Gəmi tipləri üzrə dünya ticarət donanmasının strukturu
№
|
Gəmilərin tipi
|
Miqdarı
|
Ümumi miqdara nəzərən %-lə
|
Dedveyt,
min ton
|
Ümumi miqdara
nəzərən %-lə
|
1.
|
Tankerlər
|
9104
|
24,4
|
323200
|
45,4
|
2.
|
Balkerlər
|
5625
|
15,1
|
236100
|
33,2
|
3.
|
Konteynerdaşıyan gəmilər
|
1788
|
4,8
|
45200
|
6,4
|
4.
|
Universal quru yük gəmiləri
|
17398
|
46,6
|
101300
|
14,2
|
5.
|
Digər gəmilər
|
3381
|
9,1
|
5900
|
0,8
|
Dünya ticarət donanmasının yaşının analizi göstərir ki, ümumi tonnajın 74%-i , ümumi sayın isə 81%-i 12 yaşa yaxındır.Tonnajın 53%-i , ümumi sayın isə 62%-i 15 yaşdan böyükdür.Yaş baxımından ən böyük göstəriciyə tankerlər malikdir: bu tipli tonnajın 56%-i 15-dən , onlardan 41%-i 20-dən çox yaşa malikdir.Hazırda bütün gəmilər içərisində ən müasir gəmilər konteynerdaşıyan gəmilərdir.Onların 50%-nin istismar müddətləri 9 ildən, 28%-nin isə 4 ildən azdır.
Konteynerdaşıyan gəmilər ən yüksək inkişaf dinamikasına malik olan donanma növüdür. Hazırda dünya tonnajının 10%-dən çoxunu konteynerdaşıyan gəmilər təşkil edir.
Ən yeni konteynerdaşıyan gəmilər 7000 (20 futluq ekvivalentlə) və hətta 8000 ədəd konteyner daşımaq iqtidarına malikdirlər (K və S tipli gəmilər). Aydındır ki, konteynerdaşıyan gəmilərin yükgötürmə qabiliyyətinin artırılması daşımaların maya dəyərinin aşağı salınması və onların rentabelliklərinin yüksəldilməsinin labüd yoludur.Lakin bu tipli gəmilərin xətti ölçülərinin artırılması müəyyən məhdudiyyətlərlə üzləşir.Birincisi, iritonnajlı gəmiləri qəbul etmək üçün mövcud terminallarda nəzərə çarpacaq yenidənqurma işləri aparılmalıdır.İkincisi,akvatoriya və körpülərin yaxınlığındakı dərinliklərlə bağlı məhdudiyyətlər meydana çıxır.Üçüncüsü,bu gəmilər üçün daha güclü baş mühərriklər və müvafiq qurğular tələb olunur.Məhz bu amillər daim diqqət mərkəzində saxlanılmalıdır.
Yeni gəmilərin tikintisi ilə bağlı sifarişlər ayrı-ayrı ölkələr üzrə qeyri-bərabər bölüşdürülmüşdür: ümumi həcmin 34%-i Yaponiya,23%-i Cənubi Koreya,Çin 6,5%, 5,5% Polşa, 5,0% isə Almaniyanın gəmiqayırma müəssisələrinin payına düşür.
Dünya ticarət donanmasının tərkibinin analizi göstərir ki,donanmanın orta yaşı çoxdur.
Dostları ilə paylaş: |