını dinlərkən", 

"Məhmətçik", "Atatürk", "On noyabr", "Naməlum əskər" kimi şeirlərində onun türk 

millətinin sosial və siyasi ruhunun ortaq əkslərini görmək mümkündür. İlk şeirlərində 

forma baxımından bəzi zəifliklər müşahidə olunur. Misra titizliyi, bütünlük əndişəsi 

vardır. Sadəcə hiss etmənin kafi olduğunu zənn edir. Vaxt keçdikcə forma titizliyinə 

önəm verməyə başlamışdır. Ümumiyyətlə, heca vəznini işlədir. Heca vəzninə dərinlik və 

genişlik verir. Ancaq bu vəzndə israrlı deyildir, sərbəst vəznli şeirləri də vardır. O, 

söyləmək istədiyi şeyə ən uyğun vəzn hansı isə onu işlətmişdir. 

Təmiz, sadə bir türkcə ilə yazır. Xalqın günlük danışıq dilini çox gözəl işlədən bir şairdir. 

Arxadaşı Ziya Osman Sabaya yazdığı məktublarda dil həssasiyyətini, türkcə sevgisini 

vurğulayan ifadələrə yer verir: "Яlиmdя тцrkcя kиmи gюzяl bиr sиlahыm var. Bu can bu 

бядяndя olduqъa, тцrk dиlи иlя daha nя gюzяl, nя yenи, nя хarигцladя шeиrlяr yazacaьыг. 

Еlя едяк kи, Zиyacыьыm, тцrkcя bиzdяn xoшnuд olsun. Tцrkcя yazdыьыnы vя hяr шeydяn 

яvvяl bu dиlи bиr qadыnы mяmnun едяръясиня mяmnun etmяyя mяcbur olduьunu бир 

шaиr кими иlя ясла unutmamalыsаn" (Ziyaya Mektuplar, s. 56, 82, 93, 133, 164).  

Şeirlərində xalq dilinə və ifadələrinə yer verir. Asan anlaşılan, zorlamayan, mənası açıq, 

sadə bir tərzi vardır. Oxucuda asanca yazılmış hissini oyadır. Səmimiyyət, göstərişdən 

uzaq olmaq onun üslubunu müəyyən edən əsas ünsürlərdır. Lirizm çox aydın şəkildə hiss 

edilir. Qarışıq imiclərə, qeyri-müəyyən xəyal oyunlarına, dolambaclı ifadələrə, çətin 

anlaşılan epitetlərə yer vermir. Kültür şeiri olmaqdan ziyadə sezgi şeiri olduğundan ani 

həssaslıqlar aparıcı rol oynayır. Üslubuna romantik bir həssaslıq, hüznlü və dramatik 

ifadə hakimdir. Misraları ümumiyyətlə tək cümlədən ibarətdir. Epitetlərə o qədər də yer 

vermir. Düz, çılpaq, az hecalı kəlmələr işlədir. O, şeirdə forma mükəmməlliyinə 

əhəmiyyət verir. Onun fikrincə, şeirinə dəyər verən hər şair forma xəstəliyinə 

tutulmalıdır, formasızlıq içində gözəllik ovuna çıxanlar özlərini aldatmaqdan başqa bir 

şey etmirlər. Sonetə, dördlüklərlə və beytlərlə qurulu nəzm formalarına yer verir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

424 


Nəcib Fazil Qısakürək (1904-1983). Nəcib Fazil on iki yaşında ikən xəstə anasının 

arzusuna əməl etmək üçün şeir yazmağa başlayır. 1922-ci ildən etibarən "Yeni 

məcmuə"də, 1924-cü ildən sonra isə "Milli məcmuə"də çap etdirdiyi şeirlərini 1925-ci 

ildə "Hörümcək toru" adı ilə kitablaşdırır. Bunlar xalq şeiri janrlarında yazılmış lirik 

şeirlərdir, onlarda Bodlerin təsiri açıq hiss edilir. Bu şeirlərin əksəriyyəti qoşma 

şəklindədir. Fərdi böhranların hakim olduğu bu dövründə şair ruhi böhranlara, fərdi, 

metafizik və mistik iztirablara yer verir. 1926-1930-cu illər arası dönəmdə şeirlərini daha 

çox "Mücadilə" və "Həyat" kimi dərgilərdə çap etdirmişdir. 1928-ci ildə ikinci şeir kitabı 

"Qaldırımlar"ı ("Səkilər" deməkdir - tərc.) buraxır. 1930-1945-ci illərdə isə şeirlərini 

"Varlıq", "Ağac", "Oluş", "Səs", "Böyük Doğu" kimi dərgilərdə çap etdirir. 1932-ci ildə 

üçüncü şeir kitabı "Mən və ötəsi" çıxır. 

1934-cü ildən etibarən islami görüşü mənimsəməyə başlaması ilə şeirində də 

dəyişikliklər baş verir. Bu dəyişmə və çevrilmə prosesindəki şeirlərini 1955-ci ildə 

"Sonsuzluq karvan"ı adı altında buraxır. Daha sonra əski və yeni şeirlərindən ibarət 

seçilmiş əsərlərini nəşr etdirir. Əski şeirlərinin bir qismindən imtina edərək onları öz malı 

kimi qəbul etmir. Poetikasında şeir anlayışını açıq bir şəkildə ortaya qoyur. Onun 

fikrincə, şeir mütləq həqiqəti axtarmaq işidir. Mütləq həqiqət isə Allahdır. Şeir Allahı sirr 

və gözəllik yolundan aramaq işidir. O, şeiri dini-mistik həssaslığın ifadə vasitələrindən 

biri kimi görür: "Şeirdə təməl baxımından bir daxili protoplazma vardır ki, bütün 

qəliblərdən və sətirlərdən mücərrəddir. Bu da şeirin ən müəyyən və ən yaxın ikinci qayəsi 

olaraq onun rəmzi və sirri bünyəsidir. ... Hər rəmzdə gizlidən bir işarə və hər gizlilik 

işarəsində sirdən bir xəbər vardır. Gizli olan ən böyük şey Allahdır. Və şeir öz üstün 

mənası ilə sadəcə Allahı axtaran bir alət olduğu üçün, istər günəşdən bəhs etsin, istər 

kərtənkələdən, əşya və hadisələri mühasirə edən sonsuz incə və çarpaz nisbətlər içində 

Allahın hüdudsuz sənətindəki sonsuz memarlığın bir qapısından girib, digər qapısından 

çıxmağa məhkumdur. ... "Allahın sirr xəzinəsi ərşin altındadır və açarı şairlərin 

dilindədir" deyən ilahi vəhyin müqəddəs dodaqları hər hadisədə olduğu kimi, poetik-şeir 

hikməti davasında da tək cümlənin əsrarlı mənşuru içində və heç bir faninin çata 

bilməyəcəyi nisbətdə şeir həqiqətini rəng və cizgiyə qərq etmişdir". 

Nəcib Fazil təkkə ədəbiyyatının ilahilərinin səsini və ədasını yaxalamaya çalışır. Xalq 

şeirini və bu şeirin ünsürlərini şəhərli şair həssaslığı ilə işləyir. Ümumiyyətlə, qoşma 

nəzm şəklini və 6+5 hecalı təqtini işlədir. Hecanı bir kəndli vəzni olmaqdan qurtarıb 

şəhərli şeirinin ahəng vasitəsi edir. Heca vəzninə öz dönəmi içində axıcılıq qazandırır, 

onu taqqır-tuqqur, quru, yeknəsək bir ahəng vasitəsi olmaqdan qurtarıb lirik bir təbii 

vasitəyə çevirir. 

Mustafa Seyid Sutüvən (1908-1969). Şeirləri "Yücəl", "Sərvəti-fünun", "Oyanış", 

"Yedditəpə", "Yeni səs", "Türk dili", "Yeni insan", "Yurd və dünya", "Varlıq" kimi 

dərgilərdə çap olunur. Əruz vəznilə əski tərzdə qəzəl və məsnəvilər də yazır, həcvlər də... 

Bir ara Nazim Hikmət şeirinə heyran olur və sərbəst şeirə keçir. Yəhya Kamal və Yaqub 

Qədrinin başlatdığı neo-yunan cərəyanından da təsirlənir və bu təsirlə Qərb qaynaqlarına 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

425 


yönəlir. Yunan və Roma tarixini, Ege tarixini, əski yunan mifologiyasını oxuyur. Əski 

yunan mifologiyasında Qazdağından (İda) tanrıların dağı kimi bəhs edilir. Mustafa Seyid 

tanrıların dağı İdanı (Qazdağı) bizim tariximiz baxımından tədqiq edir və onun şeirini bu 

tarixi mövqedən yazır. Onun məşhur "Sutüvən" şeirinin yazılma tarixçəsi belədir: 1934-

cü ildə Atatürk Ədrəmiti ziyarət edəcəkdi. Kaymakam Midhət Kamal bəy Mustafa 

Seyiddən Qazdağındakı Sutüvən şəlaləsi üçün bir şeir yazmasını, bunu bir daşın üzərinə 

həkk edərək Atatürk gəlmədən suyun başına qoyacağını deyir. Şair özünün məşhur 

"Sutüvən" şeirini yazır. Əruz vəznilə yazdığı bu şeir Yəhya Kamalın neo-yunan tərzində 

yazdığı "Sicilya qızları", "Biblos qadınları" kimi şeirlərindən təsirlər daşıyır. 

Şair heç bir cərəyana tamamən qoşulmur. Şeirləri öncələri açıq və şəffafdır, daha sonra 

düşüncənin dərinliklərindən səslənməyə başlayır. Heca vəznində sabit deyildir. Bəzən 

əruzu və sərbəst vəzni də sınayır. Dilin oturmuş qanunlarına və qrammatik qaydalarına 

zidd hərəkətləri də müşahidə edilir. Qoşma janrına önəm verir. Ümumiyyətlə, yaşadığı 

bölgənin, Ədrəmitin tarixi və təbii özəlliklərini şeirləşdirir. "Sutüvən" şeirində Sutüvən 

şəlaləsini, "Şıpşıp" şeirində Şıpşıp Dədə adlı məsirə yerini, "Qazdağı" şeirində Qazdağını 

və Sarıqız əfsanəsini şeirləşdirir. Neo-yunan cərəyanına bağlı şeirlər yazmağa davam 

edir. Şeirlərində tarixi mahiyyətli mədəni ünsürlər üstünlük təşkil edir. Əski Anadolu 

mədəniyyətlərinə yönəlir. Bundan başqa, türk xalq ədəbiyyatından və folklorundan da 

faydalanmağı unutmur. Ancaq həm klassik şeiri, həm də xalq şeirini tənqid edir. Şeirləri 

sağlığında kitab şəklində çap edilməmişdir. Sonralar Behçət Nəcatigil və Zahir Güvəmli 

tərəfindən Mustafa Seyid Sutüven, Bütün Şiirleri adı ilə nəşr olunur (İst., 1976, İş 

Bankası y.). 

III. Cümhuriyyət dönəminin ilk ədəbiyyat topluluğu olan yeddi məşaləçilər topluluğunun 

bir araya gəlməsi: Cövdət Qüdrət və Vəsfi Mahir Darüşşəfəqədə təhsil alarkən yazdıqları 

şeirləri bir-birlərinə oxuyurlar. Cövdət Qüdrət daha sonra İstanbul litseyinə keçir. 

Ədəbiyyat müəllimləri əvvəlcə Hüseyn Sirət Özsevər, daha sonra isə Tahir Olğun olmuş 

və hər ikisi də onlara şeirdə yol göstərmiş, yardımçı olmuşlar. Tahir Olğunun evindəki 

ədəbiyyat məclislərində Vəsfi Mahir Müəmmər Lütfi ilə tanış olur. Üç arxadaş zaman-

zaman Müəmmər Lütfinin qaldığı Şahzadəbaşı camesi mədrəsəsindəki qaranlıq daş 

otaqda toplaşırlar. Cövdət Qüdrət onları İstanbul litseyindən arxadaşı olan Kənan Hülusi 

ilə tanış edir. Gənclər Müəmmər Lütfinin Gədikpaşadakı pansiyonunda da yığışmağa 

davam edirlər. Bu qrupa Yaşar Nəbi, Ziya Osman və Səbri Əsədin də qoşulması ilə yeddi 

nəfər olurlar. Toplantılara Yaşar Nəbinin Şahzadəbaşındakı evində də davam edirlər. 

Bəzən Kadıköydə yaşayan Səbri Əsədın evinə də gedərək sənət anlayışları mövzusunda 

uzun-uzadı mübahisə edirlər. Müəmmər Lütfi Şərq mədəniyyətinə vaqifdir. Səbri Əsəd 

günümüzdən geriyə doğru getməyi təklif edir və yeni fransız ədəbiyyatı üzərində durur. 

Yaşar Nəbi klassiklərdən futuristlərə qədər hamı ilə bağlı olsa da, daha çox simvolistlərə 

üstünlük verir. Kənan Hülusi atəşli, ehtiraslı və rəngli bir sənətkar nəsri dalınca qoşur. 

Müxtəlif vəsilələrlə bir araya gələn gənclərin təşkil etdiyi bu hərəkat ədəbi bir məktəb 

deyil, ədəbi bir topluluqdur. Ədəbiyyat anlayışları və prinsipləri də çox orijinal deyildir. 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin