ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

Məhəmməd Məsum Mirzə: atası ona Qəndəharı vermişdi. Bu müna-

sibətlə  [Baburun  əmisi]  Uluğ  bəy  Mirzənin  bir  qızını  bu  oğluna  istədi  və 

                                                           

1

 Rafizi: Babur bu təbirlə şiəliyi  nəzərdə tutur.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



180 

Herata gətirəndə böyük bir toy edib gözəl bir çadır qurdurdu. Düzdür, Qən-

dəharı ona vermişdi, ancaq  yaxşı-pis  hər şeyi  Şah [Şüca]  bəy Arğun  edirdi 

və Məhəmməd Məsum Mirzənin heç bir etibarı və nüfuzu yoxdu. Buna görə  

də Qəndəharda qalmayıb Xorasana getdi, atası hələ həyatda ikən vəfat etdi. 

Fərrux  Hüseyn  Mirzə:  ona  çox  yaşamaq nəsib  olmadı  və  kiçık qar-

daşı İbrahim Hüseyn Mirzədən bir müddət əvvəl bu dünyadan köçdü. 



Ġbrahim Hüseyn Mirzə: təbiəti pis deyildi, amma Herat şərabını aşırı 

bir şəkildə içdiyi üçün atası hələ sağkən öldü. 



Ġbn Hüseyn Mirzə və Məhəmməd Qasım Mirzə: onlar haqqında irə-

lidə bəhs ediləcəkdir. 

Bu beş mirzənın anası cariyələrdən Papa ağaçə idi. 

Sultanım bəyim: qızlarının ən böyüyü və anasını tək övladı idi. Anası 

Çöli bəyim azaq bəylərinin qızıydı. Çox söz bilir və sərbəst danışırdı. Atası 

onu  böyük  qardaşı  Bayqara  Mirzənin  ortancıl  oğlu  Sultan  Veys  Mirzə  ilə 

evləndirmiş, ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Şeybani sultanların-

dan Yolbars Sultanın kiçık qardaşı  İsənqulu Sultana vermişdilər. Oğlu Mə-

həmməd Sultan Mirzədır və indi onu Qanuc vilayətinə hakim qoymuşam. O 

zaman Sultanım bəyim Kabildən (168 a) nəvəsini alıb [Hindistana] gələndə 

Nilabda vəfat etmişdi. Adamları onun cənazəsini alıb [Kabilə] döndülər; nə-

vəsi mənim yanıma [Hindistana] gəldi.  

 [Sultan Hüseyn Mirzənin] Payəndə Sultan bəyimdən doğulan qızları-

nın ən böyüyü Ağ bəyimdi. Onu [Əbülqasım] Babur Mirzənin kiçık bacısı 

Bikə bəyimin nəvəsi Məhəmməd Qasım Arlata vermişdilər. Qaragöz bəyim  

adlı bir qızı olmuş, bu qızı da [Baburun kiçık qardaşı] Nasir Mirzə almışdı. 

İkinci qızı Kiçık bəyim idi. Sultan Məsud Mirzə ona istəyirdi, amma 

bütün  səyinə  baxmayaraq  [anası]  Payəndə  Sultan  öz  mülahizələrinə  görə 

vermədi. Sonra Seyid Atanın [Xoca Əhməd Yəsəvi] nəslindən Molla Xoca-

ya vermişdi. 

Üçüncü qızı Bikə bəyimlə dördüncü qızı Ağa bəyimi kiçık bacısı Rə-

biə Sultan bəyimin oğulları Babur Mirzə ilə Sultan Murad Mirzəyə vermişdi. 

[Sultan Hüseyn Mirzənin] Minqli Bi ağaçədən iki qızı olmuşdu. Böyü-

yünün  adı  Bayram  Sultandı.  Əndəxud  seyidlərindən  və  Bayqara  Mirzənin  

qız  nəvəsi  olan  Seyid  Abdullah  Mirzəyə  vermişdilər.  Seyid  Bərkə  adlı  bir 

oğulları  oldu.  Mən  Səmərqəndi  alanda  mənimlə  birlikdəydi.  Sonra  Ürgənc 

tərəfə  gedib  səltənət  davasına  girişdi  və  qızılbaşlar  tərəfindən  Əstərabadda 

öldürüldü. 

Digər qızının adı Fatma Sultandı. Teymur bəy nəslindən olan Yadigar 

Mirzəyə vermişdilər. 

[Sultan Hüseyn Mirzənin] Papa ağaçədən üç qızı olmuşdu. Ən böyüyü 

Sultan  Nijad  bəyimdi  və  Sultan  Hüseyn  Mirzənin  böyük  qardaşının  [Bay-

qara Mirzə] kiçık oğlu [Sultan] İskəndər Mirzəyə verilmişdi. 


BABURNAMƏ 

 

181 



İkinci qızı Bəyim Sultandı; Sultan Məsud Mirzəyə gözünü (168 b) iti-

rəndən  sonra  vermişdilər.  Bir  qızı  və  bir  oğlu  olmuşdu.  Qızını  Sultan  Hü-

seyn Mirzənin  arvadı [və eyni zamanda Papa ağaçənin sütbacısı] Apağ bə-

yim böyütmüşdü. Bu qız Heratdan Kabilə gəldi və Seyid Mirzə Apağa ve-

rildi.  Sultan  Məsud  Mirzə  özbəklər  tərəfindən  öldürüldükdən  sonra  Bəyim  

Sultan oğlunu alıb Kəbəyə getdi. Bugünlərdə özünün və oğlunun Məkkədə 

olduqları xəbəri gəldi. Oğlu olduqca böyüyübmüş. 

Üçüncü qızını da Əndəxud seyidlərindən və daha çox Seyid Mirzə de-

yə bilinən birinə vermişdilər. 

[Sultan Hüseyn Mirzənin] cariyəsindən də Ayşə Sultan adında bir qızı 

olmuşdu. Bu cariyə Həsən Şeyx Teymurun nəvəsi olan Zübeydə ağaçəydi. 

Bu qızı Şeybani sultanlarından Qasım Sultana vermişdilər və ondan Qasım 

Hüseyn [Sultan] adında bir oğlu olmuşdu. Bu oğlan Hindistanda mənim mü-

lazimətimə gəldi, Rana Senqa ilə müharibəyə qoşuldu və ona Bedaun verildi. 

[Ayşə Sultanı] Qasım Sultandan sonra onun qohumlarından olan Boran Sul-

tan adında biri aldı və ondan da Abdullah adlı bir oğlu oldu, ki indi mənim 

mülazimətimdədir, yaşı kiçık olmasına baxmayaraq xidməti pis deyil. 

Qadınları və cariyələri: ilk aldığı qadın Səncər Mirzə Mərvinin qızı 

Bikə Sultan bəyimdi. Bədiüzzaman Mirzə ondan olmuşdu. Çox deyingən idi 

və  Sultan  Hüseyn  Mirzəyə  çox  əziyyət  verirdi.  Mirzə  onun  deyingənliyin-

dən bezdi. Axırda buraxdı və ondan qurtuldu. Nə (169  a) eləsin, haqq Mir-

zənin tərəfindəydi. 

Zəni bəd dər sarayi-mərdi-niku

Həm dər in aləm əst duzəxi-yu.

1

 



Yaxşı kişinin evində pis bir arvadıı olsa,  

Onun cəhənnəmi bu dünyada imiş. 

Allah heç bir müsəlmanı bu bəlaya salmasın. Ya rəb, pis xasiyyətli və 

deyingən qadın yer üzündə qalmasın! 

Çöli bəyim: azaq bəylərinin qızıydı. Sultanım bəyim  ondan olmuşdu. 

Şəhribanu bəyim: [Baburun babası] Sultan Əbu Səid Mirzənin qızıydı. 

Taxta  çıxdıqdan  sonra  almışdı.  Çikmən  müharibəsində  Mirzənin  bütün  ar-

vadları məhfədən

2

 çıxıb ata minəndə o, kiçık qardaşına arxayın olduğu üçün 



məhfədən çıxmır və ata minmir

3

. Bunu Mirzəyə çatdırırlar. Bu üzdən Mirzə 



Şəhribanu bəyimi  buraxdı  və kiçık bacısı  Payəndə Sultan bəyimi  aldı. Öz-

bəklər Xorasanı aldıqdan sonra Payəndə Sultan bəyim  İraqa getdi və orada 

vəfat etdi. 

                                                           

1

 Sədi Şirazidən. 



2

 Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qarşılıqlı otura bi-

ləcəyi şəkildə düzəldilmiş səbət. 

3

 Şəhribanu  bəyimin  güvəndiyi  kiçık  qardaşı  Çikmən  müharibəsində  Sultan  Hüseyn 



Mirzə ilə savaşan [Baburun əmisi] Sultan Mahmud Mirzədir. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



182 

Xədicə bəyim: Sultan Əbu Səid Mirzənin cariyəsiydi və Mirzədən Ağ 

bəyim  adlı bir qızı  vardı.  İraqda Sultan Əbu Səid  Mirzənin  məğlubiyyətin-

dən sonra Herata gəldi. Onu orada Sultan Hüseyn Mirzə aldı və çox sevdiyi 

üçün cariyəlik dərəcəsindən bəyimlik dərəcəsinə yüksəltdi. Sonralar fövqəl-

adə  nüfuz  sahibi  olmuşdu.  [Bədiüzzaman  Mirzənin  oğlu]  Məhəmməd  Mö-

min Mirzəni onun təhrikiylə öldürdülər. 

Sultan  Hüseyn  Mirzənin  öz  oğullarıyla  düşmən  olmasının  ən  böyük 

səbəbi də bu qadındır. Özünü çox ağıllı sayırdı, lakin ağılsız və çox danışan 

bir  qadındı.  Eyni  zamanda  rafızi  imiş.  [Sultan  Hüseyn  Mirzənin  oğulları] 

Şah Qərib Mirzə ilə Müzəffər Hüseyn Mirzə (169 b) ondan doğulmuşdular. 

Apağ  bəyim:  heç  uşağı  olmadı.  Mirzənin  ən  çox  sevdiyi  arvadı  Papa 

ağaçə Apağ bəyimin süd bacısıydi. Öz uşağı olmadığı üçün Papa  ağaçənin 

oğullarına  öz  uşağı  kimi  baxırdı.  Mirzə  xəstə  olduğu  zamanlarda  ona  föv-

qəladə  yaxşı  xidmət  edirdi,  arvadlarından  heç  biri  o  qədər  xidmət  edə  bil-

məzdi. Hindistana getdiyim il Heratdan gəldi. Mən də əlimdən gəldiyi qədər 

ona sayğı və hörmət göstərdim. Çəndirini mühasirə etdiyim zaman Kabildə 

vəfat etdiyi xəbəri gəldi. 

[Sultan Hüseyn Mirzənin] cariyələrindən biri də çərşənbehilərdən

1

 Lə-



tif  Sultan  ağaçəydi;  Əbülmöhsün  Mirzə  ilə  Kibək  [Məhəmməd  Möhsün] 

Mirzə ondan olmuşdu. 

Cariyələrindən  biri  də  özbəklərdən  Minqli  Bi  ağaçəydi;  Əbu  Turab 

Mirzə, Məhəmməd Hüseyn Mirzə və  Firidun Hüseyn Mirzənin anasıydı və 

Şəhribanu bəyimin xidmətçilərindəndi. Onun iki qızı da vardı. 

Cariyələrindən  biri  də  Apağ  bəyimin  südbacısı  olan  Papa  ağaçəydi. 

Mirzə  onu  görüb  sevərək  almışdı.  Daha  öncə  söyləndiyi  kimi,  beş  oğlu  ilə 

dörd qızının anasıydı. 

Cariyələrindən biri də Bəgi Sultan ağaçəydi. Ondan uşağı olmadı. 

Bunlardan başqa da aşağı və əsil cariyələri vardı. Qadınlarından və ca-

riyələrindən mötəbər olanları yuxarıda sayılanlardır. 

Sultan Hüseyn Mirzə böyük bir padşah və Herat kimi islam şəhərinin 

padşahı olduğu halda, qəribədir ki, bu on dörd oğlundan ancaq üçü bic de-

yildi. Pozğunluq onun özünə, (170  a) oğullarına və əhalisinə fövqəladə də-

rəcədə xas idi. Belə böyük bir ailədən yeddi-səkkiz il içində [Bədiüzzaman 

Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə istisna olmaqla, heç bir nam-nişan 

qalmaması məhz onların bu uğursuzluğundan irəli gəlmişdir. 

Əmirləri: 

Məhəmməd  Burunduq  Barlas:  Çaku Barlas nəslindəndi. Çaku Bar-

las oğlu Cahan Şah oğlu Burunduq oğlu Əli oğlu Məhəmməd Burunduq. 

Əbülqasım  Babur  Mirzənin  yanında  bəydi.  Ondan  sonra  Sultan  Əbu 

Səid Mirzə də iltifat etdi və o da Kabili Cahangir Barlasla birlikdə ona verə-

                                                           

1

 Çərşənbehi: sevimli qadın, cariyə, gözde, favori qadın.  



BABURNAMƏ 

 

183 



rək oğlu Uluğ bəy Mirzəyə atəkə təyin etdi. 

Sultan  Əbu  Səid  Mirzənin  ölümündən  sonra  Uluğ  bəy  Mirzə  barlas-

lara  qəsd  etmə  təşəbbüsündə  bulundu.  Bunlar  da  işi  duyunca  Mirzəni  ələ 

keçirib el və uluslarını yanlarına alaraq Qunduz tərəfinə köç etdilər. Hindu-

quş üzərinə gələndə Mirzəni heç incitmədən Kabil tərəfinə göndərib özləri 

də Xorasana Sultan Hüseyn Mirzənin yanına getdilər və o da onları xoş qar-

şıladı. 

Məhəmməd Burunduq fövqəladə bilgili bir adam və çox yaxşı bir sər-

dardı. Quşa çox marağı vardı, o qədər ki, əgər bir quşu ölsə, ya itsə, oğulla-

rının adını söyləyərək «Kaş bu quş ölənə və ya itənə qədər filan öləydi və ya 

filanın boynu qırılaydı» deyirmiş. 

Müzəffər Barlas: qazaxlıq zamanlarında Mirzənin yanındaydı. Bilmi-

rəm, Mirzəyə bunun nəyi xoş görünmüşdü ki, ona bu qədər çox iltifat gös-

tərmişdi. Onun etibarı o dərəcədəydi ki, Sultan Hüseyn Mirzə qazaxlığında 

onunla  belə  şərt  bağlamışdı:  hər  hansı  bir  vilayət  ələ  keçirilsə,  üçdə  ikisi 

Mirzənin (170 b), üçdə biri isə onun olacaqdı. Bu, qəribə bir şərtdir. Bir nö-

kəri  özü  ilə  ortaq  eləmək  padşahlıqla  bir  araya  sığarmı?  Kiçık  qardaşla  və 

oğulla da belə bir şərt bağlanmaz, harada qaldı ki, bir bəy özünün bir adamı 

ilə belə bir şey eləsin. Mirzə taxta çıxdıqdan sonra bu şərti bağladığına peş-

man oldu, lakin fayda etmədi. 

Bu qədər etibar  gördüyü halda bu dar  qafalı adam  Mirzəyə  qarşı çox 

tərbiyəsizlik edirdi. Mirzənin fikriylə hərəkət etmirdi. Axırda, deyilənə görə, 

zəhərlənmişdi. Doğrusunu Allah bilir. 



ƏliĢir bəy Nəvai: əslində Mirzənin bəyi deyil, arxadaşıydı. Uşaqlıqda 

eyni məktəb oxumuş və yaxın dost olmuşlar. 

Sultan  Əbu  Səid  Mirzənin  onu  hansı  qabahətindən  dolayı  Heratdan 

sürdüyünü  bilmirəm,  amma  Səmərqəndə  getdi  və  orada  olduğu  bir  neçə  il 

ərzində [Sultan Məlik Kaşğarinin oğlu] Əhməd Hacı bəy ona havadarlıq və 

hamilik etdi. 

Əlişir  bəy  məcazının  nəzakəti  ilə  məşhurdur.  Xalq  onun  nəzakətinin 

dövlətinin  qürurundan  irəli  gəldiyini  zənn  edirdi,  lakin  elə  deyilmiş,  o  bu 

özəlliyə fitrətdən sahib imiş. Səmərqənddə ikən də təbi belə nazikmiş. 

Əlişir bəy misilsiz bir adamdı. Türk dililə o qədər çox şeir söyləmişdir 

ki, kimsə o qədər çox və gözəl söyləməmişdir. Altı məsnəvi yazmışdır, beşi 

Xəmsəyə bənzədilərək, biri də Məntiq üt-teyr vəznində və Lisan üt-teyr adın-

dadır.  Qəraib  üs-siğər  [Uşaqlıq  çağının  qəribəlikləri],  Nəvadir  üş-şəbab, 

[Gənclik çağının nadirəlikləri], Bədai ül-vəsət [Orta yaş çağının möcüzələri] 

və Fəvaid ül-kibər [Qocalığın faydalı öyüdləri] adında dörd qəzəl divanı tər-

tib etmişdir. Rübailəri də vardır. Bunlardan başqa, bəzi əsərləri də vardır, la-

kin bu söylənənlərlə (171 a) müqayisədə daha aşağı və daha zəifdır. 

Mövlana  Əbdürrəhman  Camini  təqlid  edərək  məktublarını  da  topla-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



184 

mışdır. Vəlhasil, hər kəs və hər iş üçün bir məktub yazmış isə onları topla-

mışdır.  Bir  də  Mizan  ül-övzan  [Vəznlərin  mizanları]  adlı  bir  əruz  risaləsi 

yazmışdır, ancaq bunun tənqid ediləcək tərəfi çoxdur. İyirmi dörd rübai vəz-

nindən  dördündə  yanılmışdır.  Bəzi  bəhrlərin  vəznlərində  də  yanılmışdır  və 

bunlar əruz ilə məşğul olanlara məlumdur. Farsca bir divan da tərtib etmiş-

dir. Farsca nəzmdə Fani təxəllüsünü işlətmişdir. Bəzi beytləri fəna deyildir; 

lakin çoxu zəif və dəyərsizdir. 

Musiqidə  də  gözəl  şeylər  bəstələmişdir.  Gözəl  nəqşləri  və  gözəl  piş-

rovları vardır. 

Fəzl  və  hünər  əhli üçün  Əlişir bəy qədər  öyrədici  və  qoruyucu başqa 

bir adamın da var olduğu heç eşidilməmişdir. Sazda məşhur olan ustad Qul-

Məhəmməd,  Şeyxi  [Neyi]  və  Hüseyn  Udi  Əlişir  bəyin  tərbiyə  və  himayəsi 

ilə  bu  dərəcədə  tərəqqi  və  şöhrət  tapdılar.  Ustad  Behzad  və  Şah  Müzəffər 

rəsmdə  Əlişir  bəyin  qeyrət  və  ehtimamıyla  bu  dərəcə  məşhur  və  məruf  ol-

dular. Bu qədər xeyirli işlərdə çox az kimsə bu dərəcə müvəffəq olmuşdur. 

Oğulsuz-qızsız, arvadsız və ailəsiz olaraq bu dünyada təkbaşına və su-

bay yaşadı. Əvvəllər möhürdardı. Orta yaşlarında bəy olub bir müddət Əstə-

rabadda hökm sürdü. Sonralar sipahiliyi tərk etdi. Mirzədən heç bir şey al-

mırdı. Əksinə, özü hər il Mirzəyə xeyli miqdarda hədiyyələr verirdi. (l71 b) 

Sultan Hüseyn Mirzə Əstərabad səfərindən qayıdanda onu qarşılama-

ğa gəldi. Mirzə ilə görüşdükdən sonra qalxmaq istəyəndə ona nəsə oldu, qal-

xa bilmədi. Qaldırıb əldə götürdülər. Həkimlər heç bir diaqnoz qoya bilmə-

dilər. Ertəsi gün Allahın rəhmətinə qovuşdu. Bu beyti halına uyğun düşür: 

Bu dərd ilə ki, ölürmən, mərəz çü zahir əməs

Təbiblər bu bəlaya nə çarə qılğaylar?  



Zahir olmayan bu dərd ilə ölüb gedirəm,  

Təbiblər bu bəlaya nə çarə edərlər? 

Əhməd Təvəkkül Barlas: öncə bir müddət Qəndəhar hökuməti onun 

əlindəydi. 



Vəli bəy: Hacı Seyfəddin Bəyin nəslindəndi. Nökərdi və Mirzənin bö-

yük bəyiydi. Sultan Hüseyn Mirzə taxta keçdikdən sonra çox yaşamadı, dər-

hal öldü. Müsəüman, namazında, sadə və sadiq bir adamdı. 

Həsən  ġeyx  Teymur:  ona  [Əbülqasım]  Babur  Mirzə  etibar  göstərib 

bəylik dərəcəsinə yüksəltmişdi.  



Noyan bəy: atası Termiz seyidlərindən idi, anası tərəfdən həm Sultan 

Əbu Səid Mirzəyə, həm də Sultan Hüseyn Mirzəyə qohum idi. Sultan Əbu 

Səid  Mirzə  də  ona  etibar  etmişdi.  [Sultan  Əbu  Səid  Mirzənin  oğlu]  Sultan 

Əhməd  Mirzənin  nəzdində  də  mötəbər  bir  bəydi.  Sultan  Hüseyn  Mirzənin 

nəzdində də çox etibar gördü. Zövqə, əyləncəyə və şəraba düşkün bir adam-

dı. Onun xidmətində olduğu üçün Həsən Yaquba Həsən Noyan da deyirdilər. 



Cahangir Barlas: Kabildə bir müddət Məhəmməd Burunduq [Barlas] 

BABURNAMƏ 

 

185 



ilə birlikdə ortaq hökumət sürmüşdü. (172 a) Sonralar Sultan Hüseyn Mirzə-

nin yanına getdi və yaxşı qarşılandı. Hal və hərəkətləri zərif və xoşdu. Əy-

lənməyi bacaran bir adamdı. Ov və quşun üsul və adabını yaxşı bildiyi üçün 

Sultan Hüseyn Mirzə belə işləri əksərən ona tapşırırdı. Bədiüzzaman Mirzə-

nin müsahibiydi. Mirzənin müsahibliyini yad edib daim ondan bəhs edirdi. 

Mirzə  Əhməd  Əli  Farisi  Barlas:  gərçi  şeir  söyləməzdi,  lakin  zövq 

sahibi və şeirdən anlayan, zərif və qəribə bir adamdı. 



Əbdülxaliq  bəy:  Şahrux Mirzənin çox etibar etdiyi bəylərindən olan 

Firuzşah  bəy  onun  babasıdır,  bu  üzdən  ona  Əbdülxaliq  Firuzşah  deyirlər. 

Xarəzm bir müddət onun əlindəydi. 

Ġbrahim  Dulday:  idarə  işini  və  hökumət  üsulunu  yaxşı  bilirdi.  Mə-

həmməd Burunduqun bir tayı idi. 



Zünnun bəy Arğun:  cəsur bir adamdı. Gəncliyində Sultan Əbu Səid 

Mirzənin hüzurunda yaxşı qılınc çalmışdır. Ondan sonra da hər yerdə əli işə 

toxunmuşdur. Cəsarətinə söz yoxdu, lakin bir az dəlisovdu. 

Bizim mirzələrin

1

 yanından ayrılaraq Sultan Hüseyn Mirzənin hüzuru-



na getdi. Mirzə də ona Guru və Nəkdərini verdi. Yetmiş-səksən adamla o ci-

varda çox yaxşı qılınc çaldı. Bir ovuc adamla (l  72  b) lap çox həzarəni və 

nəkdərini möhkəm məğlub etdi. Həzarələri və nəkdəriləri o qədər az adamla 

yola gətirən başqa adam olmamışdır. Bir müddət sonra Zəmindavəri də ona 

verdilər. 

Oğlu Şah Şüca Arğun da lap kiçıkliyindən bəri atasıyla birlikdə səfər-

lərə  qatılıb  qılınc  çaldı.  Sultan  Hüseyn  Mirzə  atasının  acığına  etibar  edib 

Qəndəharı atasıyla ortaq olaraq ona verdi. Sonra bu ata ilə oğul arasına düş-

mənçilik salıb fitnə çıxardılar.  

Axırda  mən  Xosrov  şahı  ələ  keçirib  əsgər  və  adamlarından  ayıraraq, 

Kabili  də  Zünnunun  [bəy  Arğun]  kiçık  oğlu  Müqimdən  aldığım  il  Zünnun 

ilə Xosrov şah mənim üzümdən çarəsiz qaldılar və axırda gedib Sultan Hü-

seyn Mirzəni gördülər. 

Sultan  Hüseyn  Mirzənin  ölümündən  sonra  Zünnun  daha  da  yüksəldi. 

Heratın  dağ  ətəyindəki  vilayətlərindən  Evbəni  və  Çahçəranı  ona  verdilər. 

Bədiüzzaman  Mirzə  ilə  Müzəffər  Mirzə  ortaq  bir  şəkildə  padşah  olduqları 

zaman Bədiüzzaman Mirzənin qapısında sahibi-ixtiyar o idi. Müzəffər Mir-

zənin qapısında isə sahibi-ixtiyar Məhəmməd Burunduq idi. 

Gərçi  cəsarəti vardı, lakin bir az dəlsov və anlayışsız bir adamdı. Elə 

olmasaydı, belə üzə gülməyə aldanaraq özünü alçaldardımı? Bunun təfsilatı 

belədir:  Heratda belə  etibar və  iqdidarda ikən  bir neçə  şeyx və  molla onun 

                                                           

1

 Teymurun oğlu Miranşahın soyundan olan və Baburun babası Əbu Səidi də əhatə edən 



mirzələr. Sultan Hüseyn Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



186 

yanına gəlib deyirlər ki: «Kütub

1

 bizimlə münasibətdədir. Sənə Hizəbrullah 



[Allahın aslanı] ləqəbi verildi. Sən özbəkləri yenəcəksən». O da bu üzə gü-

lücü sözlərə qapılaraq, boynuna fitə taxıb Allaha şükürlər etmişdir. 

Şeybani xan Badğis civarında (173 a) mirzələrin üstünə gəlib qüvvə-

lərini  birləşdirməyə  imkan  vermədən  onları  məğlub  edəndə  Zünnun  da  bu 

sözə inanıb yüz-yüz əlli qədər adamla Qara-Ribatda Şeybani xana qarşı dur-

du. Üstün qüvvətlər gəlincə bunları alıb götürdülər və  Zünnunu öldürdülər. 

Pak məzhəbli bir adamdı. Namazı tərk etməz, tez-tez də nafilə namazları qı-

lardı. Şahmata çox maraqlıydı. Başqaları bir əllə oynadıqları halda, o iki əllə 

və canı necə istəsə, elə oynayırdı. Təbiətində xəsislik və tamahkarlıq vardı. 

DərviĢ  Əli  bəy:  Əlişir  bəyin  doğma  kiçık  qardaşı  idi.  Bəlxin  idarəsi 

bir müddət onda idı və yaxşı idarə etdi. Bacarıqsız və qabiliyyətsiz bir adam 

idi. Sultan Hüseyn Mirzə Qunduz və Hisar üzərinə ilk dəfə gələndə onun ba-

carıqsızlığı üzündən uğur qazana bilmədi. Onu Bəlx hökumətindən əzl etdi-

lər. Mən 916-cı  ildə  [=1510] Qunduza gələndə  yanıma gəlmişdi;  çaşqın və 

bitkin bir halda idi. Bəylik qabiliyyətindən və elçilik səlahiyyətindən uzaqdı. 

Hər halda Əlişir bəy sayəsində belə etibar görmüşdür.  

Moğol bəy: Heratın idarəsi bir müddət ondaydı. Sonra Əstərabadı ver-

dilər. Əstərabaddan İraqa qaçıb [Ağqoyunlu Uzun Həsənin oğul] Yaqub bə-

yin hüzuruna getdi. Qəribə bir adamdı. Daima qumar oynayırdı. 

Seyid  Bədr:  fövqəladə  qüvvətli,  lakin  çox  nazik  tövrlü  bir  adam  idi.  

(173  b)  Rəqsdə  üsul  sahibiydi.  Çox  gözəl  rəqs  edirdi.  Heç  kim  onun  kimi 

oynaya bilməzdi. Hər halda, bu rəqs onun öz icadıydı. Daima Mirzənin  mü-

lazimətində bulunur, onun daimi arxadaşı və həmsöhbəti olurdu. 

Ġslim Barlas: sadə bir adamdı. Quşçuluğu yaxşı bilirdi. Bəzi işləri gö-

zəl  görürdü.  Otuz-qırx  batmanlıq  yayı  çəkib  oxu  taxtadan  keçirirdi.  Qabaq 

meydanının bir başından at qoşduraraq girir, yayı əlinə  alıb gərir və atıb hə-

dəfi  vururdu.  Bir  halqanı  bir-bir  yarım  kari  uzunluğunda  bir  ipə,  ipin  bir 

ucunu da bir ağaca bağlayıb  halqa göydə dönərkən, oxu atıb halqanın için-

dən keçirirdi. Belə qəribə işləri çoxdu. Daima mülazimət edir və hər söhbətə 

qoşulurdu. 

Sultan  Cüneyd  Barlas:  sonra  [Əbu  Səid  Mirzənin  oğlu]  Sultan  Əh-

məd Mirzənin yanına getmişdi. İndi atasıyla birlikdə Cunəpuru idarə edir. 



ġeyx Əbu Səid xan Dərməyan: bir müharibədə Mirzəyə at gətirdiyi 

üçünmü,  yoxsa Mirzənin  canına qəsd  edən bir düşməni  dəf  etdiyi  üçünmü, 

bilmirəm, ona bu Dərməyan  [Xızır kimi yetişən] ləqəbi verilmişdir. 

Behbud bəy: öncələr mühafiz kimi xidmət edirdi. Mirzənin  qazaxlıq 

vaxtlarında (l74  a)  xidməti təqdir edildi, ona bir lütf olaraq, damğa və pul-

larda adının zərb edilməsinə izin verilmişdi. 

                                                           

1

 Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin yeddincisi və ən 



yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsərrüf qüdrəti verilmiş bir kütub olur. 

BABURNAMƏ 

 

187 



ġeyxim  bəy:  təxəllüsü Süheyli olduğu üçün ona Şeyxim Süheyli de-

yirdilər. Şeir söyləyəndə qorxu oyadan söz və təbirlər işlədirdi. Beytlərindən 

biri budur:  

Şəbi-qəm gird badi ahəm əz ca bord gərdunra

Furi bord əjdəhai seyli eşkəm rübi məskunra. 

Qəm gecəsi ahımın girdabı göy üzünü yerindən oynatdı, 

Göz yaşımın seli əjdəhası isə  rübi-məskunu  

(dünyanın insanlarla məskun olan qisminı) uddu. 

Bu beyti bir dəfə  Mövlana Əbdürrəhman Caminin hüzurunda oxumuş 

və  Mövlananın  da  «Mirzə,  siz  şeirmi  söyləyirsiniz,  yoxsa  adammı  qorxu-

dursunuz?» demişdir. 

Bir divan tərtib etmişdi. Məsnəviləri də vardır.  


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin