___________________Milli Kitabxana__________________
182
Bir tükənməz dən yeriyəm dünyanın,
Kim becərsə, şöhrət bitər, şan bitər.
Bu torpağa qan damlatsan, can bitər!
Ondan ayrı saçlarıma dən düşər,
Bulud enər, gözlərimə çən düşər,
Hansı alma budağından gen düşər,
Hansı budaq gövdəsindən yan bitər?
Bu torpağa qan damlatsan, can bitər!
Amanımı payız kəsər, qış qırar,
Ruhum yenə "Vətən" deyib qışqırar.
Hər zərrədən şəhid qanı fışqırar,
Bu torpağa qan damlatsan, can bitər!
Hədər yerə vaxtı, anı itirməz,
Canda ruhu, ruhda canı itirməz.
Öldürsə də, Zəlimxanı itirməz
Sabah yenə xan göyərər, xan bitər
Bu torpağa qan damlatsan, can bitər!
İstanbul, yanvar, 1994
Dostları ilə paylaş: