ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

 

QƏNDƏHAR SAVAġI 

 

Şah bəylə Müqim Qəndəhar dağının bir daş imarət tikdirdiyim çıxıntı-



sının önündə çadır qurub oturmuşdular. Müqimin adamları tələskənlik edib 

ağaclar arasından bir az yaxınlaşdılar. Biz Şəhri-Səfa civarında olanda qaçıb 

bizə gəlmiş olan Tufan Arğun arğunların səflərinə doğru tək başına, həm də 

gizlicə  yaxınlaşlbmış.  O  əsnada  Eşqullah  deyilən  biri  yeddi-səkkiz  adamla 

birlikdə  digərlərindən  ayrılaraq  bir  az  bəri  gəlir.  Eşqullah  yanındakılardan 

bir az daha irəli gedir. Tufan Arğun da tək başına qarşısına çıxıb qılıncla vu-

ruşaraq  onu  atından  salır.  Mən  Səngi-Lahşək  qarşısından  keçərkən  başını 

kəsib gətirdi. Bunu xeyirli bir əlamət saydıq. 

Ərazi  məhəlləlik  və  ağaclıq  olduğu  üçün  belə  bir  yerdə  savaşmağı 

doğru  saymayaraq,  dağ  ətəyindən  keçib  Xalişək  önündəki  çayın  Qəndəhar 

tərəfindəki (209 a) çayırını yurd olaraq seçib enməyə hazırlaşdıq. Tam o əs-

nada Şirqulu tələsik gəldi və düşmənin [arğunların] döyüş cərgəsində yaxın-

laşmaqda olduğunu söylədi. 

Qəlatdan  keçildikdən  bəri  əsgər  çox  açlıq  və  sıxıntı  çəkmiş,  Xalişək 

civarına  gələndə  isə    əsgərin böyük bir qismi  qoyun, sığır,  ərzaq və  saman 

üzündən  Xalişəkin  yuxarı  vadisi  tərəfinə  dağılmışdı.  Əsgərin  toplanmasını 

gözləmədən atlandıq. 

Bizim  bütün  adamımız  iki  minə  yaxındı.  Buraya  enəndə,  söylədiyim 

kimi, əsgərin bir çoxu yuxarı vadiyə getmişdi və savaşa vaxtında yetişə bil-

mədi. Savaşda hazır olanlar min nəfər qədər idi. Gərçi adamlarımız azdı, la-

kin çox yaxşı nizamlı və qapalı səflər yaradıb paylaşdırmışdım. İndəyə qə-

dər heç bir zaman belə bir tərtib və düzən qurmamışdım. 

Əlindən iş gələn bütün igidlər xassə  alayına ayrılmışdı. Hamısını on-

on və əlli-əlli ayırıb onbaşı və əllibaşıları təyin etmişdim. Hər on və hər əlli 

nəfərlik bölük sağ və sol qolda duracağı yeri və savaş vaxtında görəcəyi işi 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



224 

bilərək hazır və nazirdi. Baranğar və cavanğar, ön qol və sol qol

1

, ön yan və 



sol  yan  önə  və  sola  hərəkət  vaxtı  gələndə  hər  hansı  bir  zorluq  olmadan  və 

xəbərçilərə  ehtiyac  qalmadan  düzənli  bir  şəkildə  hərəkət  edə  biləcəkdilər. 

Əsgərin hər bölüyü olduğu yerdən hərəkətə (209 b) keçdi. 

Gərçi baranğar, ön qol və ön yan eyni mənaya gəlir, lakin ayırd etmək 

üçün sözləri dəyişdirərək, bunları ayrı-ayrı mənalarda işlətdim. Ordunun sağ 

və sol qanadına [ərəbcə] məymənə və məysərə, [türkcə] baranğar və cavan-

ğar deyirlər, bunlar döyüş cərgəsinə girəndə [ərəbcə] qəlb, [türkcə] qol

2

 de-



yilən  mərkəzə  daxil  deyildir.  Bu  növ  səfə  bu  şəkildə  baranğar  və  cavanğar 

adı verdim. 

Mərkəz [qol] isə başqa bir səfdir [yasal]. Ayırd etmək üçün bunun sa-

ğına və soluna sağ qol [ön qol] və sol qol dedim. Bir də mərkəzdə [qol] xas-

sə tabını

3

 vardır. Bunun sağına və soluna isə sağ yan [ön yan] və sol yan de-



dim. Xassə  alayında bir də boy

4

 vardır. Türkcədə mücərrədə



5

 də boy deyir-

lər; burada işlədərkən məqsədim o boyu söyləmək deyildir, yaxın mənasın-

da işlədirəm. Bunun sağına və soluna ön və sol adı verildi. 

Sağ qolda Mirzə xan [Sultan Veys Mirzə], Şirim Tağayi, öz qardaşları 

ilə Yarək Tağayi, Çəlmə Moğol, Əyyub bəy, Məhəmməd bəy, İbrahim bəy 

[Bəycik  Tağayi]  və  öz  moğolları  ilə  Əli  Seyid  Moğol,  Sultanqulu  Çöhrə, 

Xudabəxş və öz qardaşları ilə birlikdə Əbülhəsən [Qurbəyi]; 

Sol  qolda  Əbdürrəzzaq  Mirzə,  Qasım  bəy,  Tanrıverdi,  Qənbər  Əli, 

Əhməd Elçi Buğa, Quri Barlas, Seyid Hüseyn Əkbər və Mir Şah Koçin; 

Önçü bölüyündə Nasir Mirzə, Seyid Qasım eşik-ağa, Mühib Əli Qur-

çu,  Babaoğlu  Allahverən  Türkmən,  qardaşları  ilə  birlikdə  Şirqulu  Qaravul 

Moğol və Məhəmməd Əli [Tağayi]; 

Mərkəzdə mənim sağ qolumda isə Qasım Göyəldaş, Xosrov Göyəldaş, 

Sultan  Məhəmməd  Dulday,  Şah  Mahmud  Pərvanıi  Qul  Bəyazid  Bəkavul 

(210 a) və Kamal Şərbətçi

Mərkəzdə mənim sol qolumda Xoca Məhəmməd Əli [Kitabdar], Dost 

Nasir,  Mirim  Nasir,  Baba  Şirzad,  Xanqulu,  Vəli  Xəzinə[çi],  Qutlu-Qədəm 

Qaravul, Maqsud Suçu və Baba Şeyx durmuşdular. 

İçkilərin hamısı mərkəzdə idilər. Burada böyük bəylərdən kimsə  yox 

idi. Bu bəhs edilənlərdən heç biri hələ bəylik rütbəsinə çatmamışdı.

 

Boyda  isə  Şir  bəy  [Şirək  Arğun],  Xatəm  Qurbəyi,  Kibək,  Qulbaba, 



Əbülhəsən Qurçu, moğollardan Urus Əli Seyid, Dərviş Əli Seyid, Xoşgəldi 

                                                           

1

Baranğar (döyüş cərgəsində olan ordunun sağ qolu), cavanğar (həmin ordunun sol qo-

lu), ön (həmin ordunun mərkəzinin sağ tərəfi), sol (həmin ordunun mərkəzinin sol tərəfi).  

2

 Qol: döyüş cərgəsinə girəndə ordunun mərkəzinə (qəlb) verilən ad. Yasal: döyüş səfi. 



Qəlb: döyüş cərgəsində ordunun əsas qüvvələrinin olduğu mərkəz. 

3

 Tabın: bölük, alay. 



4

 Boy: döyüş cərgəsinə girmiş ordunun mərkəzindəki özəl bir bölüyə verilən ad. 

5

 Mücərrəd: təcrid edilmiş; soyulmuş; tək. 



BABURNAMƏ 

 

225 



Çəlmə,  Dostgəldi  Çəlmə  Tağçı,  Əməçi  Mindi,  türkmənlərdən  Mansur,  bö-

yük və kiçık qardaşlarıyla birgə Rüstəm Əli, Şah Nəzər və Süyündük vardı. 

 Düşmənin adamları iki qismə ayrıldı. İlk qismi gələcəkdə Şah bəy de-

yə bəhs edəcəyimiz Şah Şüca Arğun və ikinci qismi də kiçık qardaşı Müqi-

min komandanlığındaydı. Bu arğunların qaraltısını altı-yeddi min qədər təx-

min edirdilər. Ən azı, dörd-beş min silahlı adam olduğuna şübhə yoxdur. 

[Şah bəy] mərkəz və sağ qolun qarşısına özü keçdi, Müqim isə sol qo-

lun qarşısındaydı. Müqimin əsgəri böyük qardaşının əsgərindən bir az daha 

azdı.  Bizim  sol  qolumuzda  isə  Qasım  bəy  ilə  arxadaşları  olurdu  və  vəziy-

yətləri  də  müşküldü.  Savaş  hələ  başlamamışdı,  ancaq  Qasım  bəydən  iki-üç 

dəfə  adam  gəlib  kömək  istəmişdi.  Bizim  önümüzdəki  düşmən  da  qüvvətli 

olduğu üçün adam ayırıb ona göndərə bilməmişdik. 

Vaxt  itirmədən  düşmənin  üstünə  cumduq.  Bir  ox  atımı  məsafəyə  ça-

tanda  (210  b)  düşmən ilk hücumda bizim  önçümüzü vurub zorlayaraq geri 

oturdub  mərkəzə  doğru  sovurdu.  Biz  ox  atmadan  irəliləməyə  davam  etdik. 

Qısa bir müddət onlar da ox atmayaraq duran kimi oldular. Qarşı tərəfimdən 

bir adam əsgərinə qışqıraraq atdan enib ox atmağı əmr etdi. Amma biz dur-

madan irəliləməkdə olduğumuz üçün bir şey edə bilmədən təkrar ata minib 

gerilədi. Bu adam Şah bəyin özü imiş. 

Savaş əsnasında Piri bəy Türkmən dörd-beş qardaşıyla birlikdə sarıq-

larını əllərinə alaraq düşməndən üz çevirib biz tərəfə keçdilər. Bu Piri bəy 

Şah İsmayıl bayındır sultanlarına müsəllət olaraq İraq vilayətini ələ keçirən-

də  Əbdülbaqi  Mirzə  və  Murad  bəy  Bayındırın  başçılığı  altındakı  türkmən 

bəyləri ilə birlikdə gəlmiş olan türkmənlərdən idi. 

Sağ qolumuz düşməni hamıdan əvvəl məğlub edərək irəlilədi, sağ qo-

lun ucu mənim saldırdığım bağa varmışdı. 

Sol  qolumuzsa  Baba-Həsən-Abdaldan  xeyli  aşağıdakı  böyük  arxlara 

vardı.  Bizim  sol  qolun  qarşısında  öz  məiyyətiylə  birlikdə  Müqim  dururdu. 

Sol qolumuzdakı adamlar qarşısındakı düşmənə, yəni Müqiminkinə nəzərən 

çox azdı. Amma Allah rast gətirdi ki, Qəndəhar və kəndlərinə gedən üç-dörd 

böyük arx bizim sol qolla düşmənin arasındaydı. Bu üzdən də keçidin başını 

tutaraq onları keçməyə qoymadılar. Sol qol adamlarımız az olmalarına bax-

mayaraq keçidi çox yaxşı müdafiə edib (211a) dirəndilər. Arğunlar tərəfin-

dən Halvaçı Tarxan su içində Qənbər Əli və Tanrıverdi ilə vuruşdu. Qənbər 

Əli yaralandı. Qasım bəyin alnına ox isabət etdi. Quri Barlasın qaşının üs-

tünə bir ox isabət etdi və yanağının üstündən çıxdı. 

Bu  əsnada  düşməni  qaçıraraq  bu  arxlardan  Murğan  dağının  çıxıntısı 

tərəfinə keçdik. Arxlardan keçəndə boz ata minmiş bir adam dağ ətəyində o 

yan-bu  yana  çaparaq  hansı  tərəfə  gedəcəyinə  qərar  verə  bilmirdi,  axıda  bir 

tərəfə doğru getdi. Onu Şah bəyə bənzətdim. Hər halda Şah bəydi. 

Düşməni  məğlub  edincə,  bütün  əsgərimiz  düşməni  təqib  etməyə  və 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



226 

vurab atdan salmağa qoyuldu. Özümlə birlikdə on bir adam qalmışdıq. Bun-

lardan biri Abdullah Kitabdardı. Müqim hələ yerində müqavimət göstərərək 

vuruşurdu.  Adamlarımın  azlığına  baxmayaraq  və  Allaha  təvəkkül  edib  da-

vullar çalaraq düşmənin üzərinə yürüdük. 

Köpü [çoxu], azğu [azı] tanrıdır bergücü [verən], 

Bu dərgahda yoxdur kişinin gücü. 

Kəm min fiətən qəlilətin qələbət fiətən kəsirətən biiznillah

1

. 



Allahın izniylə çox kiçik dəstələr böyük dəstələrə qalib gəlmişdir. 

Davul  səsini  eşidincə  bizim  hərəkətə  keçdiyimizi  anlayaraq  müqavi-

mətdən vaz keçib qaçmaq yolunu seçdilər. 

Allahın köməyi ilə düşməni qaçırdıqdan sonra Qəndəhar tərəfinə hərə-

kət edib indi heç izi qalmayan Fərruxzad bəyin çarbağına (211 b) gəldik. 

 

BABURUN QƏNDƏHARA GĠRMƏSĠ 

 

Şah bəylə Müqim qaçdı və Qəndəhar qalasına girə bilmədilər. Şah bəy 



Şal və Məstunq tərəfinə, Müqim isə Zəmindavər tərəfinə getdi. 

Kurqanı müdafiə etmək üçün adam da qoymamışdılar. Mənə qarşı sə-

daqət və bağlılıqları məlum olan Qulu bəy Arğunun qardaşlarından Əhməd 

Əli  Tarxan  və  digər  bəziləri  kurqanda  idilər.  Müraciət  edərək  qardaşları 

üçün aman dilədilər. Söylədiyim bu adamlara inayət edilərək istəkləri qəbul 

edildi. 


Kurqanın Maşur qapısını açdılar. Xalqın təhlükəsizliyini düşünərək di-

gər qapılar açılmadı. Bu açıq qapı Şirim bəy ilə Yarək bəyə tapşırıldı. Mən 

də bir neçə içkiylə birlikdə içəri girdim və başsız xalqın üzərinə  yürüyərək 

azğınlıq edənlərdən bir-iki adamın ibrət üçün öldürülməsini əmr etdim. 

İlk öncə Müqimin dış kurqanda saxlanan xəzinəsinə getdim. Kurqanın 

ortasında daş bir ev vardı. Əbdürrəzzaq Mirzə məndən daha öncə oraya gə-

lib enmişdi. Əbdürrəzaq Mirzəyə xəzinədən bir qədər ehsan edib xəzinənin 

mühafizəsini Dost Nasir bəy, Qul Bəyazid Bəkavul və bəxşilərdən

1

 Məhəm-


məd Bəxşiyə tapşırdım. 

Oradan  ərkə  getdim.  [Buradakı]  xəzinə  mühafizliyinə  Şah  bəy,  Xoca 

Məhəmməd Əli [Kitabdar], Şah Mahmud [Pərvanəçi] və bəxşilərdən Tağayi 

Şah Bəxşi təyin edildi. 

Zünnunun divanı olan Mir xan adlı birinin evinə Mirim Nasir ilə Maq-

sud  Suçu göndərildi və  [bu  ev]  Nasir Mirzəyə  verildi. Şeyx  Əbu Səid  Tar-

xanın evi isə Mirzə xana [Sultan Veys] (212 a) verildi. 

O  vilayətlərdə  bu  qədər  çox  ağ  axça  heç  bir  zaman  görünməmişdi, 

hətta bu qədər axça görmüş olan adam haqqında da heç nə eşidilməmişdi. O 

gecəni ərkdə keçirdim. Şah bəyin Sünbül adlı qulunu tutub gətirdilər. Gərçi 

                                                           

1

 Quran, 2:249. 



BABURNAMƏ 

 

227 



o zamanlarda  onun  yaxın  bir dostu olduğu halda, o qədər də etibar  görmə-

mişdi. Keşiyini çəkmək üçün birinə tapşırdım, amma yaxşı yaxşı baxmadığı 

üçün əlindən qaçırmışdı. 

Ertəsi gün ordugahın yerləşdiyi Fərruhzadın çarbağma getdim. Qəndə-

har vilayətini Nasir Mirzəyə verdim. Xəzinələri zəbt edib yükləyərək şəhər-

dən  çıxılanda  Nasir  Mirzə  ərkdəki  xəzinədən  bir  qatar  dəvə  yükü  qədər  ağ 

axça almışdı. Onu da geri istəməyərək Nasir Mirzəyə ehsan  etdim. 

Oradan qalxıb Quşxana çayırına endik. Ordugahı da oraya nəql etdirib 

özüm ətrafı gəzdikdən sonra bir az gec vaxtda ordugaha qayıtdım. Ordugah 

əvvəlkinə  bənzəmirdi,  tanınmayacaq  şəkildə  dəyişmişdi.  Cins  atlar,  qatar- 

qatar nər və mayalar, qatırlar, qumaşlar, ata və heybəyə aid əşyalar, al qədi-

fədən çadırlar və otaqlar, hər çadırda yığın-yığın sandıqlar vardı. Bu iki qar-

daşın qiymətli əşyaları ayrı-ayrı xəzinələrdə saxlanırmış. Hər xəzinədə san-

dıq-sandıq və top-top qumaşlar, yük-yük və küp-küp ağ axçalar, hər birinin 

otağında  və  çadırında  hər  cür  qənimətdən  ibarət  fövqəladə  çox  əşya  vardı. 

Qoyunlara isə heç əhəmiyyət verilmirdı. (212 b) 

Qasım bəyə Qəlat içində olanları, başda Qoç Arğun və Tacəddin Mah-

mudunkular olmaq üzrə mal və əşyalarıyla birlikdə ehsan  etdim. Qasım bəy 

hesab bilən bir adam olduğu üçün Qəndəhar civarında artıq qalmağımızı uy-

ğun görmədi və bunu tez-tez xatırlatdı, onun məsləhətilə mən qoşunu oradan 

geri  çəkdim.  Söylədiyim  kimi,  Qəndəharı  Nasir  Mirzəyə  bağışlayıb  onun 

getməsinə izin verildikdən sonra, Kabilə hərəkət etdik. 

Qəndəhar  civarında  xəzinəni  bölüşdürməyə  vaxt  qalmadığı  üçün  Qa-

rabağda dörd-beş  gün qalıb xəzinəni bölüşdürdük. Pulları saymaq çətin idi, 

tərəziylə  çəkilərək  bölüşdürüldü.  Bəylər  və  nökərlər  yük-yük,  küp-küp  gü-

müş pulu miniklərinə yükləyərək daşıyırlardı. Bol qənimət və böyük bir şə-

rəflə Kabilə gəldik. 

Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi Xorasandan gə-

tirtmişdim. Bu dəfə  Kabilə qayıdanda nikah qıydırdım. 

 

ġEYBANĠ XANIN QƏNDƏHARI MÜHASĠRƏ ETMƏSĠ 

 

Altı-yeddi gün sonra Nasir Mirzənin  adamlarından biri Şeybani xanın 

Kəndəharı mühasirəyə alması xəbərini gətirdi. Müqimin Zəmindavər tərəfi-

nə  qaçdığından  əvvəlcə  bəhs  etmişdim.  Orada  gedib  Şeybani  xanı  görür, 

Şah bəy də durmadan Şeynaniyə elçilər göndərir. Bunların fitnəsi və təhriki 

ilə (213  a) Şeybani xan mənim Qəndəharda olduğumu zənn edərək, Herat-

dan dağ yoluyla Qəndəhar üzərinə sürətlə yürüyür. Təcrübəli bir adam olan 

Qasım bəy bunu düşünərək bizi təhsildarlarla Qəndəhardan köçürtmüşdü. 

Hərçi dər ayinə cəvan binəd

Pir dər xişt püxtə an binəd. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



228 

Gəncin aynada gördüyünü  

İxtiyar bişmiş kərpicdə görür. 

Şeybani xan gəlib Nasir Mirzəni Qəndəharda mühasirəyə alır. Bu xə-

bər  gəlincə,  bəyləri  çağırtdıraraq  məşvərət  etdik.  Ortaya  bu  fikirlər  çıxdı: 

özbəklər  və  Şeybani  xan  kimi,  yad  bir  xalq  və  qarı  düşmən  Teymur  bəy 

oğullarının  əlində  olan  bütün  əyalətləri  əllərinə  keçirdilər.  Bəzi  guşə  və 

diyarda  qalan  türklərin  və  çağatayların  bəziləri  istəyərək,  bəziləri  da  zorla 

özbəklərə qoşuldu. Üstəlik, mən də Kabildə tək qalmışam. Düşmən fövqəla-

də qüvvətli, biz isə çox zəifik. Nə sülh bağlamaq ehtimalı, nə də müqavimət 

göstərmək imkanı var. Belə bir qüvvət və qüdrət qarşısında biz özümüzə bir 

yer axtarmağı düşünməliyik. Belə bir fürsət varkən, bu qüvvətli düşməndən 

daha uzaqlara getməliyik. Ya Bədəxşan, ya da Hindistan tərəfinə getməmiz 

lazımdır. İkisindən birinə qərar verməliyik. 

Ətrafındakılarla birlikdə Qasım bəy ilə Şirim  bəy Bədəxşana  getmək 

fikrindəydi. O günlərdə Bədəxşanda bizə qarşı üsyan edən bədəxşanlılardan 

olan  Mübarək  Şah  Vəzir,  ondan  başqa  Cahangir  Türkmən  ilə  Məhəmməd 

Qurçu vardı. Onlar Nasir Mirzəni qovmuşdular, lakin özbəklərə də (213  b) 

tabe olmamışdılar. Amma mən və bəzi içki bəylər Hindistan tərəfinə getmə-

yi tərcih etdik və Ləmqana hərəkət etdik. Qəndəharın zəbtindən sonra Qəlat 

və  Tərnük  vilayətləri  Əbdürrəzzaq  Mirzəyə  verilmiş  və  Əbdürrəzzaq  Mir-

zəni Qəlatda qoymuşduq. Özbəklər Qəndəharı mühasirəyə alınca Əbdürrəz-

zaq Mirzə Qəlatda qala bilmədi və Qəlatı buraxaraq tam biz Kabildən ayrı-

larkən gəldi. Kabili Əbdürrəzzaq Mirzəyə tapşırdıq. 

Bədəxşanda padşah və padşahzadələrdən heç kimsə yoxdu. [Bədəxşan 

şahı  Şah  Sultan  Məhəmmədin  qızı  və  Baburun  ana  tərəfindən  babası  olan 

Yunus  xanın  arvadı]  Şah  bəyimlə  qohumluğu  olduğu  və  ya  onun  icazəsini 

aldığı üçün Mirzə xan [Sultan Veys Mirzə] Bədəxşan tərəfinə getməyə meyl 

etdi. Axıda Mirzə xana ordudan ayrılıb Bədəxşan tərəfinə getməsi üçün izin 

verildi və Şah bəyim də Mirzə xanla birlikdə getdi. 

Mənim xalam Mehrinigar xanım da Bədəxşana getmək istədi. Mənim 

yanımda olması daha münasib idi, öz qohumum idi. Nə qədər dilə tutsam da, 

fikrindən dönmədi və o da digərləri ilə birlikdə getdi. 

 

HĠNDĠSTANA GETMƏK NĠYYƏTĠYLƏ KABĠLDƏN ÇIXIġ 

 

Cəmadiyüləvvəl  ayında  (=1507  sentyabr-oktyabr)  Hindistana  getmək 



niyyətilə Kabildən hərəkət etdik. Hurd-Kabildən keçərək Surx-Ribat yoluyla 

Quru saya endik. 

Kabil  ilə  Ləmqan  arasındakı  əfqanlar  sülh  zamanında  belə  oğru  və 

quldur idilər. Belə bir hadisə onlar üçün göydəndüşmə oldu. «Kabili buraxıb 

Hindistana gedirəm» deyə bir yamanlıqları on oldu. Yaxşıları da yaman ol-


BABURNAMƏ 

 

229 



dular. (214 a) İş o dərəcəyə çatdı ki, Çiydəlikdən keçdiyimiz sabah buralar-

dakı Xızır-heyl, xırılçı və hugiyani  əfqanları Çiydəlik keçidini tutmaq niy-

yətilə qüvvələrini nizamlayaraq şimal tərəfindəki dağa gəldilər, davullar ça-

lıb qılınc oynadaraq bizə meydan oxumağa başladılar. Atlara minər-minməz, 

əsgərə dərhal dağlara yürüməyi əmr etdim. Hər qol olduğu yerdən hərəkətə 

keçdi. Əfqanlar bir an belə müdafiə olunmağa macal tapa bilmədilər, bir ox 

belə ata bilmədilər və qaçıb getdilər. 

Əfqanları qovalayaraq dağa çıxdım. Bir əfqan məndən bir az aşağıda, 

kənardan  qaçırdu.  Qoluna  ox  atdım.  Bu  ox  isabət  edən  əfqanı  və  digər  bir 

neçə əfqanı ələ keçirib gətirdilər. İbrət üçün bəziləri qazığa oturduldu. 

Nigənxar  tümənində Adinapur kurqanının  qarşısında düşərgə  qurduq. 

Əvvəllər  gələcəyi  heç  düşünməyərək  yurd  fikri  üzərində  durmurduq.  Nə 

getmək  üçün  qərar  verilmiş  bir  yer,  nə  də  durmaq  üçün  müəyyən  bir  yurd 

vardı, ətrafdan bir xəbər gəlincə, dərhal köç edirdik. 

Payızın sonları idi. Ovalardan düyü əksərən yığılmışdı. Civarı tanıyan-

lar Əlişəng tüməninin çayın yuxarı tərəfində [Mil kafirlərinin] çox düyü ək-

diklərini və əsgərin qış ərzağını oradan təmin etmə imkanı olduğunu bildir-

dilər.  Nigənxar  vadisindən  qalxıb  sürətlə  irəliləyərək  Sayqildən  keçib  Pür-

Emin dərəsinə (214 b) qədər getdik. Əsgər çox düyü əldə etdi. Düyü tarlala-

rı dağın ətəyində idi. Əhalisi qaçıb dağlara çıxdı. Bir neçə kafir öldürüldü. 

Pür-Emin dərəsinin çıxıntısından bir neçə igidi keşikçi olaraq qoymuş-

duq. Onlar qayıdanda kafirlər sürətlə dağ üstünə gəlib ox atmağa başladılar. 

Qasım  bəyin  kürəkəni  Purana  yetişib  baltayla  yaralayaraq  ələ  keçirdikləri 

anda igidlər  geri dönüb  onları  qaçıraraq Puranı  qurtardılar.  Kafirlərin düyü 

tarlasında bir gecə qalıb çoxlu ərzaq alaraq ordugaha gəldik. 

Bu  Məndravər  tüməni  civarında  olduğumuz  günlərdə  Müqimin  indi 

Şah Həsənlə nikahda olan Mah-Çüçük adlı qızı Qasım Göyəldaşa nikahlandı. 

Hindistan  tərəfinə  yürümək  hələ  qeyri-müəyyən  olduğu  üçün  Molla  Baba 

Pəşağari  bir  neçə  igidlə  birlikdə  Kabilə  göndərdik.  Məndravər  civarından 

qalxıb Ətər və Şivəyə gəldik. Bir neçə gün o civarda oturduq. Ətərdən Kü-

nərə  və  Nurgilə  gəlib  seyr  etdim.  Künərdən  sala  minib  ordugaha  gəldim. 

Daha  əvvəl  heç  sala  minməmişdim.  Çox  xoşuma  gəldi.  O  gündən  etibaren 

saldan istifadə etməyə başladıq.  

 

ġEYBANĠ XANIN QƏHDƏHARDAN ÇƏKĠLMƏSĠ 

 

O  günlərdə  Molla  Mirək  Fərkəti  Nasir  Mirzənin  yanından  gəlib  Şey-



bani  xanın  Qəndəharın  dış  kurqanını  zəbt  edərək  ərkini  ala  bilmədən  geri 

çəkildiyini və Şeybani xan çəkildikdən sonra Nasir Mirzənin da bəzi səbəb-

lərdən dolayı Qəndəharı buraxıb (215 a) Qəznəyə getdiyini xəbər verərək bu 

xüsusda bəzi açıqlamalarda bulundu. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



230 

Bir neçə gün sonra Şeybani xan Qəndəhara basqın edir və içəridəkilər 

də  gücləndirə  bilmədikləri  üçün  dış  kurqanı  tutur.  Şeybani  xanın  adamları 

ərkin ətrafında bir neçə yerdə dəlik [tünel] açır və bir neçə dəfə də hücum 

edirlər.  Şəhər  bu  vəziyyətdə  çarəsiz  ikən  irəli  səfdə  olanlardan  Xoca  Mə-

həmməd Emin, Xoca Dost Xavənd, Məhəmməd Əli Piyadə və Şami kurqanı 

buraxıb qaçırlar. Kurqan xalqı da ümidsizliyə qapılıb kurqanı təslim etməyə 

hazırlaşdığı vaxt Şeybani xan sülh danışıqlarına başlayıb Qəndəhardan gedir. 

Getməsinin səbəbi bu imiş: Qəndəhar üzərinə yürüyəndə ailəsini Nirehtuya 

göndərmiş, Nirehtuda bir adam ona qarşı üsyan edib kurqanı ələ keçirmişdi. 

Bu üzdən də barışa bənzər bir şey bağlayıb geri qayıdır. 

Qış ortası olmasına baxmayaraq bir neçə gün sonra Badic yoluyla Ka-

bilə çatdıq. Badicin üst tərəfində bir daşa buradan gəlib keçməyimizin tari-

xinin qazılmasını əmr etdim. Hafiz Mirək yazdı və ustad Şah Məhəmməd də 

daşı oydu, amma tələsik olduğu üçün yaxşı oya bilmədi. 

Qəznəni Nasir Mirzəyə ehsan  etdim. Əbdürrəzzaq Mirzəyə də Nigən-

xar tüməni, Məndravər, Dəreyi-Nur, Künər və Nurgili verdim. 

Bugünə  qədər Teymur bəyin  övladlarına səltənətə  baxmayaraq  Mirzə 

deyirdilər. Bu dəfə mənə padşah demələrini əmr etdim. 

 

BABURUN ĠLK OĞLU HÜMAYUNUN DOĞULMASI 

 

Bu  ilnin  sonlarında  çərşənbə  axşamı  gecəsi  zülqədə  ayının  (215  b) 

dördündə, günəş hut bürcündə ikən [=6 mart 1508] Kabil ərkində Hümayun 

dünyaya  gəldi.  Doğum  tarixini  şair  Mövlana  Seydi  şair  «Sultan  Hümayun 

xan» şəklində, Kabilin kiçık şairlərindən biri isə «Şahi-firuz qədr» şəklində 

təsbit etdilər

1

. Üç-dörd gün sonra Hümayun adı verildi. Hümayun doğulduq-



dan sonra çarbağa çıxaraq doğum toyu keçirdik. Bəylər və əmirlər, böyüklər 

və  kiçıklər  toy  hədiyyələri  gətirdilər.  Çoxlu  ağ  axça  yığıldı.  Bundan  əvvəl 

bu qədər çox ağ axça bir yerdə görünməmişdir.  Çox gözəl bir toy oldu. 

 

 



 

 

 



 

 

 



 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin