ZabiTƏ teymurlu


Arıtdamağ//Arıtdamax//Əritdəməg



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə115/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Arıtdamağ//Arıtdamax//Əritdəməg. Azərbaycan dilinin Qu-
ba, Xaçmaz, Qazax, Şəki və Yardımlı şivələrində “təmizləmək” məna-
sında işlənir: Ağacın pöhrələrin arıtdaduğ (Quba); Aş pişirmağa dügi 
arıtdaduğ (Xaçmaz); Yetim bir çuvux kəsdidi, arıtdadı, xanıma verdi 
(Qazax) (7, 26); Sudan zığ iyisi gələndə buləği əritdeydüg (7, 165). 
Arıtlamaq sözünə  Azərbaycan  ədəbi  dilində  də  “təmizləmək, 
yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək” mənasın-


Azərbaycan dilinin dialekt leksikası 

 
95
 

 
da təsadüf olunub: Buğda arıtlamaq. Düyü arıtlamaq.- (Tubu:) Bir az 
düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev; Arvad 
baxıb-baxıb ayağa durdu, düyü çıxarıb arıtladı. S.Rəhimov (10, 136). 
Arıtmak leksik vahidi türk ədəbi dilində “təmizləmək, yumaq, 
paklamaq,  qarışıq  olan  şeylərdən  ayırmaq”  mənalarını  ifadə  edir 
(75, 65): Her köşeden bir pınar aksa gene de bizi onlardan arıtıp te-
mizleyemez (Samiha Ayverdi) (68, 162).  
Arıtdamax sözü “təmiz” mənasında olan arı sözündən əmələ gəl-
mişdir.  Arı//ari sözü Azərbaycan dili şivələrində (Ağdam, Füzuli, 
Qazax, Quba, Şahbuz, Şəmkir, Tovuz, Bakı, Xaçmaz) “təmiz, saf” mə-
nasında işlənir: Aydan arıyam, sudan duruyam (Şahbuz); Aydan arı, 
sudan duru (Qazax); Aydan arı, qünnən duru (Tovuz); Aydan ari, su-
dan duri (Bakı) (7, 25). Neftçala rayon şivəsində çirkin sifətli adama 
qarşı işlədilən «üzünə baxanda arı qabda su verməzsən» deyiminin 
tərkibində də arı sözünün “təmiz” mənasında çıxış etməsinə təsa-
düf olunur (48, 103). Arı sözü də arxaik sözlərdəndir. M.Şirəliyev qeyd 
edir ki, bu sözə dialektlərimizdə: Aydan arıyam sudan duru//günnən 
duru nümunələrində və arıtmaq feilinin kökündə rast gəlmək müm-
kündür.  
Arık > aru > arı sözü türk mənşəli olub bu gün türk ədəbi dilin-
də “saf, təmiz, pak, qarışıqsız” mənalarında işlənir (103, 12): arı bal 
“süzülmüş bal”, arı dil “başqa dillərdən söz almamış, alınma sözlər-
dən təmizlənmiş olan dil” -Kültür dili seviyesindeki dillerin hiçbiri arı 
dil olamaz, ancak kabîle dilleri arı dildir; arı “duru tərtəmiz” (68, 161). 
E.Əzizov qədim arığ sözünün Azərbaycan ədəbi dili materialla-
rında arı şəklində olduğunu qeyd edir: Arı könüldə pas olsa, şərab 
açar (KDQ);  Arı qövtar, ey sənəm, gerçəklərin nitqindədür, Hər dili 
əgridə yoqdur arı gövtar, istəmə (Nəsimi); Avlaxda bu gün avlarikən, 
yarə yoluxdum, Bir aydan arı, gün kimi didarə yoluxdum (Xətai) (27, 
259); Arı sudan abdəst aldılar (43, 66); Axır-soŋı arı imandan ayır-
masun! (43, 51). Müəllif qeyd edir ki, söz sonunda ğ samitinin düş-
məsi türk dillərinin tarixində özünü göstərən bir xüsusiyyətdir: uluğ> 
ulu, sarığ>sarı, ayığ>ayı, kapığ>kapı, kamuğ > kamu və s. (43, 51). 
Aşırmax. Azərbaycan dili şivələrində (Gəncə, Qazax, Şəmkir) 
“malı və pulu dağıtmaq, yersiz xərcləmək” məcazi mənada işlənir: 
Fərasətsiz oğuldu, atasının var yoxunu aşırdı, lüt qaldı (Gəncə) (7, 27).  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin