Soluğ almax//solux dərməx`.Azərbaycan dili şivələrində so-
luğ almax (Ağbaba); solux dərməx` (Goranboy, Qazax) frazeoloji bir-
ləşmələrinə “nəfəs almaq, nəfəs dərmək, dincəlmək” mənalarında
Azərbaycan dilinin dialekt leksikası
109
təsadüf olunub: Qardaşım, qoy bir az soluğ alım (Ağbaba); Dayan
bir soluğumu dərim (Goranboy); Yorulmuşam, qoy bir soluğumu də-
rem (Qazax) (7, 443). Azərbaycan dilinin Qazax dialektində solux sö-
zü “nəfəs” mənasında işlənir: Bu dağın başına bir soluğa çıxerdım,
indi da qojalmışam (7, 443).
Türk dili üçün soluk sözünün “nəfəs” mənası səciyyəvidir: Göğ-
sünün üstüne yükleniyor, soluğunu kesiyordu (Peyami Safa) (70, 2825).
Türk ədəbi dilində soluk almak frazeoloji birləşməsi “dincəlmək, ra-
hatlamaq” mənasını ifadə edir (70, 2825): Gürültü, patırtı, hoplama,
zıplama arasında soluk aldırmadan çabucak bitti (134, 121).
Somutmax. Azərbaycan dili şivələrində (Çəmbərək, Qazax, Şəm-
kir, Tovuz) “büzüşüb dayanmaq, boynunu büküb durmaq” mənasın-
da işlənir: Yolun qırağında niyə somudorsan? (Qazax); Amanoy Nə-
sif yarım qada somudurdu (Çəmbərək); Gənə hasarın divində nə so-
mudursan, sana dedilər qız razı dey dana? (Tovuz); Bu sö:ğün ağzın-
da nə somudursan? (Şəmkir) (7, 443).
Türk ədəbi dilində somurtmak leksik vahidi “danışmadığı hal-
da küskün olduğunu, üzüldüyünü üz ifadəsi ilə bildirmə” mənasını
ifadə edir: Öyle bir zaman geldi ki benim somurtup oturduğuma köy-
lüler de kızar oldular (Fahri Celal) (70, 2826).
Sürməx`. Azərbaycan dili şivələrində (Borçalı, İmişli, Qazax, Zən-
gilan) “sürgün etmək” mənasında işlənir: Şah munu sürdü (Borçalı)
(7, 452).
Sürmek leksik vahidi türk ədəbi dilində də “sürgün etmək” mə-
nasını ifadə edir: Gelibolu’da çalışıyorum. Ustamı sürdüler (Ömer Sey-
fettin) (70, 2882).
Ünnəməx`. Ün ismindən əmələ gəlmiş ünnəməx` sözü Azərbay-
can dilinin dialekt leksikasında (Gədəbəy, Gəncə, Qazax) “səsləmək,
çağırmaq” mənalarında işlənib: Səməd dayı səni ünne:r (Qazax); Gör
nə cürə ünnüyür arvad yazıx (Gəncə); O məni ünnədi; Çox ünnədim,
gəlif çıxmadı (Gədəbəy) (7, 524).
Ün sözü müasir türk ədəbi dilində “şöhrət, nam” mənalarında
işlənir: Yararlı olmak, bu yolda ün sağlamak, hatta kahramanlaşmak.
İşte gençlik çağının şerefi... ve dramı (Tarık Buğra). Bu dildə ün lek-
|