ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

(160 a) yolunu kəsib Baqi ilə birlikdə gedənlərin hamısını yaxaladı. Baqini 

öldürdü və arvadını aldı. Düzdür, biz heç bir  yamanlıq etmədən Baqini bu-

raxdıq, lakin öz yamanlığını əldən buraxmadı və öz amalına giriftar oldu. 

Tu bəd konəndən xudra bərgüzar süpar, 

Ki ruzigər tura çakər əst kinə güzar. 

Sana pislik edəni qədərə tapşır, 

Çünki o sənin intiqam alan nökərindir. 

 

TÜRKMƏN HƏZARƏSĠ ÜZƏRĠNƏ AXIN 

 

Bu qış qar yağana qədər bir-iki dəfə həmin çarbağda qaldım. Biz Ka-



bilə  gələndən  sonra  türkmən  həzarəsi  də  hər  cür  ədəbsizlik  etmiş,  yolları 

basmışdı.  Onların  üstünə  axın  etmək  niyyətilə  Uluğ  bəy  Mirzənin  Bostan-

saray adlı imarətinə gəldik və şaban ayında türkmən həzarəsinə axın etmək 

üçün oradan yola çıxdıq. 

Dəreyi-Xoşun ağzında Cəngliyə axınçılar göndərdik. Bir dəstə həzarə-

yə qarşı axın edildi. Dəreyi-Xoş yaxınlığında bir mağarada bir dəstə həzarə 

gizlənmişdi. Şeyx Dərviş Göyəldaş qazaxlıqların çoxunda mənimlə birlikdə 

olmuşdu və qurbəyilik

1

 rütbəsi ondaydı. Yayı qüvvətli çəkir, oxu yaxşı atır-



dı.  Qəflət  göstərərək  bu  mağaranın  ağzına  çox  yaxınlaşır  və  içəridən  bir 

həzarə köksünə ox atır. Elə həmin gün vəfat etdi. 

Türkmən  həzarəsinin  böyük  qismi  Dəreyi-Xoşda  qışlamışdı.  Onların 

üstünə  hücum  etdik.  Dəreyi-Xoş  gözəl  bir  dərədir.  Dərənin  ağzında  yarım 

küruh qədər bir boğaz var. Yol dağın (l60 b) yamacındadır. Yolun aşağı tə-

rəfi  əlli-altmış  kari  dik  qayalıqdır,  yuxarı  tərəfində  isə  yol  cığırdır.  Atlılar 

bir-bir keçirlər. Bu boğazdan keçərək o gün günorta ilə ikindi arasına qədər 

yürüyüb adamlara yetişmədən bir yerdə düşərgə saldıq. 

Həzarənin kök bir yük dəvəsini tapıb gətirdilər. Onu kəsib ətindən bir 

qədər kabab elədik, bir azını da güvəcdə bişirib yedik. O qədər ləzzətli dəvə 

                                                           

1

 Qurbəyi: hərbi bir rütbə.  



BABURNAMƏ 

 

173 



əti heç bir zaman yeməmişdim. Bəziləri qoyun ətindən ayırd edə bilmədilər. 

Ertəsi gün erkəndən qalxıb həzarələrin qışladığı yurdun üzərinə yürü-

dük. Bir pəhər olmuşdu  ki,  irəlidən bir  adam  gəlib həzarələrin  bir boğazda 

su  keçidini  ağac  maneələrlə  gücləndirərək  əsgərin  yolunu  kəsib  vuruşduq-

larını söylədi. Bunu eşidincə dərhal hərəkət etdik. 

Bir az getdik və həzarələrin yolu kəsib vuruşduqları yerə çatdıq. O qış 

möhkəm qar yağmışdı. Yolsuz yerdən yerimək çox çətin idi. Çayların sahil-

ləri tamamən buz tutmuşdu. Buz və qar üzündən bu çayı yolsuz yerdən keç-

mək qeyri-mümkün idi. Həzarələr də çoxlu ağac kəsərək çayın keçid yerini 

bağlamışdılar. Özləri isə çayın ətrafında atlı (161 a) və piyada olaraq ox atıb 

vuruşurdular. 

Məhəmməd  Əli  Mübəşşir  mənim  yeni  yüksətdiyim  bəylərimdən  idi. 

Çox  cəsur,  etibarlı  və  yaxşı  bir  igid  idi.  Zirehsiz  olduğu  halda  irəliləyərək 

ağac maneələrin olduğu yola girdi. Böyründən oxla vurdular və dərhal öldü. 

Oraya sürətlə gəldiyimizdən çoxumuzun zirehi yox idi. Bir-iki ox ya-

nımızdan keçib yerə saplandı. Əhməd Yusif həyəcanlı bir şəkildə və sürəkli 

olaraq  «Çılpaq  halda  belə  bir  müharibəyə  girirsiniz,  iki-üç  oxun  başınızın 

üstündən  keçdiyini  gördüm»  deyirdi.  Mən  də  ona  «Cəsur  olun,  mənim  ba-

şımdan belə şeylər çox keçmişdir» dedim. 

Bu əsnada sağ qol tərəfdən Qasım bəy suda bir keçid tapıb zirehli hal-

da onların üstlərinə at saldı və həzarələr müqavimət edə bilmədən qaçdılar. 

Qarşılarında olanlar isə onları atlarından sala-sala arxalarından təqib etdilər. 

Qasım bəyə bu iş üçün mükafat olaraq Bəngəş verildi. Hatim qurbəyi 

də bu səfərdə fəna deyildi, buna görə Şeyx Dərviş Göyəldaşda olan qurbəyi 

rütbəsi Hatimə ehsan  edildi. Kibəqulu Babaya isə bu yürüşdə şücaətlər gös-

tərdiyi üçün bir kənd bağışlandı. 

Sultanqulu  Çanaq  həzarələri  təqib  edirdi.  Qar  çox  qalın  olduğu  üçün 

yoldan çıxmaq mümkün deyildi. Mən də bu igidlərlə birlikdə getdim. (161 



b)  Həzarələrin  qışlaqlarının  yaxınlığıında  qoyun  və  at  sürülərinə  yetişdik. 

Şəxsən özüm dörd-beş yüzə qədər qoyun və iyirmi-iyirmi beş at yığdım. Ci-

varda Sultanqulu və iki-üç adam daha vardı, bunları aramızda bölüşdürdük. 

Axınlara iki dəfə  şəxsən iştirak etdim. Biri budur. Bir dəfə də bu türk-

mən həzarəsi Xorasandan gələndə axınçılarla gedib çoxlu qoyun və at gətir-

mişdik. 


Həzarələrin ailələri və uşaqları piyada halda qarlı təpələrə çıxdılar. Bir 

az ağır davrandıq. Vaxt da gec olmuşdu, bu səbəbdən geri dönüb həzarələrin 

evlərinə girdik. Bu qış qar hədsiz dərəcədə çox yağmışdı. Burada yoldan kə-

narda  qar  atın  tam  sağrısına  çıxırdı.  Gecə  növbəyə  çıxanlar  qarın  çoxluğu 

üzündən sabaha qədər atın üstündə qalırdılar. 

Ertəsi  gün  qayıdıb  həzarələrin  Dəreyi-Xoşun  içindəki  qışlağında  qal-

dıq. Oradan qalxıb Cəngliyə gəldik. Yarək Tağayi və bəziləri bir az geridə 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



174 

qalmışdılar. Onlara Şeyx Dərvişi oxla vuran həzarələri ələ keçirmələri əmr 

edildi. Qanları tutulmuş bu bədbəxtlər bir mağarada idilər. Oraya gedib tüs-

tü buraxaraq yetmiş-səksən həzarəni ələ keçirdilər. Çoxu qılıncdan keçirildi. 

Həzarə səfərindən dönüb Nicravdan vergi toplamaq niyyətilə Baranın 

alt tərəfindəki Aydoğdu civarına gəldik. Biz Aydoğdu civarında olanda Ca-

hangir  Mirzə  də  (162  a)  Qəznədən  mülazimətə

1

 gəldi.  Bu  zaman  ramazan 



ayının on üçündə [=7 fevral 1506] şiddətli bir bel ağrısına tutuldum. O dərə-

cədə ki, qırx günə qədər məni bir yandan digər yana bir adam çevirirdi. 

Nicrav  dərələrindən  olan  Picqan  dərəsi  və  ələlxüsus  da  bu  dərədəki 

Qeyn kəndinün böyüyü olan Hüseyn Qeyni ilə onun böyük və kiçık qardaş-

ları quldurluq və həyasızlıqla məşhur və məruf idilər. Əsgər Cahangir Mir-

zənin komandanlığı altında oraya göndərildi. Qasım bəy də onunla birlikdə 

idi. Gedib təpəyə çıxdılar və quldurların möhkəmləndirdikləri yeri zorla ala-

raq onları qorxutmaq üçün bir neçəsini edam etdilər. 

Bu  bel  ağrısı  üzündən  xərək  kimi  bir  şey  düzəldib  Baran  sahilindən 

şəhərə  qədər  məni  əldə  daşıyaraq  Bostan  saraya  gətirdilər.  O  qış  bir  neçə 

gün Bostan sarayda oldum. Bu xəstəlik yaxşılaşmadan üzümün sağ tərəfinə 

bir çiban çıxdı. Nəştər vurdular. Bu xəstəlik üçün müshil də içdim. Yaxşıla-

şandan sonra çarbağa çıxdım. 

 

CAHANGĠR MĠRZƏNĠN  SƏHV HƏRƏKƏTĠ 

 

Cahangir Mirzə ziyarətə gəldi. Əyyubun oğulları Yusif və Bəhlul Mir-

zənin hüzuruna getdiklərindən bəri onu fitnə-fəsada, şər işlərə sövq edirdilər. 

Bu dəfə Cahangir Mirzənin əvvəlki kimi olmadığını gördüm. 

Bir  neçə  gün  sonra  təpədən  qalxıb  silahlanaraq  təcili  Qəznəyə  getdi. 

Nani kurqanını alıb bir neçə  adamı öldürərək əhalisini tamamən yağmaladı 

və bütün adamlarını (162 b) da yanında götürərək həzarə arasından Bamyan 

tərəfinə getdi. 

Allah bilir ki,  məndən və mənim  adamlarımdan  belə  bir  küdurətə  sə-

bəb ola biləcək heç bir iş və söz vaqe olmamışdı. Sonradan anlaşıldı ki, get-

məyə səbəb olaraq bu sözü bəhanə etmiş: Cahangir Mirzə Qəznədən gələr-

kən Qasım bəy ilə digər bəzi bəylər onu qarşılamağa getmişlər. Mirzə bildir-

çinin üstünə şahin buraxır. Quş bildirçini pəncələri arasına alarkən bildirçin 

özünü yerə atır. «Tutdumu, tutdumu?» deyə qışqırırlar. Qasım bəy də «Düş-

məni belə zəif bir hala gətirdikdən sonra necə buraxar ki, əlbəttə, tutar» de-

yir və bu söz Mirzəni rəncidə edir. Getməsinin səbəblərindən biri bu idi. Bir 

də bundan daha kiçık və önəmsiz bir sözü də bəhanə eləmişdi. 

Qəznəni o vəziyyətə saldıqdan sonra həzarə arasından aymaqlara getdi. 

                                                           

1

 Mülazimət: bir neçə mənası var: yavər, xidmət etmək, müşayiət etmək, məiyyətdə ol-



maq deməkdir. Mülazim isə əski dönəmdə hərbi rütbə olub leytenant deməkdir. 

BABURNAMƏ 

 

175 



Aymaqlar o zamanlar Nasir Mirzədən ayrılmış, lakin özbəklərə də qoşulma-

mışdılar, Yay, Əstər-Ab və civardakı yaylalarında olurdular. 

Bu zaman Sultan Hüseyn Mirzə Məhəmməd Şeybani xanı dəf etməyi 

qəti surətdə qərara alaraq bütün oğullarını çağırtmış, Seyid Sultan Əli Həb-

binin oğlu Seyid Əftalı göndərərək məni də dəvət etmişdi. Xorasan tərəfinə 

yürüş  bizim  üçün  bir  neçə  baxımdan  çox  gərəkliydi.  Bunlardan  biri  budur: 

Sultan Hüseyn Mirzə kimi Teymur bəyin (163  a)  yerinə keçmiş bir padşah 

ətrafındakı  və  civarındakı  oğullarını  və  bəyləri  çağırıb  toplayaraq  Şeybani 

xan kimi bir düşmənin üstünə hücum niyyətində olanda hər kəs ayaqla getsə, 

bizim başla getməyimiz, onlar zopayla getsə, bizim daşla getməyimiz lazım 

idi. Biri də bu idi: Cahangir Mirzə belə düşmənçilik və acıqla getdiyi üçün 

ya onun küdurətini dəf, ya da zərərlərini rəf etmək lazım idi. 

Bu il Şeybani xan Xarəzmdə [Sultan Hüseyn Mirzənin adamı] Çin Su-

fini  on  ay  mühasirə  etdikdən  sonra  yenərək  aldı.  Bu  mühasirə  zamanı  çox 

müharibə oldu. Xarəzm igidləri fövqəladə cəsarət göstərdilər və heç bir xü-

susda qüsur etmədilər. Ox atmaqda elə məharət göstərdilər ki, dəfələrlə  qal-

xanı, zirehi və bəzən də ikiqat zirehi oxla dəlmişdilər. 

On ay boyunca mühasirə etdilər. Heç bir yerdən ümidləri qalmadı. Bə-

zi igidləri cəsarətsizlik göstərərək özbəklərlə danışıb bunları kurqana çıxar-

mışlar. Çin Sufi də bunu xəbər alıb özü şəxsən gəlmiş, kurqana çıxanları vu-

rub  aşağı  salmışdı.  Ancaq  öz  çöhrəsi  tərəfindən  kürəyindən  oxla  vurularaq 

öldürüldü. Vuruşacaq adam qalmadı və kurqanı aldılar. Çin Sufi -Allah rəh-

mət  eləsin- cəsarətlə ölümün gözünə dik baxmaqda (163  b) bir an belə tə-

rəddüd etməmişdi. 

Şeybani xan da Xarəzmi Kibək Biyə verib özü Səmərqəndə gəldi. 

Bu ilin sonlarında zilhiccə ayında [=1506 may] Sultan Hüseyn Mirzə 

Şeybani xanın üzərinə qoşun çəkib Baba-İlahiyə gələndə Allahın rəhmətinə 

qovuşdu. 



 

SULTAN HÜSEYN MĠRZƏ 

 

Doğumu və nəsəbi: 842-ci ildə [=1438] Heratda [Teymur bəyin oğlu] 

Şahrux  Mirzənin  hökmdarlığı  dönəmində  [1405-1447]  doğulmuşdu.  Əmir 

Teymur  oğlu  Ömər  Şeyx  oğlu  Bayqara  oğlu  Mənsurun  oğlu  idi.  Mənsur 

Mirzə ilə Bayqara padşahlıq etməmişlər. 

Anası Teymur bəyin nəvəsi Firuzə bəyimdi. Sultan Hüseyn Mirzə [ana  

tərəfindən Teymur bəyin oğlu] Miranşah Mirzənin də nəvəsidir. 

Sultan Hüseyn Mirzə ana və ata tərəfindən kərim və soylu bir padşah-

dı. İki doğma qardaş və iki bacı idilər: Bayqara Mirzə, Sultan Hüseyn Mirzə, 

Əkə bəyim və Əhməd xanla evli olan Büdəkə bəyim. 

Bayqara  Mirzə  yaşca  Sultan  Hüseyn  Mirzədən  böyükdü,  amma  onun 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



176 

xidmətində idi. Divanda iştirak etməzdi, lakin divandan kənarda olanda eyni 

döşək üzərində otururdular. Kiçık qardaşı ona Bəlx vilayətini vermişdi, bir 

neçə il Bəlxdə hökm sürdü. Üç oğlu vardı: Sultan Məhəmməd Mirzə, Sultan 

Veys Mirzə və Sultan İskəndər Mirzə. 

Əkə  bəyim  (164  a)  [Sultan  Hüseyn]  Mirzənin  böyük  bacısı  idi,  onu 

Miranşah  Mirzənin  nəvəsi  olan  Sultan  Əhməd  Mirzə  almışdı.  Kiçık  Mirzə 

adlı bir oğlu vardı, əvvəllər dayısına mülazimət edirdi, sonra sipahiliyi bura-

xıb kitab oxumaqla məşğul oldu, alim olduğunu söyləyirdilər. Kiçık Mirzə-

nin şairliyi də vardı. Bu rübai onundur: 

Ömri be səlah məstudəm xudra, 

Dər şiveyi zöhd minəmudəm xudra, 

Çün eşq aməd qədəm zöhdü, çi səlah, 

Əlminnətülillah əz müdam xudra.   



 

Bütün bir ömür özümü salahla öydüm, 

Özümü zöhd yolunda göstərdim.  

Eşq gəlincə zöhd nə imiş, salah nə imiş, 

Allaha şükür olsun, özümü sınadım. 

Mollanın [Mövlana Əbdürrəhman Cami] rübaisi ilə təvarüd

1

 olmuşdur. 



Sonra həccə də getdi. 

Büdəkə bəyim Mirzənin böyük bacısı idı. Qazaxlıqlar zamanı Əhməd 

xan Hacı Tarxana vermişdi. İki oğlu olmuşdu, onlar Herata gəlib bir müddət 

Mirzənin mülazimətində bulundular. 



ġəkili və görkəmi: çəkik gözlü, şir əndamlı bir adamdı. Belindən aşa-

ğısı incəydi. Yaşı çox və saqqalı ağarmış olduğu halda xoş rəngli, qırmızı və 

yaşıl ipək paltar və qara quzu dərisindən börk, ya da qalpaq geyərdi. Bəzən 

bayramlarda  kiçık  sarığını  yamyastı  və  səliqəsiz  şəkildə  üç  dəfə  dolayaraq 

vağ lələyi taxıb namaza gedərdi. 

Əxlaqı və xasiyyəti: taxta çıxanda xütbədə on iki imamın adını (164 

b) oxutmağı düşünürmüş. Əlişir bəy [Nəvai] və digər bəziləri buna əngəl ol-

muşlar. Sonralar hər halı və hərəkəti  əhli-sünnət  və camaat məzhəbinə uy-

ğun  idi.  Məfsəl  xəstəliyi  üzündən  namaz  qıla  bilmirdi.  Oruc  da  tutmurdu. 

Zarafatcıl və xoş təbiətli bir adam idi. Xaraktercə bir az çılğın idi, sözü də 

məzacı  kimiydi.  Bəzi  xüsuslarda  şəriətə  fövqəladə  riayət  edirdi:  Bir  dəfə 

oğullarından birini bir adamı öldürdüyü üçün  qan davaçılarının  əlinə verib 

məhkəməyə göndərmişdi. 

Taxta çıxanda altı-yeddi il tövbəli idi. Ondan sonra özünü içkiyə verdi. 

Qırx  ilə  yaxın  Xorasanda  padşahlıq  etdi  və  günorta  namazından  sonra  iç-

mədiyi heç bir gün yoxdu, lakin sabahlar heç içməzdi. Oğulları, sipahiləri və 

şəhər əhalisi hamısı bu vəziyyətdəydi. Aşırı dərəcədə işrətə və fisqə düşkün 

                                                           

1

 Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi. 



BABURNAMƏ 

 

177 



idilər. 

Ürəkli  və  cəsur  bir  adamdı.  Dəfələrlə  şəxsən  qılınc  çalmışdır.  Hətta 

hər  müharibədə  bir  neçə  dəfə  qılınc  çalmışdır.  Teymur  bəy  nəslindən  olan 

və Sultan Hüseyn Mirzə qədər qılınc çalmış heç kim məlum deyildir. 

Şairliyi də vardı; bir divan tərtib etmişdi. Şeirlərini türkcə söyləyirdi. 

Təxəllüsü  Hüseyni  idi.  Bəzi  beytləri  fəna  deyildir,  lakin  divanı  bütünlüklə 

eyni vəzndədir. 

Yaş  və  səltənət  baxımından  böyük  bir  padşah  olduğu  halda,  uşaqlar 



(165 a) kimi qoç bəsləyir, göyərçin saxlayır və xoruz döyüşdürürdü. 

Meydan  müharibələri  və  digər  döyüĢləri:  qazaxlıq  zamanında  bir 

dəfə atla Gürgan çayını üzərək keçib xeyli özbəyi möhkəm məğlub etdi. 

Bir dəfə Sultan Əbu Səid Mirzə Məhəmməd Əli Bəxşinin başçılığı al-

tında üç min adamı ilqar [axınçı] olaraq göndərmişdi, Sultan Hüseyn Mirzə 

isə  altmış  igidlə  gəlib  onları  dərhal  məğlub  etdi.  Sultan  Hüseyn  Mirzənin  

yaxşı və parlaq işlərindən biri budur. 

Bir  dəfə  Əstərabadda  [Sultan  Əbu  Səid  Mirzənin    oğlu  və  Baburun 

əmisi] Sultan Mahmud Mirzə ilə vuruşaraq onu məğlub etdi. 

Bir  dəfə  Əstərabadda  soğdlu  Hüseyn  Türkmən  oğlu  Sadla  vuruşaraq 

onu məğlub etdi. 

Bir  də  taxtı  aldıqdan  sonra  Çinaranda  [Sultan  Məhəmməd  Mirzənin  

oğlu] Yadigar Məhəmməd Mirzə ilə vuruşaraq onu məğlub etdi. 

Bir  dəfə  də  Mürqab  körpüsündən  sürətlə  gəlib  Baği-Zağanda  sərxoş 

yatan Yadigar Məhəmməd Mirzəni ələ keçirdi və beləcə Xorasana hakim ol-

du. 

Bir dəfə də Əndəxud və Şaburqan civarında yerləşən Çikməndə Sultan 



Mahmud Mirzə ilə vuruşaraq qalib gəldi. 

Bir  dəfə  də  [Baburun  əmisi]  Əba  Bəkr  Mirzə  İraqtan  qaraqoyunlu 

türkmənləri ilə birlikdə gəlib Təkanə və Xumarda [Baburun digər bir əmisi] 

Uluğ bəy Mirzəni məğlub edərək Kabili almışdı, amma sonra İraq üzündən 

Kabili buraxıb Xeybərdən aşaraq Xoşab ilə Multan civarından keçməklə Si-

viyə çıxmış, oradan da gəlib Kirmanı almış, lakin orada da durmayaraq (165 



b)  Xorasan  vilayətinə  getmişdi,  iştə  o  zaman  Sultan  Hüseyn  Mirzə  də  sü-

rətlə gedib oranı ələ keçirdi. 

Bir dəfə də Püli-Çırağda oğullarından biri olan Bədiüzzaman Mirzəni 

yendi. 


Bir  dəfə  də  Halva-Çeşmədə  iki  oğlunu,  yəni  Əbülmöhsün  Mirzə  ilə 

Kibək [Məhəmməd Möhsün] Mirzəni yendi. 

Bir dəfə də əsgər çəkib Qunduzu mühasirə etdi, lakin ala bilmədən ge-

ri qayıtdı. 

Bir dəfə də Hisarı mühasirə etdi, lakin onu da alammadan geri döndü. 

Bir dəfə də Zünnunun [bəy Arğun] vilayəti üzərinə yürüdü. Büst valisi 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



178 

Büstü  təslim  etdi,  başqa  heç  bir  şey  etmədi  və  ən  axırda  Büstü  də  buraxıb 

geri qayıtdı. Sultan Hüseyn Mirzə kimi cəsur və böyük bir padşah bu iki-üç 

səfərdə padşahlara xas əzmini yerinə  yetirə bilmədən və heç bir işi tamam-

laya bilmədən geri dönmək məcburiyyətində qaldı. 

Bir dəfə də Nişin çayırında Zünnunun oğlu Şah [Şüca] bəy ilə birlikdə 

gələn  oğlu  Bədiüzzaman  ilə  vuruşdu  və  onu  məğlub  etdi.  Orada  qəribə  bir 

təsadüf olmuşdu: Sultan Hüseyn Mirzənin yanında əsgəri az imiş və əsgəri-

nin çoxunu Əstərabad civarina göndəribmiş. Əstərabada gedən əsgər tam bu 

savaş günündə gəlib ona qoşulur. Digər tərəfdən də Sultan Məsud Mirzə Hi-

sarı [qardaşı] Baysunqur Mirzəyə təslim  etmiş  və Sultan Hüseyn Mirzənin 

yanına gəlirmiş, o da tam o gün gəlib qoşulubmuş. 



Torpaqları: Xorasan vilayəti idi. Şərqi Bəlx, qərbi Bistam (166 a) və 

Damğan,  şimali  Xarəzm,  cənubu Qəndəhar və Sistandır. Herat  kimi  bir şə-

hər əlinə keçdiyi halda gecə-gündüz işrət və fisqdən başqa işi yox idi, hətta 

ətrafında və məiyyətində olanlardan da işrət və fisqlə məşğul olmayan heç 

bir adam yox idi. Cahangirlik və sərkərdəliyin əziyyət və zəhmətini çəkmə-

diyi üçün, təbii olaraq, adamları və vilayəti getdikcə azaldı. 



UĢaqları: on dörd oğlu və bir qızı qalmışdı. 

Bədiüzzaman  Mirzə oğullarından ən böyüyü idi. Anası [Bikə Sultan 

bəyim] Səncər Mirzə Mərvinin qızıydı. 



ġah Qərib Mirzə öz xidmətindəydi. Xarici görkəmi [topal idi, bədəni 

də  yöndəmsiz  idi]  pis  olduğu  halda,  təbiəti  yaxşı  idi.  Vücudu  zəif  olsa  da, 

sözü gözəldi. Qəribi təxəllüsü ilə yazırdı. Türkcə və farca şeirlər söyləyirdi, 

bir divan da tərtib etmişdi. Bu beyt onundur: 

Dər güzər didəm pəriruye şodəm divaneəş, 

Çist nami, u, koca başəd nədanəm xaneəş.  



Yolda bir pəri üzlünü görüb divanəsi oldum, 

Adı nədir və evi haradadır, bilmirəm. 

Sultan Hüseyn Mirzə Heratın idarəsini bir müddət Şah Qərib Mirzəyə 

vermişdi. Atası həyatda ikən vəfat etdi. Uşağı olmadı. 

Müzəffər  [Hüseyn]  Mirzə:  Sultan  Hüseyn  Mirzənin  ən  çox  sevdiyi 

oğluydu, ancaq seviləcək elə bir əxlaqı və hərəkəti yox idi. Oğullarının çoxu 

onu çox sevdiyi üçün atalarına düşmən oldular. 

Bu iki oğlunun anası Sultan Əbu Səid Mirzənin cariyəsi olan Xədicə 

bəyim idi. (l66 b) Mirzədən Ağ bəyim  adlı bir qızı da vardı. 

Əbülmöhsün  Mirzə  və  əsil  adı  Məhəmməd  Möhsün  olan  Kibək 

Mirzə: bu ikisinin anası Lətif Sultan ağaçə idi. 



Əbu Turab Mirzə: əvvəllər onun çox fəzilətli olduğunu söyləyirdilər. 

Atasının xəstəliyi şiddətlənəndə başqa şeylər eşidərək kiçık qardaşı Məhəm-

məd  Hüseyn  Mirzə  ilə  birlikdə  qaçıb  İraqa  getdi.  İraqda  sipahiliyi  buraxıb 

dərvişliyə keçmişdir. Sonralar ondan bir xəbər alınmadı. 



BABURNAMƏ 

 

179 



Söhrab Mirzə adlı bir oğlu vardı. Mən [özbək sultanları] Həmzə Sul-

tanla  Mehdi  Sultanın  komandanlığında  olan  sultanları  məğlub  edib  Hisarı 

alanda  mənim  yanımdaydı.  Bir  gözü  kor  idi.  Qəribə  və  çirkin  bir  görkəmi 

var idi, əxlaqı da görünüşü kimiydi. Bir çılğınlıq elədi, elə ona görə də  ya-

nımda qala bilməyib getdi. Əstərabad civarında çılğınlığı üzündən [Şah İs-

mayılın vəziri və sərkərdəsi] Nəcmi Sani onu işkəncə ilə öldürdü. 



Məhəmməd  Hüseyn  Mirzə:  İraqda  onu  Şah  İsmayıl  ilə  eyni  yerə 

həbs  etmişlər  və  elə  o  zaman  onun  müridi  olmuş.  Sonradan  qatı  bir  rafizi

1

 

olmuşdu.  Atası,  böyük  və  kiçık  qardaşları  sünni  olduğu  halda  o,  rafızi  idi. 



Əstərabadda batillik və xəta içində öldü. Onun olduqca cəsur və qəhrəman 

olduğunu söyləyirlər, lakin belə söyləməyə layiq bir işi görünmədi. 

Şairliyi də varmış. Bu beyt onundur: 

Aludeyi-gərdi zi payi seyd ki gəşti

Qərqi-əraqi dər dili-gərm ki qozeşti.  

Toza bələnmisən, kimi ovlamaq üçün gəzib tozdun, 

Tərə boğulmusan, kimin hərarətli könlündən keçdin.  

Firidun (167 a) Hüseyn Mirzə: yayı qüvvətli çəkir, yaxşı ox atırmış. 

Çəkdiyi  oxunun  qırx  batman  olduğunu  söyləyirlər.  Olduqca  cəsur  adamdı,  

lakin savaşda bəxti yoxdu, girdiyi hər müharibədə məğlub oldu. 

Ribati-Dudezdə Firidun Hüseyn Mirzə kiçık qardaşı İbn Hüseyn Mir-

zə, Teymur Sultan və Übeyd Sultan ilə birlikdə Şeybani xanın ilqarıyla vu-

ruşdular və məğlub  oldular. O zaman Firidun Hüseyn Mirzə çox  igidliklər 

göstərmişdir. 

Damğanda isə Firidun Hüseyn Mirzə ilə [böyük qardaşı Bədiüzzaman 

Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə Şeybani xanın əlinə düşdülər, am-

ma o, ikisini də öldürmədən buraxdı. Sonra Şah Məhəmməd Divanə Qalatı 

özbəklərə  qarşı  bərkidəndə  oraya  getdi,  amma  özbəklər  Qalatı  alanda  o  da 

onların əlinə keçdi və öldürüldü.  

Sultan Hüseyn Mirzənin bu üç oğlu Minqli Bi ağaçə adlı bir özbək ca-

riyəsindən doğulmuşdu. 



Heydər  Mirzə:  anası  Sultan  Əbu  Səid  Mirzənin  qızı  Payəndə  Sultan 

bəyimdi. Atasının zamanında bir müddət Məşhəddə və Bəlxdə hökm sürdü. 

Sultan  Hüseyn  Mirzə  Hisarı  mühasirə  edəndə  Sultan  Mahmud  Mirzənin 

Xanzadə  bəyimdən  doğulan  qızını  ona  alıb  barışaraq  Hisarın  mühasirəsin-

dən vaz keçmişdir. 

Həyatda  qalan  yeganə  uşağı  yalnızca  Şad  bəyim  adlı  qızıydı.  Bu  qız 

daha sonra Kabilə gəldi və Adil Sultana verildi. 

Heydər Mirzə hələ atası həyatda ikən (l67 b) vəfat etdi. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin