Nüvə zonası (core area) – biosfer ərazinin bütün təbii
kompleksinin ciddi nəzarətdə saxlanılan hissəsidir. Burada müntəzəm
olaraq ekoloji sistemlərin monitorinqi, elmi-tədqiqat işləri və təbii
proseslərin inkişafına mane olmayan digər tədbirlər həyata keçirilir;
•
Bufer zonası (buffer area) – Həmin ərazinin nüvədən sonrakı
və onunla sərhəddə olan, müxtəlif təsərrüfat formalı ənənəvi
fəaliyyət növlərinin icazə verildiyi hissəsidir (məhdud kənd təsərrüfatı
fəaliyyəti sahələri, ekoloji turizm, müxtəlif elmi tədqiqat işləri və s.).
•