1-cu ildə Kaliforniya Mount Wilson Müşahidə evində, Amerikalı astronom Edwin Habl astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl, istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru sürüşən bir işıq yaydıqlarını təyin etdi. Bu görüş elm dünyasında böyük bir əks-səda yaratdı. Çünki bilinən fizika qaydalarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqların tezliyi bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqların tezliyi də qırmızı istiqamətə doğru sürüşməkdə idi. Yəni ulduzlar hər an bizdən uzaqlaşmaqda idilər.
Habl, çox keçmədən çox əhəmiyyətli bir şeyi daha təsbit etdi: Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında gəlinə biləcək tək nəticə isə, kainatın hər an "genişləməkdə" olduğu idi. Mövzunu daha yaxşı anlamaq üçün, kainatı şişirilən bir şarın səthi kimi düşünmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi, kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırdılar.
Əslində bu həqiqət daha əvvəl də nəzəri olaraq kəşf edilmişdi: Albert Eynşteyn, 1915-ci ildə ortaya qoyduğu Ümumi Nisbilik (Rölativite) Nəzəriyyəsi çərçivəsində etdiyi hesablamalarla kainatın sabit ola bilməyəcəyi nəticəsinə gəlmiş idi. Öz kəşfi qarşısında son dərəcə təəccüblənən Eynşteyn bu əlverişsiz nəticəni ortadan qaldırmaq üçün tənliklərinə 'kosmik sabit' adını verdiyi bir faktor əlavə etmişdi. Çünki o sıralar, astronomlar ona kainatın statik olduğunu söyləyirdilər, o da nəzəriyyəsinin bu modellə ziddiyyət təşkil etməsini istəməmişdi. Ancaq sonradan özünün də, "kariyeramın ən böyük səhvi" etirafıyla geri götürəcəyi bu görüş, inkişaf edən elmi tapıntılar nəticəsində çürüyüb gedəcəkdi.
İlk olaraq 1922-ci ildə Rus alimi Aleksandr Friedmann, Ümumi Nisbilik nəzəriyyəsindən yola çıxaraq, kainatın dəyişən olduğunu və ən kiçik bir qarşılıqlı təsirin, genişləməsinə və ya büzüşməsinə gətirib çıxaracağını təyin etdi. Friedmann bu nəticəyə gələrkən, Eynşteynin 1917-ci il tarixli məqaləsindəki səhvi də (kosmik sabiti) düzəltmiş oldu.
Friedmannın tapdığı həlləri istifadə edən ilk adam, Belçikalı alim Georges Lemaitre (1894-1966) idi. Lemaitre, bu həllərə söykənərək kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişlədiyini nəzərdə tutdu. Ayrıca, bu başlanğıc anından qalan işıldamanın da müəyyən oluna biləcəyini ifadə etdi (irəlidə, kosmik fon radiasiyası olaraq adlandırılacaq bu işıldama müşahidələrlə də təsbit ediləcəkdi).