Səkməx` sözü Gəncə dialektində “axsamaq; yelləncəkdə dizləri
qatlaya-qatlaya ayaq üstə yellənmək” mənalarında işlənir: Niyə sə- kirsən?; Həsən yelləncəx`də o qədər səkdi ki, başı hərləndi (7, 425).
Müasir türk ədəbi dilində sekmek “bir və ya iki ayaq üstündə
sıçramaq”: Evden yola, yoldan eve varabilmek için evvelce yerleştiril- miş iri kayalar üzerinde sekmek gerekirdi (H. Taner); “bir və ya iki ayaq üstündə sıçrayaraq yerimək”: Terliğin teki yok. Çıplak da basa- mam. Seke seke sofaya çıktım (Ahmet Rasim) mənalarını ifadə edir.
Bu söz müasir türk ədəbi dilində “axsamaq” mənasında da işlənir:
Ve yürürken de bir ayağı sekiyordu (Burhan Felek). Bu dildə sekmek sözü quşa da aid edilir: Tombul, küçük serçeler taşlarda sekiyorlar (Enis B.Koryürek) (70, 2715). N.Qazıyevanın yazdığına görə, səkmək sözünün ədəbi dildə dəqiq qarşılığı olmadığı üçün 40-cı illərdən son-
ra ədəbi dilimizdə norma kimi sabitləşmişdir (30, 79): Kəhər at sə- kərək qonşu evin həyətində göründü və bir göz qırpımında Cəmilin qarşısında dayandı (M.Hüseyn) (13, 77).
Sinməx`. Bu leksik vahid Azərbaycan dili şivələrində (Ağdam,
Gədəbəy, Şəmkir, Tərtər, Tovuz) “gizlənmək məqsədilə aşağı əyil-
mək; qısılmaq”mənalarında işlənir: Dədəm gəlir, aşağı sin; Canavar kirimiş gələr, sinər sürünün qava:na (Şəmkir); Oye:dəndə qavaxcan bərələrə siŋerix`, elə kin, qavağımıza çıxer cü:r, əlvəsa:t çəkerix` çax- mağı (Gədəbəy); Ə:, aşağı sin, Mirzəli gəldi (Tərtər); Bu, barının di- vinə siner (Tovuz ) (7, 439).
Türk ədəbi dilində də “gizlənmək” mənasını ifadə edir: Taşına yaslanıp dinlenenler var/Sindiler görünce bizi geçerken (Faruk N. Çam-
lıbel) (70, 2805).
Sivişməx`. Azərbaycan dili şivəsində (Qafan rayonu) “bir baha-
nə ilə aradan çıxmaq, əkilmək” mənaları qeyd olunub: Həsən övdən sivişib qaçdı (7, 441).
Türk ədəbi dilidə sıvışmak leksik vahidi “aradan çıxmaq, əkil-
mək” mənalarını ifadə edir: Haber vermeden sıvışınca merak ettim (Sait Faik) (70, 2787).