8 ) Bakteriyaların patogenlik faktorlarına nə aid deyil?
A) Ümumi xovların olması
B) Depolimerizə edən mikrob fermentləri
C) Toksin ifraz etmək qabiliyyəti
D) Antifaqositar təsirli səthi strukturlar
E) Taksonomik əlamətlər
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова. Инфекционные болезни. М. , Медицина, 199 – 558 с
81) Virus infeksiyaları üçün hansı patogenetik mexanizm xasdır?
A) Sitopatik effektin inkişafı
B) Ekzotoksinlərin ifrazı
C) Komplement sisteminin aktivləşməsi
D) Neytrofillərin faqositozunun stimullaşması
E) Endotoksinlərin ifrazı
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 199
82) Aşağıdakılardan hansı virus infeksiyası müalicəsinin molekulyar əsaslarına aid deyil?
A) Makroorqanizmin reseptorlarının blokadası
B) Törədicinin liqandlarının blokadası
C) Antibiotiklərin istifadəsi
D) İnterferon və onun məhsullarının istifadə olunması
E) Reseptorların daxil edilməsi (antiidiotipik əkscisimciklər)
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова Е. П. Инфекционные болезни. М. , Медицина, 199 – 558 с
83) Bakterial infeksiyaların terapiyasının molekulyar əsasını hansı komponentlər təşkil edir?
A) Passiv immunoterapiya
B) İmmunostimulyatorlar və immunokorreksiya edici vasitələr
C) İmmunosupressiv vasitələr
D) Araxidon turşusu kaskadının inhibitorlarının istifadə olunması
E) Antibakterial vasitələr
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 2 7, Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 199 – 558 с
Dostları ilə paylaş: |