24
•
nümayiş-sərgi layihələrinə yardım;
•
ətraf təbii mühitin mühafizəsi sahələrində ekoloji maarifləndirmə
və kadr hazırlığı;
•
ətraf təbii mühitin mühafizəsi və davamlı inkişafın təmin
olunması üzrə yerli, regional, milli və qlobal məsələlər ilə bağlı elmi
tədqiqatlar və monitorinq işlərinə yardım etmək kimi vəzifələri
daşıyır.
Biosfer ərazilərin yaradılmasında əsas məqsədlər aşağıdakılardır:
•
Zəngin təbii və irsi əhəmiyyətə malik olan təbii ərazilərin
mühafizəsi, bərpası və istifadəsi;
•
Ərazilərin uzunmüddətli, davamlı iqtisadi və sosial inkişafını,
təbii resursların mühafizəsi və bərpasını təmin etmək şərti ilə bu
ərazilərin rekreasiya məqsədi üçün istifadə olunması;
•
Uzunmüddətli ekoloji nəzarət, monitorinq və ekoloji
tədqiqatların, eləcə də ekoloji maarifləndirmə və ekoloji tərbiyə
tədbirlərini həyata keçirir.
Biosfer ərazilər anlayışının tərifinə və statusuna gəldikdə onu
demək olar ki, biosfer ərazilər – bioloji müxtəlifliyin davamlı balansını,
mədəni sərvətlərin iqtisadi inkişafını və mühafizəsini təmin edən,
quru və su ekoloji sistemləri və ya onların müxtəlif
kombinasiyalarıdır. Bu ərazilərin zonaları və təbiətdən istifadə recimi
adətən aşağıdakı şəkildə həyata keçirilir. Əvvəldə qeyd edildiyi kimi,
biosfer ərazilər mühafizə recimlərinə və istifadə qaydalarına görə üç
zonaya bölünürlər:
•
Dostları ilə paylaş: