1995:
YUNESKO-nun
Sevilya
Konfransı.
Biosfer
Rezervatların yaradılması və idarə olunmasında davamlı inkişafın vacibliyi
haqqında Sevilya Strategiyası, biosfer rezervatlar haqqında Əsasnamə
qəbul edildi. Bu Əsasnamədə ərazilərin təsdiqi, şəbəkənin yaradılması,
dövrü müşahidələr və biosfer rezervatların YUNESKO-nun biosfer
rezervatları siyahısından çıxarılması qaydaları müəyyənləşdirildi.
•
2000: Sevilya+5 İclası, Pamplone. Nümayəndələr son 5 il
müddətində beynəlxalq səviyyədə Sevilya Strategiyasının müddəalarının
reallaşdırılması məsələlərini nəzərdən keçirdi.
•
2004: Daim duman şəraitində olan dağ meşələrinin
mühafiz əsi və idarə olunmasının tədqiqinə həsr edilmiş
beynəlxalq simpozium, Vayme, Havay (ABŞ). Dünyanın tanınmış
mütəxəssislərinin və mühafizəçi-ekspertlərinin çox vacib olan bu tip
meşələrin mühafizəsinin daha da gücləndirilməsi üzrə fikir mübadiləsinin
keçirilməsi planlaşdırılır. YUNESKO-nun MAB proqramı və YUNESKO-nun
Beynəlxalq Hidrologiya Proqramı bu tip meşələrin mühafizəsi və idarə
olunmasındakı qarşılıqlı əməkdaşlıq üzrə birgə iclas planlaşdırır.
Ölkəmizdə Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri mədəniyyəti çox
qədim tarixə malikdir. Ata-babalarımız hər zaman təbiətlə harmonik
10
ünsiyyət yaratmış, onu tərənnüm etmiş, ona sitayiş edərək müqəddəs
yerlər və pirlər şəklində nəinki təbiətin ayrı-ayrı elementlərini, hətta
meşəlikləri belə zaman-zaman qoruyaraq nəsillərdən nəsillərə yadigar
qoymuşlar. Qusar rayonundakı «Əlistan Baba» və «Şeyx Cüneyd»
pirlərinin, Şamaxıdakı «Dədə Günəş piri»nin, Qəbələ rayonundakı «Şeyx
Məhəmməd» pirinin, Astara rayonundakı «Quru Nəbi piri»nin ağac və
meşəlikləri bu fikri bir daha sübut edir.
Qafqaz ərazisində ilk qoruq 1910-cu ildə qrafinya P.S. Uvarovanın
təqdimatı ilə yaradılmış Elləroyuğu ərazisindəki eldar şamlığı qoruğu
hesab olunur
(Заповедники Кавказа, 1990). Bu baxımdan
Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri ənənəsinin
təxminən yüz illik tarixi vardır. Bundan əlavə bəzi mənbələr indiki
Zaqatala qoruğu ərazilərinin məşhur rus zadəganları Demidov
qardaşlarının şəxsi qoruq əraziləri olduğunu bildirir.
Azərbaycan xalqı və dövləti ən ağır günlərində belə təbiəti müdafiə
etmiş, ona xüsusi qayğı göstərmişdir. Bu baxımdan İkinci Dünya
Müharibəsinin ən ağır vaxtlarında Azərbaycan SSR Xalq Komissarları
Sovetinin 12.09.1942-ci il tarixli, № 3202 nömrəli «Ceyran ovunun
qadağan edilməsi haqqında» Qərarı çox diqqətəlayiqdir. O dövr
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri T. Quliyevin imzaladığı
bu qərarda «ceyranların sayının azalması ilə əlaqədar olaraq onların
mühafizəsi və çoxalması məqsədi ilə bütün respublika ərazisində ceyran
ovunun qadağan olunduğu» bildirilir
(Алиев Ф.Т., 2002).
Lakin bu ənənələrin qara səhifələri də olmuşdur. Təbiətə qarşı ilk
təcavüzkar addım 20 oktyabr 1948-ci il SSRİ Nazirlər Soveti və ÜİK(b)P
Mərkəzi Komitəsi İ. Stalinin təşəbbüsü ilə xalq arasında «Təbiəti
dəyişdirmək haqqında Stalin planı», əsil adı isə «SSRİ-nin düzən və
meşəlik-düzən rayonlarında yüksək və sabit məhsul götürülməsini təmin
etmək üçün tarla qoruyucu meşələr salmaq, ottarlalı növbəli əkin tətbiq
etmək, göllər və hovuzlar yaratmaq planı haqqında» qərarı ilə atıldı.
Sonra SSRİ Nazirlər Sovetinin sədri İ.V. Stalinin 29 avqust 1951-ci il
tarixli «Dövlət Qoruqları haqqında» qərarına əsasən bir sıra qoruqlar
ləğv edildi. Cəmiyyəti bir-birinə qarşı əbədi düşmən olan siniflərə bölən
sovet cəmiyyəti dəhşətli repressiyalar vasitəsi ilə «ölkə daxilindəki siniflər
mübarizəsini» ləğv etdikdən sonra təbiətlə mübarizəyə başladı. Bir sıra
haqsız ittihamlar və antielmi mühakimələr əsasında 128 qoruqdan 88-i
ləğv edildi. O cümlədən Rusiyadan – 26, Gürcüstandan – 16,
Belorussiyadan – 2, Qazaxıstandan – 3, Azərbaycandan – 2,
Türkmənistandan – 4, Ermənistandan – 1, Özbəkistandan – 2,
11
Ukraynadan – 19, Litvadan isə 13 qoruq ixtisara salındı
(Борейко В.Е.,
1996). Bu bədnam qərar nəticəsində Hirkan və Zaqatala qoruqları ləğv
olundu (hər iki qoruq 7 ildən sonra – 1958-ci ildə yenidən bərpa olun-
du), Qızılağac qoruğunun sahəsi iki dəfə azaldıldı. Növbəti zərbə 10 ildən
sonra, tarixdə volyuntarist rəhbər kimi məşhur olan N.S. Xruşşov
tərəfindən endirildi. SSRİ Nazirlər Sovetinin «Dövlət qoruqları və ovçuluq
təsərrüfatları sistemlərinin tənzimlənməsi haqqında» 10 iyun 1961-ci il,
№ 521 nömrəli Sərəncamına əsasən qoruqların bir qismi ləğv olundu,
bir qismi isə kiçildildi. O cümlədən, bu sərəncamın 1 nömrəli əlavəsinə
əsasən Göy-göl qoruğu ləğv edildi, 2 saylı əlavəyə əsasən isə Zaqatala
qoruğu 3000 ha, Qızıl-Ağac qoruğu 4600 ha, Türyançay qoruğu 16000
ha, Hirkan qoruğu isə təxminən 3000 ha azaldıldı.
Hal-hazırda Azərbaycan ərazisində 4 milli park, 13 qoruq və 17
yasaqlıq fəaliyyət göstərir. Ağ-Göl, Ordubad və Şirvan mill parkları 2003-
cü ildə, Hirkan milli parkı isə 2004-cü ildə yaradılmışdır
(Yusifov E.F. və
b., 2004). Ölkəmizin ilk dövlət qoruğu 1925-ci ildə yaradılmış Göy-Göl
dövlət qoruğudur.
Sonda ilk öncə, yaratdığı şəraitə görə Ekologiya və Təbii Sərvətlər
Naziri cənab H. Bağırova öz minnətdarlığımızı bildiririk.
Kitabın ərsəyə gəlməsində səmimi dəstəyinə görə Nazirliyin Bioloji
Sərvətlər və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri Departamentinin
rəisi, xanım S.Məmmədovaya, ərazinin biomüxtəlifliyinin tədqiqi zamanı
bilik və təcrübələrini bölüşdürdüklərinə görə Hirkan Milli Parkının
direktoru S.Abdullayevə və Parkın digər əməkdaşları – Ş.Əliyevə,
M.Kərimova və İ.Mahmudova xüsusi minnətdarlıqlarımızı bildiririk.
Rəy, təklif və səmimi opponent fikirlərinə görə qabaqcadan öz
təşəkkürlərimizi bildiririk:
yusifov_eco@yahoo.com
|