Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil


İkinci fəsil: İslamın və Qərbin qadına baxışı



Yüklə 120,05 Kb.
səhifə29/90
tarix02.01.2022
ölçüsü120,05 Kb.
#1961
1   ...   25   26   27   28   29   30   31   32   ...   90

İkinci fəsil: İslamın və Qərbin qadına baxışı



29. Qadın - İslamın və Qərbin gözüylə

Cahiliyyət dolu hegemon dünya yanlış olaraq qadının dəyər və qiymətini kişilər önündə bəzənməkdə, şor gözlərin baxıb ləzzət almasında və tərifləməsində görür. Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi bundan ibarətdir ki, kişilərin cinsi ləzzət almaları üçün qadınları onların qarşısına çıxarsın. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işinə alət olsun. Bu, qadın azadlığıdırmı?! Cahil, qafil və azğın Qərb mədəniyyətində insan hüquqularının tərəfdarı olmalarını iddia edənlər əslində, qadına zülm edənlərdir. Qadına uca bir insan gözü ilə, uca insanlar yetişdirməklə cəmiyyəti islah edən amil kimi baxsaq, onun hüququnun nə və azadlığının necə olduğunu bilərik. Qadına ailənin əsas amili kimi baxın. Ailə kişi və qadından təşkil olunur, onu qurmaqda hər ikisi təsirlidir, lakin ailə mühitinin asayişi və evdə olan dinclik, rahatlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxın. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyac yarandı. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını yüksək məqamından endirsinlər. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağlın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir. Keçmişdə hər yerdə qadına zülm olunub, amma belə ümumi və əhatəli zülm son dövrə aiddir və məhz Qərb mədəniyyətindən qaynaqlanır.

Qadını kişilərin kef çəkməsi üçün alət edib adını Qadın azadlığı qoydular. Ancaq bu, əslində, qadınların yox, qadınla ehtirasını doyuran kişilərin azadlığı idi. Onlar təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər.

Siz hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı?! Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri?! Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu, eşq deyil, ehtiras və şəhvətdir. Qadını bir istehlakçı varlıq kimi yetişdirdilər, buna alışdırdılar: əli və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi. İslam bunları qadın üçün dəyər bilmir. İslam qadının işləməsinə razıdır. Nəinki razıdır, hətta bu işləmək onun əsas və mühüm peşəsi olan övlad tərbiyəsi və ailəsini qorumaqda problem yaratmasa, bəzən vacib də bilir. Heç bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bunlar qadının hörməti, onun insani və mənəvi dəyəri ilə ziddiyyət təşkil etməməlidir. Qadını aşağılamaq, onu təvazokarlığa və kiçilməyə məcbur etmək olmaz. Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!” (Əhzab surəsi, 33). Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadının örnəyi budur.33


Yüklə 120,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin