ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə132/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
110
 

 
sik vahidinə ün almakün salmak söz birləşmələrinin tərkibində də 
təsadüf olunub: Misilsiz yararlıklarda bulunmuş, ün alıp şan vermiş 
bir vatanperverdir (Refik H. Karay); Bir ara bu isim büyük bir ün sal-
mış (Sait Faik) (70, 3269). Ünlemek leksik vahidi türk dilinin şivələri 
üçün səciyyəvidir: “Recep Çavuş!” diye tekrar ünledi (Memduh Ş.Esen-
dal); Bunlardan bazıları, bu çobanların ıssız dağların birinden öbürü-
ne ünleyişlerine benzeyen seslerle başlar (Ahmet H.Tanpınar); Ya dağ-
dan dağa şöyle ünlemek istiyorum (Behçet K.Çağlar) (70, 3269). Bu 
leksik vahid qədim türkdilli abidələrdə işlənmiş və “səs, yüksək səs, 
nida, avaz, səda, şöhrət, şan” mənalarını ifadə etmişdir (103, 223). 
Ün sözü Azərbaycan dilinin əksər şivələrində “səs” mənasında işlə-
nir: Hər yana ün saldım (İmişli); Bir ün sallam ki, a:ləm yığılar (İs-
mayıllı); Mədət kişi dağa-daşa ün salıf (Gədəbəy); Gejə-gündüz ünüm 
göyə qalxır (Laçın); Uzağdan ün gəldi, baxdım gördim odı (Salyan); 
Ünüm tutduxcan bağırdım, əmbə eşitmədi (Tovuz); Be:jə dişimin ağ-
rısınnan o qədə ağlamışam, ünüm dağlara düşüf (Şuşa) (7, 524). Ün 
sözü Şəkinin Qışlaq kənd şivəsində də işlənir: Səssiz-ünsüz gəliv apar-
dı (40, 189). Müasir Azərbaycan ədəbi dili üçün ün sözü arxaik söz-
lərdən biridir. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da təsadüf 
olunub: Ozan aydır: “Avazım gödəlmədin, ünim boğulmadın bir atdır, 
əlümə girdi, ilətim saqlıyayım”, - dedi (43, 60). Nəsiminin dilində də 
ün sözü qeydə alınıb: Yedi iqlim topdoludur ünləri; Rəqiblərin ünü həm 
çün cərəsvar (48, 121). Q.A.Abdullayeva görə tarixən klassiklərimi-
zin dilində geniş işlənmə dairəsinə malik olan ün sözü 50-ci illər 
ədəbi nəslinin dilində cəmi bir dəfə qeydə alınmışdır: Nə əlim çatır 
ona, nə ünüm yetir ona (İ.Səfərli) (1, 80). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin