İrişməx`//İlişməx`. Bu sözə Azərbaycan dili leksikasında (Cul-
fa, Ordubad, Şahbuz) “çatmaq” mənasında təsadüf olunub: Sə:n atun
mə:m atıma irişməz (Şahbuz); Səni atun mə:m atıma ilişmədi (Ordu-
bad) (7, 232, 236). Sefi Behbudov bu sözü omonim söz hesab edir.
Azərbaycan dilinin dialekt leksikası
107
Çünki Azərbaycan dili şivələrində bu sözün digər mənalarına da
təsadüf olunub (15, 95).
Türk ədəbi dilində də erişmek sözü “çatmaq” mənasında işlə-
nir: Yolcular diyorlar ki erişmek ümidi az (Ali M. Arolat) (68, 867).
İsmarramax//Sımarramax. Azərbaycan dili şivələrində (Çən-
bərək, Gədəbəy, Karvansaray, Qazax, Tovuz) “sifariş, xəbər göndər-
mək” mənasında işlənir: İsmarradım, dağdan koramaz yolleyjax ci-
jim (Karvansaray); Cijimə sımarrladım kin, dağdan yağ yollasın (Qa-
zax) (11, 237; 12, 433).
Bu sözə eyni mənada Azərbaycan ədəbi dili nümunələrində də
təsadüf olunur: Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: - Gülca-
han, Əşrəfi sənə, səni də Allaha ismarladım (A.Şaiq); Dərziyə bir palto
ismarladım; Həsən qulluqçunu çağırdı, çay ismarladı (Çəmənzəminli)
(11, 577).
Müasir türk dilində “tapşırmaq; nəyi isə əldə etməyi buyurmaq;
sifariş etmək” mənalarında işlənir: Doğacak çocuğu için bir beşik
ısmarlamış (Burhan Felek) (69, 1325).
Örüməx`. Bu söz Azərbaycan dilinin Oğuz şivəsində “doğub-tö-
rəmək, artmaq” mənasını ifadə edir (7, 389). Azərbaycan dilinin Min-
gəçevir, Şəki şivələrində örüyüv-artmax mürəkkəb feilinin “çoxal-
maq, artmaq, doğub-törəmək” mənaları qeyd olunub (7, 389). Azər-
baycan dili şivələrində bu feilin müxtəlif variantlarına təsadüf olu-
nub: Get-gedə bı heyvannar üreyir (Şamaxı); To:xlar üriyib (Göyçay);
Ürəyən heyvan yaxçıdı (Şamaxı) (7, 524).
Üremek feili türk ədəbi dilində “artmak, sayca çoxalmaq, doğub–
törəmək” mənalarını ifadə edir: Hayır kardaş! Doğurmasın deme sa-
kın, var üre! (Mehmet E.Yurdakul); Nesilden nesile, kalpten kalbe arttı,
üredi (Yâkup K.Karaosmanoğlu) (70, 3270).
Sapıtmax. Azərbaycan dilinin İmişli, Zəngilan şivələrində “al-
datmaq; sözündən qaçmaq” mənalarında işlənir: Söz verdi ki, səni
göndərəcəm, indi sapıdır (Zəngilan) (7, 419).
Türk ədəbi dilində sapıtmak sözü “doğru yoldan ayrılmaq” mə-
nasını ifadə edir (75, 955): Benim istediğim ruhsal sapıklıklardan,
kadın-erkek ilişkilerindeki acaipliklerden bahseden bir eser (134, 223).
|